Mühazirə №2.
Risklərə dair əsas anlayışlar.
Risklərin tədqiqatı 50 ildən çox zaman müddətini əhatə etməsinə baxmayaraq, terminoloji baxımdan əsas anlayışların vahid şəkildə verilməsinə eytiyac duyulmaqdadır. Sözügedən əsas anlayışları aşağıda verək.
Təhlükələr dedikdə arzuolunmaz fəsadlara gətirib çıxara bilən şəraitin yaranması başa düşülür.
Nəzarətin aparılması təhlükələrin və onların yaranması şəraitinin qarşısının alınmasına yönələn tədbirlərin görünməsidir.
Baş verən hadisə həmin hadisənin gətirdiyi nəticələrlə əlaqəli anlayışdır. Həmin nəticələr baş verən hadisənin səciyyəsindən, onun vaciblik dərəcəsindən, başvermə şəraitindən və digər halların baş verməsi ilə bağlı olur.
Risk hadisənin baş verməsi tezliyi və gətirdiyi fəsadlarla bağlı olan anlayışdır.
Başvermə tezliyi anlayışı bir ilə düşən arzuolunmaz halların sayı ilə ölçülür və yaxud çoxillik təcrübə əsasında toplanmış məlumat bazasında müşahidə olunan halların baş verməsinin ümumi sayında baxılan hadisəyə neçə dəfə rast gəlindiyini təyin etdikdən sonra müvafiq nisbət kimi götürülür. Lakin elə hadisələr baş verə bilər ki, onların baş vermə tezliyi olduqca kiçikdir, lakin potensial fəsadları çox ağır ola bilir. Onda başvermə tezliyi risklərin qiymətləndirilməsi əsasında təyin olunur və ehtimal səciyyə daşıyır.
Fəsadlar – xəsarət alan və yaxud həlak olan adamların sayı, zədələnmiş əmlakım həcmi, daşmaların həcmi, zədələnmə sahəsi, dayanma müddəti, dəyən ziyanın həcmi və sairə göstəricilərlə təyin olunur.
Mühazirə №3.
Risklərin qiyməyləndirilməsinin əsas mərhələləri.
Risklərin qiymətləndirilməsi risklərin idarə olunması prosesinin əsas tərkib hissələrindən biridir. Belə ki, risklərin idarə olunması geniş şəkildə potensial təhlükələrin təyini, risklərin təhlili, sonradan onların qiymətləndirilməsi və yekun nəticələrə görə risklərin minimallaşdırılması üçün hansı tədbirlərin görülməsinə dair qərarın qəbul edilməsini əhatə edir.
Riskin qiymətləndirilməsinin formal tərifi mövcud standartlara əsasən belədir: “Riskin qiymətləndirilməsi məlumatın toplanması və sistemləşdirilməsi prosesidir və onun aparılmasından sonra baxılan fərdi əməliyyatın (obyektin) riski anlayışına aydınlıq gətirilir”. Riskin qiymətləndirilməsində əsas məqsəd aşağıdakı suallara cavabların alınmasıdır:
Nə düzgün getmir, təhlükə törədir?
Bu nəyə oxşayır?
Hansı tədbirlər görək?
Təbii ki, bu suallara cavab tapmaq üçün müəyyən metodologiya işlənməlidir. Son 50 il ərzində riskin qiymətləndirilməsi sənayedə və maliyyədə geniş tətbiq olunur. Tarixən isə risklərin qiymətləndirilməsi nüvə sahəsində tətbiq olunmağa başlanmışdır.
Bundan sonra fənnin tədrisində izah olunan metodikalar dəniz neft-qaz əməliyyatlarının aparılmasında risklərin qiymətləndirilməsi üçün işlənmiş və təsdiq olunmuş metodikalardır.
Risklərin idarə olunması kontekstində qiymətləndirilməsinin yeri əyani olaraq aşağıdakı şəkildən görünür. Buradan göründüyü kimi riskin qiymətləndirilməsi təhlükələrin identifikasıyası – HAZİD; risklərin təhlili (potensial təhlükələrin tezliyinin və onların fəsadlarının qiymətləndirilməsi və sonda yekun qiymətləndirmə mərhələlərini əhatə edir.
Dostları ilə paylaş: |