Həbsxana – cəmiyyətin daha çox



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə4/11
tarix06.09.2017
ölçüsü1,09 Mb.
#29040
1   2   3   4   5   6   7   8   9   10   11
dan çıxıb aralı qalmışdı. Çıxdım ki, şüşəni kip bağla-
yım.  Havada  meh  var,  işdən  çıxanadək  maşının  içə-
risinə qumlu toz dolmasın. 
          –Demək,  heç  nə  götürməmisiz.  Zəhmət  olma-
sa,  ciblərinizdə  nə  var,  çıxarıın  qoyun  stolun  üstü-
nə... 
          Orxan heyrətləndi: 
          –Başa düşmədim, nəyə görə? 
          Bəkir təmkinini pozmadı: 
          –Çıxarın, deyəcəyəm... 
          –Yaxşı,  –  o,  ciblərindəki  vəsiqəni,  otağın,  avto-
mobilinin  açarlarını,  qəpikləri  və  bir  xeyli  pulu  sto-
lun  üstünə  tökdü.  –  Pulu  qohumumdan  borc  götür-
müşəm,  axşam  evə  gedəndə  maşının  statorunu  dü-
zəltdirəcəyəm.  Birdən  fikirləşərsiz  ki,  burda  qazan-
mışam, dəstə rəisi kimdir çox pul da qazana.... 
          –Başlama ağlamağa, – Niyaz dilləndi. 
          –Bir  xasiyyətnamə  yazmağımız  var,  ona  da 
dustağın gətirtdiyi pulun bir faizini verirsiniz. O biri 
kalonlardan üç dəfə az...  
          –Bizi  pul  maraqlandırmır.  Başqa  nəyin  var?  – 
Bəkir  gözlədiyini  görməyib  darıxdı.  –  Ayaqqabıları-
nı, naskilərini də çıxar. 
downloaded from KitabYurdu.org

47 
 
          Orxan  axtarışın  səbəbini  indi  tam  anladı.  Əsə-
bindən  üzünün  rəngi  qızardı,  acıqla  ayaqqabılarını, 
corablarını çıxardı: 
          –Siz məndə nəşə axtarırsız, eləmi? İstəyirsiz alt 
paltarlarımı da çıxarıb lütlənim? 
          Onun  inamla  kəmərini  boşaldıb,  düymələrini 
açıb  şalvarını  əynindən  çıxarmaq  istəyini  görəndə 
Niyazda axtarışın mənasız olması qənaəti yarandı: 
          –Gərək deyil, çıxarmayın, qalsın... 
          Bəkiri axtardığını tapmaması pərt etmişdi.  
          –Bəkir müəllim, bu nə deməkdir, məni başa sa-
lın, – Orxan hücuma keçdi, – siz məni təhqir edirsiz. 
Mən  bunu  belə  qoymayacayam.  BÖYÜKLƏRƏ  siz-
dən  şikayət  edəcəyəm.  Məgər  mən  axtarışa  layi-
qəm? Birdən-ikidən  nə vaxtsa zona nəşə gətirmişəm 
ki, belə edirsiz?.. 
          –Dayan, saxla, zilə çıxma, – Bəkir onun “çıxışı-
nı” kəsdi, – Orxan, sən bu zona bir yox, bir neçə də-
fə nəşə daşımısan. İstəyirsən, kimə satmısan çağırım 
üzünə  dursun?  Ancaq  ki,  üzünə  durulandan  sonra, 
səninlə sağollaşmalı olacayıq. Razısan?  – Orxan din-
mədi. – Düzdü, indi üstündə çıxmadı, amma, al boy-
nuna  ki,  gətirmisən.  Sənə  Niyaz  müəllimin  yanında 
birinci və axırıncı xəbərdarlığımı edirəm. Bir də eşit-
səm ki, nə isə gətirmisən, səni mütləq Fuadın günü-
nə salacayıq... 
downloaded from KitabYurdu.org

48 
 
          Ötən  payız  nəzarətçi  Fuadı  da  Bəkir  hədələ-
mişdi.  Özü  də  narkotika  istifadəçisi  olan  nəzarətçi 
onun  hədəsinə  əhəmiyyət  verməyib  yerlilərinə  nəşə 
ötürməkdə  davam  etmişdi.  Saymazlığı  görəndə  mə-
sələni  birdəfəlik həll etmək məqsədi  ilə nəzarətçinin 
narkotikaya  meyilliliyini  mərkəzə  məruzə  edilərək, 
üzərində tibbi müayinə aparılması xahiş olunur. Fu-
adı  çağırıb  müayinədən  keçirirlər,  qan  analizində 
narkotikanın  varlığı  təsdiqlənir.  Və  xidmətdən  azad 
edilir... 
          Orxan Fuad qədər istifadə etməsə də, ayda iki-
üç  dəfə  nəşənin  dadına  baxırdı.  Fuadın  adını  çək-
məklə Bəkir bundan xəbəri olduğuna işarə vururdu. 
Əgər onu da yoxlayarlarsa, qanı naxələflik edərdimi 
görəsən?!  Orxanı  qorxudan  təkcə  müayinə  söhbəti 
idi, yoxsa üzünə duran dustaq və ya kim olur olsun, 
ona heç nə sübut edə bilməzdilər. 
          Mütəəssirlənmiş Orxan kürəyi yerə toxunsa da 
məğlubiyyəti  ilə  barışmaq  istəməyən  güləşçilər  sa-
yaq manevr etmək üçün söz axtarırdı: 
          –Bəkir  müəllim,  bir  dəqiqə,  yox  e,  elə  deyil. 
Mən bayıra maşının pəncərəsini örtmək üçün çıxmış-
dım... 
         Niyaz yekunlaşdırdı: 
         –Yaxşı, get, xəbərdarlıqdan nəticə çıxar. 
          Orxan  kabineti  tərk  etdikdən  sonra  Niyaz  Bə-
kirə dedi: 
downloaded from KitabYurdu.org

49 
 
         –Olur, bəzən belə də olur, məlumat düz çıxmır. 
Buna görə əsəbiləşməyinə dəyməz. 
          Bəkir  dinməyib  təəccübünü  bildirən  baxışlarla 
otaqdan  çıxdı.  Axı,  bu  xəbəri  çatdıran  məhkum  ona 
heç  vaxt  qeyri-dəqiq  məlumat  verməmişdi.  Bəlkə, 
Orxan  Niyazın  kabinetinə  gələnədək  işçisi  əməliy-
yatçı Tofiqin qılığına girib götürdüyünü ona ötürüb! 
Ola  da  bilər,  –  Bəkir  düşünmüşdü,  –  çünki,  Tofiqin 
onun  “alverindən”  xəbəri  olmaya  bilməzdi  və  çox-
dandı aldığı “əlavənin” artırılmasını umurdu... 
                                             *   *   * 
          Növbəti  iclas  günü  idarənin  girişi  qarşısında 
yığışan  zabitlər  və  nəzarətçilər  rəisin  tərbiyə  işləri 
üzrə müavini  ədliyyə mayoru Səfər Nəzərlinin aşıb-
daşan qəzəbinə tuş gəlmişdilər: 
         –Hansısa  mədəniyyətsiz,  evlərində  tualet  gör-
məyən,  kol  dibində  oturmağa  vərdiş  olanın  birisi 
müəssisə  idarəsinin  ayaqyoluna  gedib,  arxasınca  su 
tökməyib.  Beləsinə  dərs  olmaq  üçün  mən  ayaqyolu-
nu  bağladaram,  qoy  canları  çıxsın,  getsinlər  məh-
kumların tualetinə, ya da müəssisənin çölündəki kol-
luqlara... 
          Bu hal birinci dəfə olmadığından məsələ aydın 
idi:  yenə  kimsə  ardınca  su  tökməyi  sanitarın  borcu 
hesab  etdiyindən  oturduğu  yerin  təmizliyinin  qey-
dinə  qalmayıb.  Çox  güman  ki,  sanitar  Ayaz  da  bilə-
rəkdən Səfərin yolu düşənədək (o, kimin günün han-
downloaded from KitabYurdu.org

50 
 
sı  vaxtlarında  çölə  çıxmasını  təqribi  bilirdi)  təmizlə-
məmiş, natəmizliyin səbəbkarını ona açıqlamışdı. Sə-
fər də bir nəfərin adını çəkməyib acığını hay-harayla 
kollektivdən çıxmaq istəyirdi. 
          Rəis vacib iş dalınca şəhərə getdiyinə görə iclas 
üçün Niyazın kabinetinə yığışdılar. Dar, balaca kabi-
netdə səkkiz stulda – əsasən şöbə rəisləri oturduqdan 
sonra  qalan  əməkdaşlar  yer  olmadığından  yenə 
ayaqüstə dayanıb Niyazın uzun-uzadı, özündən razı 
moizəsini  dinlədilər.  Hirsi  boşalmayan  Səfər  çıxış 
üçün söz aldı:  
         –Niyaz  müəllim,  mən  rəisə  də  deyəcəyəm,  ica-
zə  verin  idarənin  ayaqyolusunun  qapısına  qıfıl  bağ-
layaq. Ayaqyolunda oturuşunu bilməyənlər qoy zəh-
mət çəkib özlərinə münasib yerə getsinlər... 
         –Yox, Səfər müəllim, qıfıl asmaqla iş aşmaz. Ba-
şa  salmaq,  qandırmaq  lazımdır.  Siz  təkcə  məhkum-
ların yox, əməkdaşların şəxsi heyət üzvlərinin də tər-
biyəsinin  təşkili  işinə  cavabdehsiniz.  İnsan  var,  gö-
rürsən əlli yaşı var, amma tərbiyəsində  çatışmamaz-
lıqlar  var.  İşçilərə  siz  intizam,  məsuliyyət  hisslərini 
aşılamalısız.  Elə  birinci  dəstə  rəislərindən  başlamaq 
lazımdır.  Zəifdilər,  fəal  deyillər,  vəzifələrini  layi-
qincə yerinə yetirmirlər. Mən görmədim ki, nə vaxtsa 
məhkumlar  barədə  bir  operativ  məlumat  çatdırsın-
lar, əməliyyatın işinə yarasınlar. 
downloaded from KitabYurdu.org

51 
 
          Səfər başqa vaxt olsaydı Niyazın onun sahəsinə 
aid işçiləri pisləməsinə imkan verməzdi. Ancaq, indi 
çox  əsəbiləşdiyindən  Niyaza  qoşulub  dəstə  rəisləri-
nin qarasına deyindi: 
           –Düz  buyurursunuz,  Niyaz  müəllim,  yeddi 
dəstə rəisidir, bu insanların heç birində bir təşəbbüs-
karlıq,  işə  can  yandırma  yoxdur.  Təzə  ay  on  gündü 
başlayıb, hələ aylıq planların hamısı yazılmayıb. Pro-
tokollar, şəxsi dəftərlər, mühazirələr, divar qəzetləri, 
hansını  deyim,  heç  biri  sonadək  hazır  deyil.  Gərək 
mən  bircə-bircə  deyəm,  məcbur  edəm  bunlar  da  ye-
rinə yetirə. Görmədim kimsə gələ deyə ki,  filan mə-
dəni-kütləvi  tədbiri  keçirirəm.  Hələ  gözləyirlər  ki, 
mən bunların əvəzinə edəm... 
           –Edəndə    də  gərək  neçə  adamdan  icazə  ala-
san, – Orxan ayaqüstə dayananların içindən söz atdı.   
           –Əlbəttə,  bəs  necə,  –  Səfər  onun  danışmasına 
imkan vermədi, – icazə alınmasa, hərə istədiyini etsə 
özbaşınalıq olar ki... 
           –Niyaz  müəllim,  icazə  verirsinizsə,  yeri  gəl-
mişkən dəstə rəisləri ilə bağlı mən də bir iradımı bil-
dirmək istəyirəm, – Bəkir də dilləndi. 
            –Buyurun, deyin. 
            –Dəfələrlə  deyilib  ki,  müəssisənin  içinə  mobil 
telefon  gətirmək  olmaz.  Qanunla  qadağandır.  Belə 
hal  cinayət  məsuliyyəti  yaradır.  Cib  telefonlarınızı 
qapıda,  nəzarət  buraxılış  məntəqəsindəki  kiçik  qu-
downloaded from KitabYurdu.org

52 
 
tulara  qoymalısız.  İstəsəniz  bir  balaca  qıfıl  da  alın, 
qoyun qutuya bağlayın ağzını, sonra keçin içəri. Da-
ha üstünüzdə içəri daşımayın. Ötən ay iki dəfə dəstə 
rəislərindən  yaşayış  sahəsinə  telefon  gətirən görmü-
şəm.  Guya  qapıdan  keçəndə  qutuya  qoymağı  unu-
dublar.  Qapıdakı  əsgərlərə  də  tapşırmışam  nəzarəti 
artırsınlar.  Xəbərdarlıq  edirəm,  üçüncü  dəfə  bu  hal 
baş verərsə bağışlamayacağam. Kimliyindən asılı ol-
mayaraq həmin işçi sərt cəzalanacaq...  
          –Haqlısınız,  – Səfər Bəkirin dediklərini dəstək-
lədi, – o iki dəfəni Bəkir müəllim mənə görə bağışla-
dı, – aşağılayıcı nəzərlərlə dəstə rəislərini süzdü. 
          “İnsan  var,  görürsən  əlli  yaşı  var,  amma  tərbi-
yəsində  çatışmamazlıqlar  var”,  –  Niyaz  bu  sözləri 
deyərkən  ürəyində  başqasını  yox,  Səfəri  nəzərdə tu-
turdu. Çünki onun nəzərində Səfər tərbiyə işinin təş-
kilinə rəhbərlik vəzifəsində işləsə də ən böyük tərbi-
yəsizin  biri  idi.  Bu  adama  istər  öz  işçiləri,  istərsə  də 
məhkumlar tərəfindən qətiyyən rəğbət duyulmurdu. 
Gün ərzində dəfələrlə məhkumların üstünə qışqırar, 
işçilərə səsini ucaldar, saysız-hesabsız yalanlar danı-
şar,  söyüş  söyməkdən  yorulmazdı.  Onun  tərbiyə  iş-
çisi  kimi  digər  sahə  əməkdaşlarından  fərqləndirici 
müsbət bir xüsusiyyəti yox idi. O, daha çox rejim iş-
çisi olmağa layiq idi.  
          Niyaz səlahiyyət və gəlir baxımından üstün ol-
duğu üçün Səfərin ona paxıllıq etdiyini bilirdi. Dəfə-
downloaded from KitabYurdu.org

53 
 
lərlə  Səfərin  kabinetinin  qarşısından  xəbərsiz  keçər-
kən  aralı  qalmış  qapıdan  arxasınca  danışdığını,  sö-
yüşünü eşitmişdi. Lakin Səfərin onu görən kimi sifə-
tinə  gülüş  yayılması,  mehribanlaşması  eşitdiklərini 
əhəmiyyətsizləşdirmişdi. Bununla belə, ürəyində Sə-
fərdən zəhləsi gedirdi...  
          Son  vaxtlar  müəssisəyə  gəlib-gedən  yoxlama-
ların,  qonaqların,  mərkəzdən  əsassız  bəhanələrlə  si-
fariş  edilən  ödəmələrin  çoxalması,  həm  də  iqtisadi 
infilyasiya  nəticəsində  bütün  əmtəə  qiymətlərinin 
yüksəlməsi Məhyəddinin nəfəsini daraltmışdı: “Niyə 
biz  öz  haqlarımızın  qiymətini  artırmayaq,  –  Niyaza 
sual etmişdi, – biz də qiymətlərə əl gəzdirməliyik...” 
          Niyaz  bu  tapşırıqdan  sonra  Səfəri,  Bəkiri,  Şa-
mili çağırıb söhbət etmiş, məhkumlardan alınan haq-
ların  –  görüşdən  başlamış  dərzi,  çəkməçi,  bərbər, 
cayxana, telefon otağı, camaşırxana, hamamadək bü-
tün  “toçkaların”  yeni  qiymətlərini  Məhyəddinin 
adından  nəzərlərinə  çatdırmışdı.  Ən  çox  söhbəti  isə 
Bəkirlə oldu: 
          –Avtoritetlərin  böyüyünü,  o  saqqallısı  var  ha, 
onu  çağır  yanına,  vəziyyəti  izah  elə.  Deynə  yuxarı-
dan  “taksı”  artırıblar.  Mən  istəmirəm  onlarla  aranı 
açam, pərdəni götürəm. Amma mənim adımdan eşit-
dir  ki,  onlar  üçün  istədikləri  şəraiti  yaratmışıq,  bəzi 
işlərinə  də  göz  yummuşuq.  Necə  olur  ki,  ayda  filan 
qədər  pulu  “qara  pul”  adı  ilə  cinayətkar  dostlarına 
downloaded from KitabYurdu.org

54 
 
göndərə  bilirlər,  bizə  çatanda  pulları  qalmır.  Çağır 
danış, əgər belə yaşamaqda davam etmək  istəyirlər-
sə,  hər  ay  o  puldan  üç  dəfə  çox  bizə  də  versinlər. 
Yox, əgər razılaşmasalar, onda biz də nə edəcəyimizi 
göstərərik... 
          “Qara pul” avtoritetlərin ayda bir dəfə “vor za-
kon”lara göndərdikləri toplanmış pullar  idi. Bu pul-
lar qapıdan çölə birbaşa Bəkirin köməkliyi ilə çıxarı-
lırdı.  
          Söhbətin səhəri günü Bəkir məruzə etdi ki, baş 
avtoritetlə  görüşdüm,  dediklərinizi  ona  çatdırdım. 
Dəqiq  cavab  vermədi.  Dedi,  özbaşına  qərar  çıxara 
bilmərəm,  gərək  “məşvərətə”  gedəm,  orada  məslə-
hətləşəm, sonra sizə cavab verərəm.  
          Oğru  aləminin  “məşvərət”,  həm  də  “sxodka” 
deyilən  kiçik  toplantıları  bir  qayda  olaraq  daha  çox 
məhkumların  mərkəzi  xəstəxanasında  olurdu.  Müx-
təlif  müəssisələrdən  müalicə  adı  ilə  gələn  məhkum-
ların  yalnız  burada  bir-biriləri  ilə  görüşmək,  dərd-
ləşmək imkanları yaranırdı. 
            –Onda,  gör  nə  vaxt  istəyir,  sənədlərini  hazır-
layıb  göndərin  xəstəxanaya.  Getsin-qayıtsın,  biz  də 
nə edəcəyimizi müəyyənləşdirək, – Niyaz Bəkirə tap-
şırdı.  
          Növbəti həftə Bəkirin gizli göstərişi ilə xəstəlik 
sənədləri hazırlanan baş avtoritet məhkumların mər-
kəzi xəstəxanasına yatab olundu. Daha bir həftə keç-
downloaded from KitabYurdu.org

55 
 
di.  Göndərilmiş  məhkum  “müalicə”,  daha  doğrusu 
məsləhət  alıb  geri  qayıtdı.  Oğru  aləminin  ağılverən-
ləri  paqona  verilən  əlavə  haqqın  üç  dəfəyədək  artı-
rılmasına qəti etiraz etmişdilər: “Ora əsasən kasıbla-
rın cəza çəkdiyi yerdi. Ona görə də pulun deyilən qə-
dər artırılması qəbul edilməsin, öz həddində qalsın”, 
– cavabını vermişdilər. 
          Bəkirin  məruzə  etdiyi  bu  cavab  Niyazı  özün-
dən çıxardı: 
          –Elədirsə  eybi  yox,  tezliklə  onları  başlayarıq 
sıxmağa, ağılları başlarına gələr... 
                                             *   *   * 
          İkram sanitarlar arasında yeganə şəxs idi ki, ev-
li idi. Həbs olunmamışdan altı ay qabaq evlənmişdi. 
Şəhər  kənarında  kirayə  ev  tutub  yaşayırdılar.  Tür-
məyə  düşəndən  bir  neçə  ay  sonra  qızı  da  olmuşdu. 
Bundan əvvəlki zonda yoldaşı iki dəfə görüşünə gəl-
mişdi.  Bilirdi  ki,  ailəsi  əziyyətlər  içində  yaşayır,  tez-
tez  görüşə  gəlmək  imkanı  yoxdur.  Həm  kasıbçılıq-
dan, həm də bu zona gələndən Məhyəddinin günahı 
üzündən  sanitarların  briqadiri  olduğuna  görə  uta-
nırdı,  istəmirdi  yoldaşının  gəlməyini.  Nəzarətçilər-
dən  birinin  –  Məmmədin  onların  yaşadığı  ünvana 
yaxın  ərazidə  yaşadığını  öyrənəndə  sevindi.  Onun 
üçün də Məmməddən yoldaşı ilə tanış olmağı, lazım 
gələndə  ismarıclarını  ona  çatdırmağı  xahiş  etdi. 
Məmməd  etiraz  etməmişdi.  Xeyli  vaxt  idi,  o,  Məm-
downloaded from KitabYurdu.org

56 
 
məd vasitəsilə ailəsindən xəbər tutur, pul olmasa da, 
zonda düzəldilən suvenirlərdən ona hədiyyələr gön-
dərirdi. 
          Həftənin  birinci  günü  idi.  Günortadan  keçmiş, 
yanına görüşə gələnin olmasını xəbər verdilər. Hey-
rətləndi, görən kimdi onu xatırlayan? “Arvadındı”, – 
sözünü eşitcək narahat olmaqla yanaşı ürəyində yol-
daşına  acıqlandı:  ”Axı,  ona  xəbər  göndərmişdim, 
məktub  da  yazmışdım  ki,  hələlik  görüşə  gəlməsin. 
Nə baş verib ki, gəlib?”  
          Adətən  birinci  günlər  görüşməyə  gələnlər  az 
olurdu.  Görüş  kağızının  rəis  tərəfindən  imzalanma-
sına çox vaxt getmədi, görüşə baxan iri cüssəli nəza-
rətçi onu otağa çağırdı. Həyəcanlanmışdı, ildən artıq 
idi yoldaşını görmürdü. 
          Yoldaşı  görüşə  uşaqsız  gəlmişdi.  Xeyli  dəyiş-
miş, baxışları soyuqlaşmış, yadlaşmışdı. Ümumi, ge-
niş dəhlizdə onlar üçün ayrılan stolun arxasında üz-
bəüz əyləşdilər: 
          –Salam. Sənə xəbər göndərmişdim axı, hələ gəl-
mə. Niyə gəlmisən? Nə olub, xeyirdimi? Yoxsa uşağa 
nəsə olub? Uşaq yaxşıdımı? 
          –Uşaqdı da... Yaxşıdı... 
          Yoldaşının  candərdi,  könülsüz  cavabları  heç 
xoşuna gəlmədi. Sözlü adama oxşayırdı: 
downloaded from KitabYurdu.org

57 
 
          –Bilrsən, niyə gəlmişəm, heç bilmirəm sözümü 
necə  başlayım,  sözün  qısası,  mən  ayrılmaq,  boşan-
maq istəyirəm səndən... 
          –Məndən? Niyə? 
          Eşitdiyi  sözlərdən  İkramın  halı  dəyişdi.  Olma-
ya  Məmməd    ona  sanitarların  briqadiri  olmasını  xə-
bər verib? Bu səbəbdənmi  daha onun arvadı olmaq 
istəmir? 
          –Sənə  rast  gəldiyim  gündən  bir  xoş  gün  gör-
mədim.  Həmişə  əzab-əziyyət  içində  oldum.  Atan-
anan  məni  qəbul  etmədi.  Ümidlərimi  puç  etdin.  Tə-
zəcə ailə qurmuşduq tutuldun, qaldım tək-tənha. İn-
di də Allah bilir, sən nə vaxt qayıdacaqsan, mənə kö-
mək  olacaqsan.  Çətindir  tək  yaşamaq,  üstəlik  körpə 
saxlamaq...  Heç  yerdən  köməyim  yoxdur.  Nə  özü-
münkülərdən, nə də sizinkilərdən mənə bir insan kö-
mək əlini uzatmır... 
          Düz  deyirdi  yoldaşı.  Ucqar  əyalətdən  şəhərə 
özünə  gün  qazanmağa  gəlmiş  kimsəsiz  bu  qızı  vax-
tilə, o, xoşbəxt etmək istəmişdi. Təsadüfən telefonda 
tanış  olmuşdu.  Ata-anası  bu  təsadüfi  qızla  ailə  qur-
masına  qarşı  çıxmış,  xeyir-dua  verməmişdilər.  İnad 
edəndə  isə,  taleyin  ümidinə  buraxıb:  “get  necə  istə-
yirsən özün yaşa, bizlik deyilsən”, – demişdilər. Bəl-
kə də haqlı imişlər... 
           –Fikrin qətidir? 
downloaded from KitabYurdu.org

58 
 
          “Xanımı” susub başını təsdiq mənasında silkə-
lədi. 
           –Hə,  məhkəməyə  boşanmaq  üçün  ərizə  yaz-
mışam. 
          –Adam tapmısan özünə? 
          Yenə başını tərpətdi. 
          –Soruşmaq  ayıb  olmasın,  kimdir?  Mən  tanıyı-
ram? Əgər məndən yaxşıdırsa, etirazım yoxdur. 
          Yoldaşı  onun  belə  asan  təslim  olacağını  gözlə-
mirdi.  Məmnunluğundan  çox  düşünməyib  pıçıltılı 
səslə cavab verdi: 
          –Məmməd...   
          –Hansı Məmməd? 
          –Sənin üstümə göndərdiyin “nadzor”... 
          İkram  eşitdiyi  cümlədən  şoka  düşdü.  Qulaqla-
rına inanmadı. Oturduğu yerdə bir xeyli donub key-
key baxdı: 
           –Sevirsən onu? 
           Zalımın qızı arsız-arsız, bir daha başını tərpət-
di. 
           –Daha  onda  nə  gözləyirik?  Gedim  çağırım 
onu. Elə burada kəbininizi kəsdirək, qurtarıb getsin, 
– dəli kimi ayağa durdu, danışmasına imkan vermə-
di,  –  gözlə,  beş-on  dəqiqəyə  onu  tapıb  birgə  qayıdı-
ram. 
          İkram yaydan çıxan oxa dönüb hövlnak özünü 
görüş  yerindən  müəssisənin  içinə  atdı.  “Namussuz 
downloaded from KitabYurdu.org

59 
 
gədə”, – beynində yalnız bu iki söz vardı. Əsəbindən 
ürəyinin  döyüntüsünü  qulaqlarında  eşidirdi:  “Necə 
var  bu  oğraşı  öldürməliyəm”.  Yadına  istehsalat  sex-
lərinin birində gizlin düzəltdirdiyi, xəlvət yerdə sax-
ladığı  cib  bıçağı  düşdü.  Sanki,  havalanmışdı:  “Bina-
mus,  gör  necə  mənim  etibarımdan  sui-istifadə 
edib...” 
          Axtarıb  bıçağı  tapıb  cibində  gizlətdi.  Sonra  da 
nəzarətçilərin  otağına  yaxınlaşıb  Məmmədi  soraqla-
dı. Aldığı cavabdan heyfsiləndi: Məmməd səhər növ-
bədən  çıxıb  evinə  getmişdi.  Bir  də  sutka  ötəndən 
sonra işə gələcəkdi.  
          Görüş yerinə, yoldaşının yanına peşman qayıt-
dı: 
           –Tapmadım Məmmədi, “smen”dən çıxıb. Yox-
sa elə məsələni birdəfəlik həll edərdik.  
          Arvadı  onun  səsinin  və  rənginin  dəyişməsin-
dən narahat olaraq yerində qurcalandı: 
           –Qoymadın  sözümü  deyəm.  Mən  bilirəm 
Məmməd işdə deyil. Onun olub, ya olmamasının bir 
əhəmiyyəti  yoxdur.  Sən  kimliyi  ilə  maraqlandın, 
mən də ona görə adını çəkdim. Gəlməkdə əsas məq-
sədim  odu  ki  biləsən,  məhkəmədən  sənə  göndərilə-
cək  boşanma  ərizəmin  surətini  görəndə  təəccüblən-
məyəsən... 
          İkramın  sağ  cibində  əlinin  içində  saxladığı  cib 
bıçağı yaratdığı təlaşla ürəyini yerindən çıxarıb “nə-
downloaded from KitabYurdu.org

60 
 
fəsini  kəsirdi”.  O,  bu  bıçağı  götürmüşdüsə,  mütləq 
işlətməli idi. Ən azından özünə vuracaqdı. 
          “Xanım” ayağa durub getmək üçün hazırlaşdı: 
          –Hə, bir də onu deyim ki,  bax, Məmmədə heç 
bir kəlmə də pis söz deməyəsən. Onun heç nədə gü-
nahı yoxdur. Hər şey mənlikdir. 
          İkram  onun  bu  “himayədarlığına”  daha  dözə 
bilmədi. Ona tərəf addım atıb, əsəbindən əsərək göz-
lənilmədən əlindəki bıçağı arvadının sinəsinə çəkdi: 
          –Məmmədin  də,  sənin  də  nəslini,  var-yoxunu, 
qancıq... 
          Bıçağın ağrısından arvadı qışqırdı: 
          –Qoymayın, öldürdü məni, kömək edin... 
          Yaxınlıqdakı  zabit  və  nəzarətçilər  tez  İkramı 
ondan araladılar. Son anda əli titrədiyindən cib bıça-
ğı arvadının sinəsini deyil, döşünü yaralamışdı.  
          Qadın üçün təcili tibbi yardım çağırdılar. İkra-
mı isə qandallayıb karsa atdılar.  
          Hadisədən  xəbər  tutan  Məhyəddin  dərhal 
Məmmədə  xəbər  yolladı  ki,  bir  daha  bu  müəssisəyə 
gəlməyi  ağlına  gətirməsin,  ərizəsini  yazıb  şəhərdəki 
İdarəyə getsin.  
          İkram az keçmədi, yeni cinayət törətməkdə təq-
sirləndirildiyinə  görə  istintaq  təcridxanasına  göndə-
rildi.  Sanitarlara  briqadirlik  etmə  “səlahiyyəti”  hələ-
lik Ayaza verildi.  
                                             *  *  * 
downloaded from KitabYurdu.org

61 
 
          Niyaz  nəzərdə  tutduğu  “sıxma”  tədbirlərinə 
başlamaq  üçün  ilk  növbədə  münasib  səbəb  tapmalı 
idi.  Buna  görə  avtoritetlər  arasındakı  ixtilaflardan, 
nüfuz  mübarizəsindən  istifadə  etməyi  qərarlaşdır-
mışdı.  Yaşayış  məskənləri  üzrə  yerliçilik  prinsipləri 
ilə  qruplaşmış  ayrı-ayrı  “əhl”lər,  xüsusilə  şəhərlilər-
lə əyalətlilər arasında gedən çəkişmələr isə daim var 
idi.  İçərilərindəki  vəzifələrin  və  toplanmış  gəlirlərin 
bölüşdürülməsində  hər  bir  qrup  öz  üstünlüyünü  əl-

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin