HəBİBƏ RƏŞad qızı allahverdiyeva



Yüklə 467,3 Kb.
Pdf görüntüsü
səhifə14/18
tarix27.05.2022
ölçüsü467,3 Kb.
#59781
1   ...   10   11   12   13   14   15   16   17   18
sen n ahr 11 07 18

Nəticədə dissertasiyanın əsas müddəaları müxtəsər elmi-nəzəri yekun-
lar şəklində ümumiləşdirilmişdir. Tədqiqat əsasında aşağıdakı nəticələr əl-
də edilib: 
- Naxçıvan teatrı Azərbaycanın böyük tarixi keçmişə və sənətkarlıq 
ənənələrinə malik mədəniyyət ocaqlarındandır. Bu teatrın rəssamlıq ənə-
nələrinin yaşı onilliklərilə ölçülür. 1882-ci ildə Naxçıvanda başqa ədiblərin 
əsərləri dəfələrlə tamaşaya qoyulmuşdur; 
- XIX əsrin sonu – XX əsrin əvvəllərində bu teatrda peşəkar rəssam 
kadrlarına olan kəskin ehtiyac ayrı-ayrı maarifçilərin və həvəskarların kö-
nüllü fəaliyyəti hesabına ödənirdi.
- Naxçıvan Teatrının ilk rəssamı B.Kəngərli qısa zaman kəsiyində bir 
çox tamaşalara səhnə tərtibat vermiş və özündən sonra zəngin bədii irs 
qoymuşdur. 
- Artıq XX əsrin ortalarında teatrda kifayət qədər yüksək peşəkarlıq sə-
viyyəsinə malik aktyor və rejissorlar olduğu halda tamaşalara rəssamlıq 
tərtibatını gənc rəssamlara həvalə edirdilər ki, onlar da Kəngərli məktəbi-
nin davamçıları kimi bu işin öhdəsindən gəlmək iqtidarında olduqlarını nü-
mayiş etdirirdilər. 
- 1940-1945-ci illərdə teatrın yaradıcı kollektivi öz işlərini müharibənin 
tələbləri əsasında quraraq daha böyük fədakarlıqla işləyirdilər. Teatr rəs-
samları insanlarda qələbəyə inam hissini aşılamaq, qəhrəmanlıq və vətən-
pərvərlik hisslərini gücləndirmək kimi tamaşanın bədii təsir qüvvəsini da-
ha təsirli etmək baxımından daha səylə çalışırdılar; 
- Naxçıvan teatrının və onun səhnəqrafiyasının intibahı ötən əsrin 60-
70-ci illərinə təsadüf edir; 
- 1964-cı ildə M.F.Axundzadə adına Naxçıvan Dövlət Musiqili Dram 
Teatrın yeni binaya köçməsi, bununla da teatrın texniki vasitələrinin yaxşı-
laşması rəssamların işini asanlaşdırmaqla bərabər, onlara yaradıcılıqlarını 
daha mükəmməl, dövrün tələbinə uyğun hazırlanması və səhnə quruluşunu 
layiqincə yerinə yetirməsinə kömək etmişdir. 
- 1988-ci ildə bədnam düşmənlərin törətdikləri Dağlıq Qarabağ hadisə-
lərinin başlaması ilə Naxçıvan teatrı da daha çox vətənpərvərlik və milli 
şüurun dirçəlməsi mövzusunda yeni tamaşalar hazırlamağa başladı ki, bu 
da müasir ruhlu bədii üslubun formalaşması üçün əlverişli zəmin yaratmış-
dır; 
- Teatrın repertuarında milli vətənpərvərlik tematikasını əks etdirən 
əsərlər teatrın səhnəqrafiyasını fərdi, özünəməxus keyfiyyətlərlə təmin et-


19 
mişdir. Milli dövlətçilik atributlarının bədii tərtibata daxil edilməsi səhnəq-
rafiyanın bədii-emosional təsir gücünü artırır və onu daha cəlbedici edirdi;
- Müasir dövrdə teatrın janr rəngarəngliyi tamaşanın bədii həllinin xa-
rakterini müəyyən edən əsas cəhətlərdən birinə çevrilmişdir. Müxtəlif xa-
rakterli tamaşalarda təsadüf edilən fərqli tərtibat nümunələri Naxçıvan teat-
rı səhnəqrafiyasının geniş sənət imkanlarını nümayiş etdirirdi; 
- Naxçıvan teatrının müasir mərhələsində rəssamlar səhnə tərtibatının 
klassik və müasir prinsiplərinin sintezini yaratmaq yolunda xeyli irəlilə-
məklə bu yolu inkişaf etdirirlər. 
Teatr rəssamlığının tarixi inkişaf yolu bu gün də yaradıcılıq axtarışla-
rından usanmayan “yolçu”ların əldə etdiyi nailiyyətlərlə zəngindir. Bu ya-
radıcı insanlar uğurlu nəticələr əldə etmək üçün uzun illəri əhatə edən ya-
radıcılıq ənənələrinə sadiq qalmaqla yanaşı, həm də Azərbaycanın və dün-
ya səhnəqrafiyasının son nailiyyətlərini, göstəricilərini diqqətlə izləyir
müasirlik və sənətkarlıq mövqeyindən çıxış etməklə uğurlu inkişaf yolunu 
seçirlər.
Beləliklə, tədqiq olunmuş material Azərbaycan teatr rəssamlığı sənəti 
tarixində müəyyən iz qoymuş, Naxçıvan teatrının səhnəsində çalışmış bəzi 
teatr rəssamlarınn yaradıcılıq yolu və səhnəqrafiyanın bədii xüsusiyyətləri-
nin öyrənilməsində növbəti addım kimi dəyərləndirilməlidir. 

Yüklə 467,3 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin