«Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin təsdiq edilməsi barədə azərbaycan respublikasinin qanunu azərbaycan Respublikasının Milli Məclisi qərara alır: «Hərbi xidmətkeçmə haqqında»



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə10/48
tarix22.07.2022
ölçüsü1,55 Mb.
#62874
1   ...   6   7   8   9   10   11   12   13   ...   48
herbi xidmet kecme

EZAMİYYƏTLƏR
137. Hərbi qulluqçulara aşağıdakı hallarda ezamiyyətlərə icazə verilir: 
a) toplanışlar keçmək və kurslarda oxumaq üçün
b) döyüş hazırlığı ilə bağlı toplanış və digər tədbirləri təşkil etmək üçün; 
v) hərbi yüklərin, qoşunların, döyüş texnikasının əmlakının mühafizəsi və müşayiət 
edilməsi üçün; 
q) kuryerlik üçün, yaxud məxfi sənədlər aparan kuryeri müşayiət etmək üçün; 
d) xəstələrin və ya komandaların, məhbus və məhkumların müşayiət edilməsi üçün; 
e) konfranslarda, iclaslarda və s. iştirak etmək üçün; 
ə) ordenlər və medal almaq üçün
j) (çıxarılıb) 
42
z) məhkəmə və istintaq orqanlarında ittiham olunan zərərçəkən, şahid, ekspert, tərcüməçi 
kimi iştirak etmək üçün; 
idman və mədəni-kütləvi tədbirlərdə, habelə hərbi qulluqçuların xidməti fəaliyyəti ilə bağlı 
digər işlərdə iştirak etmək üçün. 
138. ezamiyyətlər hərbi hissə komandirinin əmri ilə hərbi hissə üzrə əmrlə elan edilməklə 
yerinə yetirilir. 
Ezamiyyətlərin müddəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının 
müəyyən etdiyi qaydada təyin edilir. 
139. Məhkəmə və barəsində istintaq işi olanlar ezamiyyətə yalnız müvafiq məhkəmə və 
istintaq orqanlarının razılığı ilə göndərilirlər. 
140. ezamiyyətə göndərilənlərə müəyyən formada ezamiyyət vəsiqəsi verilir. 
ezamiyyət məntəqəsinə çatan kimi hərbi qulluqçular sərəncamına ezam olunduqları 
vəzifəli şəxsin yanına gəlir və Azərbaycan Respublikası Silahlı Qüvvələri qarnizon və qarovul 
xidmətləri Nizamnaməsində müəyyən edilmiş qaydada uçota dururlar. 
141. ezamiyyətə göndərilərkən və qayıdarkən ezamiyyət vəsiqəsində göstərilmiş 
marşrutdan kənara çıxmağa və aralıq məntəqələrdə özbaşına dayanmağa icazə verilmir. 
ezamiyyətə gedən şəxsdən asılı olmayan səbəblərə görə yolda gecikmələr baş verərsə, onda 
ezam olunan dəmiryolu və ya su nəqliyyatı ilə hərəkət edərsə, ən yaxında yerləşən dəmir (su) 
yolu sahəsi (stansiyası, limanı, portu) komendantından, bunlar olmazsa, dəmiryolu stansiyası
(liman) rəhbərliyindən, avtomobil nəqliyyatı ilə gedəndə isə qarnizon komendantından, hərbi 
komissarlıqdan, yerli bələdiyyə orqanından gecikmənin səbəbləri barədə ayrıca arayış alır və 
ya ezamiyyət vəsiqəsində xüsusi qeyd edilir. 


 142. ezam olunan yolda gedərkən sənədləri itirərsə, bu barədə ən yaxın dəmir (su) yolu 
sahəsi (stansiyası, limanı, portu) hərbi komendantına, avtomobil nəqliyyatı ilə getdikdə 
qarnizon komendantına, hərbi komissarlığa, yerli bələdiyyə orqanına xəbər verməlidir. 
143. Daimi xidmət yerinə qayıtmağa mane olan üzürlü səbəblər varsa, ezam olunan bu 
barədə onu ezamiyyətə göndərən rəisə məlumat verir və uçota durduğu orqanı xəbərdar edir. 
ezamiyyətdə göstərilən müddətdən artıq yubanmağa üzürlü səbəb yalnız fövqəladə 
hadisələr (hərəkətə mane ola biləcək xəstəlik, təbii fəlakət və b.) ola bilər. Gecikmənin səbəbləri 
müvafiq sənədlərlə təsdiq edilməlidir. 
ezamiyyət vəsiqəsində göstərilən müddətdən artıq yubanmanın səbəbləri barədə 
sərəncamına ezam olunan vəzifəli şəxs və ya qarnizon komendantı (hərbi komissarlıq) 
ezamiyyətə göndərən rəisə gecikmənin səbəblərini göstərməklə məlumat verir. 
144. Müəyyən olunmuş vaxtda ezamiyyətdən qayıtmayan və ya gecikmələrinin səbəbləri 
barədə məlumat daxil olmayan hərbi qulluqçular haqqında hərbi hissə komandiri dərhal hərbi 
qulluqçuların sərəncamına göndərildiyi vəzifəli şəxsə və ya qarnizon komendantına (hərbi
komissarlığa) sorğu göndərir. ezam olunanların lazımi məntəqəyə gəlib çıxmadıqları və ya 
vaxtında öz hərbi hissəsinə yola düşdükləri barədə cavab alınarsa, hərbi hissə komandiri 
müəyyən olunmuş qaydada axtarış təşkil edir. 
145. Hərbi vəziyyət və səfərbərlik elan olunduqda ezamiyyətdə olan hərbi qulluqçu 
yollandığı hərbi hissənin rəisinin icazəsilə dərhal öz hərbi hissəsinə qayıtmalıdır. 
Əgər hərbi hissə əvvəlki yerindən çıxıb getmiş olsa, onda hərbi qulluqçu ən yaxın hərbi 
komendaturaya və ya hərbi komissarlığa gəlməlidir. 
X f ə s i l

Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin