Yuxarıda mahiyyəti acılan nəzarət planının tərtibatının qaydalarına müvafiq olaraq, Xəzər dənizi şəraitində hipotetik sualtı kəmər üçün risklərin qiymətləndirilməsi aparılmışdır. Həmin qiymətləndirmənin nəticələri aşağıda cədvəldə götirilmişdir.
İlk öncə sualtı kəmərin işçi qabiliyyətinin itirilməsinə gətirib çıxara bilən halların siyahısı tərtib olunmuşdur. Hər bi hal üçün onun baş vermə ehtimalı, vaciblik dərəcəsi, həmin halın aşkarlanması imkanının dərəcəsi qiymətləndirilmış və riskin yekun əmsalı hesablanmışdır.
Cədvəldən göründüyü kimi, boruların xarici səthində əmələ gələn korroziyanin baş vermə ehtimalı orta dərəcədədir və 2 əmsalı ılə qiymətləndirilib. Lakin xarici korroziya nəticəsində kəmərlərdə böyük zədələnmələr baş verə bilər ki, bu da sızmalara və nəticədə xam malın itkilərinə gətirib çıxara bilər. Odur ki, vaciblik dərəcəsinə görə bu halı 3 əmsalı ılə qiymətləndiririk. Hal hazırda su altı kəmərlərdə xarici korroziya hallarının aşkarlanması üçün zəruri texniki təminat olduğundan nəzarətin aparılması imkanının dərəcəsini də biz 3 əmsalı ilə qiymətləndirə bilərik.
Riskin qiyməti başvermə ehtimalının, vaciblik dərəcəsinin və nəzarət imkanı dərəcəsinin hasili kimi hesablanır (Cədvəl).
Cədvəl Sualtı kəmər üçün riskin qiymətləndirilməsinin nəticələri