Tarixə daxil olanlar köçəri quş deyildir
Tarixi şəxsiyyətlərə onların əməllərindən asılı olaraq hörmət bəslənilməklə
yanaşı, çoxları nifrət obyektlərinə çevrilirlər. Əlbəttə, qəddarlıq simvolu olanlara tarix
arealında daha çox rast gəlinir. Onlar qarşıya qoyduqları məqsədə çatmaq, nail
olduqlarını qoruyub saxlamaq üçün bu sərt vasitəyə əl atırlar. İnqilablar isə bir qayda
olaraq qanla qidalanır, qan tökmədən ötüşə bilmirsə, onların arasında İngiltərə Şanlı
inqilabı yeganə istisna hesab edilməlidir, bu sosial kataklizmə başçılıq edənlər həmin
güclü silaha barmaqarası baxa bilmirlər. Burada təəccüb doğuran bir şey də yoxdur, axı
inqilab vasitəsilə həyatın bütöv məhvəri dəyişilməyə məruz qalır, qanla suvarılan
torpaq isə zəhərli meyvələr yetişdirməyə qadirdir. Buna başcılıq edənlər heç də
mələklərə çevrilə bilməzlər, onlar cəmiyyətdə köklü dəyişikliklər etmək missiyasını öz
üzərlərinə götürmüşlər. Mələklər isə özləri dəyişmədikləri kimi, belə metamorfozlarda
da iştirak edə bilməzlər. Digər tərəfdən mələklər məkandan və zamandan kənardadır,
dinin, mistikanın məhsuludur.
İnqilaba başçılıq edənlər isə atlant Göy qübbəsini çiynində saxladığı kimi,
insanlar qrupunun ona bəslədiyi və təzyiqi Göy qübbəsinin ağırlığından heç də az
olmayan ümid kütləsini çiynində daşımaq üçün diqqəti heç də vasitələrin
mülayimliyinə deyil, yararlı olub-olmamasına yönəldir və ona görə də miqyasından
asılı olmayaraq qan tökməkdən belə çəkinmirlər. Ona görə də heç bir siyasi xadim
özünə mələk və ya göyərçin qiyafəsi seçmir, onu birinci növbədə yalnız qarşıya
qoyulan məqsəd düşündürür. Quzğunlar qidalandıqları leşin iyləndiyinə fikir
verməyən kimi, inqilab da öz hədəfinə qarşı mübarizədə istənilən vasitəyə haqq
qazandırır. İnqilab rəhbəri o vaxt böyük şəxsiyyətə çevrilir ki, zamanın, şəraitlərin irəli
sürdüyü çağırışa müvafiq qaydada cavab verməyi bacarır.
Axı o, müəyyən məkan və zaman çərçivəsində hərəkət etməyə məcburdur. Ona
görə də onun fəaliyyətinə qiymət verərkən hadisələrin cərəyan etdiyi məkan və dövr
konteksti hökmən nəzərə alınmalıdır. Konkret tarixi hadisədə fəaliyyət göstərən bir
şəxsə mücərrəd ölçüdən, xeyli zaman məsafəsi güzgüsündəki əksə görə qiymət vermək
düzgün deyildir. Çünki onun fəaliyyəti tam başqa paralellərdə gedir, həmin
parametrlərə müvafiq olaraq da onun tarixə daxil olub-olmaması məsələsi həll edilir.
İnqilab və ya radikal islahat, sakitləşdirmək üçün atın yalını daramaq
qaydasında, xalqın başını sığallamaq fürsəti deyildir, əksinə, onu cuşə gətirməklə
mübarizəyə sövq etmək və yeni həyat yoluna salmaq imkanıdır. Təəssüf ki, bu məqsəd
həyata keçirildikdə qan tökülməsi, təqiblər ən yararlı vasitəyə çevrilir. Fransız
mütəfəkkiri Sebastyan Şamforun dediyi kimi, “İnsanları idarə etmək üçün baş lazımdır.
Şahmat oyunu üçün təkcə yumşaq ürəklilik azdır.”
Ona görə də tarixə daxil olmuş adamları sonrakı dövrlərin qaydalarına,
dəyərlərinə, əhval-ruhiyyələrinə və ya əxlaq standartlarına görə tutduqları taxçadan –
tarix səhnəsindən çıxarmaq, qovmaq, uzaqlaşdırmaq mümkün deyildir. Tarixdə öz
yerini tutanlar heç də köçəri quş deyillər ki, asanlıqla öz yuvalarını – həmin məkanı tərk
edib, instinktlərinin göstərdiyi istiqamətə üz tutsunlar. Onlar burada məskunlaşmışlar,
324
nə ostrakizmə uğradıla, nə sürgün edilə bilərlər. Onlar məqsədlərinin diktə etdiyi
əməllərdə bulunmuşlar, heç vaxt göyərçin damında qərar tutmaq fikrində
olmamışdılar.
Böyük Britaniya qanunlarına görə ABŞ-ın bani- ataları – imperiyaya qarşı
inqilabı həyata keçirən və yeni dövlət yaradan cəsarətli mübarizlər olsalar da,
cinayətkar hesab olunurdular. Onlar Yeni Dünyadakı doğma koloniyalarını azad
cəmiyyət, qədim ənənələr ruhundakı demokratik quruluş, respublika kimi görmək
istəyirdilər. Böyük qurbanlar hesabına olsa da, buna nail oldular. Məgər dünyaya
Birləşmiş Ştatlar kimi bir unikal demokratik dövləti bəxş etmiş bu insanlar (əlbəttə,
ABŞ-ın xarici siyasətinə indi münasibət heç də birmənalı deyildir) təkcə öz ölkələrində
deyil, bütün dünyada böyük ehtiram bəslənən tarixi şəxsiyyətlər deyilmi? Onlar Böyük
Britaniya kralının tabeliyində olan 13 koloniyanın azadlığına nail olmaqla, həm də
başqalarına bənzəməyən yeni dövləti yaratmaq vəzifəsini həyata keçirdilər.
Amerikadakı inqilab böyük təsir gücünə malik oldu, 23 il sonra – 1789-cu ildə Böyük
Fransa inqilabının başlanması üçün detonator rolunu oynadı.
Birləşmiş Ştatlara heç məhəbbət hissi ilə yanaşmayanlar da yaxşı bilirlər ki,, bu
dövlət Birinci və İkinci Dünya müharibələrinə girməsəydi (1941-ci ilin dekabrında
yaponların Pyörl-Harbor hərbi-dəniz bazasına xaincəsinə hücumu və ağır zərbə
vurması ABŞ-ı İkinci Dünya müharibəsinə girməyə sövq etmişdi), müvafiq olaraq
Antantaya və Müttəfiqlərə hərbi və maddi yardım göstərməsəydi, qələbələrin taleyinin
necə olacağı böyük sual altında ola bilərdi. Amerikadan xoşu gəlməyənlər də, XX əsrdə
dünya iki dəhşətli sınaqla üzləşəndə bu dövlətin qələbəyə verdiyi böyük töhfəni kölgə
altına salmağa cəhd etməməlidirlər. Hər iki qələbədə Amerikanın rolu danılmazdır.
Lakin onu da qeyd etmək lazımdır ki, məhz iki dünya müharibəsi Amerika Birləşmiş
Ştatlarını fövqəl dövlətə çevirmişdi. İkinci Dünya müharibəsindən sonra da Avropanın,
xüsusən Qərbi Almaniyanın, həmçinin məğlub edilmiş Yaponiyanın iqtisadi, sosial və
siyasi cəhətdən dirçəldilməsində Birləşmiş Ştatların böyük yardımı yalnız minnətdarlıq
hissləri ilə yad edilməlidir.
Tarixi inkar etmək cəhdləri
SSRİ dağıldıqdan sonra, onun tarixinə, Oktyabr Inqilabinin rəhbər xadimlərinə
ittiham dalğası xeyli genişlənmiş, tsunami timsallı tənqid və qaralama ölkə tarixinin
böyük bir hissəsini inkar etmə səviyyəsinə çatmışdır. Hər cür tənqidin və ifşa
rəngindəki ittihamların əsas hədəfi V.İ.Lenin, xüsusən SSRİ-yə 30 il ərzində rəhbərlik
etmiş İ.V.Stalindir. Əlbəttə, onlar sadə adamlar deyildilər, siyasətin dahiləri səviyyəsinə
qalxmışdılar. Radikallıq, bir inqilabçı kimi onların əsas silahı idi. Lev Trotski 1917-ci ilin
yayında Lenini radikallığına görə Fransa inqilabının liderlərindən biri, Terrora başçılıq
edən, “Satılmayan” ləqəbli Robespyerə bənzədərək, onun adı ilə “Maksimilian Lenin”
adlandırırdı. Bolşeviklərin bir-birinə belə ləqəb verməsi isə nadir hal deyildi. Lenin
Zinovyevi və Kamenyevi 1917-ci ildə Oktyabr inqilabına xəyanətlərinə görə fahişə,
xeyli əvvəl isə Trotskini İncildə xəyanət simvolu kimi verilən, İisusu 30 gümüş pula
romalılara satan apostol İuda İskariota bənzədərək, dəfələrlə “İuduşka” adlandırmışdı.
325
Leninin inqilabdan üç ay əvvəl silahlı üsyana çağırışı da nəinki başqaları, hətta
öz partiyasının xeyli üzvləri tərəfindən heç də razılıqla qarşılanmırdı. Bu vaxt vəziyyət
çox mürəkkəb idi, yalnız Lenin yaxın perspektivi görməklə, belə vasitəyə əl atmağı
təklif edə bilərdi. O, dövrün nəbzini tutmağı bacarırdı. Çünki bir qədər əvvəl onun özü
də inqilabın qələbəsinin çox uzaqda olduğunu söyləmişdi. Oktyabr inqilabının
ərəfəsində isə meyvənin artıq yetişdiyini hiss edən Lenin, Napoleon kimi onu
qoparmağın vaxtı çatdığını çox ustalıqla müəyyən etmişdi. Müvəqqəti hökumət ölkəni
idarə edə bilmirdi, Rusiya müharibədə də uğursuzluqlara düçar olurdu.
Lenin də səhv edə bilərdi, lakin vacib anlarda o, bir qayda olaraq səhv etmirdi.
Prinsipial olmayan məsələlərdə isə onun səhvi baha başa gəlmirdi və o, öz səhvlərini
etiraf etməyi bacarırdı. Petroqrad Sovetinin Leninin 50 ililyinə həsr olunmuş
yığıncağında Stalin Leninin üç səhvini özünün etiraf etdiyini onun müsbət keyfiyyəti
kimi qeyd etmişdi.
Lenin ona ünvanlanan istehzanı da cavabsız qoymurdu. 1917-ci ilin iyununda
Ümumrusiya Sovetlər qurultayında hakimiyyəti ələ götürməyə qadir olan partiyanın
olmadığını güman edənlərə cavab verərək və bolşevikləri nəzərdə tutaraq, “Vardır belə
partiya!” kəlməsini qürurla dilə gətirməsi başqa partiyaların nümayəndələri tərəfindən
gülüşlə qarşılanmışdı. Oktyabr inqilabının qələbəsinin timsalında Lenin bu gülüşə dörd
ay sonra Homer qəhqəhəsi ilə cavab verə bildi. Menşevik Martov RSDFP-nin II
qurultayında (1903-cü il) lağ şəklində ilk dəfə “leninizm” ifadəsini dilə gətirmişdi. Heç
iki onillik keçməmiş leninizm böyük bir ərazidə hakim ideologiyaya çevrildi. Buxarin
Lenini utopist, satqın adlandırmışdı. Lenin ideyalarını gerçəkləşdirə bilmişdi, həyatını
həsr etdiyinə isə o, necə xəyanət edə bilərdi.
Əlbəttə, Leninin ölümündən sonra onun partiyaya və ölkəyə rəhbərlik irsini
qəbul edən Stalinin ciddi-cəhdi ilə o, sitayiş obyektinə, bütə çevrildi, kanonlaşdırıldı,
dünya proletariatının və millətin atası adlandırıldı. Lenin özü belə titullardan,
epitetlərdən uzaq adam idi. SSRİ-nin süqutu ilə Leninə hücumlar daha da artdı, daşqın
şəklini aldı. O, elə bir böyük miqyasa malik şəxsiyyətdir ki, onunla hər şey etmək olar,
onu sevənlər də, ona sonralar düşmən kəsilənlər də bu görkəmli şəxsiyyətin çoxşaxəli
fəaliyyətində çox şeyi tapa bilərlər. Şəxsi həyatına nüfuz etməyə çalışanlar İnessa
Armandla intim yaxınlığını, hətta bu inqilabçı qadının ona çox oxşayan bir oğul
doğmasını da göstərə bilərlər.
Təəssüf ki, ona yönələn tənqid bəzən əndazədən çıxır, ölçü hissini itirir. Onun
qana susamasına erkən misallar tapmaq üçün hər şey öz rəngini dəyişir. Sibirdə, uzaq
Şuşenskoye kəndində sürgündə olarkən dovşan ovlamağını da, bəziləri həddi aşıb,
qaniçicilik nümunəsi kimi qələmə verirlər. Onda gərək onlar Avstriya imperatoru I
Frants İosifin, onun varisi olmağa hazırlaşan prints Franst Ferdinandın, yaxud Böyük
Britaniya kralı V Corcun ovçuluq hobbisi adı altında, öz ölkələrinin faunasına, saysız-
hesabsız sayda maral, əlik və quş sürüsünü məhv etməklə ağır ziyan vurmalarından
hali olsaydılar, yəqin ki, ekologiya müdafiəçiləri kimi onların xatirəsi üzərində xüsusi
beynəlxalq tribunal qurulmasını təklif edərdilər.
Frants Ferdinandın 1914-cü ilin yayındakı qətli Birinci Dünya
müharibəsinin başlanması üçün bəhanə rolunu oynamış, I Frants İosif bu müharibənin
başlanmasına start verməklə, milyonlarla insanın həyatını itirməsinin baiskarı
326
olmuşdur.V Corc isə həmin müharibədə əks tərəfdə vuruşan dövlətin başçısı idi. Onlar
başqa canlılara da qənim kəsilmişdilər. Avstriya imperatoru və onun varisi ölkə
faunasına ova olan həvəsləri ilə böyük ziyan vurmuşdular. 1910-1936-cı illərdə kral
olmaqla V Corc quş ovunu özünün həyat tərzinə çevirmişdi. 1912-ci ildə təkcə bir ovda
həftə ərzində minlərlə quş qırmışdı. Dostları ilə birlikdə Norfolk meşəsində 4 gündə 7
tüfənglə 10 min baş quşu məhv etmişdi. Bircə gündə özü 1000 qırqovul öldürmüşdü.
O, meşə cüllütü və kəklik ovlamağı çox sevirdi, bu quşlar hətta onun ölümünə həsr
edilən şeirdə də xüsusi vurğulanırdı.
Leninin öz sağlığında da onu qəbul etməyənlər az deyildi və onlar bu böyük
inqilab liderinə aşağılayıcıı qaydada baxırdılar. Etiraf etmək lazım gəlir ki, Lenin az
sayda olan o şəxsiyyətlərdəndir ki, tarixin təkərini döndərməyə, onun hərəkət yolunu
dəyişdirməyə müvəffəq olmuşdu. Digər böyük şəxsiyyətlər kimi onun da fəaliyyətinə
verilən qiymət, istər bu, müsbət ya mənfi olsun, zamandan asılı olaraq dəyişir, hər bir
dövr ona öz prizmasından, istəyindən və mənafeyindən birbaşa asılı olan qiyməti verir.
Təəssüf ki, sitayişdə fanatizm xüsusiyyətləri mövcud olduğu kimi, nifrət də
bəzən sahildən kənara çıxır, məhkum edilən tarixi şəxsiyyətlər ədalətsiz olaraq istehza
obyektinə, ən amansız hücumlar hədəfinə çevrilir, anafemaya məruz qalır. Bəzən hətta
onları autofafeyə məhkum etmək çağırışları eşidilir, inkvizisiya yeretikləri – dönükləri
tonqalda yandırmaq kimi bu dəhşətli cəza üsulundan istifadə edirdi. İnkvizisiya vaxtı
həbs olunanlardan işgəncə yolu ilə alınan etiraflar məqsədə xidmət etdiyindən yararlı
vasitə sayılırdı. Müasir siyasi inkvizitorlar da bəzən öz uydurma ittihamlarında şübhəli
sübutlar da tapmaqla, haqqa xidmət etdikləri barədə ağılsız qənaətə gəlirlər.
Leninə nifrət bəsləyənlərin imkanı olsaydı, onun cəsədinə ingilislər Oliver
Kromvelin cəsədi ilə davrandıqlarına bənzər bir divan tutardılar. İngilislər Kromvelin
cəsədini qəbirdən çıxarıb, dar ağacından asdıqdan sonra, peyin topasının üstünə
tullamışdılar. Əlbəttə, cəsədi külə də döndərmək olar, lakin böyük şəxsiyyətlərin
ideyaları, əməlləri hətta təhqiramiz qaydada qətranla boyansa da, onları cəzalandırmaq
mümkün deyildir. Tarixi şəxsiyyətin nəhəngliyi onunla aparılan mübarizəni
uğursuzluğa düçar edir, onun xatirəsi ilə iyrənc şəkildə davrananların özünü gülünc
vəziyyətdə qoyur. Çünki onun dağ silsiləsini andıran fəaliyyətini ən qatı dumanla da
gizlətmək olmur, inkar etmək cəhdi isə yalnız yüngül ağıldan xəbər verir.
Leninin ölümündən sonra Maksim Qorki yazmışdı: “Hətta onun düşmənləri
cəbhəsindən olan bəziləri də vicdanlı qaydada etiraf edirlər ki, Leninin şəxsində dünya
elə bir adamı itirdi ki, o, müasiri olan bütün böyük adamlar arasında özündə dahiliyi
daha aydın təcəssüm etdirirdi”. Bolşevizmə nifrəti ilə fərqlənən Uinston Çörçill isə
Oktyabr inqilabının rəhbəri barədə ona məxsus olan ziddiyyəti belə ifadə etmişdi:
“Leninin anadan olması ruslar üçün böyük bədbəxtlik olduğu kimi, onların növbəti
bədbəxtliyi onun ölməsi idi”. Hər iki böyük düha Lenin barədə öz müstəqil
mövqelərindən çıxış etməklə yanaşı, həqiqətdən o qədər də uzaqlaşmayaraq, onun
böyüklüynü etiraf edirlər.
SSRİ-də sosializmin qurulması kimi nəhəng bir işə rəhbərlik edən Stalinin
ünvanına indi hər cür lənətlər yağdırılır. Repressiyaya məruz qalmış günahsız
adamların, indi o vaxtlar cəzalandırılmışların hamısı fərqinə varmadan belə
adlandırılır, gənc pöhrələrinin guya intiqam hissindən doğan nifrətini də bütünlüklə
327
əsassız saymaq olmaz. 1930-cu illərdə qolçomaqlara qarşı mübarizə adı altında,
həmçinin 1937-38-ci illərdəki ümumən repressiya və təqiblər görünməmiş miqyas
almışdı. Repressiyanın ilk qurbanları kəndlilər olmuşdu, qolçomaqlığın bir sinif kimi
ləğvinə başlanmışdı. 1929-cu ildə isə “Şaxtı işi” adı altında mühədislərin təqibinə start
verilmişdi. Sinfi düşmən və ya xalq düşməni adı altında milyonlarla insan həbsxanalara
atılmış, çoxları güllələnmişdi. Onların əksəriyyəti bəlkə də quruluşu qəbul etmir,
bəyənmirdi. Lakin onlar dövlətə elə bir ciddi ziyan vurmaq iqtidarında deyildilər.
Hansısa poeziya nümunəsi adamları məhv edən bombaya çevrilə bilməzdi, lakin
onların müəllifləri ölümə məhkum edilirdi.
Antistalinçilər öz nifrətlərində ölçü hissi bilmədiklərindən Stalini nəinki
cinayətkar, hətta monstr, paranoik adlandırırlar. Stalinə yönələn ən böyük
ittihamlardan biri Hitler Almaniyası ilə 1939-cu ilin avqustunda hücum etməmək
barədə Paktın bağlanması idi. Buna general Şarl de Qoll daha ədalətli səbəb göstərərək
qeyd etmişdi ki, Stalin aqressiyanın qurbanı olmaqdansa, aqressiyayın qazancına şərik
çıxmağa üstünlük vermişdi. Axı bundan əvvəl Stalinin Qərbə, Fransa və İngiltərəyə
Hitler Almaniyasına qarşı müttəfiqlik xahişi cavabsız qalmışdı.
Stalinə qarşı olan tənqidin böyük hissəsi obyektiv olduğu halda, nifrətdə
qəzəbin yetişdirdiyi meyvələr də az deyildir. Onların arasında özünü liberal kimi
göstərmək istəyənlərlə, Qərb dairələrinə guya mövqeyini nişan verməyə çalışanlarla
yanaşı, resentimentlər də az deyildir. Resentiment Nitsşenin irəli sürdüyü termin
olmaqla, elə adamı nəzərdə tutur ki, o, düşmən obrazı yaratmağa çalışmaqla, öz
uğursuzluğunun günahının, incikliyinin hirsini ondan çıxmaq istəyir. Resentiment –
qul əxlaqıdır, bu qul ağa olmağı çox istəyir. Paxıl adamların, bəxtinin gətirməmıyindən
hirslənmiş adamların əxlaqıdır. Belələri özündən çox yuxarıda duranlara daş atmaqda
təsəlli tapır, həm də özünün qüsurlu əxlaqı hesabına bütün dünyanı əxlaqsızlıqda
təqsirləndirməyə hazırdır. Təəssüf ki, onların qara yaxması təsirsiz qalmır, dəstədən
geridə qalmaq istəməyənlər də tezliklə onlara qoşulur.Ona görə də keçmiş donosçulara
çox oxşayan iftiraçı ifşaçılar ordusu yaranır.
Stalinə münasibətin diametral əksliyindən asılı olmayaraq, o, tarixdəki yerini
tərk etmir, bəlkə də daha da möhkəmləndirir. Rəylərin belə fərqli olduğuna da
təəccüblənməyə ehtiyac yoxdur. Axı təbiətdə vahid bədənə malik olan bir xalq mövcud
olmadığı kimi, rəylər də yekdil ola bilməz.
Stalin qurucusu və rəhbəri olduğu dövlətə özünü bütün varlığı ilə həsr
etmişdi. Dövlətə o, sakral münasibət bəsləyirdi, onun naminə hər şeyə getməyə hazır
idi. Dövlətə düşmən hesab etdiklərindən başqa bəlkə də onun şəxsi düşməni yox idi.
Öz paradiqmasına, vektorlarına və mənafelərinə görə isə bu quruluşdan narazi olanlar
da az deyildi. Onlar isə düşmənçilk hisslərini Stalinə yönəldirdilər. Ona görə də onun
düşmənləri çox idi. Lakin əhalinin böyük əksəriyyəti Stalini dəstəkləyirdi. Ona
inanırdılar. Ölkəni böyütmək niyyətinə görə isə onu Böyük Pyotrun, Böyük
Yekaterinanın ardıcılı saymaq olardı. Ölümünə yaxın o, artıq az qala dünyanın yarısına
rəhbərlik edirdi.
Bütün şəylərə, həmlələrə baxmayaraq heç kəs Stalinin dünya səviyyəsindəki
görkəmli siyasi xadim olduğunu inkar etmək qüdrətində deyildir. Heykəli uçurmaq,
adı götürmək olar, lakin uzun tarixi bir dövrü, bütün nailiyyətləri və hətta cinayətləri
328
ilə birlikdə ləğv etmək, yoxa çıxarmaq mümkün deyildir. Heç kəs Stalin dövrünün
repressiyalarını inkar edə bilməz, lakin onun başçılığı altında sovet xalqının qazandığı
nailiyyətləri də inkar etmək ədalətsizlikdir. Onun varisləri isə iki dəfə özlərini hərbi
cəhətdən sınadıqda biabırçı uğursuzluğa düçar oldular, Xruşşov Kuba böhranında,
Brejnev isə Əfqanıstana müdaxilə etdikdə. Hitlerin özünü məğlub edən, faşist
Almaniysını fəlakət girdabına yuvarlayan Stalinin xidmətləri üzərindən xətt çəkmək isə
yalnız səfehlərin ağlına gələ bilər.
Stalin yeni quruluşu yaratmaq uğrunda mübarizəyə rəhbərlik edirdi, onun isə
doğulandan az sonra, elə beşikdə ölən Paris Kommunasının təcrübəsinin solğun
izindən başqa heç bir prototipi yox di. O, tam yeni cəmiyyti yaraymağa girişmişdi, lakin
köhnəni kökündən uçurmaq, xarabalıq üstündə öz sarayını ucaltmaq fikrindən uzaq
idi. Qısa müddət ərzində SSRİ-də nəhəng ağır sənaye yaradılmışdı, çoxlu şəhərlər
salınmış, fabrik, zavodlar tikilmişdi. Ölkədə bir onillik ərzində savadsızlıq ləğv edilmiş,
təhsildə, elmin və mədəniyyətin inkişafında əsl inqilab baş vermişdi. Bir amerikan
tarixçisi öz kitabını SSRİ-dəki 1930-cu illərin görünməmiş sənaye inkişafına həsr etmiş,
bunun tarixdə analoqunun olmadığını qeyd etmişdi. Həqiqətən də qısa müddətdə çox
iri sənaye potensialı meydana gəlmişdi, məhz bu qüdrət, Böyük Vətən müharibəsində
xeyli ərazi itkisinə baxmayaraq, döyüşən ordunu hərbi texnika, silah və sursatla
aramsız təchiz etməyə imkan vermişdi.
Stalin İkinci Dünya müharibəsində Hitler Almaniyası üzərində qələbənin başlıca
arxitektoru, müharibənin ilk il yarımlıq uğursuzluqlarına baxmayaraq ən səmərəli
sərkərdələrindən biri olmuşdu. Çox vaxt SSRİ-yə öz müttəfiqi olsa da, mənfi
münasibətini gizlətməyən Çörçill də Sovet ordusunun alman hərb maşınının
bağırsaqlarını çıxarıb tökdüyünü xüsusi qeyd etmişdi. Stalin qələbədən istifadə etməyi,
fayda götürməyi də bacarırdı, müharibədən sonra Avropada dünya sosializm
cəbhəsinin yaradılmasına nail olmuşdu.
Hitler Almaniyası üzərindəki qələbə də daxil olmaqla Stalinin əməllər
arxipelaqının ərazisi çöz geniş idi. Qələbədən, nailiyyətlərdən isə Stalin adətən
öyünmürdü, illyuziyaya qapılmırdı. Bunu onun düşmənləri də qeyd edirdilər. 1943-
1946-cı illərdə ABŞ-ın SSRİ- də səfiri işləmiş Avarell Harriman müharibədən sonra
Stalindən soruşmuşdu ki, yəqin ki, Sizə xoşdur ki, vaxtilə almanlar Moskvanın yanında
dayanmışdılar, indi isə Siz Berlini bölüşdürürsünüz? Və Stalin belə cavab vermişdi:
“Çar Aleksandr isə Parisə gedib çatmışdı.”
Təəssüf ki, ona nifrət edənlər Stalin dövrünün böyük işlərini görmək istəmirlər,
çirkli su ilə birlikdə təknədən uşağı da atmağı qəbahət saymırlar. Lakin nəhəng
şəxsiyyətlər sarsılmaz qaya kimi onlara atılan daşdan elə bir ziyan çəkmir. Onları
lənətləmək mümkündür, lakin əməllərinin bəhrəsini silib yoxa çıxarmaq cəhdi əbəs bir
işə çevrilir.
Stalinə qarşı çıxanlar hündürlüyü və sıx çətiri heç də kiçik olmayan
repressiya ağacının arxasındakı həyatın bütün sahələrində qazanılan iqtisadi və sosial
proqress meşəsini görmək istəmir, tarixə münasibətdə qərəzlilikdən yaranan daltonizm
xüsusiyyətləri nümayiş etdirirlər. Onlar Stalini aşağılamaq üçün istənilən vasitədən
istifadə etməkdən də çəkinmirlər. Çox istəyirlər ki, Stalini eyiblər və qüsurlar daşıyıcısı
kimi təqdim etsinlər. Onun fiziki qüsurları da diqqətdən yayınmır, ağlı, iradəsi,
329
idarəetmə istedadı kənara atılaraq, sol əlinin çolaq olduğu, ayağının birində altı
barmağının olduğu bir elmi kəşf, evrika timsalında vurğulanır. Çünki onun əqli zəifliyi
və ya xarici dövlətlərin liderləri ilə diplomatik danışıqlar apararkən uduzduğunu
bildirən heç bir fakt tapa bilməmələri bir yana qalsın, hətta uydurma ittihamlara da əl
ata bilmirlər. Çoxları Stalin kimi böyük şəxsiyyəti öz ölçüləri ilə ölçür, ona görə də
tərifdə olan kimi tənqiddə də primitiv yanaşma tərzi aparıcı rol oynayır.
Yəqin ki, onlara xoş olardı ki, Stalin bir tarixi personaj kimi yalnız Leninin
bərbəri tək xatırlansın. Axı həqiqətən də Lenin təqiblərdən qorunmaq üçün
gizlənməkdən ötəri 1917-ci ilin iyulunda Petroqraddan Razlivə yollananda,
tanınmamaq üçün Stalin onun bığını və saqqalını qırxmışdı, ona evində yaşadığı,
gələcək qayınatası Sergey Alilluyevin paltarını geyindirmişdi. Çünki Stalinin
əleyhdarları heç bir tarixi və hüququ sənəd olmadan, buna dəlil-sübut tapmaq üçün isə
çox sayda uğursuz cəhdlər edilmişdi, qara yaxmaq məqsədilə onu çar gizli polisinin,
jandarmın agenti olduğunu iddia edirdilər. Bəzi mülahizələrə görə bu iftiranı ilk dəfə
Xruşşov və Mikoyan ortaya atmışlar. Böyük Aleksandrın müəlliminin ona öyrətdiyi:
“Dişlə, ən azı çapıq qalacaqdır” prinsipi öz işini görür, adi yalan da buna susayanların
qəlbini isitmək gücünə malikdir. Stalinin Tiflis bankını yarması da onun quldurluğu
kimi qələmə verilir. Axı bu işdə onun heç bir şəxsi təmənnası olmamışdı, pullar
qəpiyinə qədər İsveçrəyə, Leninə, partiyanın ehtyacları üçün göndərilmişdi. Stalin isə
həmin vaxt əsl yarı ac həyat sürürdü.
Trotski Stalini “böyük qabiliyyətsiz” adlandırmışdı, görən belə fərasətsiz adam
üç onillik ərzində az qala düşmən münasibəti olan bir əhatədə dünyanın ən böyük
yeganə sosialist dövlətinə necə başçılıq etmişdi, dəhşətli müharibəni necə qalibiyyətlə
başa çatdırmışdı. Yəqin Trotski macəraları ilə öyünüb, özünü hətta fövqəl şəxsiyyət
hesab edə bilərdi. Əlbıttə o,heç də bəzi istedadlardan xali deyildi. Yəqin ki, Trotski ( ilk
dustaqlığına qədər o Lev Davidoviç Bronşteyn kimi tanınırdı) öz macəraları ilə
müqayisədə başqa siyasi xadimi “qabiliyyətsiz” adlandıra bilərdi. Nədənsə ona
dünyanın məşhur maliyyə maqnatları xüsusi himayə göstərirdilər. Rokfellerlər və
Rotşildlər ailələrinin maddi köməyi ilə Amerikada yaşamış, Kanada dustaqxanasından
azad edilmişdi. Maliyyə maqnatları bunu filantropluqlarına görə etmirdilər, axı adətən
onları qazancdan savayı heç nə düşündürmür. Yəqin ki, Trotski vasitəsilə Rusiya
barədə də onların müəyyən maraqları var imiş.
Trotski qəddarlıqda da başqalarından geri qalmırdı. Gənc Sovet Rusiyasının
hərbi komissarı (naziri) kimi İnqilabi Hərbi Şuranın sədri olanda orduda qəddar
tədbirləri ilə məşhurlaşmışdı. Qızıl Ordunun yaranmasında və Vətəndaş
Müharibəsindəki 4 mühüm döyüşdə onun xidmətləri danılmazdır. Bununla yanaşı o,
əsirlərlə yanaşı dezertirləri və hərbi intizamı pozanları güllələtdirir, ölüm düşərgələrinə
saldırırdı. Trotski QULAQ-ın əsasını qoyanlardan biridir. Lakin nədənsə heç kəs onun
cinayətlərini yada salmır. Rus yazıçısı A.İ. Kuprin Trotski barədə yazırdı ki,: “Bu adam
müstəfa dərəcədə azalmayan qəzəbdən ibarət idi və o, daim sönməyən qan yanğısından
başqa heç nəyə susamırdı.”
Əxlaqının təmizliyi ilə də o, heç cür öyünə bilməzdi. 1929-cu ildə SSRİ-dən
sürgün edildikdən sonra İstanbul yaxınlığındakı adada, Fransada yaşadı, özünə
sığınacaq tapmaq üçün təhlükəsiz yer axtarırdı. Böyük Meksika rəssamı Diyeqo Rivera
330
ona dostu kimi kömək etmək üçün ölkə prezidenti olan Losaro Kadenasla yaxın
münasibətinə görə ondan Trotskiyə Meksikada sığınacaq verilməsini xahiş edib, razılıq
almışdı. 1937-ci ildə öz arvadı ilə Meksikaya gələn Trotski paytaxtda onun evində
yaşamağa başlamışdı. Ona qarşı alicənablıq göstərmiş Riveraya xəyanət edərək, onun
rəssam arvadı, saqqalına görə inqilabçını “keçi” adlandıran Frida Kalo ilə intim
yaxınlığa girişmişdi və bu, ərlə - arvadın boşanmaları ilə nəticələnmişdi.
1956-cı ildə Nikita Xruşşov Sovet İttifaqı Kommunist Partiyasının XX
qurultayındakı gizli məruzəsində Stalinin şəxsiyyətinə pərəstişi amansız tənqidə məruz
qoymaqla, özünün də fəal iştirak etdiyi 1937-38-ci illərin repressiyasının bütün
günahını artıq qəbirdə uyumaqla özünü müdafiə etmək imkanı olmayan, vaxtilə kölə
kimi xidmət etdiyi bir adamın üstünə yıxdı. Hindular özləri öldürmədiklərinin skalpını
çıxartmırlar, yalnız özləri qətlə yetirdiklərinin skalpına sahib olurlar. Xruşşov isə
özünün Ukraynada öldürdüklərinin də skalpından imtina edərək, onları da Stalinin
xatirəsının üzərindən asdı.
Beş il sonra isə o, Hitler ordusu üzərində ilk böyük qələbə qazanıldığı,
müharibədə dönüş nöqtəsi sayılan Stalinqrad döyüşü ilə məşhurlaşan bir şəhərin adını
da dəyişdi. Stalinqradda sovet qoşunlarının qələbəsi sovet-alman cəbhəsində
müharibənin gedişində əsaslı dönüşün başlanğıcı kimi məşhurlaşmışdı. Adını daşıyan
döyüşdəki qələbəyə görə Stalinqrad əslində simvola çevrilmişdi. 6 iyun 1944-cü ildə
Müttəfiq qoşunlarının nəhəng desantından sonra Normandiyadakı ilk böyük qələbə -
burada almanlar bütün tanklarını itirmiş, 40 min alman əsgəri məhv edilmiş, 90 min isə
əsir götürülmüşdü – Normandiya Stalinqradı adlandırılmışdı. Məhz qələbə simvolu
kimi Stalinqrad adını yaşatmaq olardı, çünki həmin döyüşün şərəfi ilə Stalinə olan cılız
nifrətin heç bir əlaqəsi yox idi. Necə olur ki, Parisdə Stalinqrad küçəsi qalır, SSRİ-də isə
bu adın üzərinə tabu qoyulur. Amerikanın inqilabdan əvvəlki 13 koloniyasında Böyük
Britaniya kraliçalarının, kralının və digər xadimlərinin şərəfinə coğrafi adlar və şəhər
adları var idi: Virciniya (ingilislərin ilk məskunlaşdığı ərazi, sonra isə koloniya ingilis
kraliçası I Elizabetin “Bakirə” ləqəbinə görə belə adlanırdı), Merilend (əri kral Uilyam
Oranc ilə birlikdə İngiltərəni idarə edən kraliça Mariyanın şərəfinə), Pennsilvania
(Uilyam Penn1681-ci ildə Amerikadakı bu əraziyə qrant almış, kolonistləri gətirib orada
məskunlaşdırmış, öz adı və “meşə” sözündən ibarət olan həmin koloniyanı yaratmışdı),
Pittsburq (Böyük Uilyam Pitt iki il Böyük Britaniyanın faktiki baş naziri olmuş,
Yeddiillik müharibıdə fransızları Hindistanda, Afrikada, Kanadada və dənizlərdə
məğlub etmişdi) . Bu adlar inqilabdan sonra dəyişdirilmədi və indiyədək qalır.
Amerikanlar ingilis ağalığına qarşı mübarizə aparsalar da, qəzəblərin adları
dəyişdirmək yolu ilə söndürməyi məqbul hesab etmədilər.
Xruşşov barədə söhbət gedərkən Rusiyaya yarım il ərzində imperatorluq etmiş
ağıldankəm III Pyotr yada düşür. Onun taxt-taca gəlmə ərəfəsində, 1761-ci ilin sonunda
Yeddiillik müharibədə vuruşan Prussiyanın vəziyyəti çox ağır idi və kral II Fridrixi
sonrakı ildə məhv olmaqdan yalnız tale xilas edə bilərdi. Bu da baş verdi. Onun xilası
Rusiya imperatriçası Yelizavetanın 1762-ci ilin yanvarın 5-də ölməsi ilə gəldi. Bu vaxt
Prussiyaya, Fridrixə sitayiş edən III Pyotr imperator oldu. O, müharibədən Rusiya
ordularını geri çəkib, Fridrixə xidmət göstərmək məqsədilə rus ordusunun işğal etdiyi
Prussiya ərazilərinin hamısını, heç bir təzminat almadın ona qaytardı. Mayın 5-də
331
Fridrixlə sülh bağladı, onun vasitəçiliyi ilə Prussiya ilə onunla vuruşan İsveç arasında
da 17 gün sonra sülh bağlandı. Prussiya kralı isə minnətdarlıq əlaməti olaraq onu öz
dövlətinin hərbi zabiti rütbəsi ilə mükafatlandırdı. Rusiya yüksək dairələri bunu təhqir
kimi qiymətləndirirdilər. Iyunda isə nəinki Fridrixlə ittifaqa girdi, həm də əvvəlki
müttəfiqi olan avstriyalıların Sileziyadan qovulmasında onu köməklik göstərdi. Bunlar
azmış kimi, III Pyotr 18 min rus əsgərini Fridrixin sərəncamına verdi.
Xruşşov öz ölkəsinə xəyanət etməmişdi, sadəcə olaraq, ölkəsinin tarixinə təcavüz
etmişdi. Hitler Stalinqrad adını tarixdən silmək üçün avantyura xarakterli bir cəhd etsə
də, şəhərə hücumda çoxlu qurbanlar versə də, buna nail ola bilməmişdi. Xruşşov isə bir
qələm cızması ilə Hitlerin arzusunu həyata keçirmişdi və əgər o, qəbirdən çıxa bilsəydi,
yəqin ki, Böyük Fridrixə təqlid şəklində, düşmənlərinin “ 1 nömrəli kommunist”
adlandırdığı Xruşşovu da hansısa bir alçaldıcı rütbə ilə mükafatlandırardı.
Xruşşovun böyük qüsurları ilə yanaşı müsbət işlərini də etiraf etmək
lazımdır. Onun dövrü dövlətin vətəndaşa münasibətində “mülayimləşmə” illəri kimi
qəbul edilir. Bu dövr ədəbiyyatda, incəsənətdə, kinoda müsbət dəyişikliklərə səbəb
olmuşdu. KQB (Dövlət Təhlükəsizliyi Komitəsi) Olimpdən salınmış, lakin tam məhv
edilmədiyindən sonralar özünü daha güclü qaydada bərpa edə bilmişdi. Ölkədə xof
xeyli azalmışdı. Kəndlilər amansız vergidən azad edilmiş, onların kəndi tərk etməsinə
icazə verilmiş, şəhərlərdə kütləvi mənzil tikintisinə başlanmışdı.
Lakin Xruşşov daha çox özünün səfeh siyasəti və davranışı ilə xatırlanır. O,
dövləti idarə etməyi mindiyi atı çapmaq hesab etdiyindən voyuntarizmi, subyektivizmi
ilə fərqlənirdi. Rusiyanı, əsasən soyuq iqliminə baxmayaraq, bütöv qarğıdalı tarlasına
çevirmək istəyirdi, BMT Ali Məclisində çıxış edərkən, ayaqqabısını çıxarıb tribunaya
döymüşdü, Kuba böhranında dünyanı az qala Üçüncü Dünya müharibəsinə sövq
etmişdi. Xarici ölkələrə aylarla davam edən turist, əyləncə səfərinə çıxırdı. 1963-1964-cü
illərin qışında müharibədən sonra ilk dəfə olaraq xalqı yenidən yarımaclıqla üzləşməyə
gətirib çıxarmışdı.
Əlbəttə, 1937-38-ci illərin repressiyayaları sovet xalqına ağır zərbə vurmuşdu.
Yuxarı eşelondakı repressiyalar hakimiyyət uğrundakı mübarizənin əks-sədası olmaqla
yanaşı, bütünlüklə əsassız da deyildi. Uinston Çörçill özünün “İkinci Dünya
müharibəsi” adlı altıcildlik fundamental əsərində o vaxtlar SSRİ-də hərbi müxalifətin
mövcudluğunu və Stalinin onu dəf etdiyini yazır. Çoxlu hərbi xadimlər məhv edildi,
lakin müharibə ərəfəsində olan ölkə üçün hərbi müxalifətin heç də kiçik təhlükə
olmadığı da böyük bir sirr deyildir. Hətta Stalindən narazı olan böyük rus sərkərdəsi
G.M.Jukov da özünün “Düşüncələr və xatirələr” adlı dərin tədqiqat əsəri sayılan
kitabında həmin illərdə generallara və marşallara qarşı olan repressiya məsələsinə
toxunmur, arbitr rolunda çıxış etməmək üçün bu məsələnin üstündən keçir. O, bu
hadisələrin canlı şahidi olmaqla, nə baş verdiyindən yaxşı hali idi. Lakin repressiyanın
qurbanlarının nəslindən olanlar, bu ağır itkilərinə görə Stalini bağışlamaq fikrindən çox
uzaqdırlar.
Stalin sağlığında ölümündən sonra ona necə çox sayda ittihamlar yağdırılacağını
bilirdi. V. M. Molotov yazıçı Feliks Çuyevlə söhbətində bildirmişdi ki, “Yadıma düşür
ki, Stalin özü müharibə dövründə demişdi: “Mən bilirəm, ölümümdən sonra mənim
qəbrimin üstünə zibil topası tökəcəklər. Lakin zaman küləyi onu amansızcasına
332
sovurub yoxa çıxaracaqdır.” Yazıçı isə bunu “Molotovla yüz qırx söhbət” kitabında
qələmə almışdır. Əcnəbi dövlət xadiminin “müasir avtomat təsəvvürünə uyğun gələn
bəşər məxluqu hesab etdiyi ” Molotov yəqin ki, öz obyektivliyinə bu dəfə də xilaf
çıxmamışdı. Stalinin öncəgörməsi düz cıxsa da, ideyası tam həyata keçmədi, küləyin
zibil qalağını yoxa çıxaracağı barədəki ümidi puç oldu. Qəbri üzərinə tökülən zibil
topası, sağlığında Pamirdə öz adı ilə adlanan pik hündürlüyündə olduğundan, onu
dağıtmaq üçün adi külək deyil, nəhəng siyasi və ya sosial kataklizm lazımdır, lakin
onun hansısa bir vaxt mövcud olacağı ehtimalı da hələlik sıfra bərabərdir.
Stalinə ölkəsində yazılan odaların sayı- hesabı yox idi və bunlar da əsasən
məddahlıqdan başqa bir şey deyildi. Lakin ona, əks cəbhədən olanlar da çox xoş sözlər
ünvanlayırdılar. Çörçill Tehrandakı (noyabr 1943-cü il) və Yaltadakı (fevral 1945-ci il)
konfranslar vaxtı verilən ziyafətlərdə onun haqqında çox tərifli sözlər söyləmişdi: “Mən
səhər yuxudan qalxanda dua edirəm ki, Stalin yaşayır, salamatdır. Yalnız Stalin
dünyanı xilas edə bilər.” 1959-cu ildə Stalinin ölümündən altı il sonra, onun 80 illik
yubileyi münasibətilə Britaniya parlamentində çıxış edərkən demişdi: “Rusiya üçün
böyük xoşbəxtlik onda idi ki, ağır sınaq illərində ölkəyə dahi və... sərkərdə Stalin
başçılıq etmişdi. O, ən görkəmli şəxsiyyət idi.” Doğrudan da müharibə illərində o, təkcə
sərkərdəlik etmirdi, həm də vuruşan və dəhşətlərlə üzləşən ölkəyə, xalqa rəhbərlik
edirdi. Belə sınaq anında çoxları qorxudan titrəyir, qaçıb gizlənmək istəyir, yalnız
böyük iradə sahibləri qartal kimi qanad açıb səmaya pərvazlanmaq cəsarəti tapır.
Repressiyalara tam əks mövqedə olanlar da yox deyildi. Hətta üç on illik
keçəndən sonra həmin tufanın yenidən başlanacağına ümid bəsləyənlər də var idi.
Onlar əsasən vaxtilə repressiya maşınında alət kimi çıxış edənlər idi, öz donosları ilə
onun bəhrəsinin çoxalmasına kömək göstərmiş cılız məxluqlar idi. Məlum olmuşdur ki,
təkcə Moskvadakı mərkəzi orqanlara çuğulçuların siqnalı şəklində 4 milyon ərizə daxil
olmuşdu. Respublika, vilayət orqanlarına göndərilən böhtan dolu ərizələr də əlavə
olunsa, bu rəqəm dəfələrlə arta bilər.
Əslində inkvizisiyaya xidmət edən bu adamlar sonralar nəinki məsuliyyətə cəlb
olunmadı, bəziləri hətta daha da məşhurlaşdı. Onlar adi peşmançılıq hisslərindən də
çox uzaq idilər. Repressiya illərində bu prosesə canfəşanləqla xidmət edən 20 min çekist
vəzifədən sui-istifadə ittihamı ilə güllələndiyi halda, donosçular barədə elə bir gözə
çarpan tədbir görülməmişdi. Çuğulçuların övladları məsələ sərt şəkil alanda, öz
atalarının da məhz sistemin qurbanları olması barədəki xilas kəmərindən istifadə
etməyə üstünlük verirlər. Bəzi donosçular isə keçmiş zəmanənin reliktləri olsalar da,
çoxları kimi ilbiz qınına çəkilməyib, öz həyasız təbiətlərindən uzaqlaşmırdılar. Onların
bir eybəcər nüsxəsi ilə təsadüfən rastlaşmışdım.
Cavan vaxtı Mil düzündəki əyalətdə rayon partiya komitəsinin ikinci katibi
işləyərkən bir payız səhəri Araz çayının kənarındakı kəndə getmişdim. Kolxoz sədri ilə
birlikdə pambıq qurutma meydançasına gəldik. Kolxozçular pambığı qarğıdan tikilmiş
damdın çıxarıb qurutmaq üçün asfalt meydançaya sərirdilər. Onlarla görüşüb bir qədər
söhbət etdik, maşina yaxınlaşanda bir kolxozçu sədrə nəsə söz demək istəyib, onu
kənara çəkdi. Bu vaxt tanımadığım arıq bədənli bir qoca kişi yaxınlaşıb mənimlə
ərkyana qaydada görüşdü. Sonra əlini kolxoz sədrinə tərəf uzadıb: “Gör nə xoruzlanır!
Ancaq məndən qorxur. Çünki atasını 37-də balıqlara yem elətdirmişdim”. Qoca heç nə
333
anlamadığımı görüb, əlavə etdi: “Atasını gedər-gəlməzə göndərdim, yazdım ki, İrana
casusluq edir. Adi kolxozçu idi, ancaq qonşu kimi ondan xoşum gəlmirdi. Bu sədr o
vaxt hələ anasının qarnında idi, dünyaya yetim kimi gəldi. Anası sonra başqa ərə
getdi”.
Kolxoz sədri, sadə, təvazökar adam olmaqla, əksər həmkarlarından
fərqlənirdi. Həm də körpəliyindən atasız olduğundan yetimlik də onun şüuruna öz
fağırlıq ütüsünü çəkibmiş. Ona görə də qocaya bildirdim ki, sədrə böhtan atsan da xeyri
olmayacaq, artıq sənin düşündüyün zaman deyildir, indi mizantropların işi yaxşı
getmir. Bu sözləri eşidən kimi o, sakitcə uzaqlaşıb getdi. Sonra həmin qoca kişi bu dəfə
də kolxoz sədrinə şikayətlənirmiş ki, guya mən onu heyvan adlandırmışam.
“Mizantrop” sözünü yırtıcı heyvan növü kimi başa düşübmüş.
1937-38-ci illərdə ölkənin hər yerində çuğulçular (donosçular) zümrəsi
yaranmışdı. Rusiyada göbələk avqustda meydana gəldiyi kimi, onlar da həmin qadalı
illərdə münbit mühit tapmışdılar. Onlar böhtan yolu ilə istənilən adamı bədbəxt, hətta
məhv edə bilərmişlər. Hər yaşayış məntəqəsinin belə donosçuları var imiş və hamı
onlardan çəkinirmiş. İndiki professional amerikan boksçuları kimi onlara ləqəb də
qoyularmış.
Mənim tanış olduğuma bənzər nüsxələr həmin mənfur qaydaların yenə də
qayıdacağına çox ümid bəsləyirdilər və güman edirdilər ki, qoca vaxtlarında da köhlən
atın belində vüqarla gəzəcəklər. Arzu ahıl yaşa baxmır. Axı 94 yaşlı Venetsiya doju
Enriko Dandolo da səlibçiləri aldadaraq, onların yürüş istiqamətini dəyişdirmiş, öz
şəhərinin ticarətdə böyük rəqibi olan Konstantinopolu səlibçilərin köməyi ilə 1204-cü
ildə tutub, şəhəri qarət etmişdi. Burada o, Latın dövləti yaratmışdı. İşğal etdiyi şəhərdə
at belində məğrurcasına gəzərkən, yıxılıb budunu sındırmış və 1205-ci ildə
Konstantinopolda da ölmüşdü.
Misal çəkilən primitiv adamlar repressiya üçün yanacaq rolunu oynasalar da, elə
bir əhəmiyyətli fiqur deyildilər. Təəssüf ki, özünü ədəbiyyat nəhəngləri hesab edənlər
də bu biabırçı işə öz “töhfələrini” verməkdən qalmırdılar. Onlar böhtan atmaqla qələm
dostlarından rəqib saydıqlarını sıradan çıxarırdılar. Milli respublikalarda bu biabırçı
praktika daha geniş yayılmışdı. Bəzən yazıcılar repressiyanın güclənməsi üçün ideoloji
dayaq rolunu oynayırdılar. Bəlkə də böyük proletar yazıçısı Maksim Qorki öz şəxsi
düşmənlərinə heç bir xətər toxundurmamışdı və ya onlara, ümumiyyətlə, heç malik də
deyildi, nə olsun ki, Mayakovski onun Kapri adasında yaşamasını da lağa qoyan şeir
yazmışdı, baxmayaraq ki, vərəm xəstəsi olan Qorki əsasən müalicə məqsədilə İtaliyanın
bu isti və gözəl guşəsini seçmişdi. Lakin Maksim Qorkinin “Kim təslim olmursa, onu
məhv edirlər” sözləri repressiya dalğasının genişlənməsi üçün haray, çağırış rolunu
oynadı. Bu kəlmə minlərlə günahsız adamı Qolqofaya aparan yola daş döşədi.
Repressiyalar həm də görünməmiş qorxu, xof hissi yaradırdı, əslindı mənəvi
terror xarakteri daşıyırdı. Bunlar isə öz növbəsində yaltaqlığı, təzim qılmağı, köləlik
xüsusiyyətlərini qidalandırırdı. Axı həqiqi məhəbbət qorxu ilə bir yerdə yaşaya bilmir.
Stalinə ifrat təriflə dolu əsərlər yazılırdı, bəzən şairlər onu əsl bütə çevirməyə cəhd
edirdilər. Rus yazıçısı Leonid Leonov qriqorian təqvimindən imtina edib, tarixi İisusun
deyil, Stalinin anadan olduğu ildən başlamağı təklif edirdi. Bəzi Siyasi Büro üzvləri
Moskvanın adını dəyişib, ona Stalinin adını verməyi təklif edirdilər. Bu, Stalinin
334
hiddətinə səbəb olmuşdu. Roma imperatorları ayların adını dəyişib, onlara öz adlarını
verirdilər. Fransa inqilabı isə köhnə təqvimdən əl çəkib, qərar verdiyi ildən tarixi
başlamaqla, ayların da adını dəyişdirmişdi. Bir neçə ildən sonra bu yenilikdən əl
çəkilməli olundu.
Stalin özü də şəxsiyyətə pərəstişi güclənməsinin qarşısını almaq fikrindən uzaq
idi. Alman yazıçısı Lion Feyxtvanger 1930-cu illərdə Moskvada olanda Stalindən
soruşmuşdu: “Bəs Sizi bığlı adamın minlərlə portreti qıcıqlandırmır?” Ev sahibi
yüngülcə gülümsünüb, belə bir ruhda cavab verdi ki, bəli, əlbəttə, cənab yazıçı,biz
sizinlə ziyalı adamlarıq, biz bu bütə sitayişin cəfəngliyini başa düşürük, lakin biz öz
təbəələrimizin zövqləri ilə hesablbaşmaqla, alicənab və iltifatlı olmalıyıq, axı onların
çoxu dünənki kəndlilərdir. Beləliklə, o, bu daşan çaya bənd çəkmək fikrindən uzaq
olduğunu bildirirdi.
Lakin Stalin yəqin ki, bunu da bilməmiş deyildi ki, sitayiş adamların
mənəviyyatına ağır zərbə vurur, onları ruhən kasıblaşdırır. Xalq özünə məxsus ləyaqət
ruhunu itirdikcə kiçilməyə başlayır. Ona görə də İngiltərənin görkəmli siyasi xadimi,
baş nazir olmuş Uilyam Qladstounun Almaniya kansleri Otto fon Bismark barədəki:
“O, Almaniyanı böyütdü, almanları isə kiçiltdi” – sözlərini bütünlüklə Stalinə də aid
etmək olar. Zəkalara qurşaq qoyulması, düşünən adamların dilinin kəsilməsi, səsinin
boğulması cəmiyyəti yalnız tənəzzülə sürükləyə bilər. Stalin epoxası isə həm də belə
eybəcərliklərə şərait yaratmışdı.
Yaradıcı ziyalılar kimi elm adamları da şəxsiyyətə pərəstişin şişirdilməsində
xalqa olduqca pis nümunə göstərirdilər. Stalinin “SSRİ-də sosializmin iqtisadi
problemləri” əsəri çapdan çıxdıqdan sonra, hamı gur səslə onu tərifləməyə,
əhəmiyyətini göylərə qaldırmağa başladı. Hüquqşünas alimlər və filosoflar isə yaltaqlıq
müstəvisində daha uzağa gedərək, Stalinə məktubla müraciət edib, hüquqa və fəlsəfə
elminin tarixinə aid də kitab yazmağı ondan xahiş etmişdilər.
Hakim ideologiyaya xidmət ruhunda yazılmış əsərlər əslində yalnız təbliğat
vasitəsi olaraq qalırdı, bədii səviyyə məsələsində hər iki ayaqdan axsayırdı. Ona görə
də onların ömrü uzun olmadı, klassikliyə iddia etdikləri halda, öz populyarlığını heç
yarım əsr ərzində də qoruyub saxlaya bilmədi. Rəhbərin zövqü etalon kimi qəbul
edildiyindən, bu, ədəbiyyata, incəsənətə “ayı xidməti” göstərildi. Belə əsərlər az sonra
makulatura xarakteri daşıdı, dram və musiqi əsərləri səhnə üzünə həsrət qaldı, bir
günlük kəpənəklər kimi qısa ömürlə kifayətlənməli oldular. Vaxtilə Stalin və ya Dövlət
mükafatları laureatı adına layiq görünən müəlliflər indi heç ortabab yazıçıların
siyahısına da düşə bilmirlər.
Tarixçilərin fikrinə görə, dəniz qədim yunan üçün yaşayış və düşüncə tərzinin,
elmi və praktiki biliklərin sınaq mərkəzi idi. Dəniz yunanların tarlası, zəmisi, həm də
özünü təsdiq etmə meydanı idi. Bilikləri mənimsəməklə yanaşı yunan həm də təbiətin
uşağı olaraq qalmalı idi. Yunan mədəniyyəti üçün inkişaf etmiş təbiət hissi, onun
mütənasibliyi və təbii harmoniyası mühüm əhəmiyyət kəsb edirdi. Totalitar
cəmiyyətlərdə isə qan dənizi qorxu mənbəyinə, onu əsaslandırmaq tədqiqatına çevrilir.
Dövlətin etibarını və inamını qazanmaq üçün mədəniyyət xadimləri qatilləri vəsf etmək
yolunu tutur. Malik olduqları az-çox ilhamlarını buna həsr edirlər. Onlarda adətən
yaşamağı davam etdirmək, özü də maddi cəhətdən təmin olunmuş şəkildəki həyata
335
nail olmaq hissi aparıcı rol oynamaqla, həyatın mənasından üstün hesab edilirdi. Belə
münasibət isə çoxlarını gələcək unudulmaya, bəlkə də lənət uçurumuna aparırdı.
Qədim Roma tarixinin görkəmli şəxsiyyətlərindən biri olan Qay Qrakx demişdi ki,
“Gənclərin köməyi ilə nəciblər bir-birini qıracaqlar”. Bu sözləri dəyişərək demək olar ki,
ənamın köməyi ilə mədəniyyət xadimləri bir-birlərini dövlətin əli ilə qırmaqdan həzz
alırdılar. Bu da, onların özlərinin təsvir etməyə qadir olmadıqları ən böyük faciə idi.
Dostları ilə paylaş: |