HəBİBƏ RƏŞad qızı allahverdiyeva


ilk 20 ildə səhnəqrafiyanın təkamülünün əsas prinsipləri (1922 –



Yüklə 467,3 Kb.
Pdf görüntüsü
səhifə9/18
tarix27.05.2022
ölçüsü467,3 Kb.
#59781
1   ...   5   6   7   8   9   10   11   12   ...   18
sen n ahr 11 07 18

ilk 20 ildə səhnəqrafiyanın təkamülünün əsas prinsipləri (1922 – 
1942)” adlı yarımfəsildə isə 1922-1942-ci illərdə teatr səhnəqrafiyanın in-
kişafı, teatr rəssamlarını üslub xüsusiyyətləri, tamaşaların bədii tərtibatının 
əsas səciyyələrindən bəhs olunur. Bəhs olunan dövrlərdə B.Kəngərlidən 


13 
sonra tamaşaya qoyulan əsərlərin bədii tərtibatını naxçıvanlı rəssam Adil 
Qaziyev, Nağı Nağıyev, Şamil Qazıyev, Əyyub Hüseynov vermişdir. Adil 
Qaziyev Azərbaycanın ilk realist rəssamı, Naxçıvan teatrında səhnəqrafi-
yanın əsasını qoyan B.Kəngərlınin tələbəsi kimi rəssamlığın sirlərinə yiyə-
lənmişdir. Müəllimindən sonra səhnə tərtibatı işində yaxından iştirak edə-
rək onun teatrdakı yaradıcılıq yolunu davam etdirmişdir. Öz yaradıcılığın-
da realist ənənələrə sadiq qalmış Adil Qaziyev 1922-ci ildən başlayaraq te-
atrda fəaliyyət göstərdiyi səkkiz il müddətində otuz altı tamaşaya tərtibat 
vermişdir. 
Naxçıvan Teatrında istər yazdığı əsərlərə görə, istərsə də tamaşalara 
verdiyi bədii tərtibata görə özünəməxsus yerlərdən birini tutan Nağı Nağı-
yev tutmuşdur. Şamil Qaziyev isə 1930-cu ildən başlayaraq Naxçıvan teat-
rında səhnələşdirilən əsərlərin bədii tərtibatını vermişdir. 1942-ci ildən eti-
barən Naxçıvan teatrında rəssam kimi fəaliyyətə başlayan Eyyub Hüsey-
nov özünəməxsus dəst-xətti, işləmə texnikası ilə teatr-dekor sənətinə yeni 
nəfəs gətirmişdir. 
1930-1942-cı illərdə teatr səhnə tərtibatı sahəsində də böyük uğurlar qa-
zanmış, inkişaf yolu keçmişdir. Bu dövrdə repertuarda olan əsərlərin geniş 
bədii tərtibatında da dövrün həyat hadisələri, ictimai-sosial vəziyyət, milli, 
həmçinin xarici ölkələrin adət-ənənələri, obrazların xarakteri əks etdiril-
miş, sadalananlar və tarixi xüsusiyyətlər ən azı geyimlərdə və digər tərtibat 
vasitələrində tərtibatçı rəssam tərəfindən tamaşaçıya çatdırılmışdır. Naxçı-
van Teatrı dövlət təchizatına keçəndən sonra (1922–1942) səhnəqrafiyanın 
təkamülünün əsas prinsipləri bu illərdə teatrın inkişafına göstərilən dövlət 
qayğısı ilə bağlı olmuşdur ki, bu da sovet ideologiyasının təbliğat maşını 
rolunu oynamaqla onun bir qanadına çevrilən teatra yönəlmiş diqqətlə bağ-
lı idi . 
Tədqiqatın “Naxçıvan teatrında səhnəqrafiyanın inkişafında roman-

Yüklə 467,3 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin