2. Böyük Aleksandrın imperiyası
B.e.ə. 334-cü ildə Böyük Aleksandr Makedoniya və yunan orduları ilə Persiya
imperiyasına hücum etmək üçün qərbi Asiyaya girdi. İllərlə gedən döyüşdə persiyalılar
tam məğlub oldular və b.e.ə. 327-ci ildə Aleksandr və onun qoşunları Hindistanın şərq
tərəfinə soxuldular. Ordu qiyam qaldırdıqda Aleksandr geri qayıtmağa məcbur oldu.
Persiya imperiyasının işğalı yunan mədəniyyətinin bütün qədim Yaxın Şərqə
yayılması üçün qapıları açdı. Yunan sakinlər – bürokratlar, tacirlər, əsgərlər və alimlər
bu torpaqlara axışdı.
Aleksandr, atası qətlə yetirildikdən sonra Makedoniya çarı olanda 20 yaşında idi.
Persiyalılara hücum etmə şansını əldə etmək onun məqsədinə çevrildi. Persiya isə bir
sıra cəhətlərinə görə zəifləsə də, hələ də qüdrətli dövlət idi. B.e.ə. 334-cü ildə Aleksandr
37 minlik ordusu ilə Kiçik Asiyada sahilə çıxdı. Ordunun yarısı makedoniyalılar,
qalanları isə digər müttəfiqlərdən idi. Süvarini isə 5 min atlı təmsil edirdi.
Qranik çayı üzərində ilk döyüş başlıca qələbəylə başa çatdı. Sonrakı ildə isə artıq
Kiçik Asiyanın bütöv qərb yarısı onun əlində idi. İssa döyüşündə isə daha böyük zəfər
qazanıldı. Misir döyüşsüz təslim oldu. B.e.ə. 332-ci ilin qışında Suriya, Palestina və
Misir artıq Aleksandrın hakimiyyəti altında idi.
B.e.ə 331-ci ilin yayında Qavqamela döyüşündə Aleksandrın adamları Persiya
qüvvələrindən xeyli az idi. Çar III Dara döyüşdən qaçdı və qələbədən sonra Aleksandr
Babilə daxil olub çoxlu qızıl və gümüş ələ keçirdi. B.e.ə. 327-ci ilin yayında o,
Hindistana girdi, bu ölkənin çox hissəsini zəbt etmək istəyirdi. Əsgərləri qiyam
qaldırıb, irəli getməkdən imtina etdikdə, Aleksandr onların tələbinə tabe oldu və geri
qayıtmağa razılıq verdi. O, Gedrosiya səhrasından keçməklə qoşunlarını Persiyanın
şimalı ilə geri aparırdı. Qoşunlarının qalığı Suzaya, sonra Babilə yollandı. Burada o yeni
kampanyalar planlaşdırırdı. Lakin b.e.ə 333-cü ilin iyununda o, yaralardan –
döyüşlərdə o, 8 dəfə yaralanmışdı – qızdırmadan, güman ki, həmdə izafi alkoqoldan
zəyifləyib, 32 yaşında həyatdan getdi. Bəzi tarixçilər belə bir fikri irəli sürürlər ki,
Aleksandr kainat bəşəriyyəti idealına inanırdı. Buna sübut kimi, b.e.ə. 324-cü ildə
Suzada 10 min sayda əsgərinin yerli qadınlarla evlənməsini təşkil etməsini göstərirdilər.
O, pers paltarı geyinir, öz administrasiyasında perslərdən istifadə edir və yerli gəncləri
Makedoniya hərbçiliyi qaydasında məşq etdirirdi. O, makedoniyalıların, yunanların və
perslərin qaydalarını hakim sinifin içərisində qarışdırıb, onları özünün geniş
imperiyasına nəzarət etməyə qadir etmək istəyirdi. O, yeni dövr, Ellinistik era
yaratmışdı.
390
Persiya imperiyasının Aleksandr tərəfindən məhv edilməsi nəhəng ərazi
üzərində yunan-Makedoniya ağalığını genişləndirmişdi. Onun ölümündən sonra
Aleksandr siyasi irsinin xüsusiyyətləri ellinistik monarxiyalarda öz əksini tapmaqla,
Ellinistik dünyanın bir hissəsinə çevrilmişdi. Onun imperiya baxışları, heç şübhəsiz,
gələcək romalıları ilhamlandıracaqdı. Onları, əlbəttə ki, Aleksandr irsinin real varisləri
saymaq olar.
Aleksandr həm də böyük, mədəni irs qoyub getmişdi. Onun işğallarının nəticəsi
kimi yunan dili, incəsənəti, arxitekturası və ədəbiyyatı bütün Yaxın Şərqə yayılmışdı. O,
geniş ərazilərə nəzarət etmək üçün çox sayda şəhərlər və koloniyalar yaratmışdı.
Onların sakinlərinin çoxu yunan muzdluları idi. Beləliklə, Aleksandr irsi, Ellinistik
dünyada meydana gələn fərqləndirici əlamətlərdən biri idi.
Aleksandrın birləşmiş imperiyası onun işğalları ilə yarandığı kimi, onun ölümü
ilə də parçalandı. Makedoniya hərbi liderlərinin hamısı hakimiyyət uğrunda
mübarizəyə girişdilər. B.e.ə. 301-ci ildə birlik barədəki istənilən ümid artıq ölmüşdü
Dostları ilə paylaş: |