13. Qohum imperatorlar düşmənlərə çevrildilər
I Dünya müharibəsi əvvəlki müharibələrdən fərqli olaraq yaxın qohum olan üç
imperatorun bir-birilə vuruşması, qohumluğu unudub, imperiyanın möhkəmlənməsi
naminə bir-birinə düşmən olması ilə əlamətdar oldu. Britaniya kralı V Corc, Rusiya çarı
II Nikolay və Almaniya kayzeri II Vilhelm təkcə qohum deyildilər, hətta Britaniya
hökmdarı ilə Rusiya çarı bir-birinə həddən çox oxşayırdılar. Onlar öz dövlətlərinə
mənsub olan uniformanı geyinməsəydilər və fərqlənmə nişanlarını taxmasaydılar, bu
iki doğma xalaoğlunu hətta dəyişik salmaq olardı.
Lakin onları fərqləndirən cəhətlər daha çox idi, bu da əsasən onların
xarakterlərinin xüsusiyyətləri və öz ali vəzifələrinə bəslədikləri münasibət idi. Bu
məsələdə onlar tam müxtəlif adamlar idilər və başçılıq etdikləri dövlət quruluşlarına
onlar öz xarakterlərindən irəli gələn damğaları vurmuşdular.
Bu imperatorların qohumluq əlaqələri iki kral ailəsindən qaynaqlanırdı.
Onlardan ikisinin – II Vilhelmin və V Corcun, birincisinin anasına görə, ikncisinin isə
atasına görə nənəsi məşhur Britaniya kraliçası Viktoriya idi. Onun övladları və nəvələri
Avropanın çox monarxları ilə qohum olduğuna görə ona «Avropanın nənəsi»
deyirdilər. Danimarka kralı IX Kristian da qızlarına Monarxlara verdiyinə görə, onu
«Avropanın babası» adlandırırdılar.
Viktoriya 1837-ci ildə Britaniya taxt-tacına yüksəlmiş, yalnız 1901-ci ilə ölümü ilə
monarxlıqdan getməklə 64 il ərzində imperiyanı idarə etmişdi. Hazırkı kraliça II
Elizabet də onun taxt-tacdakı rekordunu təzələmək üzrədir. Viktoriya Britaniya taxt-
tacına yalnız şəraitin diktəsi ilə düşmüşdü, bu şəraitlər olmasaydı, onun kraliça olmağa
heç bir şansı yox idi. Bu şansın necə meydana çıxmasını izah etmək üçün isə xeyli
əvvələ qayıtmaq lazım gəlir.
İngilis yazıçısı Uilyam Tekkereyin yazdığı kimi: «Bizim taxt-tacdakı Hannover
monarxları sülaləsinə görə biz britaniyalılar I Hannover kurfyurstu Ernst Avqustun
bağladığı uğurlu nikaha borcluyuq. Ondan 9 il sonra Karl Styuartın (1649-ci ildə edam
edilən ingilis kralı – müəllif) boynu vuruldu, onun qohumu olan qız, digər devrilmiş
Monarxın, bədbəxt Pfalts Kurfyurstunun çoxsaylı bostanından olan Sofiya Ernst
Avqustun arvadı oldu və ona kasıblığına görə öz ölümünə qədər bütün üç Britaniya
taxt-tacına varis olmaq hüququnu cehiz kimi gətirdi». 1714-cü ildə ölən kraliça Anna
Karlın (1600-1649-cu illər) nəvəsi, kral II Ceymsin (1633-1701-ci illər) qızı idi.
Ernst Avqust 1698-ci ildə öldü. Kral I Karlın qız qohumu olan Sofiya kraliça
Annanın ölümündan iki ay əvvələ qədər yaşamadı və taxt-taca onun oğlu Georq
476
Lyudoviq (1660-1734-cü illər)- I Georq (və ya ingiliscə adlanan I Corc – müəllif) tutdu.
Onun arvadı alman qızı idi.
Britaniya kralı II Corc da ənənəyə müvafiq olaraq alman qızı Karolina
Brandenburq Anebaxskaya evləndi. Corc ingilis dilini bilmirdi, ümumiyyətlə,
Londonda deyil, onun ürəyinə yatan Hannoverdə yaşamağa üstünlük verirdi. O,
kraliça Viktoriyanın dədə-babası oldu. Bir ingilis tarixçisinin sərrast qaydada dediyi
kimi, tarixdə heç vaxt ingilislərin monarxları ingilis olmamışdı. Bircə Oliver Kromvel
sırf ingilis idi, o isə kral I Karlı edam edən inqilabdan sonra Monarx yox, ölkəni idarə
edən kimi lord-protektor tituluna yiyələnmişdi. İngiltərə taxt-tacında isə
danimarkalılar, normandlar, holland, şotland, nəhayət, XVIII əsrin əvvəllərindən
başlayaraq Hannover sülaləsindən olan almanlar olmuşlar. Yalnız I Dünya
müharibəsinin gedişində, 1916-cı ildə almanlarla vuruşan ingilislərin düşmən
almanlara nifrətini nəzərə alaraq sülalənin əvvəlki adı dəyişdirilib, yaşadıqları
qəsrlərdən birinin və həmin mahalın adı olan Vindzor sülaləsi adını qəbul etmişdi.
1819-cu ildə Kent hersoqunun Aleksandrina-Viktoriya adı verilən qızı doğuldu.
Kent hersoqu Eduard (1767-1820-ci illər) kral III Corcun dördüncü oğlu idi və
Aleksandriya-Viktoriyanın taxt-taca çıxmasının praktiki olaraq heç bir şansı yox idi.
Lakin Uels printsinin qızı, 1817-ci ildə ölən Şarlottadan başqa xəstə, həm də ağıldan
kəm III Corcun altı oğlundan heç birinin övladı yox idi. Onun qızlarından dördü də
qarımış qız kimi evdə qalmışdılar, iki ərdə olan qızı isə həmçinin övladsız idi. 1820-ci
ildəki ölümündən sonra onun oğlu IV Corc 1820-1830-cu illərdə taxt-tacda oldu və 68
yaşında vəfat etdi. IV Corc öldükdən sonra III Corcun üçüncü oğlu IV Uilyam adı
altında taxt-taca çıxdı. Yeddi ildən sonra, 1837-ci ildə o da 72 yaşında öldü.
Nəticədə, 1837-ci ildə Aleksandrina-Viktoriya kraliça Viktoriyaya çevrildi. II
Corcun bir sıra övladlarının və əksər nəvələrinin aqibəti onlara monarx aliliyinə
yüksəlməyə imkan vermədi. Ona görə də taca onun dördüncü oğlunun gənc qızı
yiyələnməli oldu. Bu qadın 64 il ərzində hökmranlıq etdi və 1901-ci ildə öldü. Onun
taxt-tacda olduğu dövrdə üç rus imperatoru – I Nikolay, II Aleksandr və III Aleksandr
həyatdan getmişdilər. Bu dövrdə həm də Avropada və dünyada böyük hadisələr baş
vermişdi. Britaniya Türkiyəyə kömək məqsədilə Fransa ilə birlikdə Krıma müdaxilə
etməklə Rusiyaya qarşı vuruşmuş, 1878-ci ildəki Berlin Konfransında Rusiyanın
Türkiyə ilə apardığı müharibədə qazandıqlarının onun əlindən çıxmasına nail olmaqla
yanaşı, üstəlik, Kipr adasına sahib olmaq hüququ qazanmışdı.
Viktoriya 1840-cı ildə Sakson-Kaburq Qotskli Albertlə nikaha girdi. O özü də tam
alman olmaqla, almana ərə getmişdi. Nikahdan Viktoriyanın 9 uşağı olmuşdu. 1861-ci
ildə Albertin ölümü ailənin çoxalmasına hədd qoymşdu.
Viktoriyanın böyük qızı Adelaida Viktoriya 1858-ci ildə prussiyalı, ölümünə
qədərki üç ay müddətində Prussiya kralı və alman imperatoru olmuş III Fridrixə ərə
verilmişdi. Onun əri nikahdan üç il sonra Prussiyanın tac prinsi olmuşdu. Bu qadın II
Vilhelmin anası idi. O isə atasının ölümündən sonra imperator olmuşdu. II Vilhelm I
Dünya müharibəsinin əsas start verəninə çevrildi və öz imperiyasını da fəlakətə
sürüklədi.
II Vilhelm bu hərəkəti ilə öz anasının vətəni, mərhum məşhur kraliçanın dövləti
ilə müharibə aparmaqdan çəkinməmişdi. Əgər II Vilhelmin kayzer olduğu Almaniya
477
məğlubiyyətə uğramasaydı, görən imperator İngiltərə və onun müttəfiqləri ilə necə
davranacaqdı? O, Almaniyanın Avropada dominant rol oynaması məqsədini güdürdü.
İspan kralı II Filipp Məğlubedilməz Armadanı İngiltərəni işğal etməyə göndərəndə
gəmilərlə 7 min qadın göndərmişdi ki, onlar anaları öldürülmüş körpə ingilis uşaqlarını
döşləri ilə əmizdirib, onların salamat qalmasına cəhd etsinlər. Bəlkə II Vilhelm də
Bismarkın təcrübəsindən istifadə edib Britaniya kralını Fransa kralı kimi əsir
götürməklə, özünün nəyə qadir olduğunu göstərmək istəyirdi.
1910-1936-cı illərdə Britaniya kralı olmuş V Corc həm alman kayzerinə, həm də
rus çarına yaxın qohum idi.
Corc da kraliça Viktoriyanın oğul nəvəsi olmaqla, onun oğlu olan kral VII
Eduardın ikinci oğlu idi. Onun atası alman kayzeri II Vilhelmin anası Adelaida-
Viktoriyanın doğma qardaşı idi. deməli, bibioğlu dayıoğluna qarşı vuruşmağa
başlamışdı. Əslində onların hər ikisi həm də alman idi.
Müharibə vaxtı V Corc alman titullarından imtina edib, sülalənin adını alman
adından dəyişdirmişdi. İngilis kralı həm də rus imperatoru II Nikolayla xalaoğlu idilər.
V Corcun anası Aleksandra Danimarkalı idi, bu qadın İngiltərə kralı VII Eduardın
arvadı olmaqla, həm də rus çarı II Aleksandrın arvadı, gələcək çar II Nikolayın anası
Mariya Fyodorovnanın (Daqmarın) doğma bacısı idi. Kiçik Danimarka kral ailəsindən
olan iki bacı Avropanın iki böyük imperiyasının başçılarının –Britaniya kralının və
Rusiya çarının arvadları olmaqla, həm də gələcək imperatorların anası olmaq
hüququna yiyələnmişdilər.
Bu iki xalaoğlunun yaş fərqləri də böyük deyildi, V Corc II Nikolaydan üç yaş
böyük idi, lakin ondan 18 il çox yaşaya bildi. I Dünya müharibəsində onların başçılıq
etdikləri imperiyalar Almaniya və onun müttəfiqlərinə qarşı birgə ittifaqda
vuruşurdular. II Nikolayın arvadı Aleksandra da həm V Corc, həm də II Vilhelmin
nənələri olan kraliça Viktoriyanın nəvəsi idi.
Bu imperatorların ailə qurmalarında da yaxın cəhətlər var idi. Gələcək Britaniya
kralı V Corcun böyük qardaşı Albert Viktor qrip epidemiyasından 1892-ci ildə
vaxtından əvvəl vəfat etdi. Bu, Corcu taxt-taca varis olmaqda atasından sonra ikinci
etdi. 1893-cü ildə o, mərhum qardaşının nişanlısı olan Baden-Vyurtemberq printsessası
Viktoriya-Mariya Tekliyə evləndi. II Nikolayın özü yox, onun atası, gələcək III
Aleksandr da (1848-1894-cü illər) özünün ölən qardaşı Nikolayın nişanlısı olan
Danimarka printsessası olan Daqmara – Mariya Fyodorovnaya evlənmişdi.
II Nikolay isə Britaniya kraliçasının nəvəsi Alisa Hessenliyə – Aleksandra
Fyodorovnaya evlənmişdi. Onun anası Alisa (1843-1878-ci illər) kraliça Viktoriyanın
qızı olmaqla, Hessen printsi Lyudoviqə ərə verilmişdi. Bu qadın da anası kimi genetik
xəstəlik olan və qanın laxtalanmasını pozan hemofiliya daşıyıcısı idi. Həmin vaxtlar bu
xəstəlik “ölüm hökmü” hesab edilirdi.Viktoriyanın öz oğlu Leopold hemofiliyadan
əziyyət çəkdiyinə görə anası onu Fransanın cənubuna, Lacivərd sahilə – Rivyeraya
gətirirdi. Alisanın oğlu Fridrix də hemofilik idi və uşaq vaxtı pəncərədən yıxıldıqdan
sonra daxili qanaxmadan ölmüşdü. Alisanın qızı, gələcək Rusiya imperatriçəsi
Aleksandra Fyodorovna (onun da əsl adı Alisa idi) həmçinin hemofiliya daşıyıcısı
olmaqla, xəstəliyi öz oğlu tsareviç Alekseyə vermişdi. Bu yazıq uşaq da həmin
478
xəstəlikdən əziyyət çəkmiş, 1918-ci ildə valideynləri və bacıları ilə güllələnməklə uşaq
yaşlarında ölmüşdü.
Həmin xəstəlik sonralar Viktoriyanın qız nəslindən olanlarla Avropanın başqa
monarx ailələrinə də yol tapmışdı.
Rusiya və Britaniya monarxları ailəsinin qohumlaşmaları başqa xətlərlə də
davam edirdi. Çar II Aleksandrın qızı Mariya kraliça Viktoriyanın oğlu, Edinburq
hersoqu Alfredə vurulmuşdu. Viktoriyanın qızı, Böyük Hessen hersoqunun arvadı
Alisa bu nikahın bağlanmasının qızğın tərəfdarı idi. Viktoriyanın və rus imperatorunun
müqavimətinə baxmayaraq, 1874-cü ildə toy Peterburqda baş tutdu. Bu vaxt hələ Krım
müharibəsinin yaraları sağalmamışdı. Mariya üçün daha ağır dövr 1877-1878-ci illər
Rusiya-Türkiyə müharibəsi vaxtı gəldi, bu vaxt Rusiya bir nömrəli düşmənə
çevrilmişdi.
Digər hökmran ailələrini ikinci bağlayan bir xətt Viktoriyanın nəvəsi həmin Alisa
Hessenin qızı Elizabetin hesabına baş verdi. O, 1864-cü ildə anadan olmuşdu. 20
yaşında qız gələcək çar II Nikolayın əmisi, böyük knyaz Sergey Aleksandroviçə ərə
getdi. Sonra o, Moskva general-qubernatoru təyin edildi və 1905-ci ildə Kremldən
çıxanda terroristin atdığı bomba nəticəsində öldü.
Rus çarı I Nikolayın nəvəsi Olqa Yunanıstan kralı I Georqun arvadı idi. 1921-ci
ildə onların nəticəsi anadan oldu, bu uşaq birbaşa rus çarının kötücəsi idi. 1947-ci ildə
o, gələcək (1957-ci ildə) prints Filipp kimi Uels printsessası Elizabetə – indiki kraliça II
Elizabetə evləndi. Başqa sözlə, Britaniya kraliçasının müasir varisləri – prints Çarlz,
onun oğlu Uilyam və Uilyamın oğlu rus imperatoru I Nikolayın nəslindəndir.
Dostları ilə paylaş: |