17. “Yeni imperializm”in nəticələri və yeni böhranlar
1900-cü ildən, demək olar ki, Afrikanın və Asiyanın bütün cəmiyyətləri – tam
müstəmləkə ağalığı altında olanlar və ya Çin və Osmanlı imperiyası vəziyyətində
olanlar, faktiki süqut nöqtəsində idilər. Yalnız Şərqi Asiyada Yaponiya, Cənubi-şərqi
Asiyada Tailand, Orta Şərqdə Əfqanıstan və Persiya, Şərqi Afrikadakı dağlıq Efiopiya
daxili parçalanmadan və ya müstəmləkə ağalığına tabe olmaqdan qaça bilmişdilər.
Efiopiya və Əfqanıstanın salamat qalması onların uzaq yerdə və dağlıq ərazilərdə
yerləşmələrinə borclu idi. Yalnız Yaponiya ümumi taledən, siyasi və iqtisadi islahatlar
strategiyasını seçmək hesabına qaça bilmişdi. İmperializm epoxasının gəlməsi ilə,
nəhayət, qlobal iqtisadiyyat quruldu, Afrika və Asiya ölkələrində Qərb sivilizasiyası
bütünlüklə ağalıq etməyə başladı. Eyni vaxtda xaricdəki torpaqlar üstündə meydana
gələn rəqabət həmçinin Avropa dövlətləri arasındakı mövcud olan rəqabətləri daha da
artırdı.
Almaniya imperatoru II Vilhelm Almaniyanın ədalətli qaydada «Cünəş altındakı
yeri» barədəki alman dövlətinin yüksəlməsinə həsr etdiyi fəal bir xarici siyasət aparırdı.
Onun Bismark xarici siyasətinə etdiyi dəyişikliklərdən biri Rusiya ilə əvvəlki “Daha da
sığortalamaq Müqaviləsindən” uzaqlaşması idi. Onun nəzərində Almaniyanın Avstriya
ilə ittifaqına görə bu, qəribə bir hal idi. Bismarkın qorxduğu hadisə baş verdi, Rusiya ilə
müttəfiqliyə son qoyuldu. Bu, Fransa ilə Rusiyanı bir araya gətirəcəkdi. Bismark
siyasəti tərəfindən uzun müddət izolyasiya edilən respublika Fransası çar Rusiyası ilə
yaxınlaşmaq şansına malik oldu və 1894-cıü ildə iki dövlət hərbi ittifaq yaratdı.
Sonrakı on il ərzində alman siyasəti Britaniyanı Fransaya yaxınlaşdırdı. 1907-ci
ildən Böyük Britaniyanın, Fransa və Rusiyanın sərbəst konfederasiyası, o, həm də
Üçlük Antantası və ya Müttəfiqlər kimi tanınırdı, Almaniyanın, Avstriya-Macarıstanın
439
və İtaliyanın Üçlü İttifaqına qarşı dayanmışdı. Avropa iki əks cəbhəyə bölünmüşdü və
getdikcə kompromissdən daha çox uzaqlaşırdı. İki ittifaqın üzvləri 1908-ci illə 1913-cü il
arasında Osmanlı imperiyasının Balkanlardakı qalıqları üzərində nəzarəti əldə etməyə
görə yeni böhranlar seriyasına cəlb olundular. Bu səhnə isə I Dünya müharibəsinə
aparırdı. Osmanlı imperiyası hələ tam məhv olmamışdan onun bəzi qalıqları artıq
münaqişə mənbəyinə çevrilmişdi. Ona görə də bir daha aydın olur ki, imperiyanın
təkcə yaranması deyil, məhv olması da böyük bəlalar gətirməmiş qalmır.
1908-1909-cu illərdəki Bosniya böhranı hadisələr zənciri əmələ gətirdi, bunlar
nəzarətdən kənar qaydada əmələ gəlirdi. 1878-ci ildən Bosniya və Hersoqovina
Avstriyanın protektoratı altında idi, lakin 1908-ci ildə Avstriya slavyan dilində danışan
bu iki ərazini anneksiya etmək üçün ciddi təsirə malik olan bir addım atdı. Serbiya bu
hərəkətdən qəzəbləndi, çünki serblərin iri Serbiya krallığını yaratmaq ümidini bu
addım amansızlıqla dağıdırdı. Bu krallıq isə özünə cənubi slavyanların əksəriyyətini
daxil edəcəkdi. Məhz elə buna görə də avstriyalılar Bosniya və Hersoqovinanı
anneksiya etmişdilər. Özünün iri slavyan əhalisi ilə böyük Serbiya, heç şübhəsiz,
Avstriya-Macarıstan imperiyasının birliyinə təhlükə olacaqdı. Ruslar öz sirdaşları olan
slavyanların himayəçiləri kimi və Balkanlarda öz hakimiyyətlərini böyütmək arzusu ilə
serbləri dəstəklədilər və Avstriyanın hərəkətinə qarşı çıxdılar. Rusiyaya arxalanaraq
serblər Avstriya əleyhinə müharibəyə hazırlaşdılar. Bu nöqteyi-nəzərdən II Vilhelm
müdaxilə edib, ruslardan tələb etdi ki, Avstriyanın Bosniya və Hersoqovinanı
anneksiya etməsini qəbul etsinlər və ya müharibədə Almaniya ilə üz-üzə gələcəklər.
Rus-yapon müharibəsində zəifləmiş Rusiya geri çəkildi, lakin alçaldılmaqla yanaşı,
qisas almağa and içdi.
Avropalıların diqqəti 1912-ci ildə Serbiya, Bolqarıstan, Çernoqoriya və
Yunanıstan Balkan liqası təşkil edəndə və Birinci Balkan müharibəsində osmanlıları
məğlub edəndə, Balkanlara tərəf döndü. Qalib müttəfiqlər işğal edilmiş Osmanlı
əyalətləri Makedoniya və Albaniyanı hansısa bir qaydada bölməyə qadir olanda, 1913-
cü ildə İkinci Balkan müharibəsi partlayışı baş verdi. Yunanıstan, Serbiya, Rumıniya və
Osmanlı imperiyası Bolqarıstana hücum edib onu məğlub etdi. Nəticədə Bolqarıstan
Makedoniyanın yalnız kiçik hissəsinə sahib oldu və əksər qalan hissə Serbiya və
Yunanıstan arasında bölündü. Yenə də Serbiyanın canlanmaq arzusu icra edilməmiş
qalırdı. İki Balkan müharibəsi ölkələrin sakinlərini hiddətlənmiş şəkildə qoydu və
böyük dövlətlər arasında daha çox gərginlik yaratdı.
Serbiyanın əsas ambitsiyalarından biri Albaniya ərazisini ələ keçirmək idi ki,
Adriatik dənizində ona liman versin. İki Balkan müharibəsinin sonunda Avstriyanın
düzəltdiyi London konfransında avstriyalılar müstəqil Albaniyanı yaratmaqla
Serbiyanın arzularını puç etdilər. Avstriyanın müttəfiqi kimi almanlar bu hərəkəti
dəstəklədilər. Bu qarışıqlıqda Serbiya millətçiləri avstriyalıları artan qaydada monstr
kimi qələmə verirdilər, çünki onlar serblərin böyük millətə çevrilməsinə imkan
vermirdilər. Serbiyanın əsas dəstək verəni olan Rusiya da regiondakı hadisələrin belə
dönüşü ilə kədərlənmişdi. Rusiya liderləri arasında belə bir hiss daha da böyümüşdü
ki, əgər Balkanlarda yenidən Avstriya və Almaniya ilə ziddiyyət baş versə, onlar geri
çəkilə bilməzlər.
440
Avstriya-Macarıstan özünün digər bir məqsədinə nail olmuşdu, lakin hələ də
Serbiyanın onların imperiyasına ölümcül təhlükə olduğuna inandıqlarından, onu
darmadağın etməli idi. Bu vaxt Fransa və Rusiya hökumətləri öz ittifaqlarını təzələdilər
və növbəti böhran baş verdiyi vaxt geri durmayacaqları barədə bir-birinə söz verdilər.
Britaniya da Fransaya yaxınlaşırdı. 1914-cü ilin başlanğıcından iki silahlı cəbhənin biri
digərinə şübhə ilə baxırdı. Amerika da Avropanı müşahidə edirdi: «Bütöv Almaniya
elektrikləşmişdi. Hər kəsin əsəbləri gərgindir. Bir qığılcım qalxsa, hər şeyi məhv
edəcəkdir. Fransadakı alman səfiri həmin vaxt qeyd etmişdi ki, «Sülh bədbəxt
təsadüfün mərhəmətində qalır». Avropalılar «proqress erasının» şərəfsiz və qanlı
sonluğuna yaxınlaşırdılar.
Dostları ilə paylaş: |