hal var ki, hallansın da... Vaxtını itirib əllərini bula-
ma, durğuz yoxlamaya gecikməsin.
Rezin dəyənəyin qoluna dəyən ağrısından ayı-
lan Ağarəhim nəzarətçilərin onu tələsdirdiyini gör-
dü:
–Tərpən, axşam yoxlamasıdır. Yoxlamaya ge-
ciksən yuxuvun qalanını karsda yatacaqsan.
Nahardan sonra dincəlmək məqsədi ilə hovu-
zun kənarında əyləşən Ağarəhim halsızlıqdan huşu-
nu itirib yuxuya getmiş, daş plitənin üzərində üzü
göylərə uzanıb qalmışdı.
Çətinliklə dikəldi. Bədəninə sızıltılı ağrı dol-
muşdu. Özünü əzgin, taqətsiz hiss edirdi. Yeriməyə
gücü tükənmişdi. Ayaqlarını sürüyə-sürüyə yoxlama
keçirilən meydana tərəf addımladı. Beş-on addım
getmişdi ki, müvazinətini itirib asfalt yolun üzərinə
yıxıldı. Ətrafdakı məhkumlar ona kömək etmək, aya-
ğa durğuzmaq istədilər. Lakin, Ağarəhimin ayağa
durulası halı yox idi. Zərblə yerə dəydiyindən sinə-
sindən açılan qan ağzından yerə yayılıb asfaltı qır-
mızı rəngə boyamışdı.
Kənarda dayanıb hər tərəfə göz qoyan, qolun-
da qırmızı sarğı olan növbətçi, şişman mayor Ağarə-
himin başına yığılan məhkumlara tərəf acıqlandı:
downloaded from KitabYurdu.org
150
–Qorxmayın, ölən zibil deyil. Xərəyi gətirib
aparın sançasta, şirin çay içirin özünə gəlsin.
Tibb hissəsində ona qüvvə gəlməsi məqsədi ilə
mayorun dediyi sayaq şirinçay içirib çarpayıya uzat-
dılar. Həkimlərdən biri o birinin qulağına narahat-
lıqla pıçıldadı:
–Deyəsən bu “yetişib”. Sabahacan tab gətirsəy-
di xəstəxanaya rədd eləyərdik.
–Tab gətirməyib nə edəcək, qırıb qaçmayacaq
ha...
Həkimin verdiyi bir həb və bir neçə stəkan şi-
rinçaydan sonra Ağarəhim iki-üç saat azca özünə
gəlsə də gecə yaxınlaşdıqca ağrıları şiddətlənirdi. Bü-
tün gecəni canındakı hərarətdən, nəfəsini kəsən san-
cıların ağrısından qıvrıla-qıvrıla, qan tər içində ça-
paladı.
Səhərə yaxın yarıyuxulu Ağarəhimə elə gəldi
ki, kimsə onu boğur. Narınc idi. Gözlərindən qəzəb,
nifrət yağırdı. Əcinnəyə bənzər bu məxluq onun si-
nəsi üstə çökərək, əllərini boğazına keçirib var gücü
ilə sıxırdı. Ağarəhimin nəfəsi çatmadığından boğazı
xırıldayırdı. Ciyərlərindən qayıdan hava ilə yanaşı
ağzından yatağına qan fışqırırdı.
Axşamdan bəri boguq öskürəyinə, əzab çək-
məsinə məhəl qoymayan, öz canlarının ağrılarından
oyaq olan palata yoldaşları xırıltını eşitcək daha la-
qeyd qala bilmədilər. Son nəfəsə oxşayan xırıltı
downloaded from KitabYurdu.org
151
ölümlə həyatın mübarizəsindən xəbər verirdi. Gecə-
nin bu vaxtı, aləmin ölgün anlarında ölümün at oy-
natmasına acizanə tamaşa etməkdən savayı nə etmək
olardı?!
Çox çəkmədi çapalayıb sakitləşən Ağarəhimin
xırıltısı tamam kəsildi. Sanki, o, yatağındakı kiçik
qan gölməçəsində boğulmuşdu. Göz qapaqlarını ört-
məyə ehtiyac olmadı. Həyatın əzablarından cana
doyduğundan könüllü gözlərini yummuşdu.
Onun keçindiyinə əmin olduqda üstünü köhnə
mələfə ilə örtdülər.
Səhər işçilər gələn kimi lazımi yerlərə məlumat
verilib Ağarəhimin ölümü barədə sənədlər hazırlan-
dı. Təcili teleqramla rayona – evinə xəbər göndərildi.
Sonra, yiyələri gələnədək saxlamaq üçün cənazəni
morqa – meyitxanaya apardılar.
* * *
Rəis daha iki gün də ardıcıl Ağarəhimin evinə
teleqram vurdu. Amma, üç gün ötməsinə baxmaya-
raq, rayondan kimsə gələn, teleqramlara cavab verən
olmadı. Bu zaman Gülbəniz qızının ad gününü qeyd
etməyə hazırlıq görürdü. Heç kimin qanının qaral-
maması üçün aldığı teleqramları hamıdan, hətta ya-
xın “sirdaşı” saydığı gizlin aşnası – Əmirxandan da
gizlətmişdi.
”Neynim ölüb, qalıb kimə gərək idi, – Gülbəniz
düşünürdü, – ondan nə vaxt ərlik gördüm ki, ərim
downloaded from KitabYurdu.org
152
kimi ölüsünə yiyəlik edim də... Yox a, anamın qatili-
nə yas məclisi quracağam. Nə istəyirlər etsinlər,
mənlik deyil...”
Səhəri gün morqun müdiri rəisə zəng edib şi-
kayətləndi:
–Belə olmaz axı, gəlin ölünüzə yiyə durun. So-
yuducu xarab olub, daha saxlaya bilmirik. Siçovul-
ları qovmaqdan yorulmuşuq, daraşıblar meyidə...
Rəisin göstərişi ilə bir neçə zabit və nəzaərətçi
özləri ilə bel, çalov götürüb, müəssisənin yük maşı-
nında morqa yola düşdülər.
Siçovulların paralayıb pis günə qoyduqları me-
yidi ağ parçaya büküb, morqdan götürdüb dəfn et-
məyə, şəhərdən uzaq qəbiristanlığa gətirdilər. Qəbi-
ristanlığın müdiri ölünün yiyəsiz məhkum olduğunu
bilincə, torpağa heyfi gəlib korlamamağı, nişan ver-
diyi köhnə qəbirlərdən birinə basdırmağı məqsədə-
uyğun saydı.
Ağarəhimi qəbiristanlığın hasara yaxın kənar
hissəsində, sökülmüş qəbirlərin birində dəfn etdilər.
Məzarın yerini ayırd etmək üçün haradansa tapdıq-
ları iri çay daşını baş daşı əvəzi qoydular.
Dünyada bir residivist azaldı. Atılmış, xeyirsiz,
zavallı caniyə dünyanın ehtiyacı yox idi...
1996
downloaded from KitabYurdu.org
153
İÇİNDƏKİLƏR
Qazamat “sanitarlar”ı ................................3
Residivist ..................................................103
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |