Həyata nüfuz anı Demokratiyanın ibrətamiz erkən tarixinə baxış


Epiloq və ya sərt müəllimdən öyrənmək ehtiyacı



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə57/105
tarix28.12.2016
ölçüsü3,87 Mb.
#3727
1   ...   53   54   55   56   57   58   59   60   ...   105
Epiloq və ya sərt müəllimdən öyrənmək ehtiyacı 

 

Ötən minilliklər, əsrlər insana çox şeyi öyrədir, bu şərtlə ki, adamların 



öyrənməyə həvəsi və ehtiyacı olsun. Tarix heç kəsi ona maraq göstərməyə məcbur 

etmir, bu məsələdə azacıq yanğı hiss edənlər, istənilən an həmin bulağın gözünə 

dodaqlarını söykəyib, onun təmiz və şirin suyundan yararlana bilər. Tarixdən 

öyrənmək istəməyənləri isə o, sərt bir müəllim kimi cəzalandırır. Ona görə də ləyaqətlər 

və qüsurlar daşıyıcılarına nüfuz etdikcə, biz onlar arasındakı fərqləri təhlil etməyi və 

bundan nəticə çıxarmağı bacarmalıyıq. Yaxşı olan nədirsə, ona can atmalıyıq, pis 

olandan uzaqlaşmalı, onu məhkum etməklə, yayılmasına bacardığımız qədər, 

imkanımız çərçivəsində müqavimət göstərməliyik. Belə olan halda, nöqsanlar xeyli 

azalardı, böyük Çin mütəfəkkirinin dediyi kimi, hər bir adam cəmiyyətdə öz 

qabiliyyətinə uyğun olaraq yer tutardı. Bu yer istedadlı adamlar üçün xüsusən vacibdir, 

axı oda qida lazımdır. İstedadsızlar isə iri balıqlar toru deşib çıxan kimi, bütün bəndləri 

adlayıb, özlərinə müvafiq və sərfəli olan yer tapa bilirlər.  

İnsanlar bir qayda olaraq taleyin böyük və ardıcıl zərbələrinə dözməli olur. 

Makiavelli taleyi daşıb, çölləri basan, ağacları yıxan coşqun çaya bənzədirdi. Bu çay 

insanları da öz axınına salıb, onlar üzərində istənilən təcrübə apara bilir. Ona görə də 

adamlar çayın sakit vaxtlarında ehtiyatlılıq tədbirləri görməlidirlər. Zamana bel 

bağlamaq da sərfəli deyildir, axı zaman özü ilə həm şəri, həm də xeyri gətirir.  

Bir cəhət də nəzərə alınmalıdır ki, adamların xarakteri də dəyişilməyən deyildir, 

həyat sobasında hər cür filiz əriməyə məruz qalır. Xarakterlərin yaxşı tərəfə dəyişiləcəyi 

ümidi bizə virtual təsəlli verməklə yanaşı, gələcəyə inam qığılcımını meydana 

gətirməklə nəcib bir iş görmüş olur. Yəhudilər xanuka bayramını qeyd edərkən, 

əcdadlarının işığa münasibətinin ifadəsi kimi “azacıq işıq qaranlığı dağıdır” sözlərini 

təkrar edirlər. Gələcəyə isə insanlar onun daha işıqlı olacağına görə ümid bəsləyirlər, 

deməli, nəciblik işığı qüsurları, bütün qaranlıq cəhətləri yoxa çıxaracaq və adamların 

çox arzuladıqları nisbi ləyaqətlər səltənəti bərqərar olacaqdır. Ancaq onu yaddan 

çıxarmaq olmaz ki, insanlar ağaclardan fərqli olaraq bir-biriylə harmoniyada 

yaşamırlar. 

Əsl ləyaqətlər və harmoniya barədəki arzu isə heç də Qiyamət gününə bəslənən 

ümiddən kiçik deyildir. Keçmişə salınan kiçik nəzər bu arzunun reallaşması ehtimalının 

uzaq gələcəyə istiqamətləndiyindən xəbər verir. Dünyaya nə qədər qocalmış kimi 

baxsaq da, Yer üzü qocalığını etiraf etmir və bizi onun səthində baş verən olaylardan 

öyrənməyə çağırır. Şərqin böyük şairi Rabindranat Taqorun yazdığı kimi: 

     Dünya  bir sərt müəllimdir. 

     Keçirir ürəklərimizi sınaqdan. 




336 

 

     Biz hamımız öyrənirik məktəbdə, 



     Dünya adlanan bir atadan. 

        Atanı, valideynlərimizi saydığımız kimi dünyanın da nəsihətlərinə onlarınkı 

tək qulaq assaq, yalnız qazanmış olarıq. 

     


                                          Son 

 


Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin