3. Qədim Roma imperiyası
Respublikanın yarandığı dövrdə Roma şimalda etrusklar, volskilər və ekvililər
daxil olmaqla düşmənlərlə əhatə olunmuşdu. Latsiumu müdafiə etmək üçün Roma
Latın icmaları ilə ittifaq bağladı, öz qonşuları ilə, demək olar ki, xeyli davam edən
müharibələr aparırdı. Latın dövlətlərinin qiyamı baş verdikdə (b.e.ə. 340-cı il) Roma öz
müttəfiqləri üzərində ağalığını artırdı. Bir müddət Mərkəzi Apennindən olan dağ
adamları ilə – samnitlərlə mübarizə apardı. Onlar Romadan cənubda, Kampaniyada
yaşayırdılar. Samnitlər üzərində qələbə ilə İtaliyanın xeyli iri hissəsinə nəzarət edib,
yarımadanın cənubundakı yunan icmaları ilə birbaşa kontakta girdi. Tezliklə bu yunan
şəhərlərindən bəziləri ilə düşmənçiliyə başladılar. Nəticədə onlar Epir çarı Pirrin
köməyindən istifadə etdilər.
Pirr 20 min qoşunla Adriatik dənizini keçəndən sonra romalıları iki dəfə
döyüşdə məğlub etdi. Lakin hər iki döyüşdə ağır itkilər verməli oldu, buradan da
ironiya xarakterli «Pirrin qələbəsi» ifadəsi meydana gəlmişdir. Daha bir vuruşda isə
romalılar onu qəti məğlubiyyətə uğratdılar və İtaliyanın cənubunun da işğalını başa
çatdırdılar.
Romalılar İtaliyada ağalıq edərkən b.e.ə. 338-ci ildə Roma konfederasiyasını icad
etdilər, bəzi xalqlara hətta Roma vətəndaşlığı verdilər. Romalılar təkcə yaxşı əsgərlər
deyildilər, həm də inadkar idilər. Nəticədə onlar praktiki strategiya hissinə malik
oldular. B.e.ə. 264-cü ildən koloniyalar – istehkamlanmış şəhərlər saldılar, yollar
tikməklə onların sakinləri ilə əlaqə yaratdılar və səmərəli olan hərbi və kommunikasiya
şəbəkələrinə yiyələndilər. Öz müharibələri üçün bütün İtaliyanın «top ətini» tam
səfərbərliyə ala bildilər.
İtaliya yarımadasını işğal etdikdən sora romalılar qüdrətli Aralıq dənizi dövləti
olan Karfagenlə üz-üzə gəldilər.
B.e.ə. 800-cü ildə Tirdən olan finikiyalılar tərəfindən salınan Karfagen, dəniz
ticarət yolu üstündəki çox əlverişli bir yerdə yerləşmişdi və mühüm kommersiya
391
mərkəzinə çevrilmişdi. Karfagen həm də tədricən qüvvətli hərbi dövlətə çevrildi. B.e.ə.
III əsrdən Karfagen imperiyasına şimali Afrika sahili, cənubi İspaniya, Sardiniya,
Korsika və qərbi Siciliya daxil idi. Qərbi Aralıq dənizindəki ticarətə inhisar hüququna
malik olmaqla, Karfagen həmin zonada ən böyük və ən varlı dövlət idi.
Birinci Puniya müharibəsi (b.e.ə. 264-241-ci illər) – Finikiya latın dilində Puniya
adlanırdı, – iki Siciliya şəhəri arasındakı mübarizəyə, romalılar müdaxilə etməyi və ora
ordu göndərməyi qərara alanda başlandı. Karfagenlilər Siciliyanı öz təsir sferası hesab
edirdilər, ona görə də romalıların hərəkətini “Casus belli” – müharibəyə girməkdən
ötəri formal səbəb və müharibə üçün əsl səbəb kimi qiymətləndirdilər. Hər iki tərəf
müharibəyə girməklə Siciliyanı bütünlüklə işğal etmək qərarına gəlmişdi. Romalılar
donanma barədə zəif olduqlarından gəmilər qayırmağa girişdilər. Karfagenlilər isə
döyüşü davam etdirmək üçün muzdlu əsgər toplamaqda çətinlik çəkirdilər. Hər iki
tərəf uzun mübarizədə döyüşləri uduzsalar da, güclənən Roma donanması Karfagen
hərbi-dəniz qüvvələrini məğlub etdi. Qərbi Siciliyanın şəhərlərinə Karfagenin nəzarət
etməsinə son qoyuldu. B.e.ə. 241-ci ildə Karfagen sülh xahiş etməklə Siciliya barədəki
bütün hüquqlarından imtina etdi və təzminat ödəməli oldu.
İkinci Puniya müharibəsinə qədər olan dövrdə gözlənilmədən Karfagen dirçəldi.
Hərbi xadim Hamilkar Barka Karfagenin İspaniyada sahib olduğu torpaqları
genişləndirdi. Bu ərazilər onu canlı qüvvə ilə təmin edəcəkdi. Yerli ispanlar yaxşı
əsgərlər idi, həm də onlar yaxşı qılınclara malik idilər. Hamilkar və onun varisləri
heybətli piyada ordu qurdular və güman edirdilər ki, Karfagenin Roma ilə ikinci
müharibəsi uğurlu olmaqla, Romanı məhz quruda məğlub etməkdən asılı olacaqdır.
B.e.ə. 221-ci ildə Hamilkarın oğlu Hannibal atasının ölümündən sonra, bu vaxt
onun 25 yaşı var idi, Karfagen siyasətinə istiqamət verən bir şəxsə çevrildi. Üç il sonra
Roma və Karfagen yenidən müharibədə idilər. 218-ci ildə Hannibal Alpı aşıb İtaliyaya
girdikdən sonra döyüşlərdə qələbə çalırdı. B.e.ə. 216-cı ildə isə o, Kannda Roma
ordusunu darmadağın etdi. 40 mindən artıq romalı əsgər öldürüldü. Bir sıra italyan
şəhərləri də Roma ağalığına qarşı qiyam qaldırıb, Hannibala tərəf keçdi.
Lakin romalılar qiyam qaldırmış italyan şəhərlərinin bəzilərini yenidən tutdular.
B.e.ə. 206-cı ildə Roma generali Publi Korneli Stsipion Hannibalın taktikasından istifadə
edərək karfagenliləri İspaniyadan qovdu. Sonra isə müharibə birbaşa Karfagen
ərazisinə keçdi. Karfagenlilər Hannibalı İtaliyadan geri çağırmağa məcbur oldular.
B.e.ə. 202-ci ildəki Zama döyüşündə Stspion Hannibal və Karfagen qoşunları üzərində
qəti qələbə çaldı. Karfagen İspaniyanı itirdi. Roma Aralıq dənizinin qərbində aparıcı
qüvvəyə çevrildi.
Lakin bəzi romalılar daha çox şeyə nail olmaq istəyirdi. Görkəmli siyasətçi
Böyük Katon Karfagenin bütünlüklə məhv edilməsinin tərəfdarı idi və senatdakı hər bir
çıxışını bu sözlərlə bitirirdi: «Və mən düşünürəm ki, Karfagen hökmən dağılmalıdır!»
Karfagen sülh müqaviləsinə əməl etməyəndə Roma müharibə elan etdi. Stspion Emilian
Kiçik Afrikalının başçılıq etdiyi Roma qüvvələri Karfagenlə üçüncü və axırıncı
müharibəyə (b.e.ə. 149-146-cı illər) başladı. Bu vaxt romalılar Karfagenin son məhvi
variantını həyata keçirirdilər. Karfagen ərazisi Afrika adlanmaqla əyalətə çevrildi.
Roma imperiyası üç səhnədə qurulmuşdu: İtaliyanın işğalı, Karfagenlə münaqişə
və qərbi Aralıq dənizindəki ellinistik çarıqların özünə cəlb və tabe edilməsi yolu ilə.
392
Romalılar imperiya yaratmağın böyük planına malik deyildilər. Həqiqətən də,
romalılar yalnız müdafiə məqsədlərinə görə və ya müttəfiqlərini müdafiə etmək üçün
müharibə elan edirdilər. Lakin Roma kübarlığından bəziləri ərazinin genişlənməsinə
rəğbətlə yanaşır və ondan fayda gözləyirdilər. Bol qul əməyi ehtiyatına malik olurdular,
bu da böyüməkdə olan malikanə torpaqlarını becərtdirməyə imkan verirdi.
Yunanıstanda Korinfin və Afrikanın şimalında Karfagenin dağıdılmasından (hər ikisi
eyni ildə baş vermişdi) Roma imperializmi daha lovğa və zorakı olana çevrilmişdi.
İmperiya artıq Avropada və Asiyada isə Yaxın Şərq əraziləri hesabına xeyli
genişlənmişdi.
Qay Yuli Sezarın b.e.ə. 44-cü ildə qətlə yetirilməsi ilə Romada başqa bir vətəndaş
müharibəsi səhnəsi meydana gəldi və bu, respublikaya ölümcül zərbə vurdu. Roma
imperiyası nə qədər geniş olsa da, iki rəqibə – Oktaviana və Antoniyə xırda gəlirdi və
bu düşüncə onları münaqişəyə cəlb etdi. B.e.ə. 31-ci ildə Oktavianın qüvvələri
Yunanıstandakı Aktsi döyüşündə Antoninin və onun məşuqəsi , Misir çariçası
Kleopatranın ordularını və donanmalarını darmadağın etdi. Onların hər ikisi Misirə
qaçdı və başqa çıxış yolu görmədiklərindən, bir-birinin ardınca özlərini intihar etmək
qərarına gəldilər.
Nəhayət, Roma dünyasına – Pax Pomana-ya sülh gəldi. Son iki yüz ildəki ən
möhkəm stabillik məhz Oktavian dövründə hökm sürdü. Romalılar antik dövrün ən
böyük imperiyasında sülh yarada bildilər.
Avqust Yuli-Klavdi sülaləsini yaratmışdı, sonrakı dörd hökmdar onun özünün
və ya arvadının nəsli ilə qohum idi. Bu sülalənin hökmdarları qabiliyyətlərinə görə bir-
birindən xeyli fərqlənirdi. Tiberi səriştəli general və bacarıqlı inzibatçı idi. Tiberinin
nəvəsi və Avqustun nəticəsi olan Kaliqula tiran davranışı nümayiş etdirirdi. Klavdi
arvadının iyrənc davranışından əziyyət çəkirdi, özü isə savadlı və səriştəli hökmdar idi.
Neron dövlət işlərinə, xüsusən hərbi məsələlərə laqeyd idi. Sülalənin yıxılması
Neronun hökmranlığı dövrünə təsadüf etdi. Neron ilk illərdə filosof Senenakın
məsləhəti ilə yaxşı işləsə də, tezliklə öz vəzifəsini yerinə yetirməkdən yoruldu və özünü
digər maraqlara – səslə oxumağa, aktyorluğa, at çapışına və cinsi eybəcərliklərə tabe
etdi.
İlk dəfə Flavi sülaləsindən olanlar, xüsusilə Domitsian printseps sözündən
imtina edib imperator titulundan istifadə etməyə başladı. İmperator tezliklə mütləq
monarxa çevrildi.
196-180-ci illərdə beş nəcib imperator hakimiyyətdə oldu. Nerva, Trayan, Adrian,
Piy, Mark Avreli imperiyanı möhkəmləndirməklə yanaşı, bacarıqlı adamlar kimi
dövlətin yaxşı qaydada idarə edilməsinə çalışırdılar. Onların dövründə çox sayda
akveduk, körpü, yollar və limanlar tikilmişdi, ictimai işlər bütün əyalətlərdə və
Romanın özündə aparılırdı. Trayan Romada yeni forum tikdirmişdi, orada onun
qələbələrinə həsr olunmuş qüllə var idi. Adrianın Panteonu «bütün allahların məbədi»
olmaqla, Romada indiyədək salamat qalan ən böyük antik tikililərdən biridir.
II əsrdə Roma imperiyasının ərazisi 3,5 milyon kv.mil idi və Han Çininə bənzər
qaydada onun əhalisi 50 milyon nəfər idi. Bu geniş ərazinin idarə edilməsi daim qayğı
və diqqət tələb edirdi.
393
Avqustdan sonra da bəzi imperatorlar öz məsuliyyətlərinə ciddi yanaşırdılar.
Məsələn, Adrian imperiyanın bütün əyalətlərinə b.e. 121-132-ci illərində səfər etmişdi.
Nəhəng imperiyanın mərkəzində qədim şəhər Roma dururdu. Həqiqətən
paytaxt şəhəri olmaqla Roma imperiyadakı bütün şəhərlərdən daha çox sayda olan
əhaliyə malik idi. Avqustun dövründə onun əhalisinin sayı bir milyona qədər idi. Çox
sayda xalqları özünə maqnit kimi cəlb edən Roma həm də müstəsna dərəcədə
kosmopolit şəhər idi. İmperiyanın hər yerindən olan millətlər burada məskunlaşırdı,
yunanlar və suriyalılar kimi xüsusi qruplar bütövlükdə bir-birinə qonşu idilər. Burada
gün ərzində arabaların hərəkəti qadağan olunmuşdu. Gecələr nəqliyyatın səsi çox vaxt
adamların yatmağını çətinləşdirirdi. Axşamlar piyada gəzinti təhlükəli idi, adamlar
öldürülə, qarət edilə və ya binaların yuxarı mərtəbələrindən atılan çirkli su ilə islana
bilərdi.
Roma şəhərində varlılarla kasıblar arasında dərin uçurum var idi. Baş verən
yanğını söndürmək çox çətin olurdu. Ədalətsiz olaraq Neron tərəfindən başlanıldığı
güman edilən 64-cü ilin məşhur böyük yanğınında şəhərin yaxşı hissəsi xarabalığa
çevrilmişdi. Yaşayış şəraiti çox qeyri-rahat olduğundan kasıb romalılar vaxtlarının
çoxunu evdən kənarda, küçədə keçirirdilər.
Böyük imperiyanın mərkəzi olsa da, Roma həmçinin böyük parazit idi. Avqust
dövründən başlayaraq şəhər əhalisini qida ilə təchiz etmək məqsədilə 200 min nəfərə
qədər adam pulsuz taxıl alırdı. Hətta pulsuz taxıl da kasıbların pis həyat şəraitini
yüngülləşdirə bilmirdi. Şəhər uşaqları içərisində raxit xəstəliyi geniş yayılmışdı.
Adamları, şair Yuvenalın yazdığı kimi, yalnız çörək və sirk (tamaşa) düşündürürdü.
İmperator və digər dövlət vəzifəliləri dövlətin böyük bayramlarının bir hissəsi
kimi ictimai tamaşalar təşkil edirdilər. İlin yüz günündən də çoxunda belə ictimai
bayramlar təşkil edilirdi. Buna üç növ əsas əyləncə daxil idi: Böyük Sirkdə at və döyüş
arabası qaçışı yüz minlərlə adamı cəlb edirdi. Bu vaxt teatrlarda isə dram və ya digər
tamaşalar göstərilirdi. Qladiator tamaşası Roma cəmiyyətinin tərkib hissəsi idi. Onlar
amfiteatrda keçirilirdi. Ən məşhur olan, indiyədək qalmış Flavi amfiteatrında, bu,
«Kolizey» adlanırdı, 50 min nəfərlik tamaşaçı yeri var idi. Qladiator oyunları dan yeri
söküləndən qaranlıq düşənə qədər davam edirdi. Bu qan axıdılması tamaşaları Roma
xalqı arasında müstəsna dərəcədə populyar idi. Bu təkcə ictimai əyləncə deyildi, həm
də siyasi və sosial bir vəzifə daşıyırdı. İmperator Trayanın dediyi kimi, “o, başa
düşürdü ki, əgər taxıl və pul paylanması fərdi məmnunluğa səbəb olursa, tamaşalar isə
kütlənin məmnun olması üçün vacibdir».
Roma imperiyasında xristianlar IV əsrin əvvəllərinə qədər təqib olunur,
öldürülürdü. 180-ci ildə Afrikada, Karfagen yaxınlığında kişilərdən və qadınlardan
ibarət kiçik xristian qrupu “xristian dininə müvafiq qaydada yaşadıqlarını etiraf
etdiyinə görə» mühakimə olunmuş və ölümə məhkum edilmişdi. Onlar qılınc zərbəsi
ilə edam ediləcəklərini bildikdə demişdilər: «Biz Allaha minnətdarıq». Xristianların
çoxu üçün şəhid olmaq İisusun nümunəsini təkrar etmək qaydasında xilasa nail olmaq
mənasını verirdi. Onlar bunu «Allahın mərhəmətinin sübutu» hesab edirdilər.
Şəhidlərin qanı «kilsənin toxumu» kimi qiymətləndirilirdi.
Lakin bu yeni din – xristianlıq böyüməkdə davam edirdi. İmperatorlar
Diokletian və Konstantin bir sıra islahatlar həyata keçirdilər ki, bu, sonrakı imperiyaya
394
yeni dövlət dini vermək prosesinin başlanğıcı oldu. Burada yeni dövlət dini – xristianlıq
meydana gəldi.
Əyalətlərdə çoxlu tikililər inşa edildiyinə görə Roma artıq sadəcə simvolik
paytaxta çevrilmişdi. 324-cü illə 330-cu il arasında Konstantin özünün böyük layihəsinə,
şərqdə, yunan şəhəri Bizantiumun yaxınlığında, Bosforun sahilində yeni paytaxt şəhəri
tikdirməyə başladı. «Konstantinin şəhəri» və ya Konstantinopol adlanmaqla bu yaşayış
məkanı müdafiə məqsədləri üçün yaradılırdı, çünki olduqca böyük strateji əhəmiyyətə
malik olan bir yerdə yerləşirdi. 330-cu ildə və sonrakı illərdə «Allahın göstərişi ilə»
orada çox sayda xristian kilsələri tikildi.
IV əsrdə xristianlıq əvvəllər heç vaxt olmadığı kimi çiçəklənməyə başladı və
imperator Konstantin bu dinin yeni statusunun meydana gəlməsində mühüm rol
oynadı. O, xristianlığı 312-ci ildən dəstəkləməyə başladı, bu vaxt o, Tibr çayı üzərindəki
Milviya körpüsü üstündə həlledici döyüşdə Maksentinin qüvvələrinə qalib gəlmişdi.
Döyüşdən əvvəl o, «Bu əlamətdə son qalib gələcəksən» sözləri yazılmış xristian xaçının
təzahür etdiyini görmüşdü. Döyüşü udan Konstantin xristian Allahının qüvvəsinə
inanaraq, 313-cü ildə məşhur Milan ediktini dərc etmişdi. Bu sənədə görə xristianlığın
mövcudluğuna rəsmi qaydada tolerant yanaşılması irəli sürülürdü. I Böyük Teodosinin
hökmranlığı (379-395-ci illər) altında isə xristianlıq Roma imperiyasının rəsmi dini oldu.
Xristianlıq zəfər çaldı.
Vestqotların lideri olan Alarix 395-ci illə 401-ci il arasında Balkanlarda hərəkət
edib, Roma vəzifəlilərindən ərzaq və pul alırdı. 408-ci ildə Roma şəhəri onun bu
tələbindən imtina etdikdə o, şəhərin qapısı qarşısında dayandı. Roma böyük məbləğdə
qızıl və gümüş pul verdi ki, o, şəhərdən geri çəkilsin. İki il sonra Alarix üç gün ərzində
qoşunları ilə Romanı qarət etdi.
476-cı ildə alman mənşəli vandal əsgərlərinin yeni ağası Odoakr Roma
imperatorunu devirdi və özünü alman çarı elan etdi. Bundan 12 il əvvəl vandallar
müdafiəsiz olan Roma şəhərini qarət etmişdilər. Beləliklə, qərbdə Romanın imperial
hakimiyyəti başa çatdı. Sonrakı Roma imperiyası yeni alman çarlıqlarında yaşamaqda
davam etdi.
Roma imperiyasının məhvə məhkumluğu artıq görünürdü. Bunun bir neçə
səbəbi var idi. Onlardan biri Romanın almanlarla yüz ildən artıq davam edən arası
kəsilməyən müharibələr aparması idi. İmperiya hərbi dövlətə çevrilmişdi, ağır hərbi
xərclər bir vaxtlar onun çiçəklənən kəndlərini və şəhərlərini viran qoymuşdu. Bununla
yanaşı, Roma ordusunda alman muzdluları artıq çoxluq təşkil edirdi. Muzdlular
məsələsində Roma özünün əzdiyi məşhur düşməni Karfagenə bənzəyirdi. Roma
vətəndaşlığı alan almanlar hətta hərbi xadimlərə və yüksək vəzifəli məmurlara
çevrilmişdilər. Ona görə də Roma imperiyasına xaricdən olan alman təhlükəsi ilə
yanaşı, daxildən də bu imperiya almanlaşmışdı. Müqəddəs Avqustin yaxşı demişdi ki,
Romulun yaratdığı Yer şəhəri olan dövlət niyə də dağılmasın.
Hələ IV əsrdə Roma imperiyasının qərb və şərq hissələri arasında bölünməsi baş
vermişdi. Almanlar imperiyanın qərbinə girəndə, oradan V əsrdə müxtəlif çarlıqlar
yaradanda şərqdə Roma imperiyası, mərkəzi Konstantinopol olmaqla möhkmələnir və
inkişaf edirdi. VI əsrdə ən bacarıqlı hökmdarlardan biri olan Yustinian bütün Aralıq
dənizi dünyasında Roma imperiyasını yenidən qurmağa cəhd etdi və 533-cü ildə qərb
395
ərazisini yenidən tutmağa başladı. Şimali Afrikada iki döyüşdə vandallar sürətlə məhv
edildi. Sonra Apennindəki ostqotlar məğlub edildi. Bu mübarizə İtaliyanı viran qoydu,
barbar müdaxilələrinə nisbətən ölkə Yustinianın qələbələrindən daha çox ziyan çəkdi.
O, ölümündən əvvəl Aralıq dənizi dünyasını bərpa etməyə müvəffəq oldu. Bu
imperiyaya Şimali Afrika, Kiçik Asiya, Palestina və Suriya daxil idi.
VII və VIII əsrlərdə Bizans imperiyası, (Şərqi Roma imperiyası əsasən belə
adlanırdı), ərazisinin çoxunu, onların slavyanların, bolqarların və müsəlmanların əlinə
keçməsi nəticəsində itirdi. 750-ci ildən imperiya yalnız Kiçik Asiyadan, Balkanların bəzi
torpaqlarından və İtaliyanın cənub sahillərindən ibarət idi. Bolqarlar yeni hücumlar
edir, ərəblər imperiyanı narahat etməkdə davam edirdi. IX-XI əsrlərdə Bizans
imperiyasında makedoniyalılar adlanan yeni sülalə meydana gəldi, sülalənin
hökmdarları xarici düşmənlərə qarsı müqavimət göstərir, ölkə daxilində qayda
yaradırdılar. Onlar bir sıra mühüm nailiyyətləri ilə öyünürdülər. Azad fermerlərin
mövqelərini möhkməmləndirdilər, onlar da imperiyanın hərbi gücünü canlı qüvvə ilə
təmin edirdilər. Bu vaxt Qərbi Avropa ilə genişlənən ticarət nəticəsində iqtisadi inkişaf
sıçrayışı əmələ gəlmişdi. İnkişaf hesabına Konstantinopol şəhəri də çiçəklənmişdi.
Bolqarlar məğlub edilmiş, Bolqarıstanın şərq və qərb hissələri imperiyaya
anneksiya edilmişdi. 1025-ci ildə Bizans imperiyası yarandığı VII əsrin başlanğıcından
daha böyük olmuşdu.
Dostları ilə paylaş: |