Hal-hazırda Xəzər dənizinin Azərbaycan sektorunda neft-qaz yataqlarının mənimsənilməsi məqsədilə çoxlu sayda hidrotexniki qurğular istismardadır və yeniləri tikilir



Yüklə 391,31 Kb.
səhifə5/17
tarix13.12.2023
ölçüsü391,31 Kb.
#175146
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   17
Riskin qiymətləndirilməsi mühazirə

Mühazirə №5.
Risklərin təqdimatı təsvirləri. Risklər matritsasını qurulması.

Risklərin təqdimatı təhlil və qiymətləndirmə əsasında alınmış nəticələrin əyani şəkildə, rahat formatda təsvir olunmasını nəzərdə tutur. Təqdimat formaları riskə dair qərarın verilməsində tətbiq olunur.


Risklərin təqdimat üsulları kimi, aşağıdakıları qeyd etmək olar:

  • risklər matritsası;

  • F-N əyrisi;

  • riskin profili;

  • riskin indeksi.

Risklər matritsasının qurulması ən geniş istifadə olunan üsuldur.
Risklər matritsası potensial təhlükə törədə bilən halın başvermə tezliyinin fəsadlarının dərəcələrinin qrafiki şəkildə birgə verilməsidir. Bu təsvir forması riskin qiymətləndirilməsində tətbiq olunur və analitikə riskləri dərəcələrinə görə siniflərə (ranqlara) bölünməsinə, dərəcəsi kiçik olan təhlükələri nəzərə alınmamasına və risklərin azaldılması üçün görülə bilən tədbirləri müəyyən olunmasına imkan verir.
Risklər matritsası ikiölçülü olur: fəsadların ciddiliyi dərəcəsi və təhlükələri törədən halların baş vermə tezliyi (ehtimalı). Bu ölçülər müstəvisində (şəkilə bax) aşağıdakı sahələr qeyd olunur:

  • yaşıl sahə (ciddilik dərəcəsi və başvermə ehtimalı kiçik olduqda);

  • sarı sahə (ciddilik dərəcəsi və başvermə ehtimalı orta olduqda);

  • qırmızı sahə (ciddilik dərəcəsi və başvermə ehtimalı) yüksək olduqda.

Matritsanın ölçülərinin hər biri bir neçə kateqoriyalara bölünür (adətən 3-6 arasında). Hər təhlükə törədən hadisə başvermə tezliyi və fəsadların dərəcələrinə görə matritsanın xanaların birinə düşür.

Şəkil Risk matritsasının nümunəsi

Yuxarıdakı şəkildən göründüyü kimi üfüqi ox üzrə soldan sağa ehtimal dərəcələri aşağıdakı ardıcıllıqla qeyd olunmuşdur: çox çətin ki, baş verər; çətin ki, baş verər; baş verməsi mümkündür; ehtimal oluna bilər; böyük ehtimalla baş verəcək. Şaquli ox üzrə yuxarıdan aşağı ciddilik dərəcələri qeyd olunmuşdur: çox yüksək; yüksək; orta; cüzi; təsirsiz.
Rənglərə görə kateqoriyalar belə bölünür: qırmızı – qəbul oluna bilməz; sarı – nəzarətin aparılması praktiki mümkündür; yaşıl – qəbul oluna bilər.

Risk nisbi kəmiyyətdir və kiçik, orta və yüksək dərəcəli kimi qiymətləndirilir. Baş verən hadisənin risklər matritsasında hansı xanaya düşməsi aşağıdakı kimi xarakterizə oluna bilər:

  • hadisə yaşıl zonaya düşüb – risk qəbul olunandır və onun azaldılması üçün heç bir tədbirin görülməsi tələb olunmur;

  • hadisə sarı zonaya düşüb – riskə nəzarət aparılmalıdır, hazırkı vaxtda isə ona kiçik dərəcədə də olsa nazarət aparılır.

  • hadisə qırmızı zonaya düşüb – risk qəbul oluna bilməz və dərhal onun azaldılmasına yönələn tədbirlər görülməlidir.

Risk matritsasının qurulmasında dərəcələrin təyin olunması və sıralanması əsasən Böyük Britaniya və ABŞ standartlarına uyğun təyin olunur.
Risklər matritsasının istifadəsinin üstünlükləri aşağıdakılardır:

  • rahat qurulur;

  • asan başa düşülür;

  • risklər haqqında dolğun məlumat əldə etmək mümkündür;

  • ardıcıl olaraq insanlara, əmlaka, ətraf mühitə, aktivlərə, işgüzar fəaliyyətə və sairələrinə təhlükə törədə bilən hadisələrə şamil etmək olar;

  • riskləri dərəcələrinə görə sıralamaq və ardıcıl tədbirlər görərək, nəzarətdə saxlamaq.

Risklər matritsasının mənfi cəhəti isə ondan ibarətdir ki, risklərin yığılması meyli nəzərə alınmır, yəni kiçik dərəcəli qəbul olunan risklər yığılaraq (üst üstə düşərək) qəbul olunmaz riskə gətirə bilər.


Yüklə 391,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin