6. Habsburqlar imperiyası
1438-ci ildən sonra Müqəddəs Roma imperiyası Habsburq sülaləsinin əlinə keçdi.
Habsburq sülaləsi Dunay ətrafında, kollektiv şəkildə Avstriya adlanmaqla tədricən bir
sıra torpaqlara sahib oldu və imperiyanın ən varlı torpaq sahiblərindən birinə çevrildi.
XV əsrin ortalarından imperiya Avropa işlərində mühüm rol oynamağa başladı.
Habsburqların XV əsrdəki uğurunun çoxu, heç də hərbi gücünə deyil, yaxşı
həyata keçirilən sülalə nikahları siyasətinə borclu idi. Köhnə Habsburq devizində
deyilirdi: «Müharibə başlamağı başqalarının öhdəsinə burax! Lakin sən xoşbəxt
Avstriya, evlən (ərə get), çünki Marsla (müharibə allahı ilə) olan səltənət üçün mükafat
başqalarına çatır, Venera (məhəbbət ilahəsi) ilə olan isə sənə çatır». Sülalə oğul və
qızlarını başqa hökmdar ailələrinin üzvləri ilə evləndirirdi. Bu ərazilərin əlavə olunması
sülaləni beynəlxalq gücə çevrilmişdi və onu Fransa monarxiyasının əleyhdarı etmişdi.
Fransa hökmdarları onları əhatə edə bilən Habsburqlardan qorxurdu.
Dostları ilə paylaş: |