14
tər geyimlərdə, istərsə də məkanın təsvirində əlvanlıq və etnoqrafik təsvir
daha dəqiqliklə göstərilirdi. Ə.Hüseynov həmin ildən 1949-cu ilədək 27
səhnə əsərinə tərtibat vermişdir. Səhnə tərtibatında realizm prinsiplərinə
sadiq qalan rəssam istifadə etdiyi rənglərin ahənginə, səhnədə dekorların
kompozisiya bitkinliyinə daima diqqət vermiş, təsvir etdiyi mühitin daha
real görünməsi üçün böyük səy göstərmişdir. Tamaşanın məzmununu aç-
mağa, hadisələrin cərəyan etdiyi mühitin, dövrün xüsusiyyətlərini açıq
göstərməyə xidmət edən hər bir detalın aydın, real təsviri bunun əyani sü-
butudur. Tamaşanın tərtibatında realizm prinsiplərinə sadiq qalan digər
rəssam – M.Qasımov səhnə tərtibatının, geyim formalarının hadisələrin
baş verdiyi dövrə uyğun seçməsi və ümumi dekorasiyasında əsərin bədii
ruhuna uyğun boyalardan istifadə etməsi tamaşanın təsir gücünün nəzərə-
çarpacaq dərəcədə artmasına səbəb olmuşdur. Tərtibat işlərində perspekti-
va, rəng, işıq-kölgə, kompozisiya qanunlarını, təsvir olunan hər bir detalın
realist formada əks olunması B.Kəngərli yaradıcılığının realist ənənələri-
nin davam etdirilməsinin bariz nümunəsidir.
Birinci fəsilin
“Klassiklərin romantik faciə və dramlarının səhnə tə-
Dostları ilə paylaş: