İrqçilik, haqsız nifrət insanlığa qarşı cinayətdir
İrqçiliyin əsası bəşər irqlərinin fiziki və psixiki qeyri-bərabərliyi, cəmiyyətin
tarixinə və mədəniyyətinə irqi fərqlərin təsir göstərməsi barədə olan qeyri-elmi
konsepsiyaların məcmuudur. İrqçilik adamların binövrədən ali və aşağı irqlərə
bölündüyünü iddia edir, guya ki, əvvəlincilər sivilizasiyanın yeganə yaradıcıları
olmaqla ağalıq etməlidir, axırıncılar isə yüksək mədəniyyəti nəinki yaratmağa, hətta
onu mənimsəməyə qadir deyillər və istismara məruz qalmalıdırlar. XIX əsrin
ortalarında fransız J.A.Qobino ariləri “yüksək irq” adlandırmışdı. Sonralar irqçilik
sosial darvinizmlə çuğlaşdı.
Natsizmin rəsmi ideologiyasına çevrilən irqçilik dünyanı fəlakətə sürüklədi,
tarixə Holokost kimi dəhşətli cinayəti bəxş etdi. XX əsrdə bir sıra ölkələrdə bu
ideologiya irqi ayrı-seçkiliyə, seqreqasiyaya və aparteidə haqq qazandırmaq üçün
istifadə edilirdi. Amerika Birləşmiş Ştatlarında quldarlığın bir əsr yarım əvvəl ləğv
edilməsinə baxmayaraq, qara dərili vətəndaşlar hələ də bəzən ikinci sort adam kimi
qəbul edilməklə, onlara qarşı heç bir əsas olmadan, apriori cinayətkar hesab
olunduqlarına görə, yalnız nifrətdən qidalanan sərt tədbirlər görülür. Polis günahsız
adamları dərisinin rənginin fərqinə görə atəşlə qətlə yetirməkdən də çəkinmir.
İrqçiliyin baş alıb getməsi üçün ayrı-ayrı xalqlara qarşı cürbəcür saxta ittihamlar
irəli sürülür, onların ali irqdən xeyli aşağıda durması, hətta insan olmaması barədə
gülünc fərziyyələr uydurulur. Natsist Almaniyasında hələ yəhudi qırğınlarına start
verilməmişdən əvvəl, onlar insan olmayan (Untermenchen) adlanırdı və ziyanvericilərə,
xəstəliklər yayan həşəratlara oxşadılırdı. Hitler bu ideoloji silahdan istənilən xalqa qarşı
istifadə edirdi. Polşaya hücum edəndə polyakları heyvan adlandırmışdı, bütün
slavyanları insan hesab etmirdi. Belə münasibət dehumanizasiya xarakteri daşımaqla,
insanlığa, bəşəriyyətin digər üzvlərinə nifrət aşılamaq məqsədini güdürdü. Bütün
zamanlarda və hər yerdə belə baxışlar zorakılığın və zülmün səbəbinə çevrilirdi.
Adamlar bir-birlərini kütləvi qaydada dehumanizasiya edir, yad xalqı təhqiramiz
adlarla adlandırmaq qaydasına keçirdilər. Bəzi siyasi xadimlər də bu mərəzdən
kənarda qala bilmir. İsrailin baş naziri Benyamin Netanyahu 2014-cü ildə oğurlanmış üç
yəhudi yeniyetməsinin qatillərini yırtıcı heyvanlar adlandırmışdı, əlbəttə ki, bu vaxt o,
320
ərəbləri nəzərdə tuturdu. Lakin fələstinli oğlanı qisas naminə yandıran yəhudi
ekstremistlər barədə isə belə təşbih işlətməmişdi. Axı vaxtilə Hitler onun bütöv
millətinə oxşar təhqiramiz ad verirdi, indi dövr dəyişmişdir və nifrət edilən xalqı hər
cür alçaldıcı adla adlandırmaq məqbul hesab edilə bilər. Təəssüf ki, nifrət qızışanda, dili
də öz tabeliyinə sala bilir.
XIX əsrin əvvəllərində dövriyyəyə daxil olan “dehumanizasiya” termini digər
adamları insan olmayan məxluqlar kimi qəbul edilməsini bildirirdi. Bunu əsas
götürməklə vəhşicəsinə davrananlar öz qurbanlarını adətən insan hesab etmirlər.
Natsistlər yəhudiləri nəinki ziyanverici (vermin) adlandırırdılar, bütövlükdə onlara
insan qiyafəsində olan ziyanverici heyvanlar kimi baxırdılar. Afrikada məskunlaşan
ilkin avropalılar qula çevirdikləri qara dərili afrikalılar barədə deyirdilər ki, düzdür,
zəncilər öz bədən quruluşlarına görə bir qədər insana bənzəsələr də, onlar heç də adam
deyillər. “Onlar adam deyillər, onlar könüldən məhrumdurlar; onları heyvan hesab
etmək lazımdır və onlara müvafiq qaydada münasibət bəslənilməlidir”. Bu, Afrikanın
Avropa mənşəli sakinlərinin düşüncələri idi.
Yəqin ki, onlar XIX əsrin ortalarında çapdan çıxan və hətta İngiltərədə 1 milyon
tirajla yayılan amerikan qadın yazıçısı Harriet Biçer Stounun “Tom dayının koması”
romanını oxusaydılar, yəqin ki, belə kobud və insafsız səhvə yol verməzdilər. Müəllif
zəncilərin ifrat sədaqət hissini, hətta zülmə də qisas fikrindən uzaq olmaqla boyun
əymələrini əsas götürərək, belə bir fikir irəli sürmüşdü ki, əgər Allah nə vaxtsa dünyaya
rəhbərliyi bir xalqa etibar etmək istəsəydi, yəqin ki, ürəklərinin genişliyinə görə bu ali
missiyanı məhz zəncilərə həvalə edərdi. Doğrudan da Cənubda yaşayan zəncilər ağ
ağalarından əsasən zülm, ədalətsiz cəzalar gördükləri halda, ABŞ-dakı Vətəndaş
müharibəsinin son dövrlərində malikanələrini tərk etmiş bu adamlara xəyanət
etməyərək, qayıdanda hər şeyi əvvəlki tərzdə onlara təhvil vermişdilər. Harriet Stou öz
geniş müşahidələrinə əsaslanaraq yuxarıdakı illyüziya xarakterli ideyasını qələmə
almışdı. Yazıçı teatrda görüşdüyü prezident Abraham Linkolna quldarlığı ləğv etdiyinə
görə təşəkkür etdikdə, ABŞ prezidenti onun bu sahədə xüsusi əməyi olduğunu qeyd
etmişdi.
Hitlerin yaxın silahdaşı, ölüm düşərgələrinin təşkilinin təşəbbüskarı və idarə
edəni olan Henrix Himmler yəhudiləri yırtıcı, acgöz və adam olmayan məxluq hesab
edərək yazırdı ki, “İnsan görünüşü olan adamların heç də hamısı insan deyildir.” Onun
rəyinə görə, yəhudilər “əgər onları mənəvi və psixoloji şkala ilə ölçsək, heyvanların
istənilən növündən aşağıdadırlar”.
Afrikadakı müstəmləkəçi işğalçılar və natsist xadimlər bir-birinə çox yaxın
təfəkkürə malik idilər. Guya ki, zəncilərin və yəhudilərin insan sifəti, insan olmayan
özəyi gizlətmək məqsədini güdür. Təfəkkürün bu nümunəsi beləliklə məkanda və
zamanda dəhşətli ardıcıllıqla öz əksini tapırdı, bir mədəniyyətdən digərinə, bir tarixi
epoxadan sonrakına keçirdi.
İnsan olmayan (subhumanity) anlayışında insan həyatı yüksək dərəcədə
qiymətli olduğu kimi xarakterizə edilsə də, belə qiymət tarakanın qiymətliliyi barədəki
görüşlərə kəskin surətdə əks çıxır. Adamlarda adətən müəyyən mənəvi statusun
olduğu etiraf edilir və onun tarakanlarda olması isə inkar edilir. Onlar insan tərəfindən
ayaqları ilə əzilə bilər, lakin insanın özü ilə belə davranmaq olmaz. 1994-cü ildə
321
Ruandada iki tayfa arasındakı müharibədə Hutu döyüşçüləri Tutsi tayfasından olan öz
qonşularını tarakan ( inyenzi) adlandırırdılar. Bu isə onların məhv edilməsini mümkün
olan bir işə, hətta məcburi vəzifəyə çevirirdi, nəticədə tutsilər əsl qırğına məruz
qaldılar.
Mənəvi sərhədlərin yoxluğu şəraitində nəticədə adamların sosial həyati qeyri-
mümkün olana çevrilirdi. İstənilən cəmiyyətdə əxlaqi imperativlər vardır. Elə bir insan
cəmiyyəti yoxdur ki, orada onun üzvlərindən birinə alaq otu, parazit və ya heyvan kimi
münasibət bəsləməyə icazə verilsin. Çünki bunun dalınca onun canına da qənim
kəsilmək üçün “ov” başlanır. Donuzun, qoyunun boğazına kəsmək olar, ancaq bunu
uşağa qarşı etmək ağlasığmaz bir işdir. Axı Bibliyada Allah da yalnız özünə olan
sədaqəti sınamaq üçün Abrahamdan bunu tələb etdikdə, onun möminliyinə əmin olub,
uşağın qurban kimi kəsilməsinə icazə verməmişdi. Min illər keçdikdən sonra uşağın ya
başqa insanın həyatına qəsd etmək isə ən ağır cinayət hesab olunur.
Təəssüf ki, zorakılığa qarşı ambivalet (ikili) münasibət mövcuddur. İnsanlar
əvvəlcədən digər adamlara qarşı olan zorakılığa müstəsna dərəcədə güclü qadağalar
qoymalı idilər. O vaxt zorakılığın bu və ya başqa tərəfə qarşı törədilməsindən asılı
olmayaraq, ona qiymət verilməsində fərqli yanaşmalara bütünlüklə son qoyulardı. Tam
sağlam, düzgün tərbiyə olunmuş fərd, ruhi və fiziki stress keçirməyə qadir olan adam
hətta döyüş səhnəsində belə, digər adamın öldürülməsinə münasibətdə də bu cür güclü
bir daxili və adətən anlaşılmayan müqavimət hissinə malik olur. Müharibənin köməyi
ilə genosid tətbiq edildikdə və ya gücsüz əhali əsarətə alındıqda belələri öz borcunu
yerinə yetirməkdən imtina edərək, hətta atəş açmaq da istəmir.
Hansısa müstəmləkəçi xalq öz sərəncamına özgənin resurslarını ala bilər, bəlkə
də bu, başqaları üçün qeyri-mümkündür, ancaq bu, heç olmazsa daha yumşaq yollarla
baş tutmalıdır. Ona görə də qan axıdılması perspektivindən yaranan öz şəxsi dəhşətinə
görə adamların bundan yayınmaları ilə yanaşı, belə perspektivin, ümumiyyətlə
bütövlükdə belə cinayətlərin baş verməsinin qarşısını almaq üçün metodlar işlənib
hazırlanmalıdır.
Ziyan vurmaq məqsədi güdülən adamlara qarşı adətən dehumanizasiya baş
verir, mənəvi, əxlaqi məhdudiyyətlər sıxışdırılıb çıxarılır. Dehumanizasiya təkcə Hitler
və Pol Pot kimi nadir eybəcər əjdahaların (monstrların) qisməti deyildir. Hitler bütün
Avropanı, Pol Pot isə öz doğma ölkəsi Kambocanı qan dənizinə çevirməyə can atırdı və
əsasən buna nail olmuşdular. Dehumanizasiya dəhşətli zorakılığın və qəddarlığın
tətbiq edilməsinə yol aça bilər.
Təbabət sahəsindəki mütəxəssislərin birgə fəaliyyətləri nəticəsində bəşəriyyət
bir vaxtlar onun üçün lənət sayılan xəstəliklərə qalib gəlməyi bacarmışdır. XX əsrdə 0,5
milyon adamın həyatına son qoyan çiçək xəstəliyinin kökü bu gün kəsilmişdir. Vərəm
və ya taun xəstəliklərinin meydana çıxması halları hələ baş versə də, yaxşı məlumdur
ki, onların qabaqcadan qarşısını almaq və təhlükəsini aradan qaldırmaq artıq
mümkündür. Bəlkə də nə vaxtsa insanlar öz resurslarına müvafiq olan istiqamətlərin
əhəmiyyətini başa düşməklə dehumanizasiyanın da qarşısını almağı, onu
dayandırmağı və ya bütünlüklə kökünü kəsməyi bacaracaqdır.
İrqçiliyin ilkin təzahürlərini ispanlar Meksikanı və Perunu işğal edəndə,
ağlar, xüsusən ingilislər Şimali Amerikada məskunlaşdıqdan sonra onların yerli, tuzəm
322
əhaliyə göstərdikləri qəddarlığın, vəhşiliyin timsalında görmək mümkündür. Ernando
Kortesin başçılığı altında ispan ekspedisiysı 1519-cu ildə Meksikada sahilə çıxıb, indiki
Mexikonun yerində olan atstek paytaxtı Tenoçtitlanı işğal edəndə, atstek hökmdarı
Montesuma onun şəxsində , rəvayətə görə vaxtilə himayə etdiyi xalqı tərk etmiş ağ
sifətli allahın qayıdıb gəldiyini güman edərək, ona qiymətli hədiyyələr verdi.
Montesuma Kortesi inandırmağa çalışdı ki, o, şəhərə girməsin. Kortes isə Tenoçtitlanı
tutub, Montesumanı girov götürdü. Atsteklər qiyam qaldırıb, işğalçıları şəhərdən
qovdular. İspanlar dörd ay davam edən qızğın döyüşdən sonra paytaxtı yenidən
tutdular və əhalini kütləvi surətdə qırmağa başladılar. Meyidlərin üfunəti şəhərin
havasını korlamışdı, bundan Kortesin özü də xəstələnmişdi. Montesuma da ispanların
vurduğu yaradan 1520-ci ildə ölmüşdü.
1531-ci ildə ispan konkistadoru Fransisko Pisarro Peruya qədəm basanda
imperiyanı idarə edən Atahualpanı oğurlatdırdı. Peru hökmdarı müşavirlərinə xəbər
göndərdi ki, ispanların tələb etdiyi girov məbləğini ödəsinlər. Lakin Pisarro onu azad
etmədi və1532-ci ildə edam etdi. Həmin ili Kusko şəhərini işğal edib, oradan nəhəng
həcmdə qızıl götürdü. Hətta perulular ispanların tələbi ilə çox yer tutmasın deyə,
olduqca qiymətli qızıl bəzək şeylərini əridib, kütlə şəklində təhvil verirdilər.
Şimali Amerikada isə yerli əhali olan hindulara qarşı yeni məskunlaşan
ingilislər əsl genosid həyata keçirirdilər, bərabər olmayan döyüşlərdə çox sayda hindu
qırılırdı. Amerikanlar onların yaşadıqları əraziləri ələ keçirirdilər. 1776-cı ildən indiyə
qədər Birləşmiş Ştatlar Şimali Amerikanın yerli əhalisinin təqribən 1,5 milyard akr
torpağını onların əllərindən almışlar ki, bu da Böyük Britaniya ərazisindən 25 dəfə
çoxdur. Amerika hindularının zorla torpaqlarından köçürülməsi “Göz yaşları yolu”
adlanır. Hindulara qarşı müharibə onların kökünü kəsmək məqsədini güdürdü.
İnqilabın elan etdiyi azadlıq və bərabərlik idealları onlara aid deyildi. 1800-cü ildə
sonralar Birləşmiş Ştatlara məxsus olacaq ərazilərdə yerli amerikalı hindular əhalinin 15
faizini təşkil edirdi, 1900-cü ildə isə Şimali Amerika hinduları əhalinin təqribən 0,5
faizinə bərabər idi, beləliklə öz vətənlərində milli azlığa çevrilmişdilər. İndi onlar 3,8
milyon nəfər olmaqla, ABŞ əhalisinin 1 faizindən çoxunu təşkil edirlər.
İnsana nifrət özünü müxtəlif formalarda göstərir, onun ən iyrənc növlərinə
də tarixdə rast gəlmək mümkündür. Kompraçikoslar (bu söz ispan dilində “uşaqları
satın alanlar” deməkdir). İspaniyada, İngiltərədə və digər ölkələrdə XIII-XVII əsrlərdə
uşaqları oğurlamaqla və ya satın almaqla, onları təlxək, akrobat və sairə şəklində
satmaq üçün eybəcər hala salmaqla məşğul olurdular. Viktor Hüqonun “Güləyən
adam” romanının qəhrəmanı Quinplen uşaq vaxtı kralın əmri ilə həmin adamlar
tərəfindən belə eybəcərləşdirilmişdi. Onun ağzı qulağına qədər cırılmış olduğundan,
daim, hətta ağlayanda da gülən kimi görünürdü. Yeganə yaxşı hal orasında idi ki,
Quinplenə vurulmuş gözəl qız Deya Ursus kor olduğuna görə onun eybəcərliyindən
hali deyildi. Quinplenin dəhşətli qılafının arxasında onun həssas, fədakar və sevən
könlü gizlənirdi. Dahi Hüqo uşaqlara qarşı insanlığa zidd olan bu qəddarlığı özünə
məxsus olan təsirli yaxmalarla, yüksək effektliliklə təsvir edir.
Kompraçikoslar çoxdan tarixin zibilliyinə təhvil verilmişdir. Lakin uşaqlara qarşı
cinayətlər formasını dəyişməklə başqa şəkil alır. Bütün dünyanın hiddətinə səbəb olan
pedofiliya genişlənərək, artıq biabırçı şəbəkələrin köməkliyi ilə yayılmağa başlamışdır.
|