Sual: – Sizcə, bu oğlanın adı nə idi? Dərsliklə iş: Dərsliyin 194-197-ci səhifələri üzrə iş aparılır. Mətnin ardıcıllığı müəy yən ləş -
di rilir. (1-B, 2-C, 3-A, 4-Ç, 5-E, 6-F, 7-Ə, 8-D)
Müəllim:– Təsəvvür edin ki, “Cırtdan” nağılında meşədə azmış uşaqlar işıq gələn tərəfə yox, it hürən tərəfə getdilər. Sizcə, onda nə baş verərdi? İş dəftərinin 141-ci səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Müəllim: – Bəzən hər hansı şəxslə ilk tanışlıqda aldığınız təəssürat yanlış olur. O, xəsis, qaraqabaq adam təsiri bağışlayır. Sonra görürsən ki, əksinə, çox əliaçıq, şən və gülərüzdür. Sizcə, adamlar haqqında ilk tanışlıqdan sonra birmənalı fikir yürütmək olarmı? Şagirdlər həyatda gördüklərinə, eşitdiklərinə əsaslanaraq bu haqda öz fərziyyələrini
söyləyirlər.