HəBİBƏ RƏŞad qızı allahverdiyeva


FD.02.191 Dissertasiya Şurasının



Yüklə 467,3 Kb.
Pdf görüntüsü
səhifə2/18
tarix27.05.2022
ölçüsü467,3 Kb.
#59781
1   2   3   4   5   6   7   8   9   ...   18
sen n ahr 11 07 18

FD.02.191 Dissertasiya Şurasının
elmi katibi, sənətşünaslıq üzrə 
fəlsəfə doktoru, dosent:
X.Z.Əsgərova 




 
TƏDQİQATIN ÜMUMİ SƏCİYYƏSİ 
 
Mövzunun aktuallığı. Azərbaycan mədəniyyətində əhəmiyyətli yer tu-
tan Naxçıvan teatrı 1882-1922-ci illərdə müxtəlif truppalar şəklində ayrı-
ayrı məktəblərdə müəllim və şagirdlərin iştirakı ilə fəaliyyət göstərmşdir. 
Bu dövr çağdaş Naxçıvan Dövlət Musiqili Dram Teatrının həvəskarlıq 
dövrü kimi səciyyələnir. Müəyyən inkişaf yolu keçən, peşəkarlığını artıran 
kollektiv 1923-cü ildə dövlət təsisatına keçib və indiyədək institusional 
mədəniyyət faktoru kimi fəaliyyət göstərir. 
Naxçıvan teatrının təşəkkülü
1
, onun inkişaf yolu və sənətkarlıqda for-
malaşma prinsiplərinin estetik səciyyələri
2
, sayılıb-seçilən səhnə ustaları-
nın yaradıcılıq tarixçələri
3456
, müxtəlif problemləri
7
barədə kitablar yazılıb, 
elmi araşdırmalar aparılıb. Teatrın qabaqcıl səhnə ustaları öz xatirələrini 
dərc etdiriblər
8

Naxçıvan teatrında səhnəqrafiyanın vəziyyəti, estetik prinsipləri barədə 
xatırlatdığımız mənbələrdə bu sənət ocağının müxtəlif tamaşaları barədə 
yazılmış resenziyalarda az da olsa müəyyən məlumatlar verilib. Hətta bəzi 
resenziyalarda rejissor işi, aktyor oyunu ilə bərabər rəssamın verdiyi tərti-
bat haqqında da elmi-nəzəri fikirlər yürüdülüb. 
Lakin bütün görülən işlərlə yanaşı, Naxçıvan teatrında səhnəqrafiyanın 
geniş elmi-nəzəri təhlili aparılmayıb, bu mövzuya fundamental tədqiqatlar 
həsr olunmayıb. Qeyd etmək lazımdır ki, Azərbaycan milli teatrında peşə-
kar səhnəqrafiyanın təşəkkülü məhz Naxçıvan teatrı ilə bağlıdır. Sənətşü-
naslıq doktoru, professor İlham Rəhimlinin elmi qənaətinə görə ilk peşəkar 
milli teatr rəssamı Naxçıvanda yaşayıb- yaradan Bəhruz bəy Kəngərli sayı-
lır. Eyni zamanda Əməkdar İncəsənət xadimi, sənətşunaslıq üzrə fəlsəfə 
doktoru Ziyadxan Əliyev və Nizami Aliyevin həmmüəllif olduqları “Bəh-
1
Xəlilov.Ə.T. Naxçıvan Teatrının tarixi - Bakı: Azərbaycan Teatr Cəmiyyəti, 1964, 93 s.
2
Rəhimli İ.Ə., Vəzirov.C.H. Naxçıvan teatrı – Bakı: “Aspoliqraf”, 2008, 350 s.
3
Rəhimli İ.Ə. Səhnədə ucalan əzəmət (İbrahim Həmzəyev). – Bakı: “Çaşıoğlu”, 2010. 416 s.
4
İsmayılova A.“Nehrəmli qız”- Bakı: “İşıq”, 1985, 27s.
5
Qazıbəyov R. və Vəzirov C.H. İbrahim Həmzəyev - Bakı: “İşıq”, 1982.
6
Qənimət Əlisaoğlu. Ömrün zirvəsi - Bakı, “Araz”, 2000. 192 s.
7
Naxçıvan Teatrı. Məqalələr, xatirələr. Tərtibçilər Fərman Xəlilov və Fəxrəddin Cəfərov - 
Naxçıvan, “Əcəmi” 1914. 296 s.
8
Mövləvi S.M. Naxçıvan teatrında. Səhnədən keçən yollar kitabında- Bakı: “Yazıçı”, 1983. 238-
256 s.



ruz bəy Kəngərli taleyi”
9
kitabında göstərildiyi kimi rəngkarlıq sənətimizdə 
ilk peşəkarlardan olan, Tiflisdə xüsusi rəssamlıq təhsili almış Bəhruz bəy 
Kəngərli Naxçıvan teatrındakı səmərəli fəaliyyəti ilə milli səhnəqrafiyamı-
zın inkişafında böyük xidmətlər göstərib. Tədqiqata cəlb etdiyimiz mövzu
bu baxımdan da aktualdır. Naxçıvan teatrında səhnəqrafiyanın inkişafının, 
onun estetik səciyyələrinin geniş bir dövrdə – (1882-2014) araşdırılması, 
təhlil olunması mövzunun aktuallığını şərtləndirən cəhətlərdəndir. Mövzu-
nun aktuallığı həm də bundadır ki, milli sənətşünaslığımızda ilk dəfə Bəh-
ruz bəy Kəngərlinin və Naxçıvan teatrında müxtəlif illərdə tamaşalara səh-
nə tərtibatları vermiş Adil Qazıyevin, Nağı Nağıyevin, Şamil Qazıyevin, 
Ənvər Qazıyevin, Məmməd Qasımovun, Əyyub Hüseynovun, Şəmil Mus-
tafayevin, Rəcəb Rəcəbovun, Mustafa Məmmədovun, Sənan Qurbanovun, 
Yuran Məmmədovun, Əli Səfərovun, Elçin Məmmədovun, Məmmədəli İs-
mayılovun, Əbülfəz Axundovun, Səyyad Bayramovun, Mircəlil Seyido-
vun, Hüseynqulu Əliyevin yaradıcılığının janr-üslub xüsusiyyətləri, forma 
prinsipləri, kompozisiya qurumundakı fərdi özəllikləri bir tədqiqat işində 
araşdırılır. Teatra dəvət olunaraq müqavilə əsasında tamaşalara tərtibat ve-
rən rəssamların da uğurlu işləri təhlil olunub.
Naxçıvan teatrında səhnəqrafiyanın inkişafının ümumi prinsipləri bila-
vasitə ayrı-ayrı sənətkarların fərdi yaradıcılıqları kontekstində araşdırılır. 
Bu, elmi işin aktuallığını sübut edən növbəti məqamdır. Hər bir teatrın 
yaradıcılıq yolu dramaturqun, rejissorun, aktyorun, rəssamın və bəstəkarın 
birgə fəaliyyətləri zəminində araşdırılanda mövzu tam əhatə edilir. Naxçı-
van teatrının fəaliyyət dairəsində daha az işlənən və nadir hallarda təhlilə 
çəkilən səhnə tərtibatı işlərinə də rast gəlmək olar. Ən əsası odur ki, məhz 
bu dissertasiyada Naxçıvan teatrında səhnəqrafiyanın inkişaf mərhələlərini 
geniş şəkildə, sənət ocağının ümumi fəaliyyət prinsipləri əsasında araşdır-
mağa cəhd göstərilib. 
Görkəmli alman dramaturqu və teatr xadimi Bertolt Brext tamaşanın 
tərtibat obrazının rejissor konsepsiyasının reallaşmasının əsas atributların-
dan biri sayır
10
. Tədqiq olunan dissertasiya mövzusunda bu prinsipə xüsusi 
diqqət yetirilib. 

Yüklə 467,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin