HəBİBƏ RƏŞad qızı allahverdiyeva


Dissertasiyanın strukturu



Yüklə 467,3 Kb.
Pdf görüntüsü
səhifə7/18
tarix27.05.2022
ölçüsü467,3 Kb.
#59781
1   2   3   4   5   6   7   8   9   10   ...   18
sen n ahr 11 07 18

Dissertasiyanın strukturu. Dissertasiya girişdən, üç fəsildən, doqquz 
yarımfəsildən, nəticədən, istifadə edilmiş ədəbiyyat siyahısı və illüstrasiya-
lardan ibarətdir. 

DİSSERTASİYANIN QISA MƏZMUNU 
 
Dissertasiyanın “Giriş” hissəsində tədqiqatın aktuallığı, işlənmə dərəcə-
si, məqsədi və vəzifələri, obyekti və predmeti, metodoloji əsasları, tədqiqa-
tın sərhədləri, elmi yeniliyi, nəzəri və təcrübi əhəmiyyəti, eyni zamanda 
tədqiqatın aprobasiyası və sturukturu haqqında məlumat verilir. 
“Naxçıvan teatrında səhnəqrafiyanın təşəkkülü və ilkin inkişaf 
mərhələləri” adlanan I fəsil üç – “Naxçıvanda teatr sənətinin təşəkkülü-
nün ictimai-sosial zəmini”, “Naxçıvan teatrının ilkin dövründə bədii 
tərtibatın əsas səciyyələri” “Teatrın dövlət təsisatına keçməşindən 
sonrakı ilk 20 ildə səhnəqrafiyanın təkamülünün əsas prinsipləri 
(1922–1942)” adlı yarımfəsilləri əhatə edir. 
“Naxçıvanda teatr sənətinin təşəkkülünün ictimai-sosial zəmini” 
yarımfəsili Naxçıvanda teatrın qədim köklərindən, meydan tamaşaların-
dan, teatrın yaranmasında ziyalıların böyük fəaliyyətindən bəhs edir.
Qədim dövrlərdən Naxçıvanda elm, incəsənət, ədəbiyyat sahələrində 
mütərəqqi ənənələr mövcud olmuş, dünyəvi teatr yaranmamışdan min illər 
öncə Azərbaycanın ayrı-ayrı bölgələrində olduğu kimi, burada da xalq teat-
rının müxtəlif nümunələri yaradılmışdır. Cəmiyyətin ilkin dövrlərində 
müxtəlif proseslərdə (əmək, nigah və s.) aparılan söhbətlər, adət-ənənələr, 
musiqi və rəqslərlə zəngin olan oyunlar teatr sənətinin ilkin nümunələridir. 
Mərasim və ayinlərin bir çoxunda isə oyun və tamaşa ünsürləri mühüm 
yer tutmuş və xalq teatrının yaranması üçün müəyyən bünövrə hazırlamış-
dır. Bütün bu oyunlarda qrimləmənin xüsusi yeri vardır ki, bunu da teatr 
rəssamlığının ilkin forması hesab etmək olar. Əsasən bahar bayramı – 
Novruz şənliklərində Naxçıvan və Ordubad şəhərlərinin küçə və meydan-
çalarında, böyük kəndlərin əksəriyyətində əhali arasında əyləncəli nömrə-
lər, kütləvi səhnəciklər göstərilirdi. Həmin tamaşaların gedişinə rəhbərlik 


10 
etmək üçün bəy seçilirdi. Həmin bəy müxtəlif təbəqələrdən ola bilərdi. Ta-
maşa zamanı seçilən şəxs bəylik libası geyinir, keçi tükündən, yaxud pam-
bıqdan saqqal və bığ qoyur, əksər hallarda kömürlə qrimlənərək taxtında 
əyləşir, hökm verir, məzəli, şirin sözləri ilə, nağara, qaval və zurna ifaçıları 
camaatı əyləndirirdilər. Belə tamaşalarda, mərasimlərdə insanlar bəzən 
şənlənməklə yanaşı, oyunbazlar tərəfindən cəmiyyətdə baş verən vacib xə-
bərləri, mühüm hadisələri öyrənirdi.
Qədim tarixə malik olan “Sayaçi”, “Novruz”, “Gəvsəç” kimi əmək pro-
sesi, fəsil bayramları ilə bağlı bir sıra mərasimlərdə nəinki xor, rəqs, dia-
loq, hətta dramatik süjetlərə və hərəkətə, bəzən isə “aktyor” tərəfindən ifa 
edilən bədii surətə belə rast gəlmək olur. Məsələn, Novruz mərasimində 
mühüm bir epizod təşkil edən, “...simvolik məna daşıyan mənfi və müsbət 
obrazların qarşılaşdırılması prinsipinə əsaslanan...”
18
“Kosa-kosa” oyunu 
həqiqi mənada bir teatrdır, çünki, burada süjet də dramatik hərəkət də, ən 
başlıcası isə xüsusi paltar geyinən, maska taxan aktyorlar da vardır. Məhz 
bu maskaların hazırlanması, bəzədilməsi də teatr rəssamlığının ilkin for-
ması hesab olunur. Burada teatrın ideya bədii ruhuna uyğun geyimlər, hə-
vəskarların üzlərinin obraza uyğun qrimlənməsi və s.deyilənlərin sübutu-
dur. 
Qədim elm və sənət beşiklərindən sayılan Naxçıvanda XIX əsrin ortala-
rından başlayaraq sosial-mədəni tərəqqi sahəsində müəyyən yeniliklər gö-
rünməyə başladı. 1864-cü ildə şəhərin mərkəzi hissəsində açılmış rus mək-
təbinin yanında xüsusi teatr binası inşa olundu. Həmin vaxtdan burada rus 
dilində bir sıra tamaşalar göstərilirdi.
Bu tamaşaları izləyən Naxçıvanın 
gənc maarifpərvər ziyalıları yadellilərin işğalçılıq siyasətini bəyənməsələr 
də, əhalinin mədəni səviyyəsinin formalaşmasında və xalqın tərəqqisində 
rolu olan həmin tamaşaların əhəmiyyətini başa düşür, bu səpkidə həyata 
keçirilən tədbirləri təqdir edirdilər. Teatrın böyük tərbiyəvi əhəmiyyətini 
dərk edən ziyalı gənclər Naxçıvanda teatr tamaşalarının göstərilməsini təş-
kil edirdilər ki, bu da, milli teatrın yaranması üçün bir təkan idi. 
1873-cü ilin martında Bakıda Azərbaycan Milli Teatrının yaranması ilə
naxçıvanlı teatrsevər gənclərdə bu sənətə məhəbbət daha çox alovlandı. 
Onlar Bakıda hazırlanan tamaşalara baxır, tamaşanı ərsəyə gətirən ziyalı 
kollektivlə, əlaqə saxlayır və tamaşanın hazırlanması haqqında maraqlan-
maqla bu sənətin sirlərinə yiyələnirdilər. Bu isə gələcəkdə Naxçıvanda te-
atrın yaradılması sayəsində atılacaq addımların əsası idi. 
1882-ci ildə Naxçıvanda başda Eynəli bəy Sultanov olmaqla əsas üzvlə-
ri müəllimlərdən ibarət olan “ziyalılar cəmiyyəti” təşkil olunur. Naxçıvan 
ziyalıları xalq içərisində demokratik ideyalarını teatr vasitəsi ilə də yayma-
ğa çalışırdılar. Bu ziyalılar arasında Cəlil Məmmədquluzadə, Eynəli Sulta-


11 
nov, Mirzə Əliməmməd Xəlilov, Qurbanəli Şərifov, Mirzə Ələkbər Süley-
manov, Mirzə Məmməd Zamanbəyov və başqaları vardı. Bu məqsədlə zi-
yalılar Eynəli bəy Sultanovun mənzilində toplaşaraq Mirzə Fətəli Axund-
zadənin əsərlərini oxuyur, teatr yaratmaq haqqında düşünürdülər. 
18
Rza-
yev N. Əsrlərin səsi – Bakı: “Azərnəşr”, 1974-cü il.s.16.
Bütün bunların nəticəsi idi ki, Eynəli bəy Sultanov və onunla həmrəy 
olan ziyalılar 1883-cü ilin əvvəllərində Naxçıvanda yaradılan “Müsəlman 
incəsənət və dram cəmiyyəti” fəaliyyətə başlayır. Naxçıvanda teatr sənəti-
nin, o cümlədən səhnəqrafiyanın təşəkkül tapmasında ictimai-sosial zəmin 
kimi çıxış edən bir çox amillər olmuşdur ki, bunlar da başlıca olaraq özün-
də idrak xüsusiyyətlərini yaşadan xalqın zəngin folklor nümunələri ilə 
bağlıdır. Lakin bu sənətin inkişafı həm də qədim diyarda elm və incəsənət 
sahəsində mütərəqqi ideyalarla bağlı ənənələrin yaşaması ilə əlaqədardır. 

Yüklə 467,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin