yüngülləşdilər. Dəli Mahiri əvvəlcə Bəkirin otağına
aparıb izahat aldılar, dalısıyca da on sutka müddəti-
nə cərimə təcridxanasına saldılar.
Niyazı narahat edən məsələ baş verən olayın
arxasında kiminsə olub, olmaması idi. Dəli Mahir su
çəninin üstünə öz ağlı iləmi qalxmışdı, yoxsa bu ha-
disəni təşkil etmişdilər?..
Yaranmış narahatlıq barəsində yenə əsgərlər,
mühafizə bölüyü mərkəzə yubanmadan xəbər et-
mişdi. Günorta üstü qoltuğu papkalı inspektorlar
müəssisəyə daraşdılar, hamıdan izahat alındı. Hə-
yatlarını təhlükə altında qoyaraq səkkiz metrlik hün-
dürlükdə çənin üsünə çıxıb hadisənin qarşısını al-
dıqlarına görə təşəkkür gözləyənlərin də başqaları ilə
yanaşı cəzalandırılacağı bildirildi: “Vəziyyətin belə
alınması səhlənkarlıqdan başqa bir şey deyil. Təşək-
kür yox, sizə töhmət düşür”. Niyaza isə nəticə çıxa-
rılası irad tutuldu: məlumatlar ləng, mərkəz özü xə-
bər tutandan sonra məruzə olunmamalıdır !
Dəli Mahiri cərimə təcridxanasında tək adam-
lıq kameraya saldılar. Birinci gün əl dəymədilər. Sə-
hərisi iki zabit və iki nəzarətçi kameraya daxil olub
onu “ağıllandırmaq”, bir daha gələcəkdə yenə harasa
çıxmaq fikrinə düşməməsi üçün dövrəyə alıb huşu-
nu itirənədək döydülər. “Pres” deyilən bu tərbiyəvi
cəza üsulu təcridxanaya salınan məhkumların əksə-
riyyətinə tətbiq edilirdi. Sürəkli “pres”dən sonra ya-
downloaded from KitabYurdu.org
77
rım qaranlıq, soyuq, nəm, beton divarlar arasında tək
özü-özü ilə qalan insan, həyat həqiqətlərini başa dü-
şüb müdrükləşməyə bilmirdi...
On sutkalıq cəzası qurtarıb yaşayış zonasına
qayıdan Mahirin ilk axtardığı adam Şahin oldu:
–Bu idi kişi kimi söz verməyin?..
–Mən söz verdim ki, əlimdən gələni əsirgə-
məyəcəyəm. – Şahin vədini izah etdi. – Sənə əlavə
buşlat, isti paltar verəcəyəm, yeməkxanaya da xahiş
etmişəm hər gün sənə əlavə çörək versinlər. Qalanı
mənlik deyil, Niyaz müəllimlikdir, problemlərini
ona de.
Niyaz avtoritetlərlə münasibətinin soyuqlaş-
masına, dilinə gətirməsə də ürəyində peşman ol-
muşdu. O, Məhyəddinin iş yerinin belə tez dəyişilə-
cəyini gözləmirdi. Müvəqqəti adı ilə rəis olmasına
sevinsə də, məsuliyyətinin birə-beş artmasına, həmi-
şə arxayın olduğu qüvvənin – Məhyəddinin daha ya-
nında olmamasına heyifsilənirdi. Rəis təsdiq oluna-
cağı halda müavin yerinə həvəsiyən Bəkirə nədənsə
ürək qızdıra bilmirdi. Ona ar gəldiyindən avtoritet-
lərlə əvvəlki münasibətlərə heç nə əldə etmədən qa-
yıtmağı da özünə sığışdırmırdı.
“Sürprüzlər” isə davam edirdi. Növbəti həftə-
nin ortalarında müəssisənin həyətindəki meydanda
onlarla məhkumun gözü qarşısında məhkumlardan
biri onu təhqir edən əməliyyatçı zabitə əl qaldırmış,
downloaded from KitabYurdu.org
78
az qala əlbəyaxa olmuşdular. Yaxınlıqdakı nəzarət-
çilər dərhal araya girib onları ayırmış, tutaşmanın
davaya çevrilməsinin qarşısını almışlar. Zərbənin tə-
sirindən zabitin burnu qanamış, sifətində kiçik şiş
əmələ gəlmişdi.
Niyaz əgər sorağı yayılarsa böyük biabırçılıq
sayılacaq bu hadisəni necə var ört-basdır etməyə ça-
lışdı. Məhkuma on beş günlük cərimə təcridxanası
cəzası verdi. Zabitə hava qaralanadək öz otağında
oturub kimsənin gözünə görünməməyi, sonra da
üzünün şişinin çəkilənədək işə gəlməməyi, evdə otu-
rub heç yana çıxmamağı tapşırdı. O, günahı öz işçi-
sində görürdü:
–Axı, mən dəfələrlə demişəm adam arasında
danışığınıza fikir verin. Söyüşlə, təhqirlə danışma-
yın. Nə vaxtsa məni görmüsüz məhkum işərisində
kimisə təhqir edəm? Kabinetin var, çağır otağına tək-
likdə təhqir elə. Qəti olmaz. Kütlə olan yerdə təhqirə
biri dözər, ikisi dözər, günün birində bir başqası döz-
məz qayıdar səni təhqir edər. Gərəkdirmi bu?..
Lakin, Niyazın səylərinin nəticəsi olmadı. Za-
bitlə məhkum arasında baş vermiş əlbəyaxa haqqın-
dakı xəbər üç gün keçməmiş İslah İdarəsinə yetişdi.
Yəqin ki, məlumat bu dəfə mühafizə bölüyündəki əs-
gərlər tərəfindən ötürülməmişdi, çünki hadisə ani ol-
duğundan ətraflı xəbərləri yox idi. “Bəs görən kim
çatdırmışdı?” – Niyaz İdarə ilə münasibəti olan
downloaded from KitabYurdu.org
79
əməkdaşları bir-bir ürəyində çıxdaş etmişdi. Kimi isə
günahkar çıxarmaq üçün tam qərara gələ bilməmiş-
di.
Birdən nəyisə xatırlayıb Bəkiri yanına çağırdı:
–Sən avtoritetlərə bir mobil telefon vermişdin.
Həmin telefon onlardadır, yoxsa almısan?
Bəkir Niyazın əsəbiləşəcəyini bilib özünü itirdi:
–Yox, almamışam, onlardadı...
–Sənin ağlın var? Bəlkə elə İdarəyə xəbəri ötür-
ötür onlar çatdırıblar? Zibilə dönsün verdikləri pul.
Təcili telefonu geri al. Eşitdin?
–Baş üstə, – deyib Bəkir susdu.
Axır günlərdə Niyazın qulağına məxfi məlu-
mat deyilmişdi ki, avtoritetlər zonda qiyam hazırla-
maq istəyirlər. Kim bilir, ola bilsin baş verənlər oğru
aləmi tərəfindən həmin o telefonla idarə edilir? Mü-
nasibətlərin gərginləşdiyi vaxtda onlara mobil rabitə
əlaqəsi şəraiti yaratmaq tam ağılsızlıq idi. “Görünür,
həmişəki kimi Bəkirin nəfsi ağlını başından alıb”, –
Niyaz düşünürdü.
Son hadisəyə görə İdarəyə çağırılıb danlanılan
Niyaza axırıncı xəbərdarlıq edildi: “Bir də belə hal-
lar baş verərsə və müəssisədəki hadisələri yenə giz-
lətməyə cəhd edərsənsə təkcə işindən yox, xidmət-
dən azad olunacaqsan!”
downloaded from KitabYurdu.org
80
...Sonradan olayın iştirakçıları: “naruşitel”
məhkumu cəzasının ardını çəkmək üçün ayrı müəs-
sisəyə, zabiti də işləməyə başqa yerə göndərdilər.
* * *
Bir həftə keçmişdi, yenə aləm bir-birinə dəydi:
tanınmış müxalifət qəzetlərindən birində məhkumlar
adından dərc edilmiş şikayət məktubu səhər tezdən
İslah İdarəsini qəzəbləndirmişdi. Təcili olaraq mək-
tubda adları çəkilən məhkumlardan izahat alınması
və onun qəzetə hansı yolla, kimin vasitəsilə çatdırıl-
masının araşdırılması tapşırılmışdı.
Məktubda müəssisədə rəhbərlik tərəfindən
narkotikanın satılmasından şikayət olunur, görüşdə,
tibb hissəsində, telefon xidməti, saç qırxımı, azadlıq
üçün məhkəməyə təqdim olunma və sair işlərdə alı-
nan rüşvətlərin dəqiq siyahısı və qiymətləri sadala-
nırdı. Dəftər-kitabda qeydə alınmayan məlum həqi-
qətlər təsadüfən qəzet səhifəsində işıqlandırılmışdı.
Niyaz kabinetinə girən kimi məktubda adları
çəkilən üç məhkumu çağırıb sorğu-sual etmişdi:
–Qəzetə məktubu nə vaxt yazmısız?
–Nə məktub, nə qəzet? – Məhkumlar təəccüb-
ləndilər.
–Özünüzü tülkülüyə qoymayın. Baxın bu qə-
zetə, – Niyaz əlində tutduğu qəzeti üstlərinə tulladı,
– baxın qəhrəmanlığınıza... Qəzetə şikayət etməklə
downloaded from KitabYurdu.org
81
nəyi dəyişəcəyinizə ümid edirsiniz? Gününüzü qara
edərəm bundan sonra, bilərsiz şikayət etmək nədir...
–Rəis, – aralarındakı yaşlısı dilləndi, – vallah bu
məktubdan xəbərimiz yoxdu. Düzdür, bu işlərə dair
narazılığımız var və öz aramızda söhbətlərdə şika-
yətlənmişik. Amma durub əlimizə qələm alıb yaz-
maq, qəzetə göndərmək bizlik deyil.
–Bu qədər zabitin, nəzarətçinin gözündən yayı-
nıb belə gizlin iş görməkmi olar, – digər məhkum
əlavə etdi, – bəlkə elə bu zabitlərdən birinin işidir?
–Hərgah uzağı iki-üç günə biz biləcəyik, kim
yazıb, kim qəzetə çatdırıb. Heç nə gizlin qalan deyil.
Əli olan hər kəs də öz cəzasını alacaq, bunu bilin.
Əgər həqiqətən sizlik deyilsə, dediyinizi təsdiq edin.
Yubanmadan tez gedin Bəkirin otağına. Üçünüzün
adından məktub yazırsız ki, qəzetdə yazılanlar ha-
mısı yalandır və heç bir şikayətimiz yoxdur...
Çox keçmədi, əməliyyatçıların hazırladığı tək-
zib məktubu məhkumlara qol çəkdirilib faksla İslah
İdarəsinə göndərildi. İdarənin mətbuat katibi təkzib
məktubuna əlavə şərh verərək dərc olunan yazını cə-
fəngiyyat adlandırıb qəzeti məsuliyyətsiz məlumat-
ların dərcinə görə qınadı.
Nəticə gözlənilən idi. Başqa cür ola da bilməz-
di. Çünki, haqqında danışılan pullardan idarənin xə-
bəri vardı. Çoxdan buna göz yumduqlarına görə
downloaded from KitabYurdu.org
82
faktların ictimailəşməsi onlara sərf etmirdi. Bu nöq-
teyi nəzərdən inkar etməkdən savayı yolları yox idi.
Qəzetdəki yazıdan xəbər tutandan bəri xidmət
əməkdaşlarını narahat edən məsələ müəssisədəki
pulyığma yox, məktubun hansı yolla, kim tərəfindən
qəzetə ötürülməsi idi. Şikayət məqaləsindəki pul yığ-
mada adları hallanan işçilər, imza edən məhkumlar,
verilən pulyığma siyahısı – hər şey, əslində həqiqət
idi.
Edilən cəhdlərə baxmayaraq qəzet məktubun
surətindən qeyri, əlavə məlumat verməkdən imtina
etdi. Məktubun sonunda çəkilən qollar eynən olmasa
da, məhkumların imzalarına oxşayırdı. Məhkumlar
isə bu işin onların yox, paqonlular tərəfindən təşkil
edildiyinin iddiasındaydılar.
“Məhkumların sözündə həqiqət var, – Niyaz fi-
kirləşirdi, – hər kimdisə işin içində olan adamdır”. O,
şübhələndiyi bütün işçiləri gözünün qabağına gətirib
çıxdaş elədi. İndi kimin boynuna qoymaq olardı ki,
bunu sən etmisən, – düşündü...
Niyaz Bəkirlə qəzetdəki yazı barədə ölçüb-biç-
diklərini müzakirə elədikdən sonra belə güman et-
dilər ki, bu olsa-olsa bir ay əvvəl işdən azad olunub
əmək pensiyasına çıxan gizir Familin işi ola bilərdi.
Ona illərdir can atdığı baş gizir rütbəsini ala bilmə-
sinə imkan verilmədiyindən işdən narazı çıxmışdı.
downloaded from KitabYurdu.org
83
Onun yaxın qohumu isə jurnalist idi, digər müxalifət
qəzetində işləyirdi.
Yazıda adları keçən məhkumlar heç vəchlə ya-
xalarını ələ vermək istəməsələr də, cəzasız qalmadı-
lar. Şəxsi işlərinə töhmət yazılmaqla bir müddət son-
ra hər üçü ayrı-ayrı cəza evlərinə yatab edildilər.
* * *
Rəis əvəzi olandan sonra Niyaz özünü necə
aparırdısa, rejim rəisi ədliyyə mayoru Şamil də ona
tabe nəzarətçilərlə münasibətini həmin qaydada qu-
rurdu. Üstəlik əsəbiləşəndə onlara ağzına gələni de-
yir, söyür, bəzən də sillələyirdi. Nəzarətçilərin çoxu-
su işinin xatirinə onun söyüşlərinə fikir verməsələr
də, aralarında dözməyənlər də tapılırdı. Dözməyən-
lərdən biri – Elxan adlı nəzarətçi Şamilin növbəti sö-
yüşünə cavab qaytarmışdı. Hikkəsindən partlayan
Şamil vurduğu sillə ilə nəzarətçinin qulağını qanat-
mışdı.
Nəzarətçi o gün işləməkdən imtina edərək Ni-
yazın qəbuluna gedib Şamildən şikayətlənmişdi:
–Rəis (əvəz işləyəndən hamı Niyaza belə müra-
ciət edirdi), özünüz baxın, qiymət verin. Siz özbaşı-
nalığın qarşısının alınması üçün tədbir görməsəniz
şəhərdəki İdarəyə gedəcəyəm.
–Mən onu tənbeh edəcəyəm. Ancaq sən də düz
etmirsən, lazımdır ki, onu başa düşəsən. Bütün günü
narahatlıq, əsəb ağlını xarab edib. Sənin rəisindi, gü-
downloaded from KitabYurdu.org
84
zəştə get, səbrli ol, əhəmiyyət vermə söyməyinə. Gə-
rək səni vurmayaydı. İndi vurub, nə olsun, dünya
dağılmalıdı? Bundan ötrü İdarəyə getməzlər. Hesab
elə ki, böyük qardaşın vurub.
–Rəis, mənim böyük qardaşım elə qabiliyyətsiz
deyil, özü günahkar ola-ola məni vura...
Niyaz onu sakitləşdirməyə çalışsa da, nəzarətçi
Elxan inadından dönmədi.O, Şamilə qarşı heç bir
tənbeh görülmədiyindən işdən sonra İslah İdarəsinə
şikayətə gedir. İdarədən isə Niyaza rejim rəisinə xə-
bərdarlıq edilməsi göstərişi verilir.
Buna bənzər hadisə yaxınlıqdakı cəzaçəkmə
müəssisəsində baş vermişdi. Müəssisənin rəisi giriş
qapısının çöl tərəfində, görüşə gələn vətəndaşların
gözü qarşısında məsul növbədən çıxıb evinə gedən
dəstə rəisini təhqir edir. Dəstə rəisi də onun təhqirinə
təhqirlə cavab verir. Üz-üzə gəlib əlbəyaxa olurlar.
Vəziyyətin gərginləşdiyini görən rəisin ətrafdakı qul-
beçələri davaya qarışıb dəstə rəisini yerə yıxaraq dö-
yürlər. Dəstə rəisi qulbeçələrin zərbələrindən “qır-
mayın bir-birinizi”, – deyən vətəndaşların köməyi ilə
canını birtəhər qurtarır.
Qəzəblənmiş rəis dəstə rəisinə cinayət işi açıl-
ması üçün təcili sənədlər hazırladır. Ağlına gəlmir ki,
dəstə rəisini təpikləyib döymələri çöl qapısının üs-
tündəki videokameranın yaddaşına köçüb. Hadisə
yerindən birbaşa mərkəzə şikayətə gedən dəstə rəisi
downloaded from KitabYurdu.org
85
daha fəhmli olduğundan həqiqəti görmək üçün ka-
meranın çəkdiyi təsvirlərə baxılmasını rəhbərlikdən
xahiş edir. Video görüntülər mərkəzə aparılıb baxılır,
hadisənin bütün iştirakçılarına töhmət verilir, əsas
günahkarların: müəssisə və dəstə rəislərinin isə iş
yerləri dəyişdirilir...
Elxanın şikayət etdiyi günün səhəri Niyaz dəs-
tə rəisi Zəfəri otağına çağırdı:
–Mənə çatan məlumata görə dünən axşam nə-
zarətçi Elxanı İdarəyə sən aparmısan.
–Bəli. Daha doğrusu mənim maşınımda gedib.
Nə olsun ki...
–Sənin nə marağın vardı ki, onu aparasan?
–Mən evimə gedirdim. Soruşdu, olar mən də
oturum maşına? Nə deyim? Deyim olmaz, sən nəza-
rətçisən... İş yoldaşıdır, axı. Dedim, otur. Sabah tə-
qaüdə çıxanda hamımız eyni olacayıq: zabit, qeyri-
zabit fərqimiz olmayacaq, insanlığımız qalacaq. De-
di, İdarənin qarşısından sürərsən? Etiraz etmədim...
–Sən onu ən azından fikrindən daşındıra bilər-
din.
–Rəis, nə üçün onun iradəsinə əks çıxmalıy-
dım, qoymamalıydım? O, düz edib şikayətə gedirdi.
Məgər bizə qarşı elə hərəkət etsələr, biz bağışlaya-
rıqmı? Mən bağışlamaram...
Niyaz deyilən suala dinmədi. Zəfər onun sus-
masından yararlanıb davam etdi:
downloaded from KitabYurdu.org
86
–Rəis, bir misal çəkim. Biz hər gün həyətdə gə-
zərkən natəmizliyə görə sanitarları qınayırıq. Amma
zibilin olmamasının tək bir asan yolu var: zibili yerə
tökməmək...
Niyaz Zəfərin kifayət qədər savadlı olduğunu
və nəyə işarə etdiyini bilirdi. Telefonuna gələn qəfil
zəng onu dəstə rəisinin məntiqi qarşısında aciz qal-
mağa imkan vermədi. Zəng edənin nömrəsini görə-
cək Niyaz təlaşlandı. Zəfərin otaqdan tez çıxması
üçün: “Yaxşı, sən get”, – dedi. Deyəsən zəng edən
“yuxarıdan” idi. Rəis əvəzi sayılandan Niyaz telefo-
nuna zəng gələndə otağında heç kəsi saxlamırdı.
* * *
Niyazın tənəli göstərişindən sonra Bəkirin av-
toritetlərdən cib telefonunu geri alması onların rəh-
bərliyə münasibətini bir qədər də acılaşdırdı:
–Bəlkə telefonun pulunu artıraq? – Bəkirdən so-
ruşdular.
–Artıran idiz, vaxtında sizdən istənilən əlavəni
artırardınız da...
– Olduqca çox istədiniz, həm də bizə icazə ve-
rilmədi paqonlularla hansısa razılığa gələk.
–İndi mənə də icazə vermirlər telefon sizdə qal-
sın.
–Bəkir müəllim, düz eləmirsiz, sıxırsız bizi. Bir
gün bu sıxılmaya dözməyəcəyik, başınız ağrıyacaq, –
gileylənən avtoritetlər səbrlərinin daraldığını bildir-
downloaded from KitabYurdu.org
87
dilər, – onu da başa düşürük ki, bunu sizə Niyaz
məcbur edir. Yəqin özünü dövlət içində kiçik “döv-
lətin” padşahı hesab edir. Eybi yox, qulluğunda qal-
sın...
Çox keçmədi, günlərin birində nahara yaxın
Bəkir özünü Niyazın kabinetinə saldı:
–Niyaz müəllim, bayaqdan yüzədək məhkum
yığışıb meydana, xoşluqla da dağıda bilmirik. Otu-
rublar yerə durmurlar, guya etirazlarını bildirmək
üçün aksiya keçirirlər.
–Məqsədləri nədir? Nə istəyirlər?
–Sizin işdən çıxmanızı, istefanızı...
–Mənim istefamı? – Niyaz heyrətləndi? Bir ne-
çə saniyə donub düşündü. – Elə təkcə mənimmi iste-
famı istəyirlər?
–Bəli, – Bəkir səsini qısıb susdu.
Niyaz əsəbindən balaca otağında (rəis əvəzi ol-
sa da hələ otağını dəyişməmişdi) o baş-bu başa var-
gəl etdi. Sonra nə düşündüsə dayanıb diqqətlə Bə-
kirə baxdı:
–Düzünü de, işdən çıxmamı səndəmi istəyir-
sən?
Gözlənilməz sualdan Bəkirin üzünə qızartı ya-
yıldı. Döğrudur Niyazın acgözlüyü heç ürəyindən
deyildi, amma, işdən çıxarılsa görən onun yerinə gə-
lən necə olacaqdı, müavin işləməsinə imkan verəcək-
dimi, Allah bilirdi?..
downloaded from KitabYurdu.org
88
–Nə danışırsız, Niyaz müəllim, siz fikirləşirsiz
ki, mən də onlarla həmrəyəm? Siz olmasanız onlar
mənə əhəmiyyət verməzlər. Sizdən çəkindikləri üçün
mənimlə hesablaşırlar. Ancaq, siz də gərək narazılığı
dərinləşdirib bu yerədək gətirməyəydiniz...
–Mən də Məhyəddinə güvəndim. Daha keçib,
geriyə yol yoxdur. Məcburam ki, onların dərsini ve-
rim. Bu dəqiqə İdarəyə zəng vurub kömək istəyəcə-
yəm. Qoy xüsusi təyinatlıları göndərsinlər.
Niyaz dediyi qaydada etdi, mərkəzə məruzə
edib kömək istədi. Sonra avtoritetlərdən üçünü ota-
ğına çağırdı. Məhkumlar içəri girərkən ayaq saxlayıb
Niyazın reaksiyasını gözlədilər: onlara da ayaqqabı-
sını çıxartmaq əmri veriləcəkdimi? Belə olarsa gö-
rüşməkdən imtina edəcəkdilər. “Keçin içəri”, – eşi-
dəndə etirazdan daşındılar. Niyaz onlara hətta əy-
ləşməyə yer də göstərdi:
–Buyurun, əyləşin...
Müəssisədə qəbuluna gələnlərin bəzilərindən
ayaqqabısını çıxarmağı ilk dəfə tərbiyə işləri üzrə
müavin Səfər tələb etmişdi. Həmin məhkum otaqdan
çıxarkən isə təzim edirmiş kimi arxasını çevirmədən
qapının o üzündəki ayaqqabısınadək geri addım at-
malı idi. Səfərin tərbiyə “metodu” Niyazın da xoşu-
na gəlmiş, daxilən iyrəndiyi məhkumlara ayaqqabı-
sını qapısının ağzında çıxartdırar, dönmədən arxaya
addımladar, oturmağa da icazə verməzdi. Tanın-
downloaded from KitabYurdu.org
89
mışlara və hörmət etdiklərinə isə bu qaydanı şamil
etməzdi.
Rəis əvəzi xeyli mülayimləşmişdi:
– Məhkum yoldaşlarınızı başa salın ki, düzgün
yol seçməyiblər. Narazılıqlarını qanuni yolla mənə
və məndən yuxarı rəhbərliyə yazılı və şifahi şəkildə
bildirə bilərlər. Aksiya keçirməklə, tabesizlik göstər-
məklə isə heç nə əldə edə bilməyəcəklər. Məni bura
hökumət təyin edib, bu kreslonu heç də özbaşına
tutmamışam. Onlar məni işdən çıxara bilməz, lazım
biləndə də hökumət məni işdən azad edəcək. Gəmi-
yə minib gəmiçi ilə dalaşmasınlar. Deyin, sakitcə öz
yerlərinə dağılışsınlar. Əgər dağılışmasalar, bu halda
qanunun aliliyini qorumağa kömək üçün əsgərlər,
xüsusi təyinatlılar müəssisəyə girərlərsə ziyan çəkə-
cəklər. Döyüləcəklər, söyüləcəklər, cəzalandırala-
caqlar. Özləri günahkar olacaqlar, daha baş verənlər
mənlik olmayacaq. İçərilərində cəza müddəti artırı-
lan, uzaq müəssisələrə göndərilənlər də olacaq. Bax-
sınlar, düşünsünlər hansı xoşdur, dağılışıb sivil yolla
etirazını çatdırmaq, yoxsa qanuna zidd hərəkətlər?..
Avtoritetlər heç nə vəd etmədən meydandakı
məhkumların yanına qayıdıb Niyazın sözlərini çat-
dırdılar. Meydandakılar etirazlarından əl çəkmək is-
təmirdilər:
–Xeyr, heç dağılışdı yoxdu. Bizi ən başlıcası rüş-
vətə görə sıxırlar, məhkum hüquqlarımızı tapdala-
downloaded from KitabYurdu.org
90
yırlar. Gecə-gündüz təkcə pul üçün çalışırlar. Qoy
haqq səsimiz, etirazımız yuxarılaradək getsin... İşi
çətinləşəndə qanunun aliliyindən danışır. Onun
məqsədi bizi qorxutmaqdır...
Yataqxanalardakı məhkumlar da nəzarətçilər
vasitəsi ilə etirazlarını bildirmişdilər: zabitlərdən yal-
nız dəstə rəislərinə güzəşt edə bilərlər, qalanları ba-
raklarda görmək belə istəmirlər.
Yarım saat da keçdi, başı dəbilqəli əsgərlərlə
dolu maşınlar müəssisənin qarşısında dayandı. On-
lar həyətə daxil olmamış, Niyazın sözünün ciddiliyi-
ni anlayan bir çox məhkumlar kirimişcə meydanı
tərk etdilər. Meydandakılar yarıbayarı azaldı, təqri-
bən əlli nəfərədək adam qaldı.
Əllərində iri, qalın şüşə qalxanlı və qara, yoğun
dubinkalı əsgərlər həyətə girib bir anın içində mey-
danı dövrəyə aldılar. Onların içərisində əzələli, hün-
dürboyluları, şübhəsiz təlim görmüş xüsusi təyinat-
lılar idi.
Meydandakı məhkumlar üzə vurmasalar da
gördükləri mənzərədən daxilən sarsılmışdılar. Onlar
sonuncu xəbərdarlığı gözləyirdilər ki, tələblərini bil-
Dostları ilə paylaş: |