Hazırlayan: Hüseyn Xəlilov UŞaq və yeniyetməLƏRİN İNKİŞafinin sosiAL‐PSİxoloji MƏSƏLƏLƏRİ



Yüklə 1,4 Mb.
səhifə63/103
tarix07.01.2024
ölçüsü1,4 Mb.
#208355
1   ...   59   60   61   62   63   64   65   66   ...   103
UsAQ Ve YENiYETMeLeRiN iNKisAFiNiN SOSiAL‐PSiXOLOJi MeSeLeLeRi

3 yaşda:

  • Bu nədir?

  • Alma.

  • Kim alıb?

  • Ata alıb.

  • Ata hanı?

  • Yatıb.

  • Niyə?

  • Yorulub.

  • Niyə?

  • İşdən gəlib.

  • Ata, bu kitabdır?

  • Bəli, kitabdır.

  • Kitabdır?

  • Əlbəttə, kitabdır.

  • O da kitabdır?

  • Kitabdır. O, böyük kitabdır.

  • Kitab?

  • Bəli, kitab.

Valideyn uşağa verdiyi hər bir izahda diqqətli olmalı, düzgün cavab verməlidir. Çünki həmin sözlər sanki uşağın yaddaşına həkk olunur. Hətta bir müddət keçdikdən sonra uşaq həmin izahatı bir qanun kimi valideynin yadına salır.
Bəzən valideyn uşağın verdiyi sual qarşısında çaş‐baş qalır. Hətta cavab verməmişdən əvvəl bir qədər dərin fikirləşməli olur. Çox vaxt valideynlər bu suallardan yaxa qurtarmaq üçün ümumi cavab verirlər. Bəzi valideynlər isə bu suallara məsuliyyətlə cavab verir, uşaqların dünyagörüşünün zənginləşməsinə kömək edirlər. Belə valideynlər öz uşaqlarının rəğbət və məhəbbətini qazanmış olurlar. Məsələn, 3 yaşlı Bayram iyul ayında havanın temperaturu +37° olan gündə atasına yalvarır: “Ata, mən qar istəyirəm. Allah babaya de, qar yağdırsın”. Belə vəziyyətdə valideyn nə etməlidir? Uşağa hirslənmək olmaz, uşağın könlündən qar keçir. Valideyn ilin fəsilləri haqqında məlumat verir. Eyni zamanda, uşağın nə üçün qar istəməsi ilə maraqlanır.
Hadisə.
Üç yaşlı Aysu gecə yatmır. Artıq gecə saat 11 tamamdır. Valideynlər isə səhər tezdən işə getməlidirlər. Nəhayət, atası Aysudan soruşur: “Qızım, nədən narahatsan, ürəyin nə istəyir, nə verim yatasan? Uşaq sakitcə deyir: “İlik”. Ata və ana pis vəziyyətdə qalırlar, evdə isə ət xörəyi bişirilməmişdir. Ata düzgün yol seçir. Böyük təmkinlə uşağı həyətə çıxarır, ona başa salır ki, görürsən, hamı yatıb. Ətsatan da mağazanı bağlayıb. Sən yat, sabah gedib ət alaram, anan da sənin üçün bişirər, sən də istədiyin qədər yeyərsən. Uşaq atasının bu izahından razı qalır.
Hadisə.
Körpə ikən anasını itirən Nailəni nənəsi və xalası böyüdür. Onlar uşaqdan həqiqəti gizlədib deyirlər ki, anan Avstraliyaya işləməyə gedib. Uşaq daim Avstraliya haqqında televiziya15 verilişlərini izləyir, tez‐tez anası haqda suallar verir, onun üçün şeirlər öyrənir, şəkillər çəkir. Uşaq böyüyür, nənə və xala çaşqınlıq içindədirlər: “Uşağa əsl həqiqəti necə bildirməli?” Onlar çox narahat idilər ki, uşaq dərin psixoloji sarsıntı keçirə bilər.
Əlbəttə, həqiqəti uşağa birdən‐birə demək olmaz. Uşaq tədricən buna hazırlanmalıdır. Məsələn, uşağa buna oxşar hadisələr danışılmalı, hətta bu hadisəyə oxşar filmlər göstərildikdə, hadisə uşağa izah edilməlidir ki, onun şüurunda belə hadisələrə münasibət formalaşsın. Uşaqlarda iradi keyfiyyətlər sürətlə inkişaf etdiyi üçün hər hansı sarsıntını tez bərpa edirlər. Bununla belə, hər bir hadisədə uşağın fərdi xüsusiyyətləri nəzərə alınmalıdır.

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin