436
Avropalılar öz mədəniyyətlərini, aşağı saydıqları xalqa təlqin etdikləri halda,
işğal edilmiş həmin xalqlar buna nə cavab verməlidir? Əcnəbiləri qovmaq cəhdləri ilk
dövrlərdə Qərblilərin əli ilə viranedici məğlubiyyətlərə səbəb oldu, onların sənaye
texnologiyası özlərini müasir silahlarla təmin edirdi və bu silahlar yerli adamları
darmadağın edirdi. Kiçik elitləri idarə etməyə adət etməklə, xalqın əksəriyyəti onların
yeni qubernatorlarını sadə qaydada qəbul edirdi, bu isə Qərb idarəçiliyini nisbətən
asanlaşdırırdı. İşğal edilmiş xalqlar nəticədə müxtəlif yollarla əcnəbi idarəçiliyinə
uyğunlaşırdı. XIX əsrin başlanğıcından Avropa liderlərinin yeni sinfi meydana çıxdı.
Müstəmləkə və hətta Qərb məktəblərində təhsil alan ilk afrikalı nəsil Qərb haqqında
çox şeyi bilirdi və öz müstəmləkə ağalarının dilində yazmağı bacarırdı. Baxmayaraq ki,
«yeni sinif» Qərb mədəniyyətinin vurğunu idi və hətta öz ölkələrinin yolundan zəhləsi
gedirdi, onlardan çoxu əcnəbilərdən və onların müstəmləkə xalqlarına olan lovğa,
təhqiramiz münasibətindən narazı qalırdı. Qərblilər demokratiyanı, bərabərliyi və
siyasi azadlığı göylərə qaldırırdılar, lakin bu dəyərlər müstəmləkələrdə tətbiq
olunmurdu. Az sayda demokratik institutlar var idi və müstəmləkə adamları buradakı
bürokratiyada yalnız aşağı işlərdə işləyirdilər. Bərabər qaydada o da mühüm cəhət idi
ki, Şərqin iqtisadi inkişafı heç vaxt müstəmləkə ərazilərinə genişlənmirdi. Afrikalıların
çoxu üçün müstəmləkəçilik onların ferma torpaqlarının itirilməsi ya da plantasiyalarda
dəhşətli iş və ya əcnəbilərin tər tökdürücü emalatxanalarında və fabriklərində çalışmaq
idi.
Yerli sakinlər üzərində avropalıların aliliyi həm də müxtəlif yollarla ifadə
olunurdu. Seqreqasiya (qaralardan ayrı) klubları, məktəb və kilsələri yaradılırdı. Bunlar
əsasən, avropalı qulluqçuların çoxu arvadlarını buraya gətirdikcə və öz ailələrini
böyütdükcə baş verirdi. Avropalılar həm də belə bir adətə malik idilər ki, yerli adamları
ancaq birinci adı ilə (soyadına müraciət etmədən) və ya yaşlı kişiləri «oğlan» (boy) deyə
çağırırdılar.
Belə şəraitlər yeni şəhərli təhsili görmüş sinfin nümayəndələrinin çoxunu öz
müstəmləkə ağaları və onların təmsil etdikləri sivilizasiya barədə çox mürəkkəb
hisslərə malik olmalarına gətirib çıxarırdı. Qərb mədəniyyətinin bəzi cəhətlərinin
aliliyini qəbul etmələrinə baxmayaraq, bu yeni intellektuallar müstəmləkə idarəçiliyinə
hiddətlə nifrət edirdilər və öz millətinin və onun mədəni taleyini qəbul etmək qərarına
gəlirdilər. Bu ümidlərin və nifrətin qarışığında Afrikada ilk təşviş doğuran müasir
millətçilik meydana gəldi. XX əsrin birinci rübü ərzində Afrikanın hər yerində
müstəmləkə cəmiyyətlərində təhsil almış yerli adamlar əcnəbilərin idarəçiliyinin
sonunu axtaran siyasi partiyalar və hərəkatlar təşkil etməyə başladılar.
Qərb dövlətləri tərəfindən Çinin alçaldılması əcnəbilər əleyhinə zorakılığa aparıb
çıxardı.
Lakin Qərblilər çinlilərdən sonrakı konsessiyaları çıxarmaq kimi qanunsuz yollardan
istifadə edirdilər. Əcnəbilərə qarşı başlıca partlayış 1900-1902-ci illərdəki Boksçu üsyanı
ilə baş verdi. «Boksçu», Harmoniyalı Yumruq Cəmiyyəti adlanan gizli təşkilatlara
mənsub olan çinlilərə verilən populyar ad idi, onların məqsədi əcnəbiləri Çindən
çıxarıb atmaq idi. «Boksçu»lar əcnəbi missionerləri, xristianlığa keçmiş çinliləri,
dəmiryol işçilərini, əcnəbi iş adamlarını və hətta Pekindəki alman elçisini
öldürmüşdülər.
437
Qətllərə cavab gecikmədən və tarmaredici qaydada gəldi. Britaniya, Fransa,
Almaniya, Rusiya, Amerika və Yaponiyanın müttəfiq ordularının hissələri Pekinə
hücum edib, qaydanı bərpa etdilər və Çin hökumətindən daha çox konsessiyalar
(güzəştlər) tələb etdilər. İmperial hökumət o qədər zəif idi ki, inqilabçı lider Sun
Yatsenin (1866-1925-ci illər) qüvvələri onun “millətçilik, demokratiya və sosializm”
proqramını qəbul etməklə, 1912-ci ildə Mancu sülaləsini devirdilər. Yeni Çin
Respublikası zəif və səmərəsiz olaraq qalırdı.
1850-ci illərin sonu və 1860-cı illərin başlanğıcında elə görünürdü ki, Yaponiya
Çinin taleyini təkrar edəcəkdir və təcavüzkar Qərb dövlətlərinin təsir zonalarına
qapanıb parçalanacaqdır. Lakin təəccüblü qaydadakı sürətli transformasiya baş verdi.
1869-cu ildən əvvəl qüdrətli hərbi qubernator olan syoqun, samuray adlanan döyüşçü
kübarlığın köməyi ilə Yaponiyada real hakimiyyətə sahib idi. İmperatorun fəaliyyəti
əsasən dini xarakter daşıyırdı.
Syoqunun Qərb millətlərinə güzəştlərindən sonra antiəcnəbi hissi 1867-ci ildəki
samuray qiyamına və imperatorun hökumətin hüquqi başçısı olmasının bərpa
edilməsinə gətirib çıxardı. Yeni imperator hiyləgər, diribaş gənc Mutsihito öz
hökmranlığını (1867-1912-ci illər) Meyci (Maariflənmiş hökumət) adlandırdı.
İmperiyaya nəzarət edən yeni liderlər bu vaxt Yaponiyanın diqqətəlayiq bir
transformasiyasına başladılar. Həmin vaxtdan bu, Meyci bərpası kimi tanınır.
Qərbin açıq hərbi və sənaye üstünlüyünü etiraf edən yapon liderləri onu qəbul
etməklə bu üsluba uyğunlaşıb Yaponiyanı modernləşdirmək qərarına gəldilər. Minlərlə
gənc yapon xaricə göndərildi ki, Qərb təhsili alsın, xüsusən də sosial, təbiət elmləri
üzrə. Alman üslubu əsasında ordu, Britaniya üslubu qaydasında isə hərbi-dəniz
qüvvələri yaradıldı. Yaponlar Birləşmiş Ştatların sənaye və maliyyə metodlarını
təkrarlayıb, onları özlərində modern kommersiya və sənaye sisteminə çevirdilər.
Yüksək mərkəzləşmiş inzibatçılıq sistemi fransızlardan götürülməklə, köhnə sistemi
əvəz etdi. İlk dəfə olaraq sosial və qanun qarşısında bərabərlik prinsiplərini qəbul
etdilər. Lakin 1890-cı ildən onlar formaca demokratik, təcrübədə isə avtokratik olan bir
siyasi sistem yaratdılar.
Qərbi təqlid etməklə Yaponiya həmçinin güclü hərbi dövlətə çevrildi. Universal
hərbi mükəlləfiyyət 1872-ci ildən tətbiq edildi və sülh dövrü üçün müasir ordu 240 min
nəfərdən ibarət oldu. Yaponlar Qərb imperial modelinə acgözlüklə yiyələnirdilərr.
Onlar 1894–1895-ci illərdə Çini məğlub edib, bir sıra Çin ərazilərini anneksiya etdilər və
Çində öz təsir zonasını qurdular. Bundan sonra onlar 1905-ci ildə rusları məğlub etdilər,
Koreyanı sərt hökmranlıqları altında müstəmləkəyə çevirdilər. Yaponlar sübut etdilər
ki, Asiya dövləti də «ağ adamın» imperiyalar oyununu oynaya bilər və Asiya və
Afrikanın digər regionlarındakı xalqlara inandırıcı nümunə göstərdilər.
Britaniya hökuməti Hindistanda nəzarətə XIX əsrin ortalarında yiyələnmişdi.
1858-ci ildəki əsas qiyamı darmadağın etdikdən sonra Britaniya artıq Hindistanı birbaşa
idarə edirdi. Parlamentin nəzarəti altında Britaniyanın mülki xidmətçilər qrupu, demək
olar ki, 300 milyonluq əhalisi olan bir ölkənin işlərini istiqamətləndirirdi.
Britaniya vətəndaş müharibələri vasitəsilə bir sıra hallarda bölünən bir
cəmiyyətə qayda gətirmişdi və nisbətən vicdanlı və səmərəli hökumət yaratmışdı.
Onlar həmçinin Qərb texnologiyalarını – dəmir yolları, bankları, mədənləri, sənayeni,
438
tibbi bilikləri və xəstəxanaları gətirmişdilər. Britaniya həmçinin Qərb üslublu orta
məktəbləri və kollecləri tətbiq etmişdi, onlarda hindlilərin yuxarı və orta siniflərinin
övladları təhsil alırdılar. Beləliklə, onlar hökumətdə və orduda tabelikdə çalışanlar kimi
xidmət edə bilərdilər.
Britaniya qanunvericiliyi həmçinin hind qadınlarının leqal statusuna da təsir
göstərdi. 1829-cu ildə Britaniya Sati praktikasını qadağan etdi, bu qaydaya görə dul
qadın ərinin matəm mərasimində özünü qurban verməli idi. Satinin qadağan edilməsi
Britaniya imicinin özlüyündə mədəni üstünlüyü kimi, bir mərkəzi hadisəyə çevrildi.
Demək olar ki, əhalinin 2/3-ü 1901-ci ildə pis qidalanırdı, az qala aclıqla üzləşirdi.
Britaniya sənayeləşməsi kütlənin həyatını olduqca az qaydada yaxşılaşdırmışdı.
Hindistanın var-dövləti Britaniya qulluqçularına və iri ordusuna maaş vermək üçün
istifadə olunurdu. Yaxşı işlər və yaxşı evlər britaniyalılara çatırdı. İrqçi münasibət
Britaniya idarəçiliyi üçün çətinliklər törədirdi və hind millətçi hərəkatının meydana
gəlməsinə səbəb olurdu. Hindistan Milli Konqresinin yarandığı 1883-cü ildən mülayim,
təhsil görmüş hindlilər öz idarəçiliklərini axtarmağa başladılar. Britaniya zorakılığına
və laqeydliyinə cavab olaraq 1919-cu ildə hindlilər tam müstəqillik tələb etməyə
başladılar.
Dostları ilə paylaş: