GÜRCÜstanda türk məNŞƏLİ



Yüklə 1,53 Mb.
səhifə21/22
tarix03.02.2017
ölçüsü1,53 Mb.
#7291
1   ...   14   15   16   17   18   19   20   21   22

Sırxısar- Tiflis quberniyasının Duşet qəzasında dağ adı (181, 234). Sırxhasar adından təhrifdir. Azərbaycanda Sırxov-qala, Şimali Qafqazda Sırxı-Barzon (yenə orada), İrəvan əyalətinin Şirakel nahiyəsində Soruk gölü kənd adı(bax: 6, 373) adları ilə mə’naca eynidir. Türk dillərində soruk və ərəbcə “hasar” sözlərindən düzəlmiş adın təhrif formasıdır. İrəvan əyalətinin Karbi nahiyəsində Sirxaci (bax:6, 370), yə’ni “Acı soruk” kənd adı bu sıradandır. Ermənistanın Qafan rayonunda Sirgətas, İrəvan xanlığının Qarnibasar  mahalında  Əli Sərki (6, 251) kənd adı da mə’lumdur.

Sırx- Leberto-Kutaisi quberniyasının Racin qəzasında dağ adı (181, 234).

Siru-Ox- Axısqa r-nunda Axısqa türklərinin kəndlərindən birinin adı (29, 10). Orxon- Yenisey abidələrində çəkilən Sir tayfa adından (“Sir budun”) və qədim türk  dillərində aq “tayfa” sözündən ibarətdir.

Sisqala- Bolnisi r-nunda kənd adı (112, 226). Türk dillərində sis “yarıq”, “quyu” (99, V1, 1, 660) və qala sözlərindəndir.

Siçanköy- Tiflis quberniyasında xaraba kənd adı (181, 213). Ermənistanda bir sıra Siçanlu dağ və kənd adları ilə (bax: 6, 371) eynidir. Cənubi Qafqazda 9 Siçanlı  toponimi vardı (181, 225). Orta əsrlərdə Şərqi Anadoluda Siçan və Ulu Siçanlı tayfaları yaşayırdı (237, 405). Səlcuq oğuzlarının Bəydili tayfasının  Sincan qolunun adından və köy “kənd” sözündəndir. Azərbaycanda Sincan (Oğuz rayonu) və Sincan-Bayat (Xaçmaz rayonu) kənd adları ilə mənşəcə  eynidir.

Sicanani- Düşet r-nunda kənd adı (112, 266). Türkmənşəli  Sincan tayfasının adındandır.

Soğanlu- Tiflis əyalətinin Baratlı nahiyəsində kənd adı (34, 157). İrəvan quberniyasının Novobayazid qəzasında Soğanlu dağ adı ilə (181, 227) eynidir. Albaniyada 1283-cü ilə aid ermənicə mənbədə Dağlıq Qarabağda Soğan (ermənicə yazılışda Soğanans) kənd adı çəkilir (bax: 6, 372).

Soğanlu-  Tiflis əyalətinin Ağcaqala nahiyəsində Ərəbli tayfasına mənsub el adı (341, 62). “Ərəbli oymağının Soğanlu- camaatı” kimidir (yenə orada).

Sağanluqi- Qardabani r-nunda kənd adı (112, 226). Soğanlu elinin adını əks etdirir. Tiflis qəzasında Tatar-Soğanluq və Soğanluq erməni kəndləri vardı (179, 1, 282).

Soğutbulaq- Tiflis qəzasında kənd adı (181, 224). Bax: Söyüdbulaq.

Soyuqbulaq- Tiflis quberniyasının Borçalı qəzasında dağ adı (181, 228). Cənubi Qafqazda 9 Soyuqbulaq kənd adı vardı (yenə orada).

Soloqlıgöl- Tiflis quberniyasının Borçalı qəzasında  göl adı (181, 228). Yerli tələffüz forması Sülühlügöl. Əsli Soluklugöl. Ehtimal ki, X1X əsrlərdə Cənub-şərqi Avropada yaşamış və rus mənbələrində “poloves” adlanmış kumanların tayfalarından (Aklan, Beqluk, Qazan və Soluk) Soluk ( rus  salnamələrində Osaluk ) elinin (bax: 81) adını əks etdirir.

Sori- Kutaisi quberniyasının Raçin qəzasında kənd adı (181, 228). Lənkəran qəzasında Sorikənd (yenə orada). Şuşa qəzasında Soricədağ və Şimali Qafqazda Kazbeq-Tabasaran dairəsində Soruqaya (yenə orada) adları da bu sıradandır. Altayda  Soruçay, Sorulu (kənd), Sorulu-göl toponimləri vardır. Ehtimal ki, türk tayfalarının özləri ilə Sibirdən gətirdikləri sori- “alçaq dağ beli”,  “iki dağ zirvəsinin birləşdirən  dağ keçidi”, ya da türk dillərində soru -“bataqlıq” (172, 517) sözlərindəndir.

Söyüdbulaq- Tiflis quberniyasının Tiflis qəzasında dəmir yol stansiyası adı (181, 207). Üstündə söyüd ağacı olan bulaq mə’nasındadır.

Söyüdlü- Dmanisi r-nunda  kənd adı. Gürcücə yazılışı Soqutlo (112, 226). Qədim türkmənşəli Soyot tayfasının adını əks etdirir. İrəvan quberniyasında və indi Azərbaycanda Söyüdlü kənd adları (bax: 6, 374-375) ilə mənşəcə eynidir.

Söyüdlü-Cal- Tiflis quberniyasının Borçalı qəzasında (indi Dmanisi r-nunda) kənd adı (181, 223). Gürcücə yazılışı Soqutlo. Söyüdlü dağ yalı mə’nasındadır.

Su-Qala- Dmanisi r-nunda kənd adı. Gürcücə Karianidir. Qədim türk dillərində sü “qoşun”, “ordu” (216, 516) və qala sözlərindəndir.

Suqaraçı- 1728-ci ildə Tiflis əyalətinin Dəmirçi Həsənli nahiyəsində qışlaq adı (34,160). İndi bu ad gürcücə  yazılışda Saqareco kimidir. Ehtimal ki, Azərbaycan dilində su (Kür sahili) və Qaraca toponimindən  ibarətdir. Bax: Saqareco.

Sudebadin- Borçalı bölgəsində kənd adı (241).

Sulda- Tiflis quberniyasının Axalkalaki qəzasında kənd adı (181, 231)

Suldatəpə- Tiflis quberniyasının Axalkalaki qəzasında dağ adı (108, 231).

Surbasar- Tiflis quberniyasının Axalkalaki qəzasında təpə adı (181, 232). Digər adı Şiştəpə. Yunanca  surb-“kilsə” və ərəbcə “hasar” sözlərindəndir.

Surudaş- Tiflis quberniyasının Borçalı qəzasında qaya adı(181, 223). Qarabağ tarixçisi Mir Mehdi Xəzani bu qayanın adını “Sürüdaş” kimi qeyd etmişdir. Türk dillərində suri “konusvari , ucu şiş” (99,230) və daş(qaya) sözlərindəndir. E.ə. 714-cü ilə  aid assur mənbəyində Manna ərazisində Surikaş (suru və türk dillərində kaş “dağın qaşı” sözlərindən), Cənubi Azərbaycanda Süleymaniyyə yaxınlığında Suridaş, Balakən r-nunda Soorqaş dağ adları ilə mə’naca eynidir. Şimali Qafqazda Kuban əyalətində Suruçay adı (181, 223) ilə mə’naca eynidir. Bax: Sori.

Sufilis- Tiflis quberniyasının Axalkalaki qəzasında kənd adı (181, 233). Sofulu etnonimini əks etdirir. Tovuz r-nunda Sofulu kənd adı ilə mənşəcə eynidir. Azərbaycanda Ağdam, Qazax və Cəbrayıl r-larında da bu adda kəndlər var. X1X əsrin ikinci yarısında Azərbaycanda Sofulu adlı iki el (Zəngəzur qəzasında və Qazax qəzasında) yaşayırdı. Mənşəcə bu ellər Kəngər tayfasının qoludur

Sübhan- Tiflis əyalətinin  Ağcaqala nahiyəsində Aral tayfasına mənsub bir camaatın adı (34, 162.)

Süleymanqışlaq- Tiflis əyalətinin Dəmirçi Həsənli nahiyəsində kənd adı (34, 159). Mənbədə qışlağın Yüzbaşı tayfasına mənsub olduğu göstərilir (yenə orada).

Sücəddinlu- Tiflis əyalətinin Ağcaqala nahiyəsində Saral tayfasının mənsub bir camaatın adı (34,162)

=  T =

Tabanlı- Tiflis əyalətinin Pətək nahiyəsində kənd adı (34, 161).



Tabori- Tiflis quberniyasının Leçxum qəzasında (indi Saqeri r-nunda) kənd adı (181, 225). İrəvan quberniyasında Tavarataq (181, 235) kənd adı ilə eynidir. Qədim türkmənşəli Tovar tayfasının adını əks etdirir. Bu tayfanın adı rus salnamələrində Kalka (1223) və Kulikovo (1380) döyüşləri ilə əlaqədar hadisələrdə çəkilir (194, 1, 503-505). 1X əsr ərəb müəllifi Balazori Arranda Tabar mahal adını çəkmişdir (84,13). Cənubi Azərbaycanda orta əsrlərdə Divarqanlı (təhrif forması Tufarqanlı) kənd adındakı divar sözü ilə eynidir.

Tabax Mela- Qardabani r-nunda kənd adı (112, 227). Azərbaycan dilində təbəh “nəsil”  və məhəllə sözlərindəndir.

Tavralı- Mesti r-nunda kənd adı (112, 228).

Tavşanlı- Tiflis quberniyasının Pətək nahiyəsində kənd adı (34, 161). Dovşanlı adının yazılışıdır.

Taqarcin- Çavi r-nunda kənd adı (112, 228).Ehtimal ki, türk dillərində takır “gilli, bitkisiz düzən yer” (bax: 172, 540) sözündəndir.

Tağı məhəlləsi- Tiflis əyalətinin Dəmirçi Həsənli nahiyəsində məntəqə adı (34, 159). Mənbədə “Kəpənəkçi tayfasının Tağı məhəlləsi” kimidir (yenə orada).

Tağanalı- Borçalı sahəsində kənd adı (142). Türk dillərində taqan “təpə” (172, 538) sözündəndir. Azərbaycanda Kəlbəcər r-nunda Tağanalı çay, Gəncə bölgəsində Tofanalı kənd adları ilə sıra təşkil edir. Bə’zi türk dillərində toqan “hovuz”, “suvarma kanalı”, “böyük arx” mə’nasındadır (bax: 150).

Taza Xaraba- Salqa r-nunda kənd adı (112, 228)

Talvatlu- Borçalı qəzasında dağ adı (181, 238) Türk dillərində tal “söyüd”  və bət “üz”, “səth”, “aşırım” (199, 1V, 2, s.1617) sözlərindəndir. “Kitabi- Dədə Qorqudda “Talın sazı” və Ermənistanda Talin adları ilə səsləşir.

Tak Tomaşbaşi- Tiflis quberniyasının Borçalı qəzasında dağ adı (181, 236).

Taled- Tiflis quberniyasının Borçalı qəzasında dağ adı (181, 238).Ehtimal ki, türk dillərində “tal” söyüdlük sözü ilə əlaqədardır (Bax: 172, 541).

Tandilantkari- Tiflis quberniyasının Duşet qəzasında kənd adı(112,228). İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında Tandiludağ (181, 237) adı ilə eynidir.

Tamala-xaraba- Tiflis quberniyasının Borçalı qəzasında kənd adı (131, 412). Kəndin əhalisi qaraçılar idi (yenə orada)

Tambulbaş- Tiflis quberniyasının Borçalı qəzasında dağ adı (181, 237). Türk dillərində tam “ev”, “bina”, danışıqda əlavə olunmuş “b” və ul  “yüksəklik”, “dağ” (206, 1, 594) sözlərindən ibarətdir.

Tambul təpə- Tiflis quberniyasının Borçalı qəzasında dağ adı (181, 237).

Tanadağ- Tiflis quberniyasının Borçalu qəzasında dağ adı (181, 237). İrəvan əyalətinin Qırxbulaq mahalında Danaqalası (6), Azərbaycanda Kəlbəcər r-nunda Dana təpəsi. Daşkəsən r-nunda Qabaq Dana (başqa adı Qabaqtəpə), Xanlar r-nunda Danayer, Zaqatala r-nunda Danaçı kəndi, Şəki r-nunda Tanaçıbaşı dağı toponimləri ilə bir sıradadır. 1588-ci ilə aid mənbədə Bərdə sancağında Danagir adlı tayfanın yaşadığı göstərilir (239). Xanlar r-nundakı Danayer kəndinin və Ordubad r-nunda Danagird kəndi adı da bu tayfanın adını əks etdirir. Ehtimal ki, adın sonunda olan “d” səsi danışıqda əlavə olunmadır.Danaçı kəndinin (Zaqatala r-nu) və Tanaçıbaşı dağ adları (Şəki r-nu) qədim türkmənşəli Tana tayfasının adını əks etdirir. Bu söz Albaniyada erkən orta əsrlərdə  Tanahat kəndinin  adında vardır (“Alban  tarixi”, III kitab, 4-cü fəsil). “Kitabi Dədə Qorqud” eposunda Tanasazı yer adı çəkilir. Bu toponimlərin mənşəyi barədə iki fikir ola bilər. 1. Fars dilində tənə- “düşərgə” sözündəndir. 2. Qədim türk dillərində tan- “xarabalıq” (126, s.532) ya da türk dillərində dan “çöl”, “açıq yer”, “vadi” (199, 11, 2, 161) sözlərindəndir. “Alban tarixi”ndə Albaniya ərazisində qədim ermənicə yazılışda Tanzik ( Əsli Tancik, yə’ni “Kiçik Tan”) məntəqə adı çəkilir. (Ermənistanda bu ad təhrif edilərək Danzik şəklinə salınmışdır). Orta əsrlərdə Qarabağda Müsliman Tanı kənd adı da mə’lumdur (bax: 105, 65). Marneuli r-nunda Qızıl Hacılı kəndinin bir məhəlləsi Danaqıran adlanır (33, 40) Bu, dana  etnonimindən və türk dillərində kuren “min alaçıqdan ibarət”, “düşərgə” sözünün təhrif forması olan “qıran” sözündən ibarətdir. (Qazax r-nunda Danaqıran adında çöl vardır). Toponimlərdə “qıran” sözü barədə  bax: 6, İtqıran.

Tanaçay- Tiflis quberniyasının Qori qəzasında çay adı (181, 237).

Tana- Çxoroskusi r-nunda kənd adı (112, 228).

Tanzia- Tiflis quberniyasının Borçalı qəzasında kənd adı (181, 237). Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Sisyan r-nunda) Tanzavar və Tanzatap (yenə orada) kənd adları  ilə eynidir. Orta əsrlərdə Şərqi Anadoluda Boxtan əmirliyində Tanzaqala mahalından köçmüş ellərin  özləri ilə gətirdikləri addır.

Tanzia- Tiflis quberniyasının Borçalı qəzasında xaraba kənd adı (181, 237)

Tapan- Bolnisi r-nunda kənd adı (22, 35). Kənd gürcücə Disvelidir adlandırılmışdır (“Hüriyyət” qəz. 1997,  №  20 ). Kəlbəcər rayonunda Aqdaban çayının (uz.13 km) və eyni adlı kəndin adı ilə bir səslənir. Monqol dilində daban- “dağlarda aşırım”, “keçid” sözündəndir.

Taparavli- Tiflis quberniyasının Axalkalaki qəzasında göl adı (181, 238). İrəvan quberniyasının Aleksandropol qəzasında Taparlı və Taparlıx(yenə orada) ilə eynidir.Azərbaycanda  Goranboy r-nunda  Tapərəbli (Tap yerdə Ərəbli kəndi mə’nasındadır), Tapdərəsi, Tapqaraqoyunlu Quba qəzasında Tap-yataqoba kənd adı ilə eynidir.

Taraki- Sağareco r-nunda kənd adı (112, 228). Qıpçaq mənşəli Terek tayfasının adını əks etdirir. Ermənistanda və Şimali Qafqazda Terek və Xaç-Terek (“Xristian tereklər”- mə’nasında, təhrif forması Aşterek) kənd adları ilə mənşəcə eynidir. Bu barədə bax: 20,s.43-45. X11-X111 əsrlərdə Anadolu  yarımadasında tayfalardan (Qaraman, İnal, Zülqədər, Kodan, Qumar, Qaraisa və b.) biri də  Tərək (Tarak) eli idi (130,  37). Bax: Cədərək.

Taran Qobu- Tiflis quberniyasının Siqnax qəzasında çay adı(181,238).  Şimali Qafqazın Ter əyalətinin Pyatiqorski dairəsində Tarançay adı ilə (yenə orada) eynidir.

Tarqameuli- Qeçeçkori r-nunda kənd adı (112.228). Ehtimal ki, türk dillərində tarqa (darğa) sözündəndir.

Tariqoni- Kutaisi quberniyasının Leçxum qəzasında dağ adı(181,238).Xəzərlərin Tarğu şəhərinin adını əks etdirir. Bax: Tarkila.

Tarmani- Tiflis quberniyasının Duşet qəzasında kənd adı(181,238). Türk  dillərində tərmən (Azərbaycan dilində  dəyirman) “fırlanmaq”, “hərlənmək” (199, 111,1,108) sözündəndir.

Tarminax-  Loru  sancağının Güney nahiyəsində kənd adı(241).

Tarnıc-  Loru sancağının Quzey nahiyəsində kənd adı(241). Xəzərlərin Tarna tayfasının adındandır.

Tarımtağ-  Loru bölgəsində kənd adı (241). Türk dillərində tarim    “çay deltası,”    “çayın qolu” (126,537)     və tağ “dağ” sözlərindən ibarətdir.

Tarkila- Qudauta r-nunda kənd adı. Gürcücə Duriqş dır(112,265).Xəzərlərin Tarqu (Mahaçqala yaxınlığında Qəməriözən çayının orta axınında) şəhərinin adını əks etdirir. Dağıstanda Tarqulaq toponimi (181,238) və  Darpqu toponimləri ilə mənşəcə eynidir. 1X əsr ərəb müəllifi 723-724-cü ildə xəzərlərin ailələrinin Tarqu şəhərindən Qəbələ mahalına köçürüldüyünü yazır (77,180).

Tars- Tiflis quberniyasının Borçalı qəzasında dağ adı.  Şimali Qafqazda Ter əyalətinin Nalçik dairəsində Tarsa dağ adı ilə (yenə orada) eynidir. Şamxor rayonunda Tərs Dəlilər kənd adı da bu sıraya aiddir.  Gəncə qəzasında bir  el Tərs Dəllər adlanırdı(58,12).

Tarsan- Tiflis quberniyasının Borçalı qəzasında kənd adı(131,407).   Şimali Qafqazın Teymurxan Şura əyalətinin Veden dairəsində Torsan-aul (181,246)  kəndi vardı. X1X əsrin II yarısında kəndin əhalisi Türkiyədən köçmüş yunanlar idi(yenə orada).

Tatıuşağı- Kaspi r-nunda kənd adı.  İrəvan xanlığının Göycə  mahalında Tatluqışlaq kənd adlı ilə eynidir. Orta əsrlərdə Anadoluda yaşamış Ulu Yerük tayfa birləşməsinin Tatlu qolunun (52-186) adındandır.

Tauratapa- Tiflis quberniyasının Borçalı qəzasında təpə adı (181,239). Ərəbcə taur “sərhəd” və təpə sözlərindəndir.

Taxta- Tiflis quberniyasının Tiflis qəzasında kənd adı(181,239). Şimali Qafqazda Stavropol quberniyasının Medvecen qəzasında Taxt və Taxta Usta, Azərbaycanda Cavanşir qəzasında Taxta, Şimali Qafqazın Ter əyalətində Texta(181.243), Azərbaycanda indi Dağlıq  Qarabağda  Taxtaçay və  Taxtayaylaq Daşkəsən r-nunda Beynəltaxta, Kəlbəcər r-nunda Taxtabaşi və   İrəvan quberniyasının Novobayazid qəzasında Taxtayurd toponimləri ilə eynidir. Azərbaycan dilində taxta “dağ döşündə hamar yer” sözündəndir.

Taxtis dziri- Tiflis quberniyasının Qori qəzasında kənd adı(181,239). Türk dillərində “taxta” sözündəndir.

Taxça- Tiflis quberniyasının Axalkalaki qəzasında (indi Axalkalaki r-nunda) kənd adı (181,239). X1X əsrdə İrəvan quberniyasının Novobayazid qəzasında  Taxça, Naxçıvan qəzasında Tax-çala dağ adı (yenə orada), Cavanşir qəzasında Taxçur qışlaq adı, Suxumi dairəsində Tax çay adı, Şuşa qəzasında Taqavert, Quba qəzasında Taqay, Qars əyalətinin Kaqızman dairəsində Taqalu-güney, Zəngəzur qəzasında Taqəmir, Qori qəzasında Tağati (dağ suayırıcının adı), Cavad qəzasında Taq qışlaq (181, 235 və 239), Qaryagin qəzasında Taqlu Yataq(181,235), Şimali Qafqazda Stavroprol quberniyasında Tax-Sırt dağ və b. toponimlərlə (181.243) eynidir.Türk dillərində taq (dağ) sözündəndir.

Tacdar- Tiflis əyalətinin Pətək nahiyəsində kənd adı(34,161).

Tacılı-  Borçalı bölgəsində kənd adı (241).

Taş Baş- Tiflis quberniyasının Borçalı qəzasında kənd adı(181,239).1850-ci illərdə kəndin əhalisi Türkiyədən gəlmə ermənilər idi (131,415).Zəngəzur qəzasında Taşbaş və Qars əyalətinin Oltin dairəsində Taşbaşı yaylaq və kənd adları ilə (181,239) eynidir. “Qayabaşı” mə’nasındadır.

Taşbet-Tiflis quberniyasının Axalsix qəzasında xaraba kənd adı(181,239). Türk dillərindlə taş(daş) və bet “üz”, “səth” , “aşırım” sözlərindəndir.

Taşirabad- Loru əyalətinin Axtala sancağında  nahiyə adı (241).V əsrdən mə’lum olan Taşir mahal adındandır.

Taşiskari- Tiflis quberniyasının Qori qəzasında (indi Xaşur r-nunda) kənd adı(181.239). Türk dillərində taş (daş) və askar “yüksək”, “alınmaz dağ, qaya”(150,8) sözlərindəndir.Bax: İskari.

Taşlıqışla- Aspinza r-nunda kənd adı. Axısqa türklərindən ibarət əhalisi 1944-cü ildə deportasiya edilmiş kəndlərdəndir (29).  “Daşlıq yerdə qışlaq” mə’nasındadır.

Taşkala- Tiflis quberniyasının Axalkalaki qəzasında dağ adı(181,239). Zaqatala dairəsində Taşkala və Şimali Qafqazda Ter əyalətinin Kızıl-Yar şö’bəsində Taşkala dağ adları (181,239) ilə eynidir.Daşdan tikilmiş qaya və ya qaya üzərində qala mə’nasındadır.

Taşlı Keşlə- Tiflis quberniyasının Axalsix qəzasında kənd adı(181,239). Daşlıq ərazisində yerləşən Keşlə kəndi mə’nasındadır.

Taşli Kullar- Tiflis quberniyasının Borçalı qəzasında (indi Bolnisi r-nunda) kənd adı(181,239). İndi gürcücə yazılış forması Taştikulari kimidir(112,228). “Daşlı (yə’ni qayalıq yerdə yerləşən) Qullar  kəndi”  mə’nasındadır. Bax: Qullar.

Taştəpə- Tiflis quberniyasının Axalkalaki qəzasında dağ adı(181,239).

Tez Xaraba- Tiflis quberniyasının Axalkalaki qəzasında kənd adı(181,240).

Tekalistkali- Kutaisi quberniyasının Leçxum qəzasında çay adı(181,241). Təkəli  tayfasının adından və gürcücə Skali “çay” sözündəndir.  Bax:Təkəli.

Tekaluşera- Kutaisi quberniyasının Leçxum qəzasında kənd adı(181,24). Təkəli tayfasının adındandır.

Teklati- Sxakaya r-nunda kənd adı(112,229). Təklə tayfasının adındandır.

Tekurans- 1590-cı ildə kənd adı(241).”Kitabi Dədə Qorqud”da təkur (kafir, xristian) sözündəndir.

Telet- Tiflis quberniyasının Tiflis qəzasında dağ adı(181). Qədim türkmənşəli Tele tayfasının adından (bax: Dəllər) və gürcü dilində yer bildirən “eti” şəkilçisindən ibarətdir.

Telli-  Tiflis əyalətinin Dəmirçi Həsənli nahiyəsində kənd adı(34,158). “Teleli” tayfa adının  təhrifidir. Qədim türk mənşəli Tele tayfasının (bax: 105,37) adını əks etdirir.Bax: Dəllər.

Telirta- Tiflis quberniyasının Axalkalaki qəzasında xaraba kənd adı(181,241). Qars əyalətinin Ardahan dairəsində Telibalı kənd(yenə orada) adı ilə sıra təşkil edir. Ehtimal ki, ərəbcə tel “təpə” və türk dillərində ir “yüksəkliyin dalğavari pipiyi”(172,235) sözlərindən ibarətdir. Toponimin sonundakı “ta” hissəsi türk dillərində “-ti(li)” şəkilçisindən təhrifdir.

Teliakari- Tiflis quberniyasının Duşet qəzasında dağ adı(181,24). Qədim türkmənşəli  Tele tayfa adından və gürcücə kari      “qapı”,  “keçid” sözündən ibarətdir.

Tecis- Tiflis quberniyasının Borçalı qəzasında kənd adı(181,412). Teycins kimidir(142).Türk dillərində tey “təpə” (172,548) sözündəndir.

Təbanlı-  Tiflis əyalətinin Pətək nahiyəsində kənd adı(34, 161).

Təzəkənd- Marneuli r-nunda kənd adı (112,228).

Təzəköy- Adıgün r-nunda kənd  adı. Əhalisi 1944-cü ildə deportasiya edilmiş Axısqa türklərinin kəndlərindəndir. Azərbaycan  dilində təzə (yeni) və köy “kənd” özlərindən ibarətdir.

Təzəkli-  Borçalı bölgəsində kənd adı (241).

Təkəqayası-  Tiflis  əyalətinin Pətək nahiyəsində kənd adı(34,161). Azərbaycanda Təkəqayası (Kəlbəcər r-nu) kənd və Naxçıvanda Təkəlik dağ adları adı ilə mə’naca eynidir. Təkə (dağ keçisi, erkək keçi) yaşayan qaya mə’nasındadır.

Təkəkəndi-  Tiflis  əyalətinin Pətək nahiyəsində kənd adı(92,161). Türkmənşəli Təkə tayfasının əks etdirir. Bax:  130. s.89

Təkə məzrəsi-  Loru sancağının Güney nahiyəsində kənd adı. Ərəb dilində təkyə- “dərvişlər üçün yaşayış yeri”, “dərvişlərin və müridlərin toplaşdıqları və zikr ilə məşğul olduqları yer”, “şiələrin Məhərrəm mərasimini keçirdikləri yığıncaq yeri”  və məzrə “əkin yeri” sözlərindən ibarətdir.

Təkəlik- Borçalı bölgəsində kənd adı(241).”Təkyə üçün nəzərdə tutulmuş”, yaxud “Təkyəyə məxsus” mə’nasındadır. Bu məntəqə Loru sancağının Güney nahiyəsində idi (34).

Təkə Sarvan-  Tiflis quberniyasının Tiflis qəzasında dağ adı (181,236).

Təkkilsə- Tiflis quberniyasının Borçalı qəzasında(indi Salqa r-nunda) kənd adı(181,236). Gürcücə yazılışı Tikilisa(112). Təktükən kimi qeyd olunmuşdur(142).Bax:  Toğançı.X1X əsrin əvvəlində kənddə  Türkiyədən gəlmə yunanlar  yerləşdirilmişdir.

Təkəlu- Tiflis quberniyasının Borçalı qəzasında (indi Marneuli r-nunda) kənd adı(181,236). Tiflis əyalətinin Ağcaqala nahiyəsində Təkəli bir oymaq idi(34,161). Bu el  Qurdlar, Böyük Heydərli, Kiçik Heydərli,  Qaramanlı, Qazmalı, Marağalı, Aqəhməd (Pirvəli),   Məhanə və Şimali qollarına bölünürdü (yenə orada  s.161-162). Gürcücə yazılışı Tekali(112,229). İrəvan quberniyasının Novobayazid qəzasında Təkəli kənd adı ilə (yenə  orada) eynidir. Qızılbaşların Təkəli tayfasının adını əks etdirir.

Təkəlu- Kutaisi quberniyasının Leçxum qəzasında (indi Lentexi r-nunda) kənd adı(181,240).

Təkəli- Marneuli r-nunda Ləcbədin kəndi  ərazisində axan kiçik çayın adı. (33,38).

Təkkilsə-  Borçalı bölgəsində kənd adı (142) .Mənbədə kənd həm də Tərgüvan adlanmışdı(yenə orada).

Təklə- Tiflis quberniyasının Borçalı qəzasında kənd  adı(181,24). Yerli tələffüz forması Təhlə (Azərbaycanın qərb qrupu dialektlərində sözün ortasında “k” səsinin “h” səsinə çevrilməsi qaydası vardır). Təklə tayfasının adını əks etdirir. Azərbaycanda bir sıra Təklə kənd adları ilə mənşəcə eynidir.Bax:  Ağ Təklə və Qara Təklə.

Təklə- Tiflis şəhərində 7 km-liyində  kənd adı(179,282).

Təklə düzü-  Borçalı mahalında  düzənin  adı. Maldar ellər üçün qışlaq yeri idi (179,11,269). Azərbaycanda Təklə dərəsi (Masallı r-nu) və Təklə dərəsi (Cəlilabad r-nu) toponimləri  ilə bir sıradandır.

Tərgün- Borçalı bölgəsində kənd adı(142). Kənd həm də  Tərküvan  adlanmışdı(yenə orada).

Təsit- Loru sancağının Quzey nahiyəsində kənd adı(241). Təsit orada bir nahiyə adı (34).

Təhməzqaya- Tiflis quberniyasının Tiflis qəzasında dağ adı (181,236).

Təhməzqulu-  Borçalı bölgəsində  kənd adı (142).

Tibet- Tiflis quberniyasının Axalsix qəzasında kənd adı(181,243). Kənd Tibet  dağının adı ilə adlanmışdır.

Tibet- Tiflis quberniyasının Axalsix qəzasında dağ adı(181,243). Mənbəyini bu dağdan alan çay Debed çayı adlanır.Bax:Xramçay.

Tikdağ- Tiflis quberniyasında dağ adı(181,243). Əsli Tiqdağ.  İrəvan quberniyasının Novobayazid qəzasında Dıx-Təpə, Azərbaycanda Dıx-Daş,Şimali Qafqazda Dıx-Su və Dıx-Tau toponimləri ilə (bax:181,90) eynidir. Türk dillərində tiq “meşəsiz dağ (təpə) (172,552) və dağ sözlərindəndir. Bax:Dıx-Qiaş.

Tikmədaş- Tiflis quberniyasının Borçalı qəzasında  təbii daş sütun(181,243) və yaylaq adı(181,444).

Tildağ- Tiflis quberniyasının Borçalı qəzasında kənd adı(181,243).Əsli Teldağ monqol dilində tel “bol örüşlü dağ”(172,569) sözündəndir.

Trialeti- Salqa r-nunda kənd adı(112,231). E.ə.VIII əsrdə Cənubi Qafqaza gəlmiş türkmənşəli  Kəmərlərin Trer tayfasının adı. Qars əyalətinin Artvin dairəsində Trial dağ adı(181,247) ilə eynidir.Bax:Haçaqaya

Tovşan-- Tiflis quberniyasının Axalsix qəzasında dağ adı(181,244).  İrəvan quberniyasının Dovşanqışlaq  kənd adı ilə mənşəcə eynidir.

Tovşantəpə- Tiflis quberniyasının Axalkalaki qəzasında dağ adı(181,245). Dovşan olan təpə mə’nasındadır.

Tovşanlu- Tiflis əyalətinin Pətək nahiyəsində kənd adı(34,161).

Toqançı-  Tiflis əyalətinin Pətək nahiyəsində kənd adı(34,161).Bax: Tağanalı.

Toki- Aspinza r-nunda kənd adı(112,230).Qıpçaqların  tayfasının adı. Bax: Toxla.

Tori-  Tiflis quberniyasının Qori qəzasında kənd adı (181,246). Türk dillərində tör “yüksək dağ örüşü”, “dərənin yuxarı başında otlaq yeri” sözündən və gürcücə soluna əlavə olunmuş “i” adlıq hal şəkilçisindəndir. Şimali Qafqazda Ter əyalətinin Nazran dairəsində Tor Çudra (dağ), Qazax qəzasında Tortəpə (yenə orada) təpə adları ilə mə’naca eynidir.

Toloşi- Aspindza r-nunda kənd adı(112,230). Qədim türk mənşəli  Tolos (toloş) tayfasının adınnın əks etdirir., Azərbaycanda Tulus (Cəbrayıl r-nu) kənd adı ilə mənşəcə eynidir.

Toria- Tiflis quberniyasının Axalkalaki qəzasında kənd adı(181.246). bax: Tori.

Tot- Kutaisi quberniyasının Leçxumi qəzasında yaylaq adı(181,246). İrəvan quberniyasının Yuxarı Tut və  Aşağı Tut və Sürməli qəzasında Tut kənd (181,249) adları ilə mə’naca eynidir. Həmin  quberniyanın  türk dillərində tut- “düşərgə”, “maldar elin dayanacaq yeri” (199,111,s.1475) sözündəndir.

Totoriti- Tiflis quberniyasının Qori qəzasında kənd adı(181,246). Şimali Qafqazda Ter əyalətinin Nalçik qəzasında Toturbaş dağ(yenə orada) adı ilə eynidir.Türk dillərində tatır “şoran” (172,546) sözündən yaranmışdır.


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin