Hal-hazırda Xəzər dənizinin Azərbaycan sektorunda neft-qaz yataqlarının mənimsənilməsi məqsədilə çoxlu sayda hidrotexniki qurğular istismardadır və yeniləri tikilir


Sıxılmış hava sisteminin təzyiq sensoru



Yüklə 391,31 Kb.
səhifə10/17
tarix13.12.2023
ölçüsü391,31 Kb.
#175146
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   ...   17
Riskin qiymətləndirilməsi mühazirə

Sıxılmış hava sisteminin təzyiq sensoru

ETİRAZIN
ADI

Fəsadları

Səbəbləri

Aşkar olunması

Mühafizə

Tövsiyyələr

Lokal

Ən pis halda

Sonda nəyə gətirə bilər













Təzyiq düşdükdə işə düşmə siqnalı gəlmir

İdarəetmə
zəncirində
açılma

Sistemdə
təzyiq və sərfin
düşməsi

Sıxılmış hava
verilən sistemlərin
işinin dayanması

Sensorda
nasazlıq

Resiver üzərindəki manometr təzyiqin düşməsini
göstərir

Sistemdə
Dayanma baş verir və tez aşkar
olunur

Ayrıca idarə oluna bilən
eytiyat kompressor

Nəzarət edicidə nasazlıq




Sensor mütəmadi
yoxlanmalı və kalibrə
olunmalıdır

Naqillərdə
nasazlıq

Kompressor
işləmir




Reledə
nasazlıq







Gücdən düşməsi









Ballast tutumlarının öz axını ilə doldurulması





Sistem/avad.
etiraz

Səbəb

Fəsadlar

Aşkar olunma

Mühafizə



Ümumi
qiymətləndirmə

Kritiklik
dərəcəsi

1BF

Dəniz suyunun yığılması üçün yer

1.Bloklanıb

Tank dolmur.
Dayanıqlıq pozulur, gəminin korpusuna yük artır.

-klapanın vəziyyəti göstərir
-səs siqnalı
-gəminin əyilmə bucağına görə.

- Buxarla təmizlənmə
- 3 eytiyat tutumunun olması

Ən pis halda nasazlıq aradan götürülmədikdə bir neçə tutumun ballastirovkası pozula bilər

D

1BF

Dəniz suyunun yığılması üçün yer

2.Bütövlüyün
pozulması

Yad cisimlərin düşməsi, tənzimləyici armaturun tutulması. Tanklar dolmur. Sistemdə zibilin yığılması.

-klapanın vəziyyəti göstərir
-səs siqnalı
-gəminin əyilmə bucağına görə.

- Buxarla təmizlənmə
- 3 eytiyat tutumunun olması

Ən pis halda nasazlıq aradan götürülmədikdə bir neçə tutumun ballastirovkası pozula bilər

D




Ballast tutumlarının öz axını ilə doldurulması (ardı)





Sistem/avad.
etiraz

Səbəb

Fəsadlar

Aşkar olunma

Mühafizə



Ümumi
qiymətləndirmə

Kritiklik
dərəcəsi

2BF

Dəniz suyunun yığılması üçün yer

1.Qismən bloklanma

Doldurulma sürəti aşağı düşür

-klapanın vəziyyəti göstərir
-səs siqnalı



- Buxarla təmizlənmə
- 3 eytiyat tutumunun olması

Təsir effekti özünü təzə biruzə verməyə başlayır

İ

3BF

Dəniz suyunun yığılması üçün yer

1.Sızmanın
baş verməsi

Zədələnmiş tankda ballastın idarə edilməsinə nəzarətin itirilməsi

-klapanın vəziyyəti göstərir
-səs siqnalı
-gəminin əyilmə bucağına görə.

- Sabit səviyyədə saxlamaq üçün fasiləsiz vurulma



Nəzarətin itirilməsi
tam sıradan çıxma kimi qiymətləndirilir

D


Mühazirə №10
Təhlükələrin və onların fəsadlarının təhlilində
hadisələr şəcərəsinin qurulması.

Fault Tree Analysis (FTA) – Etirazlar Şəcərəsinin Təhlili üsulu deduktiv üsul olaraq, hadisələrin və komponentlərdəki etirazların kombinasiyasının baş verməsindən başlayaraq (aşağı səviyyə) son kritik nəticəyə (yuxarı səviyəyə) qədər gətirilməsinin məntiqi ardıcıllığını təsvir edir. İlk olaraq FTA üsulu Bellın laboratoriyasında işlənmiş və sonradan Boinq Şirkəti tərəfindən təhlükəsizliyin kəmiyyətcə qiymətləndirilməsi üçün təkmilləşdirilmişdir. Riskin qiymətləndirilməsinin digər üsulları kimi, bu üsul da risk dərəcəsi yüksək olan nüvə sahəsi, kimyəvi emal və dəniz neftqazçıxarma sahələrində tətbiq olunmağa başlanmışdır.
Bu üsul bir etiraz üzərində (əsas hadisə adlanır) fokuslanaraq, adətən şaquli şəkildə həmin etiraza qədər məntiqi ardıcıllığın qurulmasından ibarətdir. Həmin qrafiki şəcərə avadanlıqlarda etirazların ayrılıqda və birgə şəkildə baş verməsini, insan amilini və digər səbəbləri aşağı səviyyədən yuxarı səviyəyə, yəni əsas nəticəyə qədər təsvir edir.
FTA üsulu ilə qiymətləndirmə həm kəmiyyətcə, həm də keyfiyyətcə aparıla bilər. Keyfiyyətcə qiymətləndirmədə yaranan problemə gətirən ardıcıl səbəb və nəticələr zənciri qurulur, kəmiyyətcə qiymətləndirilmə aparıldıqda isə etirazların baş vermə tezliyi və onların dərəcələri də təyin edilir.
Bu üsulun dəyəri ondan ibarətdir ki, kiçik hadisələr yığılaraq, təhlükəsi olduqca böyük olan hadisənin baş verməsinə gətirib çıxara bilən bir ardıcıllıq qurulur. Bu hadisələrin, komponentlərdəki etirazların ardıcıllığını və qarşılıqlı əlaqələrini təsviri üçün FTA üsulu məntiqi elementlərdən (“və”, “yaxud”-dan) istifadə edir.
Etirazlar şəcərəsinin qurulması ciddi təhlükə daşıyan əsas hadisədən (misal üçün, kipliyin pozulmasından) başlanır. Bu səviyyə yuxarı səviyyə hesab olunur və şəcərənin sonrakı səviyyəsində onun yaranmasına gətirən hallar qeyd olunur. Ardıcıl olaraq, başlanğıcda baş vermiş və sonrakı hadisələrin gedişinə təkan verən hadisəyə qədər səviyyədən səviyəyə keçərək şəcərə qurulur. Əgər hər hansı bir səviyyədə bir və yaxud bir neçə hadisə ondan daha yuxarı səviyyədə olan bir hadisəyə səbəb ola bilərsə, onda onlar OR (YAXUD) operatoru ilə birləşdirilir. Digər bir mümkün halda, o vaxt ki, bir və ya bir neçə hadisənin eyni zamanda baş verməsi səbəbindən daha yuxarı səviyyədə yerləşən bir hadisə baş verə bilərsə, onda onlar AND (VƏ) operatoru ilə birləşdirilir.
Qurulan etirazlar şəcərəsi risk-analitikə adekvat təhlükəsizlik tədbirlərinin seçilməsinə dair kifayət qədər məlumat verir.
Etirazlar şəcərəsini təsvir etdikdə kəsiklərdən istifadə olunur və hadisəyə xüsusi işarə qoyulur. Bu imkan verir ki, yuxarı səviyyədə yerləşən hadisənin baş verməsini həmin işarələrin ardıcıllığı ilə təsvir edəsən.
Etirazlar şəcərəsinin qurulmasına dair bir nümunə aşağıdakı şəkildə təqdim olunmuşdur.

Hadisələr şəcərəsinin təhlili üsulu (ETA) qrafiki budaqlanma üsulu olaraq, baş vermiş dağıdıcı hadisənin mümkün nəticələrinin izlənilməsi məqsədi ilə aparılır. Bu məntiqi bir modeldir və hadisələrin uğurlu və uğursuz kombinasiyalarında sonda hansı mümkün nəticələrin olması sualına cavab verir.
Hadisələr şəcərəsi ikili şəcərə şəklində olur, hər budaq uğurlu və ya uğursuz budaqlara ayrılır və şaxələnərək artır.
Qeyd etmək lazımdır ki, ETA üsulunda yekun nəticəyə gətirən bütün yollar izlənilir. Bundan fərqli olaraq, FTA üsulu bir konkret etiraz üzərində fokuslanır. Bir çox mütəxəssislər ETA üsulunun FTA üsulunun tam əksi kimi qəbul edirlər. O, da qəbul olunur ki, məntiqi ardıcıllıqda ETA üsulunu FTA üsulundan sonra aparmaq lazımdır. Onda komponent etiraz etdikdə mümkün dağıdıcı hadisələrin hamısı təyin edilir (FTA), sonra isə həmin hadisələr üzərində ətraflı dayanılır (ETA).
ETA üsulu ilə təhlil həm keyfiyyət, həm də kəmiyyət baxımından aparıla bilər. Keyfiyyətcə təhlil aləti kimi onun dəyəri şəcərənin özünün qurulmasındadır ki, analitik baş vermiş dağıdıcı hadisənin hansı fəsadlara gətirə biləcəyini əyani şəkildə izləmək imkanı qazanır və hansı tədbirlərin görülməsi sualına da aydınlıq gətirilir.
Kəmiyyətcə qiymətləndirmə aparıldıqda şəcərənin hər bir budağı üçün başvermə tezliyi/ehtimalı təyin olunur. Bu çətin prosesdir və etibarlı məlumat bazasının olmasını tələb edir. Əgər elə bir baza yoxdursa, onda digər analitik alətlərdən, misal üçün etibarlılıq nəzəriyyəsindən istifadə oluna bilər.
Şəcərənin qurulması ETA üsulunda dağıdıcı hadisənin baş verməsindən (misal üçün, yanğının, zərərli maddənin tullantısının baş verməsindən başlanır. Sonradan bunun nəticələri hansı ardıcılıqla, uğurlu və ya uğursuz budaqlarla gedə bilməsi izlənilir. Sonda proses onda bitir ki, yekun nəticələrə gətirilir.
ETA üsulunun tətbiqinə dair bir nümunə və qurulmuş şəcərənin görünüşü aşağıdakı şəkildə verilir.




Yüklə 391,31 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin