6.
Müharibə 1914-1915-ci illərdə:
İllüziyalar və pat vəziyyəti
1914-cü ildə çox sayda avropalılar müharibəyə həvəslə yollanırdılar. Hökumət
təbliğatı müharibədən qabaqkı milli antaqonizmləri kəskinləşdirməkdə uğurlu gedirdi.
Müharibə başlayan vaxt əksər xalqlar öz millətinin müharibəyə girmək səbəbinin
ədalətli olduğuna həqiqətən inanırdılar.
Yeni yaradılan illüziyalar müharibə üçün olan entuziazmı qidalandırırdı.1914-cü
ilin avqustunda hər bir adam inanırdı ki, müharibə bir neçə həftəyə başa çatacaqdır.
Qısa müharibə illüziyası həmçinin digər illüziya ilə dəstəklənirdi, belə inam var idi ki,
müasir sənaye erasında müharibə milli iqtisadiyyatı məhv etmədən, bir neçə aydan
artıq çəkə bilməz. O vaxtlar müharibə hələ də çox adamlar üçün məhvedici
cazibədarlığını saxlayırdı. Bəziləri üçün müharibə şərəfli macəra idi. Bir gənc alman
tələbəsinin valideynlərinə yazdığı kimi: «Mənim əzizlərim, fəxr edin ki, siz belə bir
vaxtda və belə bir millətin sırasında yaşayırsınız və siz... öz sevdiyiniz adamları belə
şərəfli döyüşə göndərmək kimi imtiyaza maliksiniz». Müharibə barədə bütün bu
illüziyalar I Dünya müharibəsinin döyüş meydanlarındakı əzablı ölümlərlə birlikdə
öldu.
Almaniyanın müharibəni tez başa çatdırmaq ümidləri hərbi oyun üzərində
qurulmuşdu. Qərargahın planına görə, alman ordusu geniş dairəvi hərəkətlə
Belçikadan şimali Fransaya daxil olacaq və Paris ətrafına gəlib çıxmaqla Fransa
ordusunun əksəriyyətini mühasirəyə alacaqdır. Lakin plan başlanğıcdan bir başlıca
defektdən əziyyət çəkirdi, ona görə Parisi dövrəyə almaq üçün güclü sağ flanq lazım
idi. Lakin şərqdə Rusiyanın müdaxiləsi ilə əlaqədar olaraq sağ flanqdan ora qüvvələri
köçürmək lazım gəldi.
4 avqustda alman qoşunları Belçikaya girdilər və kiçik müqavimətlə rastlaşdılar.
Almanlar kəndləri yandırır, mülki adamları öldürürdülər.
Sentyabrın ilk həftəsindən almanlar Marna çayına çatdılar, bu, Parisdən yalnız 20
mil aralı idi. Almanlara elə görünürdü ki, onlar uğurun kənarındadırlar, həm də
Britaniya qoşunlarının Fransadakı döyüşə girmələrini qiymətləndirməmişdilər. Fransız
generalı Jozef Jofrun başçılığı altında Britaniya və Fransa qüvvələri almanları
dayandırıb, geri oturtdular, lakin taqətdən düşmüş fransız ordusu da öz irəliləməsini
davam etdirmək iqtidarında deyildi. Müharibə tezliklə pat vəziyyətinə düşdü. Nə
almanlar, nə də fransızlar sığınacaq kimi qazdıqları tranşeylərdən bir-birini çıxarıb
qova bilmirdilər. İki xətt üzrə tranşeylər La-Manş boğazından İsveçrə sərhədlərinə
qədər uzanırdı. Qərb cəbhəsi tranşey müharibəsinə keçdi, hər iki tərəf onlarda faktiki
olaraq eyni mövqeləri bir neçə il ərzində saxladı.
447
Qərbdəkinin əksinə, şərqdə müharibə daha mobil olması ilə seçilirdi,
baxmayaraq ki, insan həyatı ilə haqq verilməsi bərabər qaydada nəhəng ölçüdə idi.
Müharibənin başlanğıcında rus ordusu Şərqi Almaniyanın içərisinə girdi, lakin döyüşə
komandanlıq edən general Paul fon Hindenburqun və onun qərargah rəisi general Erix
Lyundendorfun nüfuzunu yüksəltdi. Ruslar artıq Almaniya ərazisinə təhlükə
törətmirdilər. Almanların müttəfiqləri olan avstriyalılar az təşəbbüskar idilər. Onlar
ruslar tərəfindən Qalisiyada məğlub edilmiş və Serbiyadan kənar atıldılmışdılar.
İtalyanlar isə almanlarla və avstriyalılarla ittifaqı pozub, Müttəfiqlər tərəfində
müharibəyə girərək. 1915-ci ilin mayında Avstriyaya hücum etmişdilər. Alman-
Avstriya ordusu Qalisiyada rus ordusunu məğlub edib, rusları geri, öz ərazilərinə
oturtdurmuşdular. Rusların itkisi həlak olanlardan, yaralılardan və əsir götürülənlərlə
birlikdə 2,5 milyon nəfər idi.
Dostları ilə paylaş: |