HəBİBƏ RƏŞad qızı allahverdiyeva


Problemin işlənmə dərəcəsi



Yüklə 467,3 Kb.
Pdf görüntüsü
səhifə3/18
tarix27.05.2022
ölçüsü467,3 Kb.
#59781
1   2   3   4   5   6   7   8   9   ...   18
sen n ahr 11 07 18

Problemin işlənmə dərəcəsi. Naxçıvan peşəkar teatrında səhnəqrafiya-
nın tarixi 100 ildən bir qədər çoxdur. Dissertasiyada teatrın müxtəlif dövr-
lərini və müxtəlif yaradıcılıq prinsiplərini əhatə edən inkişaf mərhələləri-
nin zəminində səhnə tərtibatının problemləri, qüsurları, uğurları, axtarışla-
rı əhatəli şəkildə təhlil edilib.
9
Əliyev Z. və Alıyev N. Bəhruz bəy Kəngərli taleyi – Naxçıvan: “Əcəmi”, 2017, 512 s.
10
Брехт Б. О театре. – М.-Л., 1960. 162 c.



Naxçıvan teatrında romantik, realist və lirik-psixoloji yaradıcılıq mək-
təbləri mövcuddur. Eyni zamanda burada çağdaş dünya avanqard teatrının 
sənətkarlıq prinsiplərindən də istifadə olunur. Təhlilə çəkilən mövzu bila-
vasitə teatrın üslub və forma müxtəlifliyi əsasında araşdırılır. 
Ayrı-ayrı tədqiqatçılar tərəfindən qələmə alınmış çoxsaylı məqalələrdə 
Naxçıvan teatrının tarixi inkişaf yolu, bu teatrda səhnə təcəssümü tapan 
tamaşaların bədii tərtibatı, teatr rəssamlarının yaradıcılığına həsr olunmuş 
məlumatlar və elmi araşdırmalar yer almışdır. Mahiyyəti bu cür estetik tə-
ləblərə söykənən tədqiqatın əhatə dairəsi çox genişdir və mövzunun işlən-
mə dərəcəsi bütövlükdə teatrın mövcudluğunun, demək olar ki, bütün 
dövrlərini əhatə edir. 
Naxçıvan Teatrının səhnəqrafiyası haqqında geniş məlumat verilməsə 
də bu teatr haqqında kitablar, məqalələr yazılmışdır ki, burda da teatr rəs-
samlığından qısa olaraq bəhs olunur. Naxçıvan teatrı haqqında müəlliflər-
dən Əli Xəlilovun “Naxçıvan Teatrının tarixi”
11
, Lətif Hüseynzadənin 
“Naxçıvan Teatrı tarixindən”
12
kitabları Naxçıvan teatrının tarixini öyrən-
mək üçün əvəzolunmaz mənbə rolunu oynayır. Naxçıvan Teatrı haqqında 
Əli Qəhrəmanovun “Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musi-
qili Dram Teatrı”
13
, İlham Rəhimlinin Cəlil Vəzirovla həmmüəllif olduqla-
rı “Naxçıvan teatrı”, Əli Qəhrəmanovun “Naxçıvan Teatrı intibah yolların-
da” (1883-1920)
14
, Əli Qəhrəmanov, Sarvan İbrahimov və Fəxrəddin Cə-
fərovun birgə hazırladıqları “Naxçıvan teatrının salnaməsi”
15
, Arif Əbdür-
rəhmanovun “Teatrda rəssamın rolu”
16
, Şamil Qaziyevin albom-kataloqu
17

Ziyadxan Əliyev və Nizami Aliyevin həmmüəllif olduqları “Bəhruz bəy 
Kəngərli taleyi” kitablarında geniş məlumat verilmişdir. 
Naxçıvan Teatrının ayrı-ayrı tamaşaları, bu tamaşaların rəssamları haq-
qında yazılmış məqalələr də respublika mətbuatında çap olunmuşdur. Te-
atrda fəaliyyət göstərən rəssamların albom-kataloqu, onların Naxçıvan mu-
zeylərində, şəxsi kolleksiyalarda saxlanılan səhnə tərtibatı üçün işlədikləri 
eskizlər, maketlər və tamaşalardan çəkilmiş fotoşəkillər zəngin mənbədir. 
Tənqidi nöqteyi-nəzərdən fikir söyləyən sənətşünaslar da, həmçinin həmin 
11
Xəlilov.Ə.T. Naxçıvan Teatrının tarixi - Bakı: Azərbaycan Teatr Cəmiyyəti, 1964, 93 s.
12
Hüseynzadə L. F. Naxçıvan teatrı tarixindən - Bakı, “Araz”, 2002, 36 s.
13
Qəhrəmanov Ə. K. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı - 
Bakı:“Nurlan” Nəşriyyatı, 2004, 414 s.
14
Qəhrəmanov Ə.K. Naxçıvan teatrı intibah yollarında (1883-1920) - Bakı: “MBM”, 2008, 
160s.
15
Qəhrəmov Ə.K. Naxçıvan teatrının salnaməsi (1883-2008) - Naxçıvan: 2010, 735s
16
Əbdürrəhmanov A. Teatrda rəssamın rolu - Bakı, “Elm və təhsil”, 2012, 104s.
17
Şamil Qaziyev, Naxçıvan: “Əcəmi”, 2010, 63s



mənbələrdən bəhrələnməklə polemikaya yol açmışlar. 

Yüklə 467,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin