HəBİBƏ RƏŞad qızı allahverdiyeva


“Tərtibatda janr və üslub müxtəlifliyinin əsas səciyyəvi xüsusiyyət-



Yüklə 467,3 Kb.
Pdf görüntüsü
səhifə13/18
tarix27.05.2022
ölçüsü467,3 Kb.
#59781
1   ...   10   11   12   13   14   15   16   17   18
sen n ahr 11 07 18

“Tərtibatda janr və üslub müxtəlifliyinin əsas səciyyəvi xüsusiyyət-
ləri” adlı yarımfəsildə Naxçıvan teatrının tamaşaların mükəmməl kompo-
zisiya həllinə səbəb olmuş, teatrın təkamül tarixində daim inkişaf etdirilən 
janr və üslub müxtəlifliyi araşdırılmışdır. 
XX əsrin ikinci yarısının sonlarından etibarən təsviri sənətin müxtəlif 
18
“Bizim sorğu”. İ. Əfəndiyevlə müsahibə - Bakı: Azərbaycan.1982. №1.s.102.
19
Rəhimli İ.Ə. Azərbaycan teatr tarixi - Bakı, Çaşıoğlu, 2005. s.414.


17 
janrlarında yaranan fərqli təsvir metodları və vasitələri artıq özünü teatr 
rəssamlığında da göstərməkdə idi. Milli teatr-dekor sənətinin realist kök-
lərinin əsasında inkişaf edən novator səhnəqrafiyada əks olunan xüsusiy-
yətlər – plastika, avanqard, postmodern, funksionalizm, ən çox rast gəli-
nən dekostruktivizm və simvolika müasir üsullar demək
idi. Bu müasirlik səhnəyə yol taparaq səhnəqrafiyanı daha səmərəli və 
avanqard ifadə vasitələrilə zənginləşdirdi. Naxçıvan teatrında səhnəqrafi-
yanın tərəqqi və yetkinliyə aparan yoluna nəzər saldıqda teatr rəssamlığın-
da realizmlə yanaşı müxtəlif təsvir üsulları, fərqli yaradıcılıq texnikalarının 
inkişafının şahidi oluruq ki, bunun tarixi də XX əsrin 70-ci illərinə təsadüf 
edir. Naxçıvan teatrının təkamül tarixində daima inkişaf etdirilən janr və 
üslub müxtəlifliyinin – ümumilikdə səhnəqrafiyanın səciyyəvi xüsusiyyət-
ləri başlıca amil kimi çıxış etməklə repertuarda olan tamaşaların mükəm-
məl kompozisiya həllinə səbəb olmuşdur. 
“Tamaşalarda bədii tərtibat obraz-atribut kimi” adlı sonuncu ya-
rımfəsildə tamaşanın ideya məzmununun açılmasında mühüm rol oynayan 
rəssam işinin tarixən realist səpkidə inkişaf etdirilmiş, müxtəlif ifadə vasi-
tələri ilə formalaşaraq daha çox, müasir dövrdə səhnəyə qoyulan tamaşala-
rın tərtibatında obraz-atribut kimi təşəkkül tapmasından bəhs olunur. Ta-
maşaların tərtibatında yığcam, konkret və ya simvolik məna kəsb edən bü-
tövləşmiş bir tərtibat forması ilə tamaşanın ümumi məzmununun əhatə 
edilməsi, səhnədə bədii tərtibatın obraz-atribut kimi təcəssüm etdirilməsinə 
şərait yaratmışdır. Əsərdəki fəlsəfi fikrin təkcə forma ilə deyil, həm də 
rənglərin dili, simvolik mənası baxımından əks etdirilməsi belə tərtibatlar 
üçün səciyyəvidir. Arzuolunan nəticə həm də rəssam peşəkarlığından, təc-
rübəsindən, həmçinin bəzi məqamların texniki vasitələrin köməyi ilə, mə-
sələn, fırlanan səhnələr, işıq effektlərinin “dili” ilə yerli-yerində çatdırılma-
sından asılı olur. Naxçıvan Dövlət Musiqili Dram Teatrında səhnəyə qo-
yulmuş tamaşalara tərtibat verən teatr rəssamlarından Yuran Məmmədo-
vun, Hüseynqulu Əliyevin, Səyyad Bayramovun, Əbülfəz Axundovun ya-
radıcılığında yuxarıda adı çəkilən xüsusiyyətlər öz əksini tapmışdır. Bəlli-
dir ki, yeni üslub formasında əlavə detallara yer verilməməli, daha çox sa-
də olduğu qədər də mürəkkəb fikir “söyləyən” bir kompozisiya quruluşu
nümayiş etdirilməlidir. Bir forma ilə böyük fəlsəfi fikri özündə daşıyan tər-
tibat işi rəssamdan böyük təcrübə və istedad tələb edirdi. Naxçıvan Dövlət 
Musiqili Dram teatrında səhnəqrafiyanın keçdiyi müasir təkamül yoluna 
nəzər saldıqda bu forma ilə yeni ifadə tərzinin ilkin rüşeymlərinin, lirik-
psixoloji üslubun inkişaf etdiyini deyə bilərik. 90-cı illərdən sonrakı dövr-
də əsərin ideyasının bədii həllinə fərqli yanaşma tərzi daha aydın hiss olu-
nurdu. Səhnəqrafiyada tamaşaçını düşündürən, onda böyük fikirlər, bəşəri 


18 
hisslər oyadan, tamaşa haqqında daha güclü təəssürat yaradan, əsərin fəlsə-
fi mənasını bədii şəkildə açan səhnə tərtibatının yaradılmasına meyl güc-
ləndi. 

Yüklə 467,3 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin