Həyata nüfuz anı Demokratiyanın ibrətamiz erkən tarixinə baxış



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə74/105
tarix28.12.2016
ölçüsü3,87 Mb.
#3727
1   ...   70   71   72   73   74   75   76   77   ...   105
 

 

 

III. Yeni Tarix dövrü 

 

4.

 

Yeni Dünyanın kəşfi 

 

İspan tədqiqatları tarixində Xristofor Kolumb (1451-1506-cı illər),  o, əslən italyan 

olmaqla, Genuyadan idi, mühüm şəxsiyyət hesab olunur. Elmlə tanış olan avropalılar 

bilirdilər ki, dünya dairəvidir və hətta ona dövrə vurmaqla Asiya qitəsinə gedib çıxmaq 

olar. Kolumb hiss edirdi ki, Afrikanın ətrafı əvəzinə qərbə tərəf üzməklə Asiyaya 

çatmaq olar. O, kraliça İzabellanı da tədqiqat ekspedisiyasını maliyyələşdirməyə 

inandıra idi.  

Üç gəmi və 90 adamlıq komanda ilə o, 3 avqust 1492-ci ildə üzməyə başladı və 12 

oktyabrda Baham adamlarına gəlib çıxdı. Sonra o, Kuba və İspanyola (indiki Haiti) 

sahillərinə yollandı. Kolumb inanmışdı ki, o, Asiyaya gəlib çıxmışdır, İspaniyaya 

dönəndə kral Ferdinandı və kraliça İzabellanı öz raportları ilə əmin edirdi ki, o, hökmən 

qızıl tapacaqdır. Həm də o, yerli sakinləri hindlilər adlandırmaqla (indi bir sıra dillərdə, 

həmçinin Azərbaycan dilində «hindular» deyilir), güman edirdi ki, onları xristianlığa 

döndərmək üçün qızıl bir imkana malikdir. Dörd səfəri ərzində Karib dənizinin bütün 

başlıca adalarında və Mərkəzi Amerikanın qitə hissəsində sahilə çıxdı və hələ də 

inanırdı ki, o, Asiyadakı Hindistana gəlib çıxmışdır.  

Venetsiya dənizçisi Con Kabat İngiltərə kralı VII Henrinin lisenziyası ilə 

Amerikanın sahil xəttindəki Yeni İngiltərəni tədqiq etmişdi. Portuqaliya dəniz kapitanı 

Pedru Kabpal təsadüfən 1500-cü ildə Cənubi Amerikanı kəşf etmişdi, Florensiyalı 

Ameriqo Vesspuççi bir neçə səfərə qoşularaq, məktublarında həmin torpaqları Yeni 

Dünya coğrafiyası kimi təsvir etmişdi. Bu məktublar nəşr edildikdə, həmin torpaqların 

adı üçün «Amerika» («Ameriqo”dan sonra) sözü işlənmişdir.  

XVI əsrin ilk iki onilliyi Şimali və Cənubi Amerikaların şərq sahillərini tədqiq 

edən okean səfərlərinin şahidi oldu.  

Ferdinand Magellan (1480-1521-ci illər) 1519-cu ildə Dünya ətrafına səyahətə 

çıxdı. O, Cənubi Amerikanın qurtaracağındakı, sonra öz adı ilə adlanacaq boğazdan 

üzüb keçib, Sakit okeana çıxdı. Okeanla uzun müddət üzdükdən sonra indiki Filippin 



408 

 

adalarına gəlib çıxdı. Burada o, yerli adamlar tərəfindən öldürüldü. Magellan dünya 



ətrafına ilk səyahət edən dənizçi oldu.  

Avropalılar Yeni Dünyada bu vaxt kəşf edilən torpaqlara üstünlük verdilər. 

Burada milyonlarla sivilizasiyalanmış əhali yaşayırdı. Lakin Amerikalar həqiqətən də 

avropalılar üçün yeni idi. Onlar orada çox tez qaydada işğal və istifadə imkanlarını 

gördülər. 1494-cu il Tordesilyas müqaviləsinə görə yeni kəşf edilən dünya Portuqaliya 

və İspaniya təsir sferaları kimi iki yerə bölündü və bu sənəd əsasında Cənubi 

Amerikanın əksər hissəsi İspan sferasına daxil olurdu. Şərqə tərəf, Xoş Ümid Burnu 

ətrafında dövrə vurmaq yolu isə Portuqaliyaya qaldı, ancaq Atlantik okeanınıdan keçən 

yol isə ispanlara məxsus idi.  

 

 




Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin