Şərqi Hindistanda, ispanlar Filippində yerləşdilər. Fransızlar və portuqaliyalılar
Hindistan sahillərində özlərinə ticarət postları qurdular. Çin, Yaponiya, Koreya və
434
Cənubi-şərqi Asiya əsasən Qərbliləri özlərindən uzaqda saxlamaqla çalışırdılar.
Britaniyalılar və ruslar, ancaq əksər Asiya ərazisini ələ keçirdilər.
Kapitan Ceyms Kuk 1768-ci və 1771-ci illər arasında Avstraliyanı tədqiq edəndən
sonra ingilislər Şərqə fəal maraq göstərməyə başladılar. Avstraliyada torpağın
qoyunları otarmaq üçün yararlı olması və burada qızılın kəşf edilməsi buna aparıb
çıxardı ki, Avropadan gələn sakinlər yerli əhalinin çoxunu öldürdülər. 1850-ci ildə
Britaniya hökuməti müxtəlif Avstraliya koloniyalarına icazə verdi ki, faktiki olaraq tam
özünü idarə etmə tətbiq etsinlər və əlli il sonra bütün koloniyalar Avstraliya dövlətində
birləşdilər. Yeni Zelandiyanın yaxınlığında olmaqla, 1840-cı ildə Britaniya onu
müstəmləkə elan etmişdi, 1907-c ildə isə bu dövlət dominyon statusunu aldı.
Britaniya Şərqi İndiya Kompaniyası Hindistanın əksər hissəsini tabe edillməsinə
məsuliyyət daşıyırdı. Ancaq 1858-ci ildə sipahilərin və ya Şərqi İndiya Kompaniyasının
hindli qoşunlarının qiyamını darmadağın etdikdən sonra Britaniya parlamenti
Kompaniyanın qüvvələrinin Londondakı hökumətin birbaşa tabeliyinə keçirdi. 1876-cı
ildə Hindistan imperatriçəsi titulu kraliça Viktoriyaya hədiyyə verildi. Hindlilər bu vaxt
artıq kraliça-imperatriçənin müstəmləkə təbəələrinə çevrildilər. Sonralar Uinston
Çörçill Britaniya imperializminə haqq qazandırmaq üçün gülünc qaydada Hindistanın
ölkə deyil, sadəcə ərazi olduğunu iddia etmişdi.
Rusiyanın Asiyadakı ekspansiyası onun ənənəvi ərazi genişləndirməsinin
məntiqi davamı idi. Rusiya tədqiqatçıları Sibirin boş məkanına XVII əsrdə daxil
olmuşdular və 1637-ci ildə Sakit okean sahillərinə gəlib çıxmışdılar. XVIII əsrdə ruslar
Alyaskaya iddia irəli sürdülər, onu yalnız 1867-ci ildə Birləşmiş Ştatlara satdılar.
Tədricən Rusiya məskunları Sibirin soyuq və örtülü içərilərinə köçdülər. Bütövlükdə 7
milyon nəfər rus məskunları 1800-cü və 1914-cı illər arasında Sibirdə yerləşdilər, həmin
vaxtdan Sibirin əhalisi 90 faizi asiyalı deyil, slavyan idi.
Ruslar həmçinin cənuba köçürdülər, onları isti iqlim və Osmanlı imperiyasının
xırda hissələrə parçalanması cəzb edirdi. 1830-cü ildən rusiyalılar Qara dənizin bütöv
şimal sahili üzərində nəzarət qurdular və sonra Trans-Xəzərdə və Türküstanda
qalmaqla, Mərkəzi Asiyaya təzyiq göstərməyə başladılar. Bu irəliləmələr, rusları
Persiya və Əfqanıstan sərhədlərinə gətirdi, orada Britaniya həmçinin öz maraqlarına
malik idi, çünki Hindistanda öz mülkiyyətlərini himayə etməyə çalışırdı. 1907-ci ildə
ruslar və britaniyalılar Əfqanıstanı Rusiya Türküstanı ilə Britaniya Hindistanı arasında
bufer dövlətə çevirmək və Persiyanı iki təsir zonasına bölmək barədə razılaşdılar.
Britaniyalıların cənuba tərəf ekspansiyası ruslar tərəfindən onlara nifrət bəslənmələrinə
səbəb olmaqla, axırıncılar Asiyanın cənubuna doğru hərəkət etdilər. Ruslar
Mancuriyanı işğal etdilər və Koreyanın içərilərinə girməyə cəhd etdikdə, bu yeni
imperialist dövlət olan Yaponiya ilə Rusiyanı müharibəyə cəlb etdi. 1905-ci ildə rus-
yapon müharibəsində uduzduqdan sonra ruslar Koreya üzərində Yaponiyanın
protektoratı ilə razılaşdılar və onların Asiya ekspansiyası müvəqqəti fasilə verməli
oldu.
1880-ci ildən sonra imperializmin irəliləməsi qərbliləri Asiyanın yeni zonalarına
hərəkət etməyə aparıb çıxardı, buna qədər isə onlar əsasən Qərb təsirində azad idilər.
Çin imperiyasının Mancu sülaləsi tənəzzül əlamətlərini göstərirdi. 1842-ci ildə Britaniya
müharibə vasitəsilə Honkonq adasına və bir sıra Çin şəhərlərində ticarət aparmaq
435
hüququna yiyələndi. Digər Qərb millətləri tezliklə oxşar ticarət imtiyazları əldə etməyə
atıldılar. Əcnəbilərin müdaxiləsinə çinlilərin müqavimət göstərməyə cəhd etməsi hərbi
məğlubiyyətlərə və yeni tələblərə aparıb çıxarlı. Yalnız böyük dövlətlərin özlərinin
arasındakı rəqabət Çin imperiyasının bütünlüklə parçalanmasının qarşısını aldı. Bunun
əvəzində Britaniya, Fransa, Almaniya, Rusiya, Birləşmiş Ştatlar və Yaponiya özlərinin
təsir zonalarını yaratdılar və Çinin ərazisini uzun müddətə icarəyə götürdülər. 1899-cu
ildə ABŞ Dövlət katibi Con Heyin təkidli təklifi nəticəsində onların «açıq qapı» siyasəti
ilə razılaşmalarına nail olundu. Buna görə, heç bir ölkə digər ölkələrin təsir sferalarında
başqa ölkələrin kommersiyasını məhdudlaşdırmayacaqdı.
Yaponiya 1853-1854-cü illərə kimi Qərbin ölkəyə daxil olmasından qaça bilmişdi,
həmin dövrdə amerikan hərbi dəniz qüvvələri kommondor Metyu Perrinin başçılığı
altında yaponları məcbur etdi ki, Birləşmiş Ştatlara ticarət aparmağa başlasın və həm də
ona diplomatik imtiyazlar versin. Ancaq Yaponiya Çinin taleyini yaşamaqdan yaxasını
qurtara bildi. Koreya da həmçinin əsasən qərbliləri özündən kənarda saxlayırdı.
Yaponların ruslar üzərindəki qələbəsindən sonra, 1910-cu ildə Yaponiya Koreyanı
rəsmən anneksiya etdi.
Cənubi-şərqi Asiyada Britaniya Birma (indiki Myanma) və Malay dövlətləri
üzərində nəzarət əldə etdi, Fransa isə Hind-Çinin tabe edilməsində fəal rol oynadı.
Sayqon şəhəri 1888-ci ildə işğal edildi, 1880-ci illərdə fransızlar öz himayələrini
Kamboca, Annam, Tonkin və Laos üzərinə yaydılar və onlardan Fransız Hind-Çin
Birliyi təşkil etdilər. Yalnız Siam (Tailand) Britaniya-Fransa rəqabətinə görə bufer
dövlət kimi azad qaldı.
Sakit okean adaları həmçinin böyük dövlətlərin rəqabətinin səhnəsi idi və
Birləşmiş Ştatların imperialist səhnəsinə çıxmasının şahidi oldu. Samoa adaları
Amerikanın ilk mühüm müstəmləkəsi oldu. Sonra Havay adaları onun tabeliyinə keçdi.
Amerika Pyorl Harlboru 1887-ci ildə hərbi-dəniz bazası etdikdən sonra tezliklə
amerikan məskunları adalardakı şəkər sənayesinə nəzarəti ələ keçirdilər. Havayın yerli
əhalisi öz hakimiyyətlərini bərpa etməyə cəhd etdikdə, Birləşmiş Ştatların hərbi
dənizçiləri amerikanların həyatını «himayə etməyə» girişdilər. 1898-ci ildə Havay
adaları Birləşmiş Ştatlara anneksiya edildi. Amerikanların millətçilik hissləri ispan-
amerikan müharibəsinə səbəb oldu.
Amerikanın İspaniyanı məğlub etməsi amerikanları Puerto-Riko, Quam və
Filippin adaları hesabına öz imperiyalarını genişləndirməyə həvəsləndirdi. Baxmayaraq
ki, filippinlilər müstəqilliyə ümid bəsləyirdilər, amerikanlar bunu onlara verməkdən
imtina etdilər.
Prezident Uilyam Makkinlinin dediyi kimi, Birləşmiş Ştatlar «filippinliləri
tərbiyə etmək və onları xristianlaşmağa yüksəltmək barədəki bir borca malik idi». Bu
bəyanatın qəribəliyi onda idi ki, filippinlilərin əksəriyyəti artıq bir neçə əsr ərzində
Roma katolikləri idi, ABŞ prezidenti isə onları guya yenidən xristianlaşdırmaq istəyirdi.
Filippinliləri sakitləşdirmək və onların üzərində amerikan nəzarətini qurmaq üçün üç il
və 60 minlik qoşun lazım oldu.
Dostları ilə paylaş: