Hazırlayan: Hüseyn Xəlilov UŞaq və yeniyetməLƏRİN İNKİŞafinin sosiAL‐PSİxoloji MƏSƏLƏLƏRİ



Yüklə 1,4 Mb.
səhifə59/103
tarix07.01.2024
ölçüsü1,4 Mb.
#208355
1   ...   55   56   57   58   59   60   61   62   ...   103
UsAQ Ve YENiYETMeLeRiN iNKisAFiNiN SOSiAL‐PSiXOLOJi MeSeLeLeRi

Səbəblər:

  • Tədqiqatlara görə, psixoloji cəhətdən insanlar arasındakı fərqliliklər həqiqətləri söyləmə səviyyəsinə təsir edir və yalan danışmaq vərdişi irsi yolla uşaqlara keçir.

  • Yalan danışmayan, demək olar ki, yoxdur. Yalanı uşağa yaşadığı cəmiyyət öyrədir və inkişaf etdirir. Uşaq təqlid etməklə, böyükləri və həmyaşıdlarını müşahidə edərək yalan danışmağı öyrənir. Ana‐ata bir‐birlərinə və ya uşağa yalan danışırsa, yalanlar çoxalır.

  • Çox vaxt cəmiyyət ağıllı yalançıları dəstəkləyir, amma yalana məruz qalmış insanları sadəlövh olmaqda günahlandırır.

  • Uşaqlar həsrətlə baxdıqlarının doğru olmasını istədiyi şeylər üçün yalan danışırlar. Anasından ayrı yaşayan uşağın anasının hər gün ona “səni axtarıram” deməsi, atasız böyüyən bir uşağın atasıyla bərabər keçirdiyi vaxtlarından danışması və s.

  • Yalan danışan uşaqlar xəyallarının gərçəkləşməsini arzulayır.

  • Hərəkətlərinə qarışılan, davranışları müzakirə edilən uşaq səhv etməkdən, cəmiyyətdə alçaldılmaqdan qorxur. Bu vəziyyətdəki uşaqlar ailəsi tərəfindən danlanmaması üçün yalan danışırlar. Məsələn, çarpayını yığdın? “Bəli, yığdım”, – deyə cavab verən uşaq valideyn tərəfindən cəzalandırılmamaq və məsuliyyətdən qaçmaq üçün yalan danışır.

  • Uşaq ailədə kifayət qədər sevgi görməyəndə yalan danışmağa başlayır.

  • Təriflənmək üçün də yalan danışılır. Gənclər özünə inamını inkişaf etdirmək üçün başqa yollara baş vurur. Amma uşağın yolları azdır və bu vəziyyətlərdə yalan danışmağa başlayır.

  • Ana və atanın gözlədiyi müvəffəqiyyət əldə edilmədikdə, uşaq yalan danışır.

  • Ailəsinə bağlı olan uşaqlar onları incitməmək, kədərləndirməmək üçün yalan danışır.

  • Valideynlərin səhv davranışlarına görə uşaq daxilinə qapanır. Ona görə də bəzən həqiqət deyil, yalan söylənilir.

  • Yalan, öz ətrafında səviyyəsini itirmə və ya səviyyə qazanma üçün söylənilə bilər.

  • Tədqiqatlar göstərir ki, sosial və iqtisadi vəziyyətdən asılı olmayaraq, yalan söyləmək mümkündür.

  • Mənlik hörmətini qorumaq üçün yalan söylənilir. Bu vəziyyət o insan üçün bir növ qoruma mexanizmi olsa da, əslində, insanın özünü aldatmasıdır.

  • Başqalarına görə, özünü güclü və üstün hiss etmək üçün yalan söylənilir.

Professor Dok. Üstün Dökmenə görə isə, yalan danışmağın əsas səbəbləri böyüklərdir:

  • Əgər uşağımız yalan danışırsa, bu o deməkdir ki, yalan deməyəcək qədər güclü bünövrəsi olan uşaq yetişdirməmişik. Yalandan istifadə etməyəcək qədər güclü bünövrəsi yoxdursa, bu bir az onun, bir az da bizim günahımızdır.

  • Uşaqlarımız bəzi səhvlərini yalan demədən açıq bir şəkildə ifadə etdikdə bunu təmkinlə qarşılayırıqmı? Çox vaxt yox. Ən azından, bəzilərimiz bu səmimi etiraflar qarşısında ya qışqırırıq, ya da ürəyimiz gedir. Bu davranışlarımızla uşaqlarımızı istəmədən yalan danışmağa sövq edirik.

  • Biz böyüklər öz haqlı səbəblərimizə əsaslanaraq – bəzən uşaqlarımızın önündə başqalarına yalan deyirik. Bəzən də “onlara kiçik müqəddəs yalan danışmaq olar”, – deyə uşaqlarımıza yalan deyirik. Elə gün gəlir ki, bizim xüsusi hallarda yalan dediyimizi başa düşürlər. Onlar da bəzi vəziyyətlərdə – öz haqlı səbəblərinə görə – yalan danışmağa başlayırlar (“uşaqlara kiçik müqəddəs yalan danışmaq olar” fikri çox səhv fikirdir).


Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin