Həyata nüfuz anı Demokratiyanın ibrətamiz erkən tarixinə baxış


İrqçiliyin eybəcər sifəti



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə42/105
tarix28.12.2016
ölçüsü3,87 Mb.
#3727
1   ...   38   39   40   41   42   43   44   45   ...   105
 

 

3.

 

Müharibə 1914-1915-ci illərdə: 

  


254 

 

                                                   İllüziyalar və pat vəziyyəti   



 

1914-cü ildə çox sayda avropalılar müharibəyə həvəslə yollanırdılar. Hökumət 

təbliğatı müharibədən qabaqkı milli antaqonizmləri kəskinləşdirməkdə uğurlu gedirdi. 

Müharibə başlayan vaxt əksər xalqlar öz millətinin müharibəyə girmək səbəbinin 

ədalətli olduğuna həqiqətən inanırdılar.  

Yeni yaradılan illüziyalar müharibə üçün olan entuziazmı qidalandırırdı.1914-cü 

ilin avqustunda hər bir adam inanırdı ki, müharibə bir neçə həftəyə başa çatacaqdır. 

Qısa müharibə illüziyası həmçinin digər illüziya ilə dəstəklənirdi, belə inam var idi ki, 

müasir sənaye erasında müharibə milli iqtisadiyyatı məhv etmədən, bir neçə aydan 

artıq çəkə bilməz. O vaxtlar müharibə hələ də çox adamlar üçün məhvedici 

cazibədarlığını saxlayırdı. Bəziləri üçün müharibə şərəfli macəra idi. Bir gənc alman 

tələbəsinin valideynlərinə yazdığı kimi: «Mənim əzizlərim, fəxr edin ki, siz belə bir 

vaxtda və belə bir millətin sırasında yaşayırsınız və siz... öz sevdiyiniz adamları belə 

şərəfli döyüşə göndərmək kimi imtiyaza maliksiniz». Müharibə barədə bütün bu 

illüziyalar I Dünya müharibəsinin döyüş meydanlarındakı əzablı ölümlərlə birlikdə 

öldu.  


Almaniyanın müharibəni tez başa çatdırmaq ümidləri hərbi oyun üzərində 

qurulmuşdu. Qərargahın planına görə, alman ordusu geniş dairəvi hərəkətlə 

Belçikadan şimali Fransaya daxil olacaq və Paris ətrafına gəlib çıxmaqla Fransa 

ordusunun əksəriyyətini mühasirəyə alacaqdır. Lakin plan başlanğıcdan bir başlıca 

defektdən əziyyət çəkirdi, ona görə Parisi dövrəyə almaq üçün güclü sağ flanq lazım 

idi. Lakin şərqdə Rusiyanın müdaxiləsi ilə əlaqədar olaraq sağ flanqdan ora qüvvələri 

köçürmək lazım gəldi.  

4 avqustda alman qoşunları Belçikaya girdilər və kiçik müqavimətlə rastlaşdılar. 

Almanlar kəndləri yandırır, mülki adamları öldürürdülər.  

Sentyabrın ilk həftəsindən almanlar Marna çayına çatdılar, bu, Parisdən yalnız 20 

mil aralı idi. Almanlara elə görünürdü ki, onlar uğurun kənarındadırlar, həm də 

Britaniya qoşunlarının Fransadakı döyüşə girmələrini qiymətləndirməmişdilər. Fransız 

generalı Jozef Jofrun başçılığı altında Britaniya və Fransa qüvvələri almanları 

dayandırıb, geri oturtdular, lakin taqətdən düşmüş fransız ordusu da öz irəliləməsini 

davam etdirmək iqtidarında deyildi. Müharibə tezliklə pat vəziyyətinə düşdü. Nə 

almanlar, nə də fransızlar sığınacaq kimi qazdıqları tranşeylərdən bir-birini çıxarıb 

qova bilmirdilər. İki xətt üzrə tranşeylər La-Manş boğazından İsveçrə sərhədlərinə 

qədər uzanırdı. Qərb cəbhəsi tranşey müharibəsinə keçdi, hər iki tərəf onlarda faktiki 

olaraq eyni mövqeləri bir neçə il ərzində saxladı.  

Qərbdəkinin əksinə, şərqdə müharibə daha mobil olması ilə seçilirdi, 

baxmayaraq ki, insan həyatı ilə haqq verilməsi bərabər qaydada nəhəng ölçüdə idi. 

Müharibənin başlanğıcında rus ordusu Şərqi Almaniyanın içərisinə girdi, lakin döyüşə 

komandanlıq edən general Paul fon Hindenburqun və onun qərargah rəisi general Erix 

Lyundendorfun nüfuzunu yüksəltdi. Ruslar artıq Almaniya ərazisinə təhlükə 

törətmirdilər. Almanların müttəfiqləri olan avstriyalılar az təşəbbüskar idilər. Onlar 

ruslar tərəfindən Qalisiyada məğlub edilmiş və Serbiyadan kənar atıldılmışdılar. 

İtalyanlar isə almanlarla və avstriyalılarla ittifaqı pozub, Müttəfiqlər tərəfində 



255 

 

müharibəyə girərək. 1915-ci ilin mayında Avstriyaya hücum etmişdilər. Alman-



Avstriya ordusu Qalisiyada rus ordusunu məğlub edib, rusları geri, öz ərazilərinə 

oturtdurmuşdular. Rusların itkisi həlak olanlardan, yaralılardan və əsir götürülənlərlə 

birlikdə 2,5 milyon nəfər idi. 

 


Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin