AZƏRBAYCAN RESPUBLİKASI SİLAHLI QÜVVƏLƏRİNDƏ EHTİYATDA OLANLARIN
XİDMƏT KEÇMƏSİ
169. Hərbi və ya alternativ xidmətdən buraxılmış, habelə həqiqi hərbi xidmətə çağırışdan
azad edilmiş hərbi qulluqçular (xəstəliyə görə hərbi uçotdan çıxarılanlardan başqa) ehtiyata
keçirilirlər.
170. Azərbaycan Respublikasının müvafiq qanunları ilə nəzərdə tutulmuş hallar istisna
olmaqla Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarından buraxılan hərbi qulluqçular,
habelə hərbi xidmətdən azad edilən və ehtiyata keçirilən şəxslər yaşayış yerlərinə çatandan
sonra üç gün müddətində hərbi uçota durmaq üçün hərbi komissarlıqlara gəlməyə
borcludurlar.
60
Yaşayış yerlərini 3 aydan artıq müddətə dəyişən hərbi vəzifəlilər və çağırışçılar yaşayış
yerləri üzrə hərbi uçotdan çıxmalı, yeni, yaxud müvəqqəti yaşayış yerində hərbi uçotda
durmalıdırlar.
Ehtiyata keçirilən şəxslər vaxtaşırı rayon (şəhər) hərbi komissarlıqlarında belə məqsədlər
üçün yaradılan tibbi müayinə komissiyalarında tibbi müayinəyə cəlb edilirlər. Bu halda hərbi
və ya alternativ xidmət keçmədən xəstəliyinə görə ehtiyata keçirilmiş hərbi vəzifəlilər 35 yaşına
çatanadək hərbi xidmət keçməyə yararlı sayıldıqda çağırışçıların uçotuna qaytarılır
(Azərbaycan Respublikasının müvafiq qanunları ilə nəzərdə tutulmuş hallar istisna olmaqla) və
onlar ümumi qayda üzrə müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Bu komissiyaların
tərkibində iştirak etmək üçün həkimlər və başqa lazımi tibbi heyət müalicə müəssisələrindən
müvafiq icra hakimiyyəti orqanları tərəfindən ayrılırlar.
61
Göstərilən komissiyaların işinə cəlb edilən tibbi heyətə daxil olan şəxslərin iş yerlərində
onların orta əmək haqları saxlanılır.
171. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyat şəxsi heyəti aşağıdakılardan
yaradılır:
a) əsgərlərdən, matroslardan və çavuşlardan:
Azərbaycan Respublikasının «Hərbi xidmət haqqında» Qanununa uyğun olaraq həqiqi
hərbi xidməti qurtardıqdan sonra, habelə xəstəliklərə, yaxud ailə vəziyyətinə görə ehtiyata
buraxılmış əsgərlərdən, matroslardan, çavuşlardan və hərbi inşaatçılardan;
rayon (şəhər) çağırış komissiyalarının qərarı ilə dinc dövrdə hərbi xidmətə yararsız
sayılmış kişi cinsindən olan çağırış yaşlı (18—35 yaşlı) vətəndaşlardan;
62
Azərbaycan Respublikasının «Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın
Əsasları haqqında» Qanununun tələblərinə, yaxud Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanının fərmanlarına uyğun olaraq həqiqi hərbi xidmətdən möhlət almış və son
çağırış yaşına (35 yaşa) qədər hərbi xidmət keçməyən kişi cinsindən olan vətəndaşlardan;
63
bu maddədə göstərilən cəzaçəkmə müəssisələrindən azad edilmiş və məhkəmənin hökmü
ilə müəyyən edilmiş cəza növlərini çəkib qayıtmış vətəndaşlardan;
64
b) müddətdən artıq həqiqi hərbi xidmət əsgərlərindən, matroslarından və çavuşlarından;
Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətdən artıq könüllü həqiqi hərbi
xidmət keçmiş və müxtəlif əsaslara görə ehtiyata buraxılmış hərbi qulluqçulardan;
Azərbaycan Respublikası Silahlı Qüvvələrində əsgər, matros və çavuş vəzifələrində
könüllü surətdə həqiqi hərbi xidmət keçmiş və müxtəlif əsaslara görə ehtiyata buraxılmış qadın
hərbi qulluqçulardan;
Azərbaycan Respublikasının ali və orta ixtisas məktəblərində, Azərbaycan Respublikasının
KHVİTC-nin təhsil təşkilatlarında, kurslarda, yaxud əməli işdə tibbi və başqa ixtisaslara
yiyələnmiş, yaxud «Ehtiyatda olan gizir, miçman, əsgər və çavuşların uçotu haqqında
Təlimatda göstərilən ixtisaslar almış, Azərbaycan Respublikası Silahlı Qüvvələri ehtiyatında
olan 19 yaşından 45 yaşına qədər hərbi xidmətə yararlı olan qadınlardan;
v) gizirlərdən və miçmanlardan:
Azərbaycan Respublikası Silahlı Qüvvələrində könüllü həqiqi hərbi xidmət keçmiş və
müxtəlif əsaslara görə ehtiyata buraxılmış gizir və miçmanlardan;
q) zabitlərdən:
həqiqi hərbi xidmətdən buraxılıb ehtiyata keçirilmiş zabitlərdən;
həqiqi hərbi xidmət keçmiş və ehtiyata buraxılarkən müəyyən olunmuş imtahanları
verdikdən sonra zabit rütbəsi almış ali təhsilli çavuşlardan, əsgərlərdən və matroslardan;
mülki ali və orta ixtisas məktəblərində hərbi hazırlıq keçmiş müəyyən olunmuş
imtahanları verdikdən sonra zabit rütbəsi almış şəxslərdən;
hazırlıq profilinə görə müvafiq hərbi ixtisasa yaxın olan mülki ali, yaxud orta ixtisas təhsili
almış gizirlərdən, miçmanlardan, çavuşlardan, əsgərlərdən və matroslardan onlara zabit
rütbəsi verildikdən sonra;
həqiqi hərbi xidmətdə olmuş ali və orta təhsillə təlim toplanışlarından sonra ehtiyat
zabitləri hazırlanması üçün müəyyən olunmuş imtahanları vermiş ehtiyatda olan gizirlərdən,
miçmanlardan, çavuşlardan, əsgərlərdən və matroslardan.
172. Azərbaycan Respublikasının «Hərbi xidmət haqqında» Qanununa uyğun olaraq,
ehtiyatda olan hərbi vəzifəlilər yaş dərəcələrinə bölünür və aşağıdakı yaş hədlərinə qədər
ehtiyatda qalırlar:
Hərbi vəzifəli qadınlar yaşlarından və hərbi rütbələrindən asılı olmayaraq üçüncü dərəcəli
ehtiyata keçirilirlər.
Hərbi vəzifəli qadınların ehtiyatda olmasının yaş həddi 50 yaşdır.
Hərbi həkim komissiyası tərəfindən xəstəliyə görə dinc dövrdə 6, yaxud 12 aydan sonra
yenidən müayinədən keçməklə, müharibə dövründə hərbi xidmətə yararsız sayılan hərbi
vəzifəlilər üçüncü dərəcəli ehtiyata keçirilirlər.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatda olan gizirləri, miçmanları,
çavuşları, əsgərləri və matroslarının uçotu qaydası «Ehtiyatda olan gizir, miçman, əsgər və
çavuşların uçotu» haqqında Təlimata» uyğun tərzdə təşkil olunur, hərbi vəzifəlilərin və
ehtiyatda olan zabit heyətinin attestasiyası, ehtiyatda olan hərbi vəzifəlilərin hərbi
qulluqçuların ilk ehtiyat zabiti rütbəsinə təqdim olunmaları, ehtiyat zabitlərinin növbəti hərbi
rütbələrə təqdim edilmələri, habelə ehtiyat zabitlərinin uçotunun təşkili qaydaları Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin ehtiyat zabitlərinin uçotu və attestasiyasına dair Təlimatın
tələbləri əsasında təşkil edilir.
173. Ehtiyatda olmağın yaş həddini keçmiş, yaxud hərbi-həkim komissiyaları tərəfindən
hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsız sayılmış hərbi qulluqçular hərbi uçotdan
çıxarılır və istefaya keçirilirlər.
174. Hərbi vəzifəlilər hər an Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarında
durmaq üçün daim hazır olmağa, özlərinin hərbi hazırlıqlarını inadla artırmağa borcludurlar.
175. Hərbi vəzifəlilər ehtiyatda olduqları müddətdə hərbi (təlim və yoxlama) və xüsusi
toplanışlara çağırılırlar.
Hərbi vəzifəlilər ehtiyatda olduqları müddətdə hərbi toplanışlara aşağıdakı qaydada
çağırılırlar:
birinci dərəcəli ehtiyatda olanlar — hər dəfə iki ay müddətinə olmaqla beş dəfə, lakin il
ərzində bir dəfədən çox olmayaraq;
ikinci dərəcəli ehtiyatda olanlar — hər dəfə iki ay müddətinə olmaqla üç dəfə, lakin il
ərzində bir dəfədən çox olmayaraq;
üçüncü dərəcəli ehtiyatda olanlar — bir ay müddətinə bir dəfə. Ehtiyatda olan birinci
dərəcəli uçuş heyəti bu maddədə göstərilən təlim toplanışlarında iştirakdan başqa, birinci
dərəcə üzrə ehtiyatda olma müddətində, habelə uçuş təlimi keçmək üçün hər biri 40 gün
müddətinə olmaqla beş dəfə toplanışa çağırılırlar.
Toplanışlar arasında ehtiyatda olan zabitlərlə Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanı və hərbi komissarlıqlar tərəfindən təşkil edilən 30-60 tədris saatı həcmində
komandir məşğələləri keçirilir. Ehtiyatda olan zabitlər komandir məşğələlərinə üç ildə bir dəfə
cəlb olunurlar. Məşğələlər yaşayış yerləri üzrə keçirilir: şəhərdə yaşayanlarla — istehsalatdan
ayrılmadan, yaxud cüzi ayrılmaqla (bütün təlim müddətində iki sutkayadək): kənd yerlərində
yaşayanlarla — istehsalatdan ayrılmaqla.
Zabit vəzifəsi tutmaq üçün hazırlanan birinci dərəcəli hərbi vəzifəlilər üç aylıq təlim
toplanışına çağırılırlar.
Hərbi vəzifəlilər hərbi təlim toplanışlarından başqa 10 günlük hərbi yoxlama toplanışlarına
da çağırıla bilərlər.
Hərbi toplanışların vaxtı və müddəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
Hərbi toplanışlara cəlb edilən hərbi vəzifəlilərin sayı hər il Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.
Ehtiyatda olma dövründə hərbi toplanışların ümumi müddəti 18 aydan çox olmamalıdır.
Hərbi vəzifəlilər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının qərarı ilə
fövqəladə vəziyyət şəraitində, fövqəladə vəziyyətlərin nəticələrini aradan qaldırmaq, yaxud
qarşısını almaq üçün (böyük qəzalar, təbii fəlakət, güclü epidemiya və başqa hallarda
respublika əhalisinin hamısının, yaxud bir qisminin həyatını, yaxud normal həyat şəraitini
təhlükəyə uğradan, yaxud uğrada bilən vəziyyətlərdə) üç ay müddətinə xüsusi toplanışlara
çağırıla bilərlər.
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının qərarı ilə lazım gəldikdə
hərbi vəzifəlilər qüvvədə olan qanunlara əsasən müəyyən edilmiş hərbi və xüsusi toplanışlarda
vaxtından artıq üç ay müddətinə saxlanıla bilərlər.
176. Hərbi vəzifəlilərə ilk zabit rütbəsi bu Əsasnamənin 57 və 58-ci maddələrinə əsasən
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.
177. Ehtiyatda olan zabitlərin hərbi rütbələrdə olma müddəti belə müəyyən edilir:
kiçik leytenant rütbəsində — 3 il;
leytenant rütbəsində — 3 il;
baş leytenant rütbəsində — 4 il;
kapitan rütbəsində — 4 il;
mayor rütbəsində — 5 il;
polkovnik-leytenant rütbəsində — 6 il.
178. Ehtiyatda olan zabitlərə baş leytenant hərbi rütbəsi də daxil olmaqla baş leytenantadək
növbəti hərbi rütbələr bu Əsasnamənin 177-ci maddəsinə əsasən əvvəlki rütbədə olma müddəti
bitdikdən sonra və müsbət attestasiya olunduqda verilir.
Ehtiyatda olan zabitlərə kapitandan polkovnikədək (polkovnik hərbi rütbəsi də daxil
olmaqla) növbəti hərbi rütbələr bu Əsasnamənin 177-ci maddəsinə əsasən əvvəlki rütbədə
olma müddəti bitdikdən sonra, müsbət attestasiya olunduqda və vəzifəsi üzrə tədris
toplanışlarını müvəffəqiyyətlə keçdikdə verilir.
Verilmiş hərbi rütbədə olma müddətində toplanışlardan keçməmiş ehtiyat zabitlərinə
kapitandan başlayaraq yuxarı növbəti hərbi rütbələr xalq təsərrüfatında hərbi uçot ixtisaslara
yaxın lazımi iş təcrübəsi, yaxud onların həqiqi hərbi xidmətə çağırılacaqları halda təyin
ediləcəkləri vəzifələr nəzərə alınmaqla zabit heyəti vəzifələrində xidmət təcrübəsi olduqda
verilir.
179. Dinc dövrdə ehtiyatda olan zabitlərə hərbi rütbələr aşağıda göstərilən vəzifəli şəxslər
tərəfindən verilir:
kiçik zabitlərə — Silahlı Qüvvələr növlərinin komandanları, Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanı;
baş zabitlərə — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı;
ali zabitlərə — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı.
180. Ehtiyatda olan zabitlərə növbəti hərbi rütbələr ardıcıllıqla verilir.
Yüksək hazırlıqlı və hərbi xidmətdə tətbiq edilən ixtisaslar üzrə böyük təcrübəsi olan ayrı-
ayrı ehtiyatda olan zabitlərə, onlar həqiqi hərbi xidmətə təyin edildikdə (çağırıldıqda), yaxud
müharibə dövründə qabaqcadan vəzifəyə təyin edildikdə, istisna qaydasında, xidməti
illərindən asılı olmayaraq, bu Əsasnamənin 177-ci maddəsində nəzərdə tutulduğu qaydada,
lakin onun təyin edildiyi vəzifədə nəzərdə tutulan hərbi rütbədən yuxarı olmayaraq,
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun hərbi
rütbəsindən bir — üç pillə yuxarı hərbi rütbə verilə bilər.
181. Ehtiyatda, yaxud istefada olan şəxslər hərbi intizamı, ictimai qaydaları pozduqda,
yaxud hərbi şərəfi və hərbi rütbənin şöhrətini alçaldan nalayiq hərəkət törətdikdə, əgər əvvəl
görülmüş intizam və ictimai tədbirlər kömək etməyibsə, onların rütbələri aşağıda göstərilən
vəzifəli şəxslər tərəfindən bir pillə aşağı salına bilər:
gizirlərin və miçmanların — Silahlı Qüvvələr növlərinin komandanları, Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanı, zabit rütbələri — Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanı.
Ehtiyatda, yaxud istefada olan dövrdə hərbi rütbəsi aşağı salınmış şəxslər istehsalatda və
digər ictimai faydalı işlərdə özlərini doğrultduqları hallarda hərbi rütbənin aşağı
salınmasından ən azı 3 il keçdikdən sonra onların hərbi rütbələrini aşağı salmış şəxslər
tərəfindən əvvəlki hərbi rütbələrinə bərpa edilə bilərlər.
Ehtiyatda, yaxud istefada olan şəxslərin həqiqi xidmət dövründə aşağı salınmış hərbi
rütbələri həmin göstərilən şərtlər əsasında Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanı tərəfindən əvvəlki hərbi rütbə bərpa edilə bilər.
Ehtiyatda, yaxud istefada olan ali zabitlər heyətindən olan şəxslərin hərbi rütbələri
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən aşağı salına, sonra
müvafiq halda müsbət xasiyyətnaməyə layiq görüldükdə bərpa oluna bilər. Ehtiyatda, yaxud
istefada olan həqiqi hərbi xidmət dövründə hərbi rütbəsi aşağı salınmış ali zabitlər heyətindən
olan şəxslərə əvvəlki rütbələri yenidən verilə bilər.
Əvvəlki hərbi rütbələrində bərpa edilmiş ehtiyatda, yaxud istefada olan şəxslərə onların
hərbi rütbələri aşağı salınana qədər istifadə etdikləri hüquq və güzəştlər verilir.
Həqiqi hərbi xidmət dövründə hərbi rütbəsi aşağı salınan şəxslərə hərbi rütbələri ehtiyatda,
yaxud istefada olarkən əvvəlki hərbi rütbələri verilibsə, onda onlar həqiqi hərbi xidmətdən
buraxıldıqları vaxt müəyyən olunmuş hüquq və güzəştlərdən istifadə edirlər.
182. Ehtiyatda, yaxud istefada olan şəxslər ağır və ya xüsusilə ağır cinayətə görə məhkum
edildikdə, məhkəmənin hökmü ilə hərbi rütbələrindən məhrum edilə bilərlər. Ehtiyatda, yaxud
istefada olan gizirlər, miçmanlar və zabitlər müvafiq icra hakimiyyəti orqanı, ali zabitlər isə
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən hərbi rütbədən
məhrum edilə bilərlər.
65
Hərbi rütbələrindən məhrum edilmiş ehtiyatda, yaxud istefada olan şəxslərə onların
qüsursuz davranışlarından sonra bu Əsasnamənin 68-ci maddəsinə əsasən hərbi rütbələr verilə
bilər.
183. Ehtiyatda, yaxud istefada olan şəxslərin hərbi forma daşımaqdan məhrum edilməsi
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsində müəyyən edilmiş
qaydada həyata keçirilir.
184. Ehtiyatda, yaxud istefada olan şəxslərin hərbi forma daşımaq hüququndan məhrum
edilməsi, hərbi rütbələrinin bir pillə aşağı salınması, hərbi rütbələrindən məhrum edilməsi və
hərbi rütbələrində bərpa edilməsi barədə təqdimatlar hərbi komissarlıqlar tərəfindən irəli
sürülür və Silahlı Qüvvələr növlərinin komandanları, Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanı tərəfindən baxılır və qərar verilmək üçün yuxarı rəislərə göndərilir.
X I I I f ə s i l
Dostları ilə paylaş: |