16
rən lirik-psixoloji dram əsərlərinə böyük ehtiyac vardır”
18
. Belə əsərlərin
tamaşaya qoyulması, öz növbəsində teatr yaradıcılığının hər bir
sahəsində
dəyişikliyin baş verməsi demək idi.
1960-ci illərdə Naxçıvan teatrında da psixoloji-realizm xətti yetkinləşir
və lirik-psixoloji üslub olaraq teatrın aparıcı üslubuna çevirilir. Eyni kök-
dən bəhrələnən hər iki üslub dramaturgiya “süzgəcin”dən süzülərək özünü
rejissor işi, aktyor ifası, musiqi tərtibatı və ən əsası rəssamlıq işində qaba-
rıq şəkildə göstərdi ki, bu da teatrın ümumi fəaliyyətində böyük
bir dönü-
şə səbəb oldu. Özünəməxsus ifadə tərzi olan bu üslubların orjinal vasitələ-
rinin özəlliyinə bələd olan peşəkar sənət adamları bununla bağlı estetik ka-
teqoryalara yanaşma prinsipləri və forma xüsusiyyətlərinin yaranmasına
hazır idi. Onlar bilirdilər ki, bu kimi xüsusiyyətlər hər bir tamaşada özünü
sınaqdan çıxarır. Hər bir yenilik kimi, yeni üslub da fikir və düşüncələrdə
qəbul olunan, həm də estetik mahiyyət kəsb edən ifadə tərzidir. “Yaranan-
lar cəsarətlə sınaqdan çıxarılır, şüur və düşüncələrdə realizəsi estetik ma-
hiyyət kəsb edən, poetikanın göstəricilərinə çevrilərək cilalanıb ifadə cəb-
bəxanasına daxil olurdu”
19
. Naxçıvan teatrında səhnəyə qoyulan tamaşala-
rın bədii tərtibatında bu xüsusiyyətlər özünü aydın şəkildə göstərirdi.
Lirik-psixoloji üslub xüsusiyyətlərinə teatr rəssamı Məmməd Qasımo-
vun,
Yuran Məmmədovun, Əli Səfərovun, Əbülfəz Axundovun,
Səyyad
Bayramovun yaradıcılığında rast gəlirik. Bu yarımfəsildə bəhs olunan ta-
maşaların təhlilinə nəzər salmaqla bu
qənaətə gəlmək olar ki, teatr rəssam-
larının lirik-psixoloji üslub dairəsində yaratdıqları bədii tərtibatlar forma,
məzmun, ifadə vasitələri ilə zənginləşdirilmişdir. Bu həm də
lirik-psixoloji
üslubun yeni səhnə texnikasının yaranmasına gətirib çıxarması ehtimalını
da qüvvətləndirir ki, bu üslub da öz növbəsində səhnə tərtibatı sahəsində
daha geniş ifadə imkanlarına meydan açmış olur. Təbii ki, ştangetlər, sofit-
lər,ön səhnə, fırlanan dairə istənilən halda tamaşanın estetikasının fəlsəfi
tamlığına meydan açır. Ümumiyyətlə, teatr rəssamlığında lirik-psixoloji
üslub əsərdə (tamaşada) cərəyan edən əsas fəlsəfi fikrin tamaşaçı tərəfin-
dən elə ilk səhnələrin nümayişi zamanı aydınlıqla qavranmasına dəlalət
edən vasitə kimi qəbul olunmuşdur.
Dostları ilə paylaş: