Həyata nüfuz anı Demokratiyanın ibrətamiz erkən tarixinə baxış



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə96/105
tarix28.12.2016
ölçüsü3,87 Mb.
#3727
1   ...   92   93   94   95   96   97   98   99   ...   105
 

 

 

 

6. Total müharibə 

 

 

I Dünya müharibəsinin uzanması total müharibəyə səbəb oldu və bu, bütün 



vətəndaşların həyatına öz təsirini göstərdi. I Dünya müharibəsi fundamental qaydada 

Avropa hökumətlərinin iqtisadiyyatlarını və cəmiyyətlərini vuruşan tərəflərə çevirdi. 

İnsan kütlələrini və maddi ehtiyatları illər ərzində vuruşmaq üçün təşkil etmək ehtiyacı 

(Almaniya 1916-cı ildə fəal birliklərdə 5,5 milyona yaxın adama malik idi) hökumət 

qüvvələrinin müharibə cəhdlərini saxlamaq üçün mərkəzləşməsi iqtisadi nizamlamanı 

və ictimai rəyin manipulyasiya edilməsini tələb edirdi.  

I Dünya müharibəsinin başlanması vətənpərvərliyin coşması ilə sevinclə 

qarşılandı; hətta sosialistlər toqquşmaya rəğbətlə daxil oldular. Müharibə uzandıqca 

hökumətlər bu nəticəyə gəldi ki, patriotizmdən artığa da ehtiyac vardır. Müharibənin 

qısa müddətli olacağının gözlənildiyi vaxtlarda iqtisadi problemlərə və uzun müddətli 

müharibə dövrünün ehtiyaclarına az əhəmiyyət verilirdi. Müharibə maşını nokaut 

zərbəsini vurmağa nail olmaqda uğursuzluğa düçar olanda, hökumətlər tez qaydada 

cavab verməli və adamların hər bir böyük tələblərini yerinə yetirməli idilər.  

Hökumətin səlahiyyətinin genişlənməsi məntiqi olaraq bu ehtiyaclardan artıq 

kütləvi mükəlləfiyyətin və ya hərbi qüvvələrin sıralarını doldurmağın bəzi sistemini 

icad etmişdi. Müstəsna qələbənin çalışması üçün on milyonlarla gənc adamın ölkələr 

tərəfindən səfərbərliyə alınması bu vaxt görünməmiş səviyyəyə çatmışdı. Hətta ənənəvi 

könüllülərə bel bağlayan ölkələr (Böyük Britaniya müasir tarixdə – 1914-cü və 1915-ci 

illərdə bir milyon adamlıq volyuntorlar ordusuna malik idi) hərbi mükəlləfiyyətə əl 

atmağa məcbur olurdular. Xüsusilə bu şərtlə ki, bacarıqlı fəhlələrin, onlar hərbi xidmətə 

götürülməməklə, fabriklərdə qalıb işləmələrinə qarantiya verilsin. Onlar hərbi ehtiyat, 

sursat istehsalını davam etdirməli idilər. Hökumətin səlahiyyətlərinin böyüməsinə 

qarşı geniş yayılan müxalifətə baxmayaraq, Britaniyada da 1916-cı ildə məcburi hərbi 

xidmət tətbiq edildi. Bütün Avropada müharibə dövrünün hökumətləri iqtisadiyyat 

üzərində öz hakimiyyətlərini genişləndirdilər. Azad bazar kapitalist sistemi, hökumət 

tərəfindən qiymətin, maaşın və icarənin nəzarətə götürülməsinə, qida mallarının və 




452 

 

materiallarının rasionlaşmasına, idxal və ixracın nizamlanmasına və nəqliyyat 



sistemlərinin və sənayelərin milliləşdirilməsinə görə müvəqqəti olaraq arxivə verildi. 

Bəzi hökumətlər hətta məcburi əməyə doğru hərəkət etdilər. Bütün milli resursların 

müharibə məqsədləri üçün səfərbər edilməsinin səmərəsi üçün Avropa millətçiləri 

hökumət orqanları tərəfindən istiqamətləndirilən planlı iqtisadiyyata doğru hərəkət 

etdilər. Ümumi səfərbərlik altında müharibədəki əsgərlərlə vətəndəki mülki adamların 

arasındakı fərq çox dar idi. Siyasi liderlərin nöqteyi-nəzərinə görə bütün vətəndaşlar 

qələbəyə özünü həsr edən milli ordunu əmələ gətirirdilər. ABŞ prezidenti Vudro Vilson 

(1856-1924-cü illər) bunu belə ifadə etmişdi ki, kişilər və qadınlar «kimlər ki, torpağı 

becərməyə qalır və fabrik adamına çevrilir, döyüş bayrağının altındakı adamlardan heç 

də az olmayaraq ordunun bir hissəsidir».  

Avropa millətlərinin heç də hamısı total müharibədə bərabər qaydada yaxşı 

dəyişmədilər. Almaniya planlı iqtisadiyyatın inkişafında daha çox uğur qazandı. 

Müharibənin başlanğıcında hökumət Valter Ratenaudan müharibə xammalı şurasına 

rəhbərlik etməyi xahiş etdi ki, o, daha çox ehtiyac duyulduğu strateji xammalın 

istehsalını yerləşdirsin. Ratenau alman müharibə maşının effektiv qaydada təchiz 

edilməsi üçün mümkün olan hər şeyi etdi. Almanlar qidanın rasionlaşdırılmasında 

daha az uğurlu idilər. Hətta müharibədən əvvəl də Almaniya qida ehtiyatının 20 faizinə 

qədərini idxal edirdi. Almaniyanın Britaniya tərəfindən blokadası və fermada əməyin  

tənəzzülü qida kasadlığını zəruri etdi. Almaniyada qida rasionu 1916-cı ildəki 1350 

kaloridən 1917-ci ildə 1000 kaloriyə endirildi, bu, ancaq sağ qalmaq üçün kifayət idi. 

1916-1917-ci illərin qışında qıt kartof məhsulu götürülməsi nəticəsində turneps kasıblar 

üçün əsas qida maddəsinə çevrildi. 750 min alman mülki adamı I Dünya müharibəsi 

ərzində aclıqdan öldü. Görən imperator II Vilhelm öz qidalanmasında hansısı bir 

dəyişikliyə yol vermişdimi? Əgər o da ac qalsaydı, yəqin ki, o qədər uzun ömür 

sürməzdi.  

Almaniyanın müharibə hökuməti hərbi hakimiyyət altında tam konsolidasiya 

olundu. Müharibənin iki populyar hərbi qəhrəmanı olan Baş qərargah rəisi general 

Hindenburq və Baş qərargah rəisinin müavini general Lyudendorf 1916-cı ildən 

hökumətə nəzarət etməyə başladılar və faktiki olaraq Almaniyanın hərbi diktatorlarına 

çevrildilər. 1916-cı ildə onlar total müharibə üçün tam sistem yaratdılar. Döyüşdə 

iştirak etməyən və kişi cinsindən 17 yaşından 60 yaşınadək olanlar yalnız müharibə 

cəhdləri üçün vacib olan işlərdə işləməli idilər.  

Böyük Britaniya müharibədə iqtisadiyyata məhdud müdaxilə edən hökumətin 

liberal ənənələri əsasında vuruşmağı davam etdirmək istədi. Şəraitlərin təzyiqi ancaq 

Britaniya hökumətini iqtisadi məsələlərdə daha fəal rol oynamağa məcbur etdi. Sursat 

nazirliyi özəl sənayeni az mənfəətlə müharibə malları istehsalına cəlb etmək üçün bir 

neçə addımlar atdı.  

Fransızlar müharibənin çox hissəsi ərzində hökumətini yenidən qurmaqda 

Britaniyadan və Almaniyadan daha az uğurlu idilər. Fransa total müharibə 

iqtisadiyyatının təşkilində çətin bir maneə ilə üzləşdi. Fransanın şimal-şərqinin 

almanlar tərəfindən işğalı millətə onun kömür istehsalının 75 faizinin və poladəritmə 

qabiliyyətinin, demək olar ki, 80 faizinin itirilməsinə səbəb olmuşdu. Müharibənin ilk 

üç ili ərzində hərbi və mülki hakimiyyətlər müharibənin idarə edilməsinə nəzarət 



453 

 

üstündə bir-birilə mübarizə aparırdılar. Nəhayət, 1917-ci ilin sonunda Fransa müharibə 



hökuməti Jorj Klemansonun (1841-1929-cu illər) şəxsində güclü bir lider tapdı. 

«Müharibə o qədər çox əhəmiyyətə malikdir ki, onu generalların öhdəsinə buraxmaq 

olmaz» prinsipinin bəyan edən Klemanso total müharibə hökumətinə açıq mülki 

nəzarət qurdu.  

Digər üç əsas vuruşanlar – Rusiya, Avstriya-Macarıstan və İtaliya  Britaniya, 

Fransa və Almaniyadan fərqli olaraq total müharibəyə səfərbərlikdə daha az uğur əldə 

etmişdi. Avtokratik Rusiya və Avstriya-Macarıstan imperiyaları geridə qalmış 

iqtisadiyyata malik idilər, ona görə də müharibəni lazım olan həcmdə təchiz etməyi 

bacarmırdılar. Misal üçün, Rusiya hərbi mükəlləfiyyət qaydasında 1 milyon adamı 

orduya cəlb etmişdi, lakin onlardan yalnız dörddə birini silahla təmin edə bilərdi. 

Silahsız rus əsgəri istənilən yolla döydüsə göndərilirdi, ona deyirdilər ki, digər ölən 

yoldaşlarının tüfəngini götürsün. Çox sayda milli azlıqlara malik olan Rusiya və 

Avstriya-Macarıstan uzun total müharibədə vuruşmaq üçün lazım olan daxili birliyin 

hansısa bir növünə nail olmaqda çətinlik çəkirdi. İtaliya həmçinin hər iki amildən – 

ictimai entuziazmdan və sənaye resurslarından məhrum idi, bunlar isə uğurlu total 

müharibə aparmaq üçün vacib idi.  

Müharibə hökumətləri həmçinin müharibəyə müxalif olanların daha da 

çoxalmasına qarşı arxada da vuruşurdu. Almaniya, Rusiya və Avstriya-Macarıstan kimi 

avtoritar rejimlər daim zor gücünə öz əhalilərini tabe edəcəklərinə bel bağlayırdılar.  

Müharibə dövrünün hökumətləri müharibə üçün həvəsi artırmaqdan ötəri 

təbliğatdan fəal istifadə edirdilər. Misal üçün, Britaniya və Fransa Belçikadakı alman 

vəhşiliklərini şişirdir və görürdülər ki, buna öz vətəndaşları inanır.  

Total müharibənin Avropa cəmiyyətinə mühüm təsiri işsizliyə onun son qoyması 

oldu. Milyonlarla adam vuruşmağa görə iş qüvvəsi bazarından çəkilmişdi, işə azacıq 

yararlı olan hər kəs isə işləməyə gedirdi.  

I Dünya müharibəsi həm də qadınların yeni rolunu yaratdı. Kişi cinsindən 

olanların bu qədər çoxunun cəbhədə vuruşmağa getməsi, qadınları onların işini qəbul 

etməyə və əvvəllər onlar üçün açıq olmayan məsuliyyəti daşımağa yönəltdi. 

Britaniyada banklarda işləyən qadınların sayı 9.500-dən, demək olar ki, 64 minə çatdı, 

kommersiyada işləyən qadınların sayı 0,5 milyondan 1 milyona qədər yüksəldi. 

Qadınlar bu müharibə dövründə kişiləri əvəz edərək, «qadınların bacarığından kənarda 

olan» işlərdə də çalışırdılar. Bu məşğuliyyətlərə truba təmizləmək, avtomobili idarə 

etmək, fermada və hər şeydən əlavə, ağır sənaye müəssisələrində işləmək daxil idi. 

Fransada 684 min qadın ilk vaxtlarda silah zavodlarında işləyirdi. Britaniyada onların 

sayı 920 min nəfər idi. Almaniyada 1918-ci ildə Kruppun silah zavodlarında 

işləyənlərin 38 faizi qadınlar idi.  

 

 

 




Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin