Hal-hazırda Xəzər dənizinin Azərbaycan sektorunda neft-qaz yataqlarının mənimsənilməsi məqsədilə çoxlu sayda hidrotexniki qurğular istismardadır və yeniləri tikilir



Yüklə 391,31 Kb.
səhifə3/17
tarix13.12.2023
ölçüsü391,31 Kb.
#175146
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   17
Riskin qiymətləndirilməsi mühazirə

Hansı kontekstdə
baxılır ?


MMMonitorinq və icmal

ƏəəƏlaqələr və ekspert məsləhətləri




Risklərin qiymətləndirilməsi

Təhlükələrin təyini








Risklərin təhlili təhlili



Fəsadların qiym-si qiym.

Tezliyin qiymət-si.






Riskin səviyyəsinin təyiniR








Riskin qiymətləndirilməsi








Risklərə
nəzarət



Şəkil. Risklərin idarə olunması kontekstində qiymətləndirilməsi


Təhlükələrin identifikasiyası nəticəsində potensial təhlükələrin siyahısı tutulur, onlar keyfiyyətcə qiymətləndirilir və onların aradan götürülməsinə və risklərin aşağı salınmasına yönələn tədbirlər təyin olunur. Bu mərhələ çox vacib hesab olunur, çünki ixtiyarı gözümüzdən qaçan potensial təhlükə riskin düzgün qiymətləndirilməməsinə və həmin halın nəzarətdən kənar qalmasına gətirib çıxarır.
Təhlükələrin identifikasiyası üçün çoxlu sayda metodikalar işlənmişdir. Onların bəziləri dəniz əməliyyatları üçün təsdiq olunan mövcud normativ sənədlərdə əksini tapmışdır. Bunlardan aşağıdakıları qeyd etmək olar:

  • təhlükələrin identifikasiya qaydaları (HAZİD);

  • təhlükələrin siyahısının tutulması;

  • təhlükələrin ilkin təhlili;

  • “Əgər belə olsa” (What-If) təhlil üsulu;

  • nəzarət siyahısının təhlili (Checklist);

  • təhlükələr və işçi qabliyyətin təhlili (HAZOP);

  • etirazların növləri və fəsadların təhlili (FMEA);

  • dayanmalar şəcərəsinin qurulması (FTA);

  • hadisələr şəcərəsinin qurulması (ET).

Ayrıca qeyd etmək lazımdır ki, bu və ya digər üsulun tətbiqi imkanları tədqiqat obyektinin (prosesin) spesifikasından, avadanlığın tipindən, proqram təminatından və s. asılı olur. Çalışmaq lazımdır ki, təhlükələrin arzuolunmaz fəsadlarının hamısı nəzərə alınsın. Odur ki, identifikasiya üsulları düzgün seçilməlidir. Burada keçmiş təcrübədən yararlanaraq sadə identifikasiya üsullarının tətbiqi kifayət edə bilər. Lakin yeni üsulların tətbiqi üçün daha geniş təhlilin aparılması tələb olunur.
Başvermə tezliyinin təyinində məqsəd təhlükənin yaranması ehtimalını qiymətləndirməkdir. Mövcud standartlara görə bir çox anomal hadisələr müxtəlif ehtimalı olan fəsadlara gətirib çıxara bilər. Bundan başqa bütövlükdə hadisənin başvermə ehtimalı yox, onun törətdiyi fəsadların ayrılıqda ehtimallarına baxılır.
Fikrimizi yekunlaşdıraraq, deyə bilərik ki, ilkin anomal hadisənin başvermə ehtimalını qiymətləndirmək üçün, onun potensial fəsadlarını müəyyən etmək və onların başvermə tezliklərini qiymətləndirmək tələb olunur.
Təhlükələrin identifikasiyası üçün tətbiq olunan üsullar induktiv və deduktiv üsullar kimi təsnif olunur. Deduksiya üsulu sistemin haradan yaranması sualına, induksiya üsulu əgər nə isə baş versə, sistem özünü necə aparacaq sualına cavab verir.
Fəsadların qiymətləndirilməsi keyfiyyət yaxud kəmiyyət baxımından insanlara, əmlaka və ətraf mühitə təsir səviyyəsinin qiymətləndirilməsini əhatə edir. Misal üçün məhsulun sızmasının potensial fəsadları sızmanın hansı yerdə baş verməsi, havanın necə olması, sızan məhsulun fiziki və kimyəvi xassələri və sızma formasından asılı ola bilər. Qazın atmosferə sızması baş verdikdə yanğın və partlayış təhlükələrinə, qorxulu konsentrasiyada yığılmasına xüsusi diqqət yetirilməlidir. Qazın atmosferə tullantısı səbəbindən toksik mühitin yaranması və istiliyin təsiri qorxulu fəsadlara aiddir. Neft daşmaları və tullantıları da partlayışa, gölməçələrin yaranmasına və ətraf mühitin çirklənməsinə gətirib çıxara bilər.
Fəsadların qiymətləndirilməsində ayrıca olaraq hadisələrin mümkün gedişi ssenarisi də mütləq şəkildə nəzərə alınmalıdır. Misal üçün qaz kəmərindən sızma nəticəsində proses müxtəlif ssenarilər üzrə gebilir. Bu onunla bağlıdır ki, sızma kəmərin yeraltı, yerüstü yaxud sualtı hissəsində baş verib.


Yüklə 391,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin