HəBİBƏ RƏŞad qızı allahverdiyeva



Yüklə 467,3 Kb.
Pdf görüntüsü
səhifə11/18
tarix27.05.2022
ölçüsü467,3 Kb.
#59781
1   ...   7   8   9   10   11   12   13   14   ...   18
sen n ahr 11 07 18

cəssümündə rəssam işi” adlanan ikinci yarımfəsilində milli və tərcümə 
olunmuş səhnə əsərlərinin bədii tərtibatı təhlil olunmuşdur. Belə ki, səhnə 
tərtibatında romantik səpkidə iş getsə də texnika, rəng, üslub baxımından 
bir-birindən fərqli rəssam işi, hadisələrin baş verdiyi məkanın təsviri, ta-
maşanın ruhuna uyğun rəng koloritindən istifadə edilməsi səhnə əsərlərinin 
daha baxımlı olmasına dəlalət edirdi. Naxçıvan teatrında 50-ci illərdə ta-
maşya qoyulan faciə və dram əsərlərinin tərtibatında romantik yönümdə 
hazırlanmış pərdələrdə öz əksini tapan məzərə təsvirlərində səma perspek-
tivası, ön planda isə tamaşanın sujet xəttinə uyğun istifadə olunan dekorla-
rın yer alması diqqəti cəlb edir. Həmin dövrdə dekorasiyanın bir parçası 
olan, lirik kompozisiyanın ifadə gücünü özündə birləşdirən, gözəl bir rəsm 
əsərinə bərabər olan tərtibat işlərinə rast gəlirik. Romantik üslub xüsusiy-
yətlərinə teatr rəssamı Məmməd Qasımovun bədii tərtibat işlərinə daha çox 
təsadüf olunur. Bu yarımfəsildə tamaşaların bədii tərtibat xüsusiyyətləri 
haqqında olan təhlillər onu deməyə əsas verir ki, rəssamların yaradıcılığın-
da tamaşanın ümumi mənzərəsi, hadisələrin baş verdiyi məkanın gözəl və 
romantik təsviri kimi xarakterizə olunur. Rəssam tərtibat verdiyi tamaşa-
larda hadisələrin baş verdiyi məkanı real təsvirlərlə, bitkin şəkildə işləmək-
lə dolğun təsəvvür yaratmağa nail olursa, bu zaman həm də tamaşaçının 
estetik zövqünə təsir edir, lirik əhval-ruhiyyənin tamaşaçıya çatdırılmasın-
da rejissorla paralel olaraq mübarizə aparır. 
“Çağdaş mövzulu orijinal və tərcümə əsərlərin tamaşalarına veri-
lən bədii tərtibatlarda müasirlik axtarışları” adlı ikinci fəsilin üçüncü 


15 
yarımfəsilində repertuarda üstünlük verilən müharibə və vətənpərvərlik 
mövzusunda olan tamaşaların bədii tərtibat xüsusiyyətlərində rast gəlinən 
müasirlik axtarışlarından bəhs olunur. Tamaşaların bədii tərtibatında müa-
sir üslub, yeni forma, yeni rəng çalarlarının axtarışı həmin illərdə teatr rəs-
samlarının yaradıcılığında aktual məsələlərdən biri idi. Onların tərtibat ver-
diyi bir çox tamaşalar realist ənənələrə sadiqlik baxımından digər səhnə 
əsərləri ilə eynlik təşkil etsə də, rəssamın əsərin səhnə təcəssümünün uğur-
lu alınması naminə atdığı addımlarında fərdilik və əsərin ideyasının açıl-
masına xidmət edən fərqli rəng qammalarının olması, özünəməxsus müxtə-
lif ifadə vasitəsi kimi qiymətləndirilmişdir. Adı çəkilən teatrda səhnəyə qo-
yulan, romantik faciə və dram əsərlərinə hazırlanmış tərtibatlarda yeni üs-
lub meylləri diqqəti cəlb edir. Dövrlə səsləşən orijinal və tərcümə edilmiş 
səhnə əsərlərinin tərtibatında müasirlik axtarışları rəssamların realist prin-
siplərə olan yeni baxışlarından, yeni yaradıcılıq texnikası və üslub müxtə-
lifliyinə üstünlük vermələrindən xəbər verir. Həmin illərdə Naxçıvanda 
fəaliyyət göstərən teatr rəssamlarının yaradıcılığında da novatorçuluq ele-
mentləri vardır ki, bu da onları səhnənin estetik həllinə səbəb olan tərtibat 
işinin müəllifi etmiş, yeni-yeni yaradıcılıq axtarışlarına ilhamlandırmışdır. 
Naxçıvan teatrında səhnəqrafiyanın inkişafında romantik və realist teatr 
məktəblərinin poetik səciyyələri hələ Böyük Vətən müharibəsi illərindən 
etibarən təşəkkül tapmışdır. 70-ci illərin ortalarında, artıq milli dramaturgi-
ya nümunələri, o cümlədən, tərcümə əsərlərinin səhnələşdrilməsində yeni 
tərtibat formaları, əsasən realizm prinsiplərinə əsaslanan yeni quruluş növ-
ləri meydana çıxdı. 
Tədqiqatın “Bədii tərtibatda yeni forma, janr və üslub axtarışları-

Yüklə 467,3 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin