Dərs 111. YALANÇI ÇOBAN (4 saat)
Motivasiya.
Müəllim: –
Yalanın və yalançılığın nəticəsi nə ola bilər? (dostu olmaz,
heç kəs
ona inanmaz,
sözünü sayan və dinləyən olmaz, hörməti olmaz və s.)
Dərsliklə iş. Mətn (dərslik, səh. 200-201) müvafiq jest və mimikalardan
istifadə edilməklə
abzas-abzas oxunur.
l abzas:
Ucqar dağ kəndində bir çoban yaşayırdı. O hər gün səhər kənd camaatının qoyun-
quzusunu yığıb otarmağa aparır, bütün gününü qoyunlarla keçirirdi.
Müəllim:
– Çoban harada yaşayırdı?
– O nə işlə məşğul olurdu?
ll abzas:
Bir gün çoban, həmişəki kimi, sürünü otarırdı. Ətrafda kəlmə kəsməyə bir adam yox idi.
Qoyunlar da danışa bilmirdi ki, onlarla söhbət eləsin. Axırda çoban qərara gəldi ki, kənd
camaatı ilə zarafat etsin. Kəndin yaxınlığındakı təpənin üstünə çıxıb var gücü ilə qışqırdı:
– Ay camaat, köməyə gəlin! Sürüyə canavar girib!
Dostları ilə paylaş: