4. 1916-1917-ci illərdəki müharibədə böyük qırğın
Şərqdəki uğur almanları qərbdə müdafiə olunmağa qadir etdi. 1914-cü ildə
qazılan əvvəlki tranşeylər bu vaxt yaxşı düzəldilmiş müdafiə sisteminə çevrilmişdi.
Tranşeylərin hər iki xətti 3-5 fut hündürlüyündəki və 30 yard genişləndiyindəki tikanlı
məftillə mühafizə olunurdu. Onlarda beton pulemyot yuvaları var idi, xeyli arxadan
ağır artilleriya ilə müdafiə olunurdular.
Tranşey döyüşünün gözlənilməyən inkişafı hərbi liderləri azdırırdı. Onlar
əvvəllər hərəkət və manevr etməklə müharibə aparmışdılar. Əsgər kütləsi öz
tranşeyindən dırmaşıb çıxıb, süngüləri ilə düşmən tranşeyinə tərəf gedirdilər. Hücum
nadir hallarda baş tuturdu. Pulemyot müdafiəsiz adam dəstələrinin açıq çöldə
irəliləməsini dayandırırdı. 1916-cı və 1917-ci illərdə milyonlarla gənc adam cəbhəni
yarmaq istəyəndə həlak olmuşdu. 1916-cı ildə on ay ərzində Verdendə bir neçə kvadrat
millik yerdə 700 min adam öz həyatını itirmişdi.
Qərb cəbhəsindəki tranşey vuruşması ağla sığmayan dəhşətlər meydana gətirdi.
Çox sayda iştirakçılar döyüş meydanının artan qarışıqlıq dumanından söhbət açırdılar.
Hücum edən əsgərlər «adam olmayan torpağa» girdikdə səs-küy, pulemyot atəşi,
artilleriya mərmiləri onları çox vaxt panikaya salırdı.
Döyüş meydanının mənzərəsini tikanlı məftillər, mərmi deşikləri, palçıq,
yaralanmış və ölən adamlar korlayıb, cəhənnəmə döndərirdi. 1915-ci ildə zəhərli qazın
tətbiq edilməsi yeni formada olan yaralar əmələ gətirdi. Bu vaxt əsasən xardal qazından
– ipritdən istifadə olunurdu
Almanlar zəhərli qazdan istifadə etməyə başlayanda, düşmən əsgərlərinin
bədənində təhlükəli yaralar əmələ gəlirdi. Almanlar şərqdəki rus cəbhəsində bundan
daha çox istifadə edirdilər.
Tranşeydə əsgərlər həmçinin ölümün daimi həmləsi ilə bir yerdə yaşayırdılar.
Mühit ölüm nişanələri ilə dolundu. Döyüş aylarla gedəndə onlar ortaya ölmüş
adamların saysız-hesabsız cəsədlərini və ya artilleriya atəşindən bədən orqanlarını
448
itirmiş əsgərlərin qalıqlarını gətirib yığırdılar. Bəzi əsgərlər xatirə kimi parçalanan
cəsədlərin üfunətini və siçovul dəstələrinin tranşeylərdə piylənib şişmələrini yada
salıırdılar.
Qərb cəbhəsindəki pat vəziyyətinin digər bir cəhəti də ondan ibarət idi ki, hər iki
tərəf yeni müttəfiqlər axtarırdı ki, onlar, yəqin ki, qələbə üstünlüyü verə bilərlər.
Osmanlı imperiyası 1914-cü ilin payızında artıq Almaniyanın tərəfində müharibəyə
girmişdi. Rusiya, Böyük Britaniya və Fransa noyabrda Osmanlı imperiyasına müharibə
elan etdilər. Baxmayaraq ki, Britaniya imperiyası öz qüvvələrini Konstantinopoldan
cənubi-qərbdə olan Qallipoliyə 1915-ci ilin aprelində çıxartmaqla, Balkan cəbhəsini
açmağa cəhd etmişdi. Lakin Bolqarıstanın Mərkəzi Dövlətlər (Almaniya, Avstriya-
Macarıstan və Osmanlı imperiyası belə adlanırdı) tərəfdə müharibəyə girməsi və
Qallipolidəki məhvedici kampaniya onları geri çəkilməyə məcbur etdi. İtalyanlar isə,
Fransa və Britaniya ona müharibədən sonra Avstriya ərazilərini ələ keçirmək barədə
vəd verdikdə müttəfiqlərin tərəfində vuruşmağa keçmişdi.
Dünyanın başqa hissələrində əsas Avropa dövlətləri müstəmləkə imperiyalarına
nəzarət etdiklərindən, Avropadakı müharibə tezliklə dünya müharibəsinə çevrildi.
İmperiyalar əvvəlki müharibələrin təkcə vasitələrini və miqyasını dəyişməyib, həm də
onun mahiyyətini əks etdirmək məqsədilə adını da dəyişdirmişdilər. İmperiyalar öz
qitəsindən çıxıb dünyanın başqa guşələrinə yayıldıqlarından, onların bir-birilə
vuruşması da, dünyanın çox hissəsini üz-üzə qoymuşdu və bu, həqiqətən də dünya
müharibəsi adlanmağa layiq idi.
Orta Şərqdə Britaniya zabiti Tomas E.Lourens (1888-1935-ci illər), o, daha çox
ərəbistanlı Lourens kimi tanınırdı, 1916-cı ildə ərəb hökmdarlarını Osmanlı ağalarına
qarşı qiyama qalxmağa təhrik etdi. 1918-ci ildə Misirdən və Mesopotamiyadan olan
Britaniya qüvvələri Osmanlı imperiyasının Orta Şərqdəki qalığını məhv etdi. Onların
Orta Şərq kampaniyaları üçün Britaniya qüvvələri üçün Hindistandan, Avstraliyadan
və Yeni Zelandiyadan adamlar səfərbərliyə alınırdı. Britaniya itkiləri arasında
Avstraliya və Yeni Zelandiya əsgərləri çoxluq təşkil edirdi. İmperiya tabeliyində olan
xalqlardan müharibə Molox kimi kütləvi qurban tələb edirdi.
Müttəfiqlər həmçinin Almaniyanın Avropadakı əvvəlcə işğal etdiyi əraziləri və
həmçinin güclü hərbi-dəniz qüvvələrinə malik olmayan Afrikadakı Almaniya
müstəmləkələrini tutmaqda üstünlük əldə etdilər.
Dünya müharibəsində Britaniyanın ilk atəşi həqiqətən də Britaniyanın Afrika
qoşunları 1914-cü ilin avqustun sonuna yaxın alman müstəmləkəsi olan Toqolandın
içərilərinə girən vaxt açılmışdı. Lakin Şərqi Afrikada alman komandiri polkovnik Paul
fon Lettou – Forben dörd il ərzində Afrika qoşunlarını bir kampaniyadan digərinə
keçirməklə vuruşmağa cəlb etmişdi. O, Avropada barışıqla müharibə başa çatanda,
sonrakı iki həftə ərzində də hələ təslim olmamışdı.
Afrikadakı döyüşlərdə Müttəfiqlərin hökumətləri əsasən afrikalı əsgərlərdən
istifadə edirdilər, bəzi dövlətlər isə, xüsusən Fransa Afrika qoşunlarını Avropada
döyüşməyə götürürdü. Fransa 170 mindən çox Qərbi Afrika əsgərini ordu sıralarına
çağırmışdı ki, onlardan çoxu Qərb cəbhəsinin tranşeylərində vuruşurdular. Afrikalı
qoşunlar alman Reynlandında müharibənin sonunda işğalçı qüvvə kimi istifadə
449
edilmişdi. 80 min afrikalı Avropada həlak olmuş və ya yaralanmışdı. Orada onlar çox
vaxt tanımadıqları yerə və iqlimə görə həm də başqalarından fərqli bir ziyan çəkirdilər.
Yüz minlərlə afrikalı həmçinin işçi qüvvəsi kimi, xüsusən ehtiyatları daşımaqda,
yolları və körpüləri tikməkdə istifadə olunurdu. Şərqi Afrikada hər iki tərəfdən yığılan
afrikalı fəhlələr onların orduları üçün hambal kimi işlədilirdi. 100 mindən artıq bu
zəhmət adamları laqeydlik üzündən xəstəlikdən və aclıqdan ölmüşdü.
I Dünya müharibəsinin Afrikaya bilavasitə təsiri, Almaniyanın Afrika
müstəmləkələri sadəcə qalib dövlətlərə, xüsusən Britaniya və Fransaya keçəndən,
müstəmləkəçilik idarəçiliyinin genişlənməsi oldu. Lakin müharibə həm də avropalılar
üçün əvvəlki niyyətdə nəzərdə tutulmayan nəticələrə səbəb oldu. Afrika əsgərləri,
hansılar ki, Müttəfiqlər üçün müharibəyə girmişdilər, xüsusən o adamlar ki, Afrikanı
tərk edib, Avropada vuruşurdular, siyasi cəhətdən agah olanlara çevrildilər, siyasi və
sosial bərabərliyi müdafiə etməyə, təbliğ etməyə başladılar. Fransada vuruşan bir
afrikalının dediyi kimi, «biz özümüz üçün vuruşurduq ki, fransız vətəndaşlarına
çevrilək». Bunu ona görə edirdilər ki, onlar müharibədən sonra vətəndaşlıqla və siyasi
imkanlarla mükafatlandırılacaqdı. Ümidləri boşa çıxdıqda, onlar tezliklə müstəmləkə
əleyhinə olan hərəkata qoşuldular.
Şərqi Asiyada və Sakit okean zonasında Yaponiya 23 avqust 1914-cü ildə
müttəfiqlərə qoşuldu, ilk növbədə Asiyadakı alman ərazilərini tutdu. Bir yapon dövlət
xadiminin bəyan etdiyi kimi, Avropada müharibə «Yaponiyanın taleyinin inkişafı üçün
ilahi kömək idi». Yaponiya Çindəki alman ərazilərinə, həm də Sakit okeandakı almanlar
tərəfindən işğal edilmiş adalara sahib oldu. Yeni Zelandiya və Avstraliya Yeni
Qvineyanın almanların əlində olan hissələrini işğal etməkdə tezliklə yaponlara
qoşuldular.
Müharibədə Birləşmiş Ştatlar neytral qalmağa çalışırdı, lakin dartılıb müharibəyə
cəlb edildikdə bunun daha çətin olduğunu gördü. Baxmayaraq ki, münaqişədə xeyli
rəğbət hissi Britaniyaya bəslənirdi, Amerikanın müharibəyə cəlb edilməsinin bilavasitə
səbəbi Almaniya ilə Böyük Britaniya arasındakı dəniz münaqişəsindən böyümüşdü
Yalnız bircə dəfə Almaniya və Britaniya hərbi-dəniz qüvvələri birbaşa vuruşa
girmişdilər – 31 may 1916-cı ildə Yutland döyüşündə, bu vaxt almanlar həlledici
olmayan bir qələbə çalmışdılar.
Britaniya öz üstün hərbi-dəniz qüvvələrindən maksimum səmərə ilə istifadə
edib, Almaniyanı dəniz blokadasına aldı. Almaniya blokadaya qarşı sualtı qayıqlarla
qeyri-məhdud qaydada istifadə etməklə müharibə aparmağa məcbur edildi. 1915-ci ilin
əvvəlində Almaniya hökuməti Britaniya adaları ətrafındakı arealın müharibə zonası
olduğunu elan etdi və ona daxil olacaq hər bir gəmini torpedo atəşi ilə hədələdi.
Sərnişin xətlərində almanların gəmiləri batırmalarına görə güclü amerikan protestləri,
xüsusən martın 7-də ingilis gəmisi «Lazitaniya»nın batırılması, bu vaxt yüzdən artıq
amerikalı həyatını itirmişdi, Almaniya hökumətini məcbur etdi ki, sualtı gəmilərdən
qeyri-məhdud istifadə etməklə aparılan vuruşun şəklini sentyabr ayında dəyişdirsin və
bir il sonra bu qaydada müharibənin aparılmasını dayandırsın.
1917-ci ilin yanvarında almanlar digər bir hərbi oyuna keçdilər və sualtı
qayıqlardan qeyri-məhdud istifadə ilə müharibənin aparılması qaydasına qayıtdılar.
Alman hərbi-dəniz zabitləri imperator II Vilhelmi inandırmışdılar ki, sualtı qayıqlardan
450
qeyri-məhdud istifadə ilə müharibənin aparılması beş ay içərisində ingilisləri ac qoya
biləcəkdir. İmperator amerikanlar barədə maraqlandıqda, ona heç də narahat olmamağı
demişdilər. Alman hərbi-dəniz qüvvələri baş qərargahı isə, amerikanların
«qaydalarının pozulmuş» olduğunu «və onlar intizamsızdırlar» demişdi. Amerikanlar
hərəkət etməmişdən əvvəl artıq britaniyalılar ac qalacaqdır. Hətta əgər amerikanlar
müdaxilə etsələr ehtimalına admiral Holtsendorf imperatoru əmin etmişdi ki, «mən siz
əlahəzrətə bir zabit kimi söz verirəm ki, bir nəfər də olsun amerikan qitəyə ayaq
basmayacaqdır».
Sualtı qayıqlardan qeyri-məhdud istifadə ilə müharibə aparılmasına qayıdılması
1917-ci ilin aprelində Birləşmiş Ştatları müharibəyə girməyə məcbur etdi. Amerikan
qoşunlarının Avropaya böyük sayda gəlməmələrinə baxmayaraq, Birləşmiş Ştatların
1917-ci ildə müharibəyə girməsi Müttəfiq Dövlətlərə onların möhtac olduqları psixoloji
durumun yüksəlməsini verdi. 1917-ci il onların heç biri üçün yaxşı deyildi. Qərb
cəbhəsində hücumlar biabırçı qaydada məğlubiyyətə uğramışdı. İtalyan orduları
oktyabrda və noyabrda darmadağın edilmişdi. Kaporettoda italyanlar avstriyalıların və
almanların hücumuna məruz qaldıqda yüz minlərlə itki vermişdi. Rusiyadakı bolşevik
inqilabı ölkənin bu dövlətin müharibədən geri çəkilməsinə səbəb olmuşdu. Mərkəzi
Dövlətlərin vəziyyəti daha yaxşı görünürdü. Osmanlı imperiyasında müharibə
yorğunluğuna baxmayaraq, Bolqarıstan, Avstriya-Macarıstan və Almaniya ondan öz
rüsumlarını götürməyə başlamışdılar. Burada vətəndəki cəbhə sürətlə müharibə
cəbhəsinə daha çox aid olmağa başladı.
Dostları ilə paylaş: |