idmançı təsiri bağışlayırdı.
Həmyaşıd olmasına baxmayaraq kök, bəstə-
boylu müavin rəisindən daha yaşlı görsənirdi. Gün-
boyu ota-ğında oturub məhkumları qəbul edər, öz
məlumat gətirənləri vasitəsilə yerindən tərpənmədən
zonda yaşanan hər şeydən xəbərdar olardı. Hansısa
əməkdaşın məhkumla anlaşılmazlığı yarananda da
belə deyərdi: “hökumət sizə otağı niyə ayırıb? Apar
otağına, başa sal”.
Rəis məhkumu karserdə, müavinsə o balaca
otağında dubinka ilə döyərdi. Məhyəddin kefinin
xoş vaxtlarında zarafat edərdi, Niyaz isə, həmişə qa-
radinməz idi. Biri daz, digəri gur saçlıydı. Əksliklə
dolu belə misalları çox çəkmək olardı. Bənzərlikləri
də var idi: hər ikisi pulu nəhayətsiz sevirdilər. Rəis
büdcədən ayrılan pulu çəkinmədən yeyirdi, amma
müavin ehtiyatla, bilinmədən yeməyin tərəfdarı idi.
Məhyəddin üzdə özünü müavinləri ilə mehri-
ban aparsa da, ürəyində onların heç birinə əhəmiy-
yət vermirdi. Müəssisədə onun icazəsi və ya xəbəri
olmadan müavinləri tərəfindən heç bir iş görülə bil-
məzdi. Əslində, o, özünü kiçik dövlətin avtoritar baş-
çısı kimi aparırdı.
downloaded from KitabYurdu.org
18
Niyaz rəisin çıxışından çox da fərqlənməyən
uzun nitqindən sonra köhnə növbədə olmuş bütün
əməkdaşlardan səhər yoxlaması zamanı baş verən
özünəqəsd hadisəsi barədə geniş izahat yazmalarını
tələb etdi.
İzahatların yazılması və müavin tərəfindən qə-
bul edilməsi günorta saat birin yarısınadək çəkdi.
Növbədən çıxan yorğun əməkdaşları həmişə bəhanə
tapıb evə getməklərini saatlarla ləngitmək Niyazın
sevimli vərdişlərindən idi. Bu gün isə bəhanəyə eh-
tiyac qalmamışdı. İclas və izahatla işçiləri üç saat ar-
tıq işdə saxlamışdı. Köhnə işçilər onun dözülməz xa-
siyyətinə bələd olduqları üçün dinmirdilər. Bu mü-
əssisənin xüsusiyyətlərinə alışmayan başqa müəssi-
sədən bura işləməyə təzə göndərilən dəstə rəisi Şərif
yenə dözə bilməyib müavinə şikayətləndi:
–Cənab polkovnik-leytenant, biz ötən gecəni
burda növbədə qalmışıq, sabah tezdən yenə işə gə-
ləcəyik. Saat bir tamama az qalıb. Evə çatanadək ax-
şam düşəcək. Bizi burax bir az tez çıxıb dincələk,
evin-ailənin qayğıları ilə də məşğul olaq...
–Cənab kapitan, nəzərə alın ki, siz xidmətdə-
siniz, – müavinin əsəbiləşməsi boynunun qızarma-
sından hiss olunurdu, – zəruri hallarda sizə istirahət
verilməyə də bilər. Müəssisə kimin evinin yanında-
dır ki? Yolun uzaqlığı hamımız üçündür. Qaldı ki,
evinizdəki qayğılara, bunun üçün sizə həftədə bir
downloaded from KitabYurdu.org
19
gün istirahət günü verilir. Çalışın həmin gün bütün
işlərinizi görün. O biri günlər ev, ailə işlərinizi qar-
daşlarınıza, bacınıza, əmioğluna, xalaoğluna həvalə
edin. Rəisin sözünə mən də şərikəm, xidmətlə yaşa-
maq lazımdır. Yaddan çıxarmayın ki, siz paqon da-
şıyırsınız. Paqonu isə çiyninizə fors üçün yox, qulluq
etməyə taxıblar...
* * *
Gülbaxt cəzaçəkmə müəssisəsi ətrafdakı yaşa-
yış məntəqələrindən xeyli uzaqda, böyük daş karxa-
nalarının əhatəsində yerləşirdi. Kənar aləmlə buranı
səmadan savayı müəssisənin arxa tərəfindən hərdən
mişar daşı daşıyan yük maşınları keçən dar bir yol
birləşdirirdi. Bu yarımsəhralıqda boyu iki qarışdan
çox olan kol tapa bilməzdin. Onlar da yayın əvvəlin-
dəcə susuzluqdan yanıb quruyurdular. Nəzarət bu-
raxılış məntəqəsinin və onun yaxınlığında yerləşən
müəssisə idarəsinin ətrafında bitən barmaqla sayıla-
caq qədər ağaclar kənardan daşınan suyun hesabına
mövcudluqlarını qorumuşdular. Ağaclar səhra tor-
pağının qüvvəsizliyindən cılız qamətləri ilə uzun il-
lər əkilsə də, cavan ağaclara bənzəyirdilər. Zərif me-
hin ətrafdakı karxanalardan oğurlayıb gətirdiyi narın
toz bu ağacların günboyu qonağı olurdu.
Müəssisədə təmiz havanı əsasən yağmurlu ha-
vada udurdular. Yer azacıq quruyan kimi gözə gö-
downloaded from KitabYurdu.org
20
rünməyən toz, xırda qum dənələri yenidən əsən meh
ilə öz varlığını hamının yadına salırdı.
–Mən bilmirəm burada qazamatı hansı ağıllı
tikdirib? – Uzun illər başqa müəssisədə işləyib keçən
qış işinin ixtisara düşməsi səbəbindən bura göndəri-
lən dəstə rəisi ədliyyə mayoru Zəfər hər dəfə xidməti
geyim şapkası – furajkasının tozunu çırpanda əsəbi-
ləşib deyinirdi. – Karxanaların arasında, səhranın or-
tasında türmə tikərlər? Elə bil məhkumlar üçün yox,
qullar üçün tikiblər. Məhkumu qul hesab ediblər, iş-
lədib xeyir qazanıblar. İndi karxanalar olub şəxsi, bu-
rada yaşayan və işləyənlərə isə gecə-gündüz qumla
nəfəs almaq qalıb...
Zəfər haqlı idi. Keçmişdə dövlətin karxanasın-
da işləyən məhkumlar indi işsiz qalmışdılar. Çünki,
sahibkarlara məhkuma pul ayırmaqdansa, qeydiy-
yata salınmayan, əyalətlərdən gələn ucuz işçi qüv-
vəsi sərfəli idi. Nəticədə isə cəzaçəkmə müəssisəsinin
karxanalar arasında yerləşməsinin heç bir əhəmiy-
yəti qalmamışdı.
–Ada baxginən, sən, – Zəfər davam edirdi, –
Gülbaxt!.. Gül baxt yox, baxtı kül olanların yeridir
bura. Mənim kimi çarəsizlərin...
Neçə aylar ötməsinə baxmayaraq Zəfərin bu
müəssisəyə işləməyə göndərilməsinə peşmanlığı bit-
məmişdi. Şəhərin o biri qurtaracağının ən uc nöqtə-
sində yaşayan Zəfərin həftədə altı gün səhərlər və
downloaded from KitabYurdu.org
21
axşamlar yüz kilometrdən çox yol gəlib getməsi hər
dəfə yadına düşəndə necə əsəbiləşirdisə, bəzən özü-
nü saxlaya bilməyib işçilər arasında İslah İdarəsinin
kadrlar şöbəsinin rəis əvəzi işləyən yerlisini söyürdü:
–Ay kişi, adamı bir işə göndərəndə çağırıb özü-
nə deyərlər, insan hesab edib yaşadığı yeri də nəzərə
alarlar. Yoxsa ki, gözünü yumub, sərfəsizlik edib iş-
çini hara gəldi göndərərlər?..
–Günah onda deyil, – həmkarı, onun sayaq baş-
qa müəssisədən bura “sürgün edilmiş” digər dəstə
rəisi Şərif də Zəfərin sözünə laqeyd qalmırdı, – gü-
nah əmrinə qol çəkəndədir. Qol çəkən maraqlanma-
lıdır ki, nəyə qol çəkir, niyə qol çəkir? Kadra nə var,
o, göstəriş yerinə yetirəndir.
–Bəs vicdan? Şöbənin rəis əvəzi məni yaxşı ta-
nıyır, harada yaşadığımı bilir. Heyf ki, yerlimdir, tor-
pağın adını batırandır...
–Olmayan şeydən danışmazlar. İstəyəndə qa-
nuna da türürürlər. Orada əsasən özlərinə sərf edən
sənədə baxırlar, – sağ əlinin baş barmağını digər qat-
lanmış barmağına sürtdü, – başa düşdün? Yerliliyin
məsələyə dəxli yoxdu. O misra yadındadı: keçmə na-
mərd körpüsündən, qoy aparsın sel səni... Görəsən
Gülbaxta heç öz istəyi ilə işləməyə gələn olub? Bura-
ya ya təzə işləməyə başlayan gələr, ya da digər mü-
əssisədə işindən çıxarılanlar – Gülbaxtın yay ayları-
nın qum tufanlarından xəbəri olmayanlar...
downloaded from KitabYurdu.org
22
–Eh, yay nədi, – Zəfər əlavə etdi, – mən heç qış-
da da burda təmiz ağ qar görmədim, həmişə sarım-
tıl gördüm... Bu tozun ancaq Məhyəddinə xeyri var,
çox olduqca camaşırxana ilə hamamın da müştərisi
artır.
Şərifin bəhs etdiyi qum dumanları burada ilin
hər fəslində, ən çox isə yay aylarında baş verirdi. On
gün yağıntı olmaması kifayət edirdi ki, qum duma-
nının əmələ gəlməsinə şərait yaransın.
–Təbiəti bir yana, işçi kollektivinə nə deyəsən?
Elə bil xidmətdə nə qədər pula həris adam var, yığıb
bura toplayıblar. Bütün günü çalışdıqları ancaq nə
yollasa pul əldə etməkdir. Gördün özünü asmaq is-
təyən sanitarı? Guya, o, özünü üzdəniraqlığına görə
öldürmək istəyib? Yox, məsələ onda deyil. İllərdir bu
insan çöldən heç nə almadığına görə içəridə də di-
lənməkdən canı boğazına yığılıb, əzab çəkməkdən
beztb. Səhər tezdən gecəyədək zonun hər işini gö-
rürlər. Adlarına təsərrüfat işçisi kimi maaş yazılır.
Ancaq, maaşlarının əvəzinə üç-beş manatlıq çay-
qənd, siqaret verib başlarını aldadırlar. Səsini çıxara-
nın isə başından basırlar...
–Onlar üçün əsas puldu. O pulun üzdənirağın,
ya kimin olmasının nə fərqi? Sabitliyin olmasını ən
çox bilirsənmi, niyə istəyirlər? Gərginlik olanda gə-
lirləri dayanır, əksinə ziyana düşürlər. Bir məşhur
məsəl var, balıq başdan iylənər. Rəisinin adı “kartof-
downloaded from KitabYurdu.org
23
satan Məhyəddin” olandan sonra işçilərinə nə deyə-
sən? Dustaqların ərzağını satan adam başqa cür ola
da bilməz...
–“Menyu” genişlənib, kartofun yanına toyuq
əti də əlavə olunub, – Şərif yaxınlarda olmuş hadisə-
yə işarə vurdu.
Rəis Məhyəddin məhkumlar üçün nəzərdə tu-
tulan bir çox ərzaqları müəssisəyə gətirmədən sat-
dırmağı az imiş, bəzən müəssisədən də gizlicə satış
üçün ərzağı çölə çıxardırmış. Bunu bilən qapıya və
müəssisənin mühafizəsinə nəzarət edən əsgər bölü-
yünün komandiri də rəisdən etdiyi qanunsuzluğa
göz yummaq üçün haqq istəyir. Məhyəddin rəis iş-
lədiyi illər ərzində belə komandirlərdən çox gordü-
yünə görə onun sözünü saya salmır. Gözünə dön-
düyüm komandir də bir gün yenə Məhyəddin mü-
əssisədən ərzaq çıxardanda yüz metr getdikdən son-
ra maşını əli silahlı əsgərləri vasitəsilə saxlatdırır.
Yük yerinin xaricdən gətirilən toyuq əti ilə dolu ol-
duğunu görən komandir dərhal mərkəzi İdarəyə
zəng vurub yüklə bağlı məruzə edir. İdarədən qol-
tuğu papkalılar tökülüşüb gəlirlər saxlanılan maşına
baxmağa. Götürəcəyi xeyirdən çox ziyana düşən
Məhyəddin BÖYÜKLƏRƏ söz verir ki, bir də belə
qələt etməyəcək.
– Fikir vermisən, hər gün yeməkxanaya məh-
kumların ən azı dörddə biri, bəlkə də biraz da çoxu
downloaded from KitabYurdu.org
24
gəlmir, çöldən gətirilən ərzaqla dolanır. Amma sə-
nəddə isə istehlakı yüz faiz qeyd edib özləri yeyirlər.
– Müdiriyyətdənmi danışırsan? Məsələ ərzaqla
bitmir. Məhkumun istifadə etməli paltarı, sabunu,
dərmanı, daha nələri...
–Üstəlik görüş otağı, “toçkalar”, şərti azadlıq
pulu... Gözləri doyan deyil.
–Deyirsən rəisə bu qazandıqları bəs etmir, ac-
gözlükdən sanitarların da pulunu yeyir?.. Ola bil-
məz...
–Hə, elədir, özü də Niyaz və mühasiblə bir
yerdə. O günü idarənin ayaqyolusunu təmizləyən sa-
nitar Ayaz var ha, ondan eşitdim. Bilirsən də, o, bir
az diribaş, ağlı olan sanitardı. Deyir yuxarılara şika-
yət edəcəyəm, mənə yazılan maaşın yarısını vermə-
sələr, mən bilirəm nə edəcəyimi...
–Sanitar olanda nə olar, adam haqqını tələb
edir də. Elədirsə çox pis, mən söz tapmıram. Məh-
kumun çörəyini hələ axıradək yeyən olmayıb... Ye-
sələr belə tam həzm edə bilməyəcəklər, ən azından
ilahinin qanunları ilə olsa da, günlərin birində şəkk-
şübhəsiz gözlərindən gələcək...
* * *
Gülbaxt cəzaçəkmə müəssisəsi digərləri ilə mü-
qayisədə elə də böyük cəza evlərindən hesab edil-
mirdi. Burada təqribən altı yüzdən artıq məhkum cə-
za çəkirdi. Aralarında iyirmi yaşdan yetmiş yaşadək
downloaded from KitabYurdu.org
25
hər yaşdan olan məhkumların əksəriyyəti narkotik
maddələrin daşınması, satılması, istifadəçisi kimi ci-
nayətlərə görə cəza alanlar idi. Şəhərdən xeyli uzaq-
da, ucqarda olması səbəbindən buraya əsasən ən ka-
sıb məhkumlar və həmçinin bölüşdürülmə zamanı
öz adamları vasitəsilə mərkəzdəki məsul əməkdaşa
“hörmət” çatdırmayan orta imkanlılar yerləşdirilirdi.
Müəssisədəki vəziyyətə paqonlular nəzarət et-
dikləri üçün qanunda oğrular arasında “Gülbaxt tür-
məsini” qırmızı zon adlandırırdılar. Uzun illər ər-
zində buranın qırmızı zon qalması Məhyəddinin
özünəməxsus idarəetmə metodlarının və yorulmaz
əməyinin nəticəsi idi. Belə ki, məhkum müəssisəyə
daxil olandan gərgin anlar yaşayırdı. Ciddi sorğu-su-
ala tutulur, gərək olarsa döyülür, psixoloji təsir gös-
tərilməklə gözünün odu alınır, daxilən sındırılmağa
çalışılırdı. Karantin dövründə onlara lazımi müəssisə
daxili qaydaları anlatmaqla, mütləq əllərinə bel, dır-
mıx, şana verib zonun sərhədi sayılan şumlanmış
ərazini – nəzarət iz zolağını və ona yaxın əraziləri
belləmək, hamarlamaq adı ilə işlədirdilər. Yəni əlinə
bel alıb torpağı yumşaldan məhkumun artıq nə vaxt-
sa oğru dünyasına qoşulmağa, lovğalanmağa üzü
qalmırdı. Sınmaq istəməyənlərə həftələrlə, sınanadək
karsda əziyyətlər verir, məqsədinə çatmayanda isə
Məhyəddin belələrini başqa yerə – digər müəssisəyə
özü demişkən “rədd eləyirdi”. Beləliklə kiminsə li-
downloaded from KitabYurdu.org
26
derliyinə imkan verməyib daim özü lider olmaqla,
xüsusi ciddi-cəhdlə müəssisədəki sabitliyi qoruyub
saxlayırdı.
Müəssisədə rejim işlərini həyata keçirməkdə
bəzən paqonlulardan çox məhkumlara üstünlük ve-
rirdi. Buna görə məhkumlardan ibarət guya öz-özlə-
rini idarə edən müəssisə kollektiv şurası (MKŞ) de-
yilən qurum təşkil edib, oraya əsasən oğru aləmində
işverən, “qreşnik” (günahlı) adlandırılanları toplayır-
dı. Sonra da “mekeşe” üzvü kimi onlardan öz məq-
sədləri üçün istifadə edirdi.
O, zalımlıq etməklə yanaşı özünü sevdirməyi
də bacarırdı. Hər gün yeməkxanaya baş çəkib məh-
kumların yeməkləri, onların keyfiyyəti ilə maraqla-
nırdı. Tibb məntəqəsinə gedib həkimdən həqiqi xəs-
tələrə diqqət tələb edirdi. Tərbiyə işləri üzrə müavi-
ninə, dəstə rəislərinə məhkumların başını qatmaq
üçün klubda, idman meydançasında mütəmadi təd-
birlərin keçirilməsinə tapşırıqlar verir və bilavasitə
özü də yaxından iştirak edirdi. Həqiqətdə yox, məh-
kumların gözündə özünü ədalətli, haqqısevər insan
kimi göstərməyə çalışırdı. İmkanı olduqca zona ay-
rılan ərzağı, büdcənin pulunu yeməsinə baxmaya-
raq, dəfələrlə həyətdəki meydanda yoxlamalar za-
manı kütlə qarşısında and-aman etmişdi ki, o, məh-
kumları çox sevir. Hətta bir dəfə, o, işə gətirdiyi kiçik
oğlunu məhkumların qarşısına çıxarıb oğlunun ca-
downloaded from KitabYurdu.org
27
nına and da içmişdi ki, onları da öz oğlu kimi istə-
yir. Qısası, Şərifin sözü ilə desək, Məhyəddin kimi
rəis işləmək hər oğulun bacarığı deyildi.
İşçı heyəti ilə birlikdə yeddi yüzədək insanın
ömrü keçdiyi müəssisənin səliqə-sahmanı cəmisi on
dörd nəfər olan üzdənirağın boynunda idi. Başqa
yerlərdə adları ilə çağırılan bu binəvaları Məhyəddin
guya onların heysiyyətinə toxunmamaqdan ötrü sa-
nitar adlandırılmalarına göstəriş vermişdi. Sanitarlar
cinayət aləminin ən aşağı təbəqəsi – kastası hesab
edildiyindən qalan ümumi məhkumlardan hər mə-
sələdə, hər yerdə fərqləndirilir, təcrid olunurdular.
Onların yatacaq və yemək yerləri ayrı olurdu. Ha-
mamda, tibb məntəqəsində, klubda, kars deyilən cə-
rimə təcridxanasında da onlar üçün yer ayrılırdı. Sa-
nitarlar səhər tezdən hava qaralanadək bölüşdürül-
müş qaydada müəssisənin həyətini, yataqxanaların,
kabinetlərin, ictimai yerlərin sahələrini, döşəmələri-
ni, ayaqyolularını süpürür, silir, təmizləyir, zibilini
yığıb toplayırdılar. Lazım gələndə bu işlərdən əlavə
aparılan təmir, abadlıq işlərində də onlardan istifadə
olunurdu.
Kənardan onlar cinsi azlıq kimi qəbul edilsə də,
heç də hamısı homoseksual deyildi. Yarıya qədəri
passiv, bir qədəri aktiv, bir cütlük biseksual idi. İçə-
rilərindəki üç nəfər isə heç birindən, sadəcə hansısa
“günahına” görə cinayət aləminin cəzalandırdığı –
downloaded from KitabYurdu.org
28
“yandırdığı” bədbəxtlər idi. Onların hər birinin özü-
nəməxsus cinayət tarixçələri olsa da, nəticə etibari ilə
əksərinin sonları bir-birinə oxşayırdı. Başçıları, briqa-
dir sayılan İkram “yandırılmış” üç nəfərdən biriydi.
O, necə oldu ki, üzdənirağa, sanitara çevrildi, indi də
düşünəndə ağlına sığışdıra bilmirdi. Bu hala düşmə-
sinin baiskarı ilk növbədə rəis Məhyəddin idi.
Bəxtinin təkərinin dönməsi əvvəlki cəzaçəkmə
müəssisəsindən bura yatabla göndərilən gün baş ver-
di. Həmin gün məhkum yoldaşları yatab qabağı onu
da təşkil elədikləri tiryək “qonaqlığına” qatmışdılar.
Bu “qonaqlıq” nəyə görə, nədən ötrü idi anlamamış-
dı. Göstərilən səxavətdən istifadə edib, o da hallan-
mışdı. Sonra komvoy maşınına mindirilib Gülbaxta
gətirilmişdi. Zona daxil olanda ağlı özündə olma-
mışdı. Bir də səhəri gün lomkadan ayılanda özünü
üzdəniraqların içində görmüşdü. Nə səbəbə? Günahı
nə idi? Məlum olmuşdu ki, onu bura Məhyəddin at-
dırıb. Şübhəsiz, rəis kimi hər bir məhkumun yerini o
müəyyən edirdi. Qızğınlıqla hay-küy salıb Məhyəd-
dinin qəbuluna gəldi:
–Ay rəis, mən üzdəniraq deyiləm, niyə məni
onların barakına göndərmisən. Belə olmaz axı, nə gü-
nah sahibiyəm?
Məhyəddin tövrünü pozmadı:
–Bilirsən nə var, sən haqlısan. Sənin heç bir
günahın yoxdur. Amma, olanda olur, biz də səhv
downloaded from KitabYurdu.org
29
edə bilərik. Səni başqası ilə səhv salmışıq. Heç demə,
həmin adam sən deyilmişsən.
İkram sevindi, lakin sevinci uzun çəkmədi.
–Gəl ki, artıq gecdir. İş elə gətirib ki, səhvən də
olsa sən bir gecə sanitarların barakında yatmısan.
Özün neçə illərin dustağısan. Yəqin ki, qayda qa-
nunlardan xəbərin var. İndi hansı məhkum – mujik
razı olar ki, sən gedib onlarla yanaşı çarpayıda yata-
san?..
Düzü İkram heç bu yerini düşünməmişdi. Düş-
düyü acınacaqlı vəziyyətdən ürəyi göynədi, nə de-
yəcəyini bilmədi.
–Gəl belə edək, – Məhyəddin sözünə davam
etdi, – olan olub, keçən keçib. Sən yenə orda, sanitar-
ların barakında qalmaq məcburiyyətindəsən. Sənə
ancaq bir köməyim, yaxşılığım keçər ki, onların baş-
çılığını, ixtiyarını sənə verim. Necə lazımdır sanitar-
ları idarə edərsən, işlədərsən, sözünə baxmayanı da
döyərsən. Olarsan əsl briqadir. İndi özün fikirləş, elə-
belə sanitar qalmağın yaxşıdır, yoxsa briqadir olma-
ğın?
Nitqi qurumuş İkramın razılaşmaqdan başqa
yolu qalmamışdı. Nə etsin? Məhyəddinə təşəkkür et-
sin, yoxsa üzünə tüpürsün?..
Sonralar qulağına dəyən söhbətlərdən Məh-
yəddinin yalan danışmasına şübhələri artmışdı. Çox
güman ki, onu əvvəlcə narkotika ilə hallandırıb, son-
downloaded from KitabYurdu.org
30
ra da Məhyəddinin əli ilə üzdəniraq edilməsi yerli-
lərindən olan düşmənlərinin sifarişiydi. Təki Məh-
yəddinin “hörmətini” et, belə məsələlər onun üçün
heç nə idi... Çöldən ona sifariş verilərkən yeni gələn
məhkumla sanitar vasitəsilə məzələnmək sevimli
məşğuliyyətindən biri sayılırdı. Daha çox Andrey ça-
ğırılan sanitarı öyrədib toplantı zamanı həmin məh-
kumla əllə görüşdürər, ya da qucaqladıb öpdürərdi.
Sonra: “Sən də oldun sanitar”, – deyib şaqqanaq çə-
kib gülərdi...
O, bir axşam bir sanitarı onu tanımayan yeni
məhkumla bir kameraya saldırar. Səhəri günü öyrə-
dilmiş sanitar ağzından söz yayar ki, guya gecəni bir
yerdə yatıblar. Sanitarlara qatıldığını anlayan yeni
məhkum danışılan sözün yalan olduğunu sübut et-
mək üçün and-aman edər, yalvarar ki, onu üzdən-
iraqlara aid etməsinlər. Səylərinin faydasız olduğunu
görüncə istehsalat yerindəki sexlərdən birinin damı-
na çıxıb, əgər ona inanmasalar özünü yerə atacağını
bildirər. Yenə də sözünə əhəmiyyət verilmədiyini
görəndə dediyi kimi özünü damdan yerə atar və hər
iki qıçı sınar. Bu səhnədən təsirlənən sanitar daha
dözməyib yalan danışdığını boynuna alar. Üzdən-
iraq olmaması, təmizliyi təsdiqlənən məhkum isə
qıçları sınsa da sevincindən ağlayar...
* * *
downloaded from KitabYurdu.org
31
Sanitar Nizam ona vurulan bir neçə iynədən
sonra bir az özünə gəlsə də, vəziyyəti qənaətbəxş de-
yildi. Odur ki, tibb məntəqəsinin həkimləri rəislə
məsləhətləşib onu təcili yatabla məhkumların mər-
kəzi xəstəxanasına göndərilməyini daha münasib
saydılar.
Axşama yaxın Nizamı xərəkdə məhkumlar
üçün nəzərdə tutulan təcili yardım komvoyunda
mərkəzi xəstəxanaya göndərdilər. Nizam göndəri-
ləndən iki saat sonra onu sevən sanitarlardan birinin
– dələduzluq maddəsi ilə cəza çəkən Roma deyilən
Rəhmanın ayrılığa “dözməyib” özünə qəsd etmək is-
təməsi, lezva ilə qolunu kəsməsi xəbəri yayıldı. Ro-
ma venasını kəsməyə ürək eləməsə də lezva qırığı ilə
qolunda böyük şram aça bilmişdi. Qolu sarınıb axan
qanının qarşısı alındıqdan sonra rəisin göstərişi ilə
Dostları ilə paylaş: |