HəBİBƏ RƏŞad qızı allahverdiyeva


nın əsas estetik prinsipləri (1974



Yüklə 467,3 Kb.
Pdf görüntüsü
səhifə12/18
tarix27.05.2022
ölçüsü467,3 Kb.
#59781
1   ...   8   9   10   11   12   13   14   15   ...   18
sen n ahr 11 07 18

nın əsas estetik prinsipləri (1974-2014-cü illər)” adlanan III fəsili – 
“Naxçıvan teatrında lirik-psixoloji üslubun təkamül və formalaşma-
sında səhnəqrafiyanın əhəmiyyəti”, “Tərtibatda janr və üslub müxtə-
lifliyinin əsas səciyyələri”“Tamaşalarda bədii tərtibat obraz-atri-
but kimi” adlı yarımfəsildən ibarətdir. “Naxçıvan teatrında lirik-psixo-
loji üslubun təkamül və formalaşmasında səhnəqrafiyanın əhəmiyyə-
ti” adlı birinci yarımfəsildə XX əsrin ikinci yarısında teatrın aparıcı üslu-
buna çevirilən lirik-psixoloji üslubun tərtibata əks olunması haqqında danı-
şılır. 
Azərbaycan dramaturgiyasında XX əsrin ikinci yarısında yeni üslub nö-
vü yarandı və teatrda bədii-estetik formaların yetkinləşməsi prosesi müşa-
hidə olundu ki, bu üslub lirik-psixoloji üslub adlandırıldı. Qeyd etmək la-
zımdır ki, əvvəlki dövrlərdə tamaşaya qoyulan əsərlərdə ictimai-sosial hə-
yatın təsvirinə, baş verən hadisələrə daha artıq diqqət ayırılırdı. “İnsanın 
mənəvi aləmini-hissini, həyəcanını, yaşadığı sevgini, iztirabları açıb göstə-


16 
rən lirik-psixoloji dram əsərlərinə böyük ehtiyac vardır”
18
. Belə əsərlərin 
tamaşaya qoyulması, öz növbəsində teatr yaradıcılığının hər bir sahəsində 
dəyişikliyin baş verməsi demək idi. 
1960-ci illərdə Naxçıvan teatrında da psixoloji-realizm xətti yetkinləşir 
və lirik-psixoloji üslub olaraq teatrın aparıcı üslubuna çevirilir. Eyni kök-
dən bəhrələnən hər iki üslub dramaturgiya “süzgəcin”dən süzülərək özünü 
rejissor işi, aktyor ifası, musiqi tərtibatı və ən əsası rəssamlıq işində qaba-
rıq şəkildə göstərdi ki, bu da teatrın ümumi fəaliyyətində böyük bir dönü-
şə səbəb oldu. Özünəməxsus ifadə tərzi olan bu üslubların orjinal vasitələ-
rinin özəlliyinə bələd olan peşəkar sənət adamları bununla bağlı estetik ka-
teqoryalara yanaşma prinsipləri və forma xüsusiyyətlərinin yaranmasına 
hazır idi. Onlar bilirdilər ki, bu kimi xüsusiyyətlər hər bir tamaşada özünü 
sınaqdan çıxarır. Hər bir yenilik kimi, yeni üslub da fikir və düşüncələrdə 
qəbul olunan, həm də estetik mahiyyət kəsb edən ifadə tərzidir. “Yaranan-
lar cəsarətlə sınaqdan çıxarılır, şüur və düşüncələrdə realizəsi estetik ma-
hiyyət kəsb edən, poetikanın göstəricilərinə çevrilərək cilalanıb ifadə cəb-
bəxanasına daxil olurdu”
19
. Naxçıvan teatrında səhnəyə qoyulan tamaşala-
rın bədii tərtibatında bu xüsusiyyətlər özünü aydın şəkildə göstərirdi. 
Lirik-psixoloji üslub xüsusiyyətlərinə teatr rəssamı Məmməd Qasımo-
vun, Yuran Məmmədovun, Əli Səfərovun, Əbülfəz Axundovun, Səyyad 
Bayramovun yaradıcılığında rast gəlirik. Bu yarımfəsildə bəhs olunan ta-
maşaların təhlilinə nəzər salmaqla bu qənaətə gəlmək olar ki, teatr rəssam-
larının lirik-psixoloji üslub dairəsində yaratdıqları bədii tərtibatlar forma, 
məzmun, ifadə vasitələri ilə zənginləşdirilmişdir. Bu həm də lirik-psixoloji 
üslubun yeni səhnə texnikasının yaranmasına gətirib çıxarması ehtimalını 
da qüvvətləndirir ki, bu üslub da öz növbəsində səhnə tərtibatı sahəsində 
daha geniş ifadə imkanlarına meydan açmış olur. Təbii ki, ştangetlər, sofit-
lər,ön səhnə, fırlanan dairə istənilən halda tamaşanın estetikasının fəlsəfi 
tamlığına meydan açır. Ümumiyyətlə, teatr rəssamlığında lirik-psixoloji 
üslub əsərdə (tamaşada) cərəyan edən əsas fəlsəfi fikrin tamaşaçı tərəfin-
dən elə ilk səhnələrin nümayişi zamanı aydınlıqla qavranmasına dəlalət 
edən vasitə kimi qəbul olunmuşdur. 

Yüklə 467,3 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin