Hazırlayan: Hüseyn Xəlilov UŞaq və yeniyetməLƏRİN İNKİŞafinin sosiAL‐PSİxoloji MƏSƏLƏLƏRİ


Valideynin öhdəsinə düşən vəzifələr



Yüklə 1,4 Mb.
səhifə56/103
tarix07.01.2024
ölçüsü1,4 Mb.
#208355
1   ...   52   53   54   55   56   57   58   59   ...   103
UsAQ Ve YENiYETMeLeRiN iNKisAFiNiN SOSiAL‐PSiXOLOJi MeSeLeLeRi

Valideynin öhdəsinə düşən vəzifələr
Vərdişi tərsinə çevirmək;
Bu vərdişin tərk olunması üçün uşaq 6‐7 yaşında olmalıdır. Uşağın bu vərdişi tərk etmək istəməsi çox vacibdir.
Aşağıda uşağın narahatlığına səbəb olan amilləri nəzərə almaq
Uşaqlarınızla bərabər bu vərdişə gətirib çıxaran səbəbləri öyrənin.
Hansı vəziyyətlər onun üçün problem yaradır?
Bu vərdişin nə vaxt və hansı vəziyyətdə ortaya çıxdığını öyrənin.
Alternativ yol
Ata‐analar bu xoşagəlməz davranışın altında yatan psixoloji səbəbləri öyrənib, lazımi tədbirlər görmək üçün psixoloqlara müraciət etməlidirlər. Həmçinin, ata‐analar ailədə elə şərait yaratmalıdırlar ki, uşaqda xoşagəlməz vərdişlər yaranmasın. Çünki valideynlər arasında vəziyyətin daha da gərginləşməsi uşağı psixoloji baxımdan daha ağır vəziyyətə sala bilər.
Uşaqlarınızla razılaşın. Əgər uşaqlarınız bu vərdişi bir daha təkrarlayarsa, siz də onunla bərabər edin. Bu elə bir şey olmalıdır ki, başqalarına qəribə gəlməməli, uşaqlara xələl gətirməməlidir.
Qarşısının alınması
Yuxarıdakı metodu öyrəndikdən sonra bu vərdişin yaranmasının qarşısını alın.
Əlaqəli davranış
Uşaqlarınızın dırnaq yeməzdən əvvəl hansı hərəkəti etdiyini öyrənin. Məsələn, uşaq dırnağını yeməzdən əvvəl ayaqlarını hərəkət etdirirsə, bu, əlaqəli davranışdır.
Rahatlaşdırıcı Məşqlər
Bir çox rahatlaşdırıcı davranışlar vardır. Psixoloqlardan məsləhət ala bilərsiniz.
Cəmiyyətin dəstəyi
Bu dəstəyi dostunuzdan və ya qohumlarınızdan ala bilərsiniz.
Sınama
Uşaqlarınıza alternativ metodlar təklif və tətbiq edin.
Qeyd: Nə qədər müvəffəqiyyət qazandığınızı hər gün qeyd edin.58

6.5. Yalan danışmaq


Növbəti davranış problemi yalan danışmaqdır. Yalan danışmaq, qarşısındakı insana səhv məlumat vermək məqsədilə qəsdən ortaya qoyulan aldadıcı davranışdır. İnsan daxili dünyasını təhdid edən xarici təsirlərdən qorunmaq üçün yalan danışır. Uşaqların yalan danışması eynilə gənclərin yalan danışması qədər özünü və daxili dünyasını qorumaq üçündür.59
Uşaqların xəyal ilə həqiqəti ayırmadıqları dövr məktəb illərinin başlanması ilə sona çatır. Ancaq bu dövrdən sonra uşaqların reallığa uyğun olmayan sözləri yalan adlandırılır. İdman ayaqqabılarının harada olduğu soruşulduqda, Fərid onları kiminsə məktəbdəki bədən tərbiyəsi otağından oğurladığını söyləmişdi. Halbuki, anası bir‐iki gün sonra evi təmizləyər‐

kən ayaqqabıları Fəridin yatağının altından tapır. Aişənin anası yolda qızının rəfiqəsinin anası ilə qarşılaşır. Ondan öyrənir ki, Aişə atasının polis olduğunu demişdir. Əslində, Aişənin atası polis deyildir. Ailə uşağının yalan danışdığını bildiyi anda verilməli bir çox cəza növləri haqqında düşünə bilər. Zəruri olan ilk şey belə bir vəziyyətdə sakit olmaq və uşağın bu yalanı niyə söylədiyinin cavabını tapmağa çalışmaqdır. Uşaqların yalanlarının müəyyən tipləri vardır, ən çox yayılan tipi araşdırıcı yalandır. Araşdırıcı yalanlar uşağın müstəqilliyə doğru ilk və utancaq bir addımıdır. Uşaq ya‐lan danışmanın necə bir şey olduğunu tapmaqda və sərhədləri yoxlamaqdadır. Uşağın inkişafı baxımından bu tip yalanlar normaldır. Uşaqlarda daha çox rast gəlinən bir başqa yalan isə, pis bir hərəkət etdiyini gizlətməsidir. Uşaq düzgün hərəkət etmədiyini bilib ortaya çıxarsa, cəza alacağından qorxduğu üçün yalana müraciət edəcək. Digər yalan tipi də aldadıcı yalanlardır. Bu, uşağın daha çox etibarlı olmaq istəyindən irəli gəlir. Bəzən belə uşaqlar dost qazanmaq, insanlara təsir etmək niyyətində olurlar. Daha çox müvəffəqiyyət qazanan, yaxud da daha çox sevilən bacı, qardaş, dostunun olduğunu düşünən uşaq özündə bu hərəkəti etməyə ehtiyac hiss edir. Son yalan növü isə uşağın gördüyü yuxu haqqında dediyi yalanlardır. Məsələn, Lalə etdiyi hər səhv hərəkətdən sonra bunu görünməyən bir cücənin etdiyini söyləyir. Belə bir vəziyyətdə ana‐atanın “o cücənin məsuliyyəti sənə aiddir, bu işi etməyinə mane ola bilmirsənsə, o zaman onun almalı olduğu cəzanı sən alacaqsan” şəklində münasibət bildirmələri kifayət edəcəkdir.
Yalan ortaya çıxdıqdan və səbəbi aydın olduqdan sonra cəza mövzusu başlanır. Ana və ata uşağı intizama dəvət etməli, ona xəbərdarlıq etməli, bu hərəkətlər təkrarlandıqda ona verilən cəzalar uşağın yaşına və dözümlülüyünə müvafiq olmalıdır. Məsələn, uşağı xoşladığı bir şeydən müəyyən müddət məhrum etmək də cəza növünə aiddir. 60

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin