HƏRBİ QULLUQÇULARIN VƏ HƏRBİ VƏZİFƏLİLƏRİN HÜQUQLARI, VƏZİFƏLƏRİ
VƏ MƏSULİYYƏTİ
146. Hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər Azərbaycan Respublikası
Konstitusiyasında Azərbaycan Respublikası vətəndaşları üçün nəzərdə tutulan sosial-iqtisadi,
siyasi, şəxsi hüquq və azadlıqlardan tam şəkildə istifadə edir və bütün vəzifələri daşıyırlar.
Hərbi xidmət şəraiti ilə əlaqədar olaraq hərbi qulluqçuların ümumi vətəndaşlıq
hüquqlarının məhdudlaşdırılması, habelə onlara əlavə hüquqlar verilməsi və əlavə vəzifələr
tapşırılması «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının Qanunu,
hərbi Nizamnamələr, Azərbaycan Respublikasının digər qanunvericilik aktları, Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanının əmrləri və bu Əsasnamə ilə müəyyənləşir.
Hərbi qulluqçunun vəzifəsidir:
vətəni — Azərbaycan Respublikasına sədaqətlə xidmət etmək, Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin döyüşə hazırlığını daim möhkəmləndirmək. Əsgəri borcunu yerinə
yetirərkən özünün bütün qüvvəsini və hətta həyatını əsirgəməmək, hərbi xidmətin ağırlıq və
məhrumiyyətlərinə mətanətlə dözmək. Vətənin mənafeyi və yuxarı rəislərin əmrləri harada
tələb edirsə orada vicdanla xidmət etmək: hərbi, texniki və ixtisas biliklərini daim
təkmilləşdirmək, tabeliyində olanlara nümunə olmaq, ona tapşırılan silah və döyüş texnikasını
bilmək və ondan bacarıqla istifadə etmək, döyüş və ictimai siyasi hazırlığını təkmilləşdirmək,
Nizamnamə qaydalarını qorumaq, hərbi intizamı möhkəmləndirmək;
həmişə və hər yerdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, öz hərbi hissəsinin
şərəfini, döyüş şöhrətini, öz hərbi rütbəsinin şərəfini və ləyaqətini qorumaq, qanunların, hərbi
andın və hərbi nizamnamələrin tələblərinə ciddi riayət etmək, dövlət və ictimai mülkiyyətin
qorunmasına qayğı ilə yanaşmaq, yüksək sayıqlıq göstərmək, dövlət sirlərini ciddi qorumaq;
43
vəzifə tapşırıqlarının həllində təşəbbüs və yaradıcılıq, döyüş şəraitində bacarıq nümayiş
etdirmək, yüksək şəxsi icraçılıq, böyük komandirlərin və rəislərin əmr və sərəncamlarının
vaxtında yerinə yetirilməsi üçün şəxsi cavabdehlik nümunəsi olmaq.
Hərbi qulluqçular tərəfindən öz vəzifələrinin vicdanla yerinə yetirilməsi və tapşırılan
sahədə müvəffəqiyyətlər əldə edilməsi komandanlıq tərəfindən mənəvi və maddi
həvəsləndirmələr ilə qeyd edilə bilər.
Əsgəri borcunu yerinə yetirərkən göstərdiyi igidlik və şücaətə döyüş və ictimai-siyasi
hazırlıqda əla göstəricilərə, yeni və mürəkkəb hərbi texnikanı əla mənimsədiyinə, qoşunlara
nümunəvi rəhbərlik etdiyinə və Azərbaycan Respublikası Silahlı Qüvvələri qarşısındakı digər
görkəmli xidmətlərinə görə hərbi qulluqçular Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının dövlət mükafatlarına təqdim edilə
bilərlər.
147. Təlim və yoxlama toplanışlarına çağırılmış hərbi qulluqçular və hərbi vəzifəlilər dövlət
hesabına Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilmiş normalara uyğun olaraq pul və natural təminat (və ya pul kompensasiyası) alırlar.
Hərbi xidmətin istənilən növünə çağırılmış və ya qəbul edilmiş işçilər, həmçinin təqaüd
alan ali təhsil müəssisələrinin tələbələrinə, orta ixtisas təhsili müəssisələri və məktəblərinin
şagirdlərinə müəyyən olunmuş qaydada işdənçıxarma müavinəti ödənilir.
Hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) və onların
ailələri xidmət yerinə gəlməsindən 3 aydan gec olmayaraq xidməti mənzil ilə təmin edilirlər və
ondan istifadə haqqını qüvvədə olan qanunvericiliyə uyğun olaraq güzəştlə ödəyirlər.
Hərbi xidmətdə olan, ehtiyata, yaxud istefaya buraxılmış «Polkovnik», ona bərabər və
ondan yuxarı rütbəli zabitlərə, alimlik dərəcəsi olan hərbi qulluqçulara Azərbaycan
Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş əlavə yaşayış sahəsi verilir.
Xidməti mənzillər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının
fondundan ayrılır. Xidməti mənzil alana kimi hərbi qulluqçular və onların ailə üzvləri xidmət
yeri üzrə (hərbi hissənin ünvanına, müvəqqəti yaşayış ünvanına) qeydiyyata alınır, onlara
müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş pul kompensasiyası ödənilir.
Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş
xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli
həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi
qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə müvafiq icra
hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən
olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ
həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili
müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar.
44
Ali hərbi təhsil müəssisələrinin ailəli kursantları ailəvi yataqxanalarda yerləşdirilirlər. Belə
yataqxanalar olmadıqda, onlara müvəqqəti yaşayış sahəsi üçün Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş miqdarda pul kompensasiyası
ödənilir.
Yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər
Silahlı Qüvvələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan
müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət edibsə) müvafiq icra
hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) ilə təmin
edilirlər. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya
buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətdən artıq həqiqi hərbi xidmət hərbi
qulluqçularmı bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün torpaqla "Hərbi qulluqçuların
statusu haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində göstərilmiş qaydada
təmin edirlər.
45
Hərbi xidməti qüsursuz keçmiş və Silahlı Qüvvələrin veteranı vəsiqəsini almış, habelə
həqiqi hərbi xidmətdən yaşına, xəstəliyinə görə buraxılmış hərbi qulluqçular (müddətli həqiqi
hərbi xidmət hərbi qulluqçuları və ehtiyatdan çağırılmış zabitlərdən başqa) üçün yaşayış
sahəsinə görə güzəştli ödənc hüququ saxlanılır. Müddətli həqiqi hərbi xidmət hərbi
qulluqçuları və zabitləri və onların ailə üzvlərinin xidmətə qədər tutduqları yaşayış sahələri
həqiqi hərbi xidmət keçdikləri müddətdə onlar üçün saxlanılır. Onlar yaşayış sahəsi almaq
üçün növbə siyahısından çıxarıla bilməz.
Toplanışa çağırılmış və ya komandir məşğələlərinə cəlb edilmiş işçilər toplanış (komandir
məşğələləri) ərzində, hərbi hissəyə gəlib çatması və geri qayıtması vaxtı da nəzərə alınmaqla
tutduğu vəzifəsi (işi) saxlanılır və onlara iş yerində orta əmək haqqı verilir.
Göstərilən şəxslər çağırış vərəqəsi aldığı gündən toplanışdan (komandir məşğələlərindən)
qayıdana kimi mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatın tam ləğv
olunması istisna olunmaqla işdən çıxarıla bilməzlər.
Hərbi vəzifəlilərin işlədiyi idarə, müəssisə, təşkilat ləğv olunduğu halda toplanış
(komandir məşğələləri) müddəti ərzində onların alacağı əmək haqqı və ya digər maddi təminat
ləğv olunan müəssisə, idarə, təşkilat və ya onların hüquqi varisi olan təşkilat, ya da ləğv
olunana qədər tabe olduqları idarə tərəfindən ödənilir.
Əgər hərbi qulluqçu toplanış (komandir məşğələləri) ərzində xəstələnsə və onların müddəti
qurtardıqdan sonra da xəstəliyi davam etsə, müəyyən olunmuş qaydada onların iş yeri,
vəzifəsi saxlanılır, toplanışın (komandir məşğələlərinin) müddətinin qurtarmasından sonrakı
vaxt üçün isə ona mövcud qanunvericiliyə uyğun müvəqqəti əmək qabiliyyətini itirməsinə
görə müavinət ödənilir.
Təhsil müəssisələrində oxuyarkən həqiqi hərbi xidmətə çağırılmış şəxslərin ehtiyata
buraxılanda həqiqi hərbi xidmətə çağırılanadək oxuduqları həmin təhsil müəssisəsinə və
həmin kursa bərpa olunmaq hüququ saxlanılır.
148. Hərbi qulluqçular sanitariya-gigiyena, epidemiyalara qarşı müalicə-profilaktik
tədbirlərlə, səhhətinə daimi nəzarətlə, tibbi bölmələrdə, hərbi hissələrdə və müəssisələrdə
göstərilən bütün növ tibbi yardımlarla həyata keçirilən tibbi təminat hüququna malikdirlər,
tibbi müayinənin nəticələrinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti
orqanının sanatoriya və istirahət evlərində təşkil edilmiş istirahətdən, sanatoriya-kurort
müalicəsindən istifadə edirlər.
46
Yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış 20 il və daha
çox xidmət etmiş ali və baş zabitlər heyətindən olan şəxslər, habelə bu qədər xidmət etmiş və
xəstəliyinə görə tərxis edilmiş digər zabitlər, həmçinin onların ailə üzvləri (arvadı, əri, 16
yaşınadək olan uşaqları) və vəfat etmiş baş və ali zabit heyətinin ailə üzvləri üçün hərbi-tibbi
müəssisələrdə, tibbi təminat və sanatoriya-kurort müalicəsi almaq hüququ saxlanılır.
Bu maddədə göstərilən və mülki idarə, müəssisə və təşkilatlara ezam olunmuş (orada
işləmiş) və ehtiyata və ya istefaya buraxılmış baş və ali zabit heyətindən olan şəxslər və onların
ailə üzvləri də bilavasitə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən buraxılmış şəxslərlə
bərabər hüquq, güzəşt və üstünlüklərə malikdirlər. Əgər göstərilən şəxslər üçün müəyyən
olunmuş qaydada ehtiyata və ya istefaya buraxılana qədər qeydiyyatında olduqları
poliklinikalardan istifadə etmək, sanatoriya-kurort müalicəsi ilə təmin olunmaq hüququ
saxlanılarsa onda, poliklinikalar tərəfindən onlara və onların ailə üzvlərinə sanatoriya və
istirahət evlərinə verilən putyovkaların haqqının ödənilməsindəki güzəştlər Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
149. Hərbi qulluqçular və onların ailə üzvləri qüvvədə olan qanunvericiliyə uyğun olaraq
güzəştlərdən istifadə edirlər.
Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının hərbi hissələrdən yola salınan
məktubları pulsuz göndərilir. Eyni zamanda hərbi qulluqçuların xidmət yerinə göndərilən
məktublar da pulsuz göndərilir.
150. Hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və kursantlardan
başqa) korpus (diviziya) və ona bərabər olan birbaşa rəislərin icazəsi ilə ali mülki və orta ixtisas
təhsili müəssisələrinin qiyabi şöbəsində hərbi ixtisasına yaxın olan və ya icra etdiyi işin
xarakterinə uyğun olan xüsusi biliklərin artırılmasına imkan verən ixtisaslar üzrə, habelə mülki
ali təhsil müəssisələrinin, nazirlik və komitələrin nəzdindəki kurslarda (xüsusi fakültələrdə)
oxuya bilərlər.
47
Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının bu Əsasnamənin 37-ci maddəsinin
tələblərinə uyğun olaraq, hərbi təhsil müəssisələrinə daxil olmaq, hərbi xidməti keçdiyi yerdə
axşam ümumtəhsil məktəblərində oxumaq hüququ vardır.
Ali hərbi təhsil müəssisələrini bitirmiş hərbi qulluqçular müvafiq ali mülki və ya orta
ixtisas təhsil müəssisələrini bitirmişlərə bərabər tutulurlar.
Ali hərbi təhsil müəssisələrini bitirən və həqiqi hərbi xidmətdən buraxıldıqdan sonra mülki
təhsil müəssisələrinə müəllim və ştata uyğun hərbi rəhbər götürülmüş hərbi qulluqçular
ixtisasına görə pedaqoji institutları bitirmiş şəxslərə bərabər tutulurlar. Orta hərbi ixtisas
məktəblərini bitirən və həqiqi hərbi xidmətdən buraxılandan sonra mülki təhsil müəssisələrinə
hərbi fənlər üzrə müəllim və ştata uyğun hərbi rəhbər götürülmüş hərbi qulluqçular təhsilinə
görə pedaqoji texnikum bitirmiş şəxslərə bərabər tutulurlar.
151. Hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət
(yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə
əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə
bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri
gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər.
48
Hərbi xidmət keçərkən əmək qabiliyyətini itirmiş şəxslərə qüvvədə olan qanunvericiliyə
uyğun olaraq, dövlət tərəfindən sosial təminat zəmanəti verilir.
152. Azərbaycan Respublikasının müdafiəsi və ya hərbi xidmətin digər vəzifələrinin icrası
zamanı aldığı xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəlikdən əlil olmuş hərbi
qulluqçular əlilliyə görə əmək pensiyası hüququna malikdirlər. Bu maddədə göstərilən
şəxslərin öldüyü və həlak olduğu hallarda onların ailələri ailə başçısının itirilməsinə görə əmək
pensiyası almaq hüququna malikdirlər.
49
Hərbi qulluqçulara və onların ailələrinə pensiya təminatı qüvvədə olan qanunvericiliyin
müəyyən etdiyi qayda və şərtlərlə həyata keçirilir.
Yaşına, səhhətinə və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılan və pensiya
hüququ olmayan hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və
ehtiyatdan çağırılan zabitlərdən başqa) bir il müddətində rütbələrinə görə maaş almaq
hüququna malikdirlər.
Xidməti uyğunsuzluğuna, hərbi qulluqçunun şərəfini ləkələyən xətalar törətdiyinə, ya da
törətdiyi cinayətlə əlaqədar məhkum olunduğuna görə (hərbi rütbəsindən məhrum edilməyən)
həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçulara qüvvədə olan qanunvericilikdə müəyyən
edilmiş maddi təminatın güzəştlə verilməsi məhdudlaşdırılır.
Hərbi qulluqçuların Azərbaycan Respublikası Silahlı Qüvvələrində və Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin
qoşunlarında və orqanlarında həqiqi hərbi xidmətdə olduğu müddət qüvvədə olan
qanunvericiliyə uyğun olaraq onların ümumi və fasiləsiz iş stajına və ixtisas üzrə iş stajına
daxil edilir.
153. Hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər hərbi rütbəsindən, tutduğu
vəzifədən və əvvəlki xidmətlərindən asılı olmayaraq hərbi intizamı və ictimai asayişi
pozduqlarına görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsinin
tələblərinə uyğun törətdikləri cinayətə görə — cinayət məsuliyyəti, vurduqları maddi zərərə
görə — dövlətə vurulmuş zərərə görə qüvvədə olan qanunvericiliyə uyğun olaraq məsuliyyət
daşıyırlar.
50
İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati
xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət
daşıyırlar. Göstərilən şəxslərə inzibati həbs tətbiq edilə bilməz. Müddətli həqiqi hərbi xidmət
hərbi qulluqçularına isə inzibati həbs və inzibati cərimə tətbiq edilə bilməz.
51
154. Hərbi xidmətlə bağlı olaraq hərbi qulluqçuların bəzi hüquq və azadlıqları
məhdudlaşdırılır. Onlara siyasi partiya və təşkilatlarda olmaq, onların seçkili orqan və
vəzifələrə müstəqil namizədlərin xeyrinə bu və ya digər formada təbliğat aparmaq, seçkilərdə
səsə qoyulmaq, tətil elan etmək və onda iştirak etmək qadağan olunur.
Hərbi qulluqçular vicdan azadlığına malikdirlər. Hərbi qulluqçular qanuna görə ictimai
asayiş normalarına zidd, əxlaqı pozan və xidməti vəzifələri yerinə yetirməyə mane olan dini
ayinlərdən başqa digər dini ayinləri icra edə bilərlər.
Hərbi xidmətdə olan şəxslərin peşə, elmi-texniki, mədəni və idman cəmiyyətlərində
birləşmək hüququ vardır. Təkbaşçılıq prinsipinə, ordu qaydalarına və intizama zidd olan
həmkarlar və digər təşkilatlar istisna edilir.
Hərbi qulluqçulara xarici vətəndaşlarla nikah bağlamaq, mitinq, iclas və həmkarlar xətti ilə
keçirilən mərasim və nümayişlərdə iştirak etmək (xidməti tapşırıqlardan başqa), həmçinin
xarici ölkələrə getmək Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının icazəsi
ilə həyata keçirilir.
Hərbi qulluqçuların Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına
məxsus olan və ya onlarla bağlı olan kommersiya təşkilatlarından başqa digər kommersiya
təşkilatlarına rəhbərlik etmək və ya onlarda bilavasitə iştirak etmək ixtiyarı yoxdur.
X I f ə s i l
Dostları ilə paylaş: |