Həyata nüfuz anı Demokratiyanın ibrətamiz erkən tarixinə baxış


Yeni torpaqlardan gələn mənfəət. İspaniyanın tənəzzülü



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə80/105
tarix28.12.2016
ölçüsü3,87 Mb.
#3727
1   ...   76   77   78   79   80   81   82   83   ...   105
7. Yeni torpaqlardan gələn mənfəət. İspaniyanın tənəzzülü  

 

Bir çox avropalılar üçün xarici ölkələrə ekspansiya torpaq, var-dövlət əldə etmək 



və irəliləmək imkanı gətirdi. Bir ispan 1570-ci ildə yazırdı ki, «gənc adamların çoxu 

İspaniyanı tərk edərək Meksikaya getmişdi, burada onlar torpaq malikanələrinə 

yiyələnməyə və «centlmen» adlanmağa ümid edirdilər». Baxmayaraq ki, bəzi arvadlar 

xaricə gedən ərlərinə qoşulurdular, Avropanın çox sayda adi qadınları Yeni Dünyada 

ərə getmək üçün yeni imkan tapıldılar, çünki onlar buna möhtac idilər. Həqiqətən də 

«fahişə əgər gözəldirsə, hansısa varlı plantatorun arvadına çevrilə bilərdi». Bəzi 

qadınlar isə gözləmədikləri halda ərləri öldürüldükdə, xeyli var-dövlətə sahib 

olurdular. 1700-cü ilədək Mərkəzi Amerika zonasında qadınlar torpaq malikanələrinin 

25 faizinə malik idilər.  

Avropalıların ekspansiyası işğalçılara digər səmərə də verirdi. Avropalılar Yeni 

Dünyaya yollananda qızıl və gümüş mənbələri axtarırdılar. Bir atstekin dediyi kimi

“ispan işğalçıları qızılı çox istəyir, ona xüsusi ehtiras bəsləyirdilər. Onların bədənləri 

tamahkarlıqdan şişirdi. Onların aclığı acgözlük idi, qızıl üçün donuzlar kimi aclıq 

çəkirdilər”. Amerikalardan daşınan qiymətli mineral İspaniyanı qızıl «sərxoşu» etmişdi. 

Zəngin gümüş yataqları Meksikada və Cənubi Peruda tapılıb, istismar edilirdi. Qızıl və 



421 

 

gümüş yalnız o məhsullar idi ki, Yeni Dünya ilə Köhnə Dünya arasındakı mübadilənin 



bir hissəsinə çevrilmişdi. Tarixçilər isə Avropa ilə Amerikalar arasında bitkilərin və 

mal-qaranın qarşılıqlı idxal və işğalını Kolumb mübadiləsi adlandırmağa üstünlük 

verirdilər. Avropalılar atları, mal-qaranı və buğdanı Yeni Dünyaya gətirəndə, oradan 

onlar kartof, şokolad, qarğıdalı, pomidor və tütün kimi kənd təsərrüfatı məhsullarını 

geri, Avropaya aparırdılar. Kartof əsas pəhriz qidası kimi, Avropanın bir sıra 

zonalarında xüsusilə populyar oldu. Kartof qışda anbarda saxlanıb, kiçik torpaq 

sahələrində becərilirdi. Bəzi məhsullar isə, məsələn, Meksikada kəşf edilən qırmızı rəng 

bitkisi Avropa rəssamlarına və sənətkarlarına onların rəsmləri və parça üçün «əsl 

qırmızı» rəng idi.  

Avropalıların həyat tərzi başlıca olaraq xaricdən gətirilmiş yeni məhsulların 

təsirinə məruz qalırdı. Yeni qidalara əlavə olaraq Avropada yeni içkilər də meydana 

gəldi. Atstek Meksikasından İspaniyaya gətirilən şokolad, 1700-cü ildən başlayaraq 

ümumi içkiyə çevrildi. İlk kofe və çay evləri 1650-ci illərdə Londonda açılmışdı və 

sürətlə Avropanın digər hissələrinə yayıldı. XVII əsrdə Çin mebeli və farforu üçün 

maniya yuxarı siniflər arasında yayıldı.  

Avropalılar lap başlanğıcda Amerikalarda yeni xalqları kəşf etməyə başladılar. 

Onlar bəzilərini insan olmayan kimi hesab edirdilər və bu, onlara guya istismar etmək 

hüququ verirdi. Hindular çox hallarda ən azı dinc yolla xristianlığa keçirilirdilər. XVIII 

əsrdəki Maarifçilik və XIX əsr imperializmi dünyanın qalan hissəsində Qərb 

sivilizasiyasının əlaqələrinin inkişafı üçün olan yola daş döşədi.  

XVII əsrin başlanğıcında İspaniya dünyada ən çox əhalisi olan ölkə idi, demək 

olar ki, bütün Cənubi Amerikaya, Asiya və Afrikanın bir sıra məkanlarına nəzarət 

edirdi. Avropalıların əksəriyyəti üçün İspaniya hələ də dövrün ən böyük dövləti olaraq 

qalırdı, lakin reallıq isə əslində kifayət dərəcədə çətin idi, xəzinə boş idi. II Filipp 1596-cı 

ildə müharibədəki izafi xərclərə görə bankrot olmaqla, iki il sonra həyatdan getmişdi. 

III Filipp də 1607-ci ildə eyni bədbəxtlikdən qaça bilməmişdi. Hökumət səmərəsiz 

fəaliyyət göstərirdi. Kommersiya sinfi zəif idi. İspaniya böyük dövlət rolunu 

oynamaqda davam edirdi. Lakin bu görünüş aldadıcı idi. III Filippin hökmranlığı 

dövründə İspaniyanın zəifliklərinin çoxu aydın olmuşdu. İspaniya otuz illik 

müharibəyə cəlb edildikdə, bir sıra çox xərcə səbəb olan hərbi kampaniyalar keçirdiyinə 

görə daxili qiyamlarla və illərlə davam edən vətəndaş müharibəsi ilə üzləşmişdi. 

İspaniyanın bədbəxtliyindən kampaniyalar həmçinin qələbə çalınmadan uduzulmuşdu. 

Baş nazir, qraf Olivares kral IV Filippə yazmışdı ki, «Allah istəyir ki, biz sülh bağlayaq. 

Onun bizi açıqca və hər şeydən mütləq məhrum etməsi müharibəyə görədir». 1643-cü 

ildəki Rokrua döyüşündə isə ispan ordusunun çox hissəsi məhv edildi.  

 


Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin