Hazırlayan: Hüseyn Xəlilov UŞaq və yeniyetməLƏRİN İNKİŞafinin sosiAL‐PSİxoloji MƏSƏLƏLƏRİ


Kiçik yaşlı uşaqlarda Ətraf mühitlƏ tƏmasdan yaranan suallar



Yüklə 1,4 Mb.
səhifə62/103
tarix07.01.2024
ölçüsü1,4 Mb.
#208355
1   ...   58   59   60   61   62   63   64   65   ...   103
UsAQ Ve YENiYETMeLeRiN iNKisAFiNiN SOSiAL‐PSiXOLOJi MeSeLeLeRi

6.7. Kiçik yaşlı uşaqlarda Ətraf mühitlƏ tƏmasdan yaranan suallar


İki‐üç yaş uşaqların ətraf mühitlə tanışlıq dövrüdür. Ona görə də uşaqlar bu yaşda çoxlu şüurlu və şüursuz suallar verirlər. Bu suallar uşağın təsəvvüründən və geniş fantaziyasından irəli gəlir. Ancaq siz heç də elə hesab etməyin ki, uşaq sualı sizə boş yerə verir. Bu suallar uşaq şəxsiyyətinin formalaşması və idrak prosesində təfəkkürlə təxəyyülün normal inkişafı ilə əlaqələndirilir. Təcrübələr göstərir ki, əksər valideynlər uşağın bir çox suallarına laqeyd və soyuqqanlı yanaşır, onun suallarına əsəbi halda cavab verir, onu tezliklə özlərindən uzaqlaşdırmaq istəyirlər. Məsələn, bir gün uşaq anasını suallarla yorur, nadinclik etməyə başlayır. Ana dözümsüzlük göstərib uşağı bir otağa salır və qapını üzünə bağlayır. Ananın başı ev işlərinə qarışır, uşaq ananın yadından çıxıb qaranlıq otaqda bir saat qalmalı olur. Bu cür sarsıntını yaşayan uşaq qaranlıq otaqda yata bilmir, daim gərginlik vəziyyətində olur, hətta sonradan nitqində kəkələmə halları yaranır.
Çox vaxt valideyn uşağının yorucu suallarına dözə bilməyib ona: “Əgər bir də mənə sual versən ki, “Bu niyə belədir?” dilini kəsəcəyəm!” – deyir.
Uşaqlar sual verən zaman valideynin mimikasına, səsinin tonuna xüsusi diqqət verirlər. Xüsusilə zehni və qavrama qabiliyyəti yaxşı inkişaf edən uşaqlarda bu özünü daha qabarıq şəkildə göstərir. Ona görə də hər bir valideyn uşağın bu yaş dövrünü nəzərə almalı, onun psixologiyasını öyrənməli və belə məsuluyyətli işdən boyun qaçırmamalıdır. Muşahidələrimiz göstərir ki, bu yaş dövründə uşaqlar gün ərzində 200‐ə yaxın sual verirlər. 2‐3 yaşlı uşaqların verdiyi suallarda təkrarçılıq xarakteri özünü göstərir, 3 yaşından sonra isə verilən suallar öyrənmə xarakteri daşıyır.
Məsələn, 2‐3 yaşda:

  • O nədir?

  • Saat.

  • Hə? Saat? O saatdır?

  • Hə də, saatdır.

  • Ver mənə.

  • Ana, o nədir?

  • Şamdır.

  • Şam?

  • Bəli, şam!

  • Şamdır, şam!


Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin