Hazırlayan: Hüseyn Xəlilov UŞaq və yeniyetməLƏRİN İNKİŞafinin sosiAL‐PSİxoloji MƏSƏLƏLƏRİ



Yüklə 1,4 Mb.
səhifə57/103
tarix07.01.2024
ölçüsü1,4 Mb.
#208355
1   ...   53   54   55   56   57   58   59   60   ...   103
UsAQ Ve YENiYETMeLeRiN iNKisAFiNiN SOSiAL‐PSiXOLOJi MeSeLeLeRi

Yalanın növləri

  • Həqiqəti gizlətmək üçün deyilən yalan. Məsələn, uşaq, kitabını özü cırdığı halda, bunu sinif yoldaşının boynuna atır. Yaxud xərcliyini itirdiyi halda, başqa bir şəxsi oğurluqda ittiham edir. Əslində, belə bir yalana müraciət edən uşağın problemini anlamaq çətin deyil. O, cəzadan, atasından və s. qorxaraq bu yalanı söyləyir. Əgər uşaqlar cəzadan, ya da atasının qorxusundan yalana müraciət edirsə, bu işin səhvi təkcə uşaqda deyil. Bu davranış ataların uşaqları ilə münasibətdə göstərdikləri sərtlik və şiddətdən irəli gəlir.

  • Öz mənlik və şəxsiyyətini sübut etmək məqsədi ilə deyilən yalan. Bəzi uşaqlar belə bir yalana tez‐tez müraciət edirlər. Bu, onların özlərini isbat etmək və valideynin tərif və minnətdarlığını qazanmaq istəyindən irəli gəlir. Məsələn, uşaq yalandan dərsdən əla qiymət aldığını söyləyə bilər. Valideynləri yekun cədvəlini istədikdə isə, uşaq həqiqəti gizlətməyə çalışaraq –

“Cədvəl hələ verilməyib” – kimi başqa bir yalanı uydurar. Bəs bu növ yalanın müalicəsi nədir?
Bunun müalicəsi bəsit və sadədir. Bu növ yalana müraciət edən uşağın mehribanlıq və məhəbbət hiss etməsinə ehtiyacı var. O, daha çox davamlı surətdə mükafatlandırılmalı və ruhlandırılmalıdır.

  • Şər və incidici yalan. Burada uşağın əvvəlcədən planlaşdırdığı yalan nəzərdə tutulur. O, əvvəlcədən bu yalanın digər şəxsə ziyan verəcəyini bilir, lakin bunu edir. Məsələn, özü etdiyi işi başqasının üstünə yıxır, ona böhtan atır.

Bu problemi uşaqların diqqətini daha faydalı işlərə yönəltməklə həll etmək olar.

  • Təqlid etməklə deyilən yalan. Uşaqlar digər bir səbəbdən də yalana müraciət edə bilərlər. Məsələn, valideynlərini təqlid eləməyə çalışa bilərlər. Kiçik ailələrdə böyüyən uşaqlar daim diqqət mərkəzində olmağa alışdıqları üçün, böyüdükdə və cəmiyyətdə əlaqə dairələri genişləndikdə yalana müraciət edirlər.

Ona görə də uşaqların yanında yalan danışmaq olmaz. Onlar bunu özlərinə qayda edərək digərləri ilə də belə rəftar edəcək və ya da üzləşdikləri hər hansı bir problemdən xilas olmaq üçün ilk növbədə bu yola əl atacaqlar.

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin