UsAQ Ve YENiYETMeLeRiN iNKisAFiNiN SOSiAL‐PSiXOLOJi MeSeLeLeRi
Sərbəstlik – uşaq dünyasında müsbət və zəruri hesab olunan amillərdən biridir. Sərbəstlik uşağın psixologiyasında istedadı və yaradıcılıq qabiliyyətini üzə çıxaran, müsbət təsir qüvvəsinə malik olan faktordur. Ümumiyyətlə, uşaqların ailədə birgə televizora baxması, otaqda tək olaraq toptop oynaması, gəlinciyinə layla çalması, həyətdə özü üçün o tərəf‐bu tərəfə qaçaraq hərəkət etməsi hələ onların tam sərbəst olması deyil. Bir çox valideynlər sərbəstliyi məhz bu cür başa düşürlər. Bu yalnız sərbəstliyi yaradan amillərdən biridir. Sərbəstliyin bir sıra növləri vardır: fiziki sərbəstlik, fikir sərbəstliyi, danışıq sərbəstliyi. Fiziki sərbəstlik uşaqlarda hərəkilik qabiliyyətinin, fikir sərbəstliyi intellektinin, danışıq sərbəstlyi isə nitqinin, hərəkət və davranışının inkişafına, formalaşmasına təsir göstərir.
Uşaqlarda sərbəstliyin inkişafı üçün onların oyunlara, musiqiyə, rəqsə, şəkil çəkməyə olan həvəslərini öyrənib, onları həmin məşğuliyyətlərə cəlb etmək lazımdır. Həmçinin aşağıdakı oyunları təklif edirik.
Uşaqlar “Top‐top” oyununu çox sevirlər. Bu oyun onların zövqünü oxşayır, əhval‐ruhiyyəsini dəyişir, enerjilərini artırır. “Top‐top” oyununun xüsusiyyəti ondan ibarətdir ki, uşağın bədən və əl əzələlərinin inkişafına müsbət təsir göstərir. Psixoloji nöqteyi‐nəzərdən isə uşaqlarda oyuna qarşı həvəs və marağın artmasına səbəb olur. Yaxşı olar ki, uşaq top‐top oynayarkən siz də ona qoşulasınız. Əvvəlcə hər ikiniz yerdə oturub topu birbirinizə diyirlədin. Sonra oyunun ritmini intensivləşdirin. Bir qədər keçdikdən sonra ayağa qalxıb topu ritmik şəkildə yerə vurmaqla saymağa başlayın. Bu zaman uşaq topu sizdən almaq istəyəcək. Topu ona verib oyunu davam etdirin. Əlbəttə, uşağın topla sizin kimi oynamasına fiziki gücü çatmayacaq. Həmin an uşaq əyilərək topla oynayacaq və həm də sizin kimi saymağa cəhd edəcək. Oyunun harmonik və rəngarəng olması üçün şeir və mahnı oxuyaraq topla oynasanız və uşağı da oyuna iştirakçı etsəniz, daha məqsədəuyğun olar.
Oynaq topum, oynaq topum, Atdım göyə, düşdün yerə,
Əlvan rəngli qıvraq topum. Döndün sağa, döndün sola.
Atdım, tutdum düşdün yerə, Uzaqlaşma məndən, topum,
Qaçdın getdin birdən‐birə. Getmə, dayan, səni tutum.
Bu zaman uşaq da sizinlə oxumağa çalışacaq və onun yaradıcılıq qabiliyyəti üzə çıxacaq. Bu, həm də onun fantaziyasını genişləndirir. Tədqiqatlar zamanı məlum olmuşdur ki, musiqi tərbiyəsi uşağın fizioloji cəhətdən yetkin və sağlam böyüməsi üçün güclü bir vasitədir. Çalışmaq lazımdır ki, uşağın ətrafında tez‐tez musiqi fonu olsun. Digər oyunlar:
“Gizlənqaç”
Bu oyunları uşaqlar özləri tez‐tez oynayırlar. Yaxşı olar ki, valideyn özü də hərdən uşaqlara qoşulub oyunu zənginləşdirsin.
2‐4 m uzunluqda ipi və yaxud kəndiri döşəməyə düz istiqamətdə uzadıb, onun üstündən əvvəlcə gözüaçıq, sonra isə gözü yumulu o tərəf‐ bu tərəfə keçmək.62