Hal-hazırda Xəzər dənizinin Azərbaycan sektorunda neft-qaz yataqlarının mənimsənilməsi məqsədilə çoxlu sayda hidrotexniki qurğular istismardadır və yeniləri tikilir



Yüklə 391,31 Kb.
səhifə4/17
tarix13.12.2023
ölçüsü391,31 Kb.
#175146
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   17
Riskin qiymətləndirilməsi mühazirə

Mühazirə №4.
Risklərin qiymətləndirilməsi üçün yanaşma və səviyyənin seçilməsi.

Risklərin qiymətləndirilməsi üçün keyfiyyət, yarımkəmiyyət və kəmiyyət yanaşmaları qeyd olunur. Hansı yanaşmanın seçilməsini layihə meneceri təyin edir və burada bir çox amillər nəzərə alınır ki, onlardan əsasları aşağıda verilir.



  • İstismar dövründə baxılan obyekt haqqında məlumat (dizaynının dəyişilməsi imkanlarının olub olmaması, konstruksiyanın ayrı-ayrı elementlərinin, detal və düyünlərinin istismarda özlərini necə aparılması haqqında toplanmış məlumat bazası). Nə qədər sözügedən məlumat bazası dardırsa, bir o qədər qiymətləndirmə modelləri kobud olur.

  • Potensial təhlükələr (onların fəsadları) nə qədər böyükdürsə, riskin qiymətləndirilməsi daha yüksək səviyyədə aparılmalıdır.

  • Risk haqqında qərar hansı kontekstdə qəbul olunur (daha çox yenilik riskin qiymətləndirilməsi səviyyəsini qaldırır).

Əsas məqsəd riskin azaldılmasıdır və burada açar meyar bunu praktiki olaraq necə həyata keçirilməsidir. İstismar dövrünün müxtəlif mərhələlərində riskin qiymətləndirilməsi imkanları müxtəlif olur, deməli qiymətləndirməyə yanaşmalar da müxtəlif olmalıdır.
Qiymətləndirmə üçün tələb olunan informasiyanın səviyyəsi də təhlükənin törətdiyi potensial fəsadların dərəcəsindən və bu təhlükənin qarşısını almaq üçün mövcud üsul və vasitələrin səviyyəsi və tətbiqi imkanlarından asılı olur. Ümumiyyətlə başlanğıc mərhələdə riskin təhlili və qiymətləndirilməsi üçün keyfiyyətcə yanaşmaların tətbiqi daha məqsədəuyğundur (təhlükələrin identifikasiyası). Təhlil daha dərindən, detalları ilə aparıldıqda kəmiyyətcə qiymətləndirmə üsulları daha yaxşıdır. Keyfiyyətcə və kəmiyyətcə qiymətləndirmə üsullarının, modelin mürəkkəblik və detallaşdırma səviyyəsinin hansının seçilməsi əlimizdə olan məlumatın informativliyindən asılıdır.
Riskin qiymətləndirilməsində qəbul olunmuş əsas fikri isə belə demək olar: ”Qiymətləndirməni onda mürəkkəbləşdirmək olar ki, obyekt (proses) haqqında əldə etdiyimiz məlumat kifayət qədər deyil”.
Beləliklə riskin qiymətləndirilməsini aşağıdakı ardıcıllıqla aparmaq tövsiyyə olunur:

  • əvvəlcə keyfiyyətcə yanaşmanı tətbiq edirik;

  • əgər detallaşdırma səviyyəsi riskə aydınlıq gətirmir, müxtəlif hadisələrin baş verməsi risklərini fərqləndirmək və risk barədə qərarın qəbul olunması üçün daha çox məlumat tələb olunursa, onda detallaşdırma səviyyəsi artırılmalıdır.

Deyilənlərə vizual olaraq blok-sxem vasitəsilə, aşağıdakı şəkildə aydınlıq gətirilir.



Yüklə 391,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin