Hazırlayan: Hüseyn Xəlilov UŞaq və yeniyetməLƏRİN İNKİŞafinin sosiAL‐PSİxoloji MƏSƏLƏLƏRİ


ValideynlƏrƏ tƏrbiyƏ ilƏ bağlı tövsiyƏlƏrimiz



Yüklə 1,4 Mb.
səhifə61/103
tarix07.01.2024
ölçüsü1,4 Mb.
#208355
1   ...   57   58   59   60   61   62   63   64   ...   103
UsAQ Ve YENiYETMeLeRiN iNKisAFiNiN SOSiAL‐PSiXOLOJi MeSeLeLeRi

6.6. ValideynlƏrƏ tƏrbiyƏ ilƏ bağlı tövsiyƏlƏrimiz


Evdə bütün işləri görən qadının ən vacib problemlərindən biri anaların uşaqlarına verdiyi tərbiyə qanunlarıdır. Bunu psixoloq Ramazan Boyacı belə təsnifləndirmişdir:

  1. Uşaqların dünyasına girin, onları dinləyin, hisslərini öyrənməyə çalışın. Onların zehni qabiliyyətləri, maraqları və ruh dünyaları yeniyetmələrdən fərqlidir. Ona görə də “bu mövzuda sən nə fikirləşirsən?” kimi suallar verib duyğularını öyrənməyə çalışın.

  2. Mülayim xasiyyətli və qərarlı olun. Mülayim xasiyyətli olmağınız uşaqların özlərini daha yaxşı başa düşməsinə, sərhədlərini bilməsinə kömək edəcəkdir.

  3. “Nə üçün” sualını yox, “nə” və “necə” suallarını soruşun. “Bunu nə üçün elədin? Niyə əsəbisən?” və bu kimi suallar uşaqları qorxuda və əsəbi edə bilər. Onun yerinə “Nə oldu? Necə oldu?” kimi sualları soraraq onların duyğularını və düşüncələrini öyrənib bu problemlərin həlli yollarını taparaq fikir dünyasını inkişaf etdirməyə kömək edin.

  4. Uşaqlarınıza qulaq asın. Müdaxilə etmədən onların nə hiss etdiklərini bilin, uşaqlarınıza bəzi hisslərə sahib olmağın normal olduğunu bildirin. Uşaqlarınızın sözlərinin arasında onların duyğularına da diqqət edin.

  5. Ailə olaraq müəyyən qanunlara sahib olun. Bu halda uşaqlarınız təəccüblənməyəcək, hər şeyi normal qarşılayacaq. Müəyyən zamanlarda müxtəlif qanunlar qəbul edirsiniz, əgər məntiqə uyğundursa, uşaqlarınıza deyin ki, onlar sizi qərarsız bilməsinlər. Məsələn, yarım saat əvvəl “pəncərəni ört” dediniz, amma indi “aç” deyirsinizsə, bunun məntiqli səbəbini söyləyin.

  6. Uşaqlarınızı başqa uşaqlarla müqayisə etməyin. Hər uşağın ayrı bir dünyası var. Fərqli bacarığı, fərqli ağlı və fərqli mənəvi dünyası vardır. Buna görə də onları başqalarıyla müqayisə etməyin. Bu, uşaqlara pis təsir edir.

  7. Problemli davranışların qaynağı bilinirsə, o problemi həll etmək daha asan olur. Səhv həlli yolları o problemi daha da böyüdəcək və başqa problemlərin mənbəyi olacaq.

  8. Səhvlərini üzlərinə vurmaqdansa, onlara yaxın olun.

  9. Qarşılıqsız sevin, sevginizi hərəkətlərinizlə göstərin və dilinizlə də söyləyin.

  10. Evinizdəki problemlərin həllində uşaqlarınızı da dinləyin.

  11. Uşaqlarınızın xüsusi olduğunu bildirin.

  12. Lazım olanda “xeyr” deməyi də öyrənin.

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin