Hal-hazırda Xəzər dənizinin Azərbaycan sektorunda neft-qaz yataqlarının mənimsənilməsi məqsədilə çoxlu sayda hidrotexniki qurğular istismardadır və yeniləri tikilir



Yüklə 391,31 Kb.
səhifə14/17
tarix13.12.2023
ölçüsü391,31 Kb.
#175146
növüMühazirə
1   ...   9   10   11   12   13   14   15   16   17
Riskin qiymətləndirilməsi mühazirə

Mühazirə №14
Sualtı kəmərlərin tikintisi və istismarında əsas təhlükələr
və onların fəsadlarının təhlili
Hal hazırda Xəzər dənizinin Azərbaycan sektorunda neftin, qazın hasilatının gözlənilən artımı həmin xam malı sahildəki yığım məntəqələrinə çatdırmaq üçün müasir standartlara cavab verən sualtı kəmərlərin çəkilişini nəzərdə tutur. Həmin kəmərlərin həm çəkilişi, həm də istismarı zamanı mövcud risklərin azaldıması böyük əhəmiyyət kəsb edir. Bu məqsədlə sualtı kəmərlərin mövcud texniki vəziyyətini qiymətləndirmək üçün mütəmadi olaraq onlara baxış keçirilməlidir. Bu baxışı sistemli şəkildə aparılması üçün xüsüsi nəzarət planı tərtib olunur. Xarici praktikada həmin planı «inspekşen plan» adlandırırlar və biz burada onun tərtibatının əsas prinsiplərini təhlıl edərək, sualtı kəmərlərə şamil etmişik.
Nəzarət planını ümümi şəkıldə aşağıdakı kimi təsvir edə bilərik (Şəkil). Bu şəkildə ğöründüyü kimi ilkin mərhələdə risklər təyin olunur. Təyin olunan risklər qiymətləndirilməlıdır. Hər bir risk kəmərin işçi qabiliyyətinin bu və ya diğər dərəcədə itirilməsinə gətirib çıxara bilən proseslərin gedişi ilə bağlı olur. Buna misal kimi, kəmərlərdə ğedən xaricı və daxili korroziya, boruların birləşmə yerlərində əmələ gələn defektlər, sualtı kəmərlərdə yerdəyişmələr, titrəmələr və sairəni göstərmək olar.
Risklərin qiymətləndirilməsı əsasında nəzarət planının tərtibatı metodikasını Xəzər dənizində hal hazırda istismar olunan hər bir real sualtı kəmərində texniki baxışın keçirilməsində tətbiq etmək olar. Yerləşdiyi ərazidə dalğa və külək rejimi, dəniz dibi relyefin vəziyyətindən asılı olaraq bu vəya digər baxılan hal üçün onun baş vermə ehtimallarının və vaciblik dərəcələrinin qiymətləndirilməsində müəyyən dəyişiklər ola bilər. Məsələn dalga yükləri böyük olduqda, xüsüsilə alcaq dərinliklərdə və sahılə yaxın hissədə su altı kəmərlərdə üzə çıxma halları böyük ehtimalla müşahidə oluna bilər, hansılar ki böyük zədələnmələrə gətirir. Bu hal nəticəsində müvafiq risk ən maksimal ola bilər.


Şəkil Nəzarət planının tərtibatı


Yüklə 391,31 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin